Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-409/2024 21.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı 14 saylı xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də “layihələr üzrə koordinator” vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının, 500 (beş yüz) manat vəkil xərcinin və 5000 (beş min manat) mənəvi zərərin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı 14 saylı xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də “layihələr üzrə koordinator” vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının, 500 (beş yüz) manat vəkil xərcinin və 5000 (beş min manat) mənəvi zərərin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə barışıq sazişi təqdim edərək, hazırda iddia ərizəsi üzrə cavabdeh tərəflə razılığa gəldiklərini və barışıq sazişi tərtib edildiyini bildirmiş, barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli Barışıq sazişinin şərtlərindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə bağlı razılığa gəlmişlər:
1. Tərəflər təsdiq edirlər ki, Cavabdeh İddiaçının 14 saylı, xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də “layihələr üzrə koordinator” vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının, 500 (beş yüz) manat vəkil xərcinin iddiaçıya ödənilməsi hissəsində tam, 5000 (beş min manat) mənəvi zərərin iddiaçıya ödənilməsi hissəsində isə qismən, yəni 2034(iki min otuz dörd) manat hissəsində qəbul edir.
2. İddiaçı razılaşır və cavabdeh öhdəsinə götürür ki, bu sazişin 1-ci bəndində qeyd olunan 1966,92 manat pulu (məcburi işburaxma üçün əmək haqqı və məzuniyyət pulu), 500 (beş yüz) manat vəkil xərci və 2034 manat (iki min otuz dörd) manat mənəvi zərərə görə kompensasiyanı bu saziş imzalandığı gündən gec olmayaraq İddiaçıya ödəyəcək.
3. İddiaçı mənəvi zərər barədə tələbin yerdə qalan hissəsindən imtina edir.
4. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
5. Tərəflər təsdiq edirlər ki, bu Saziş İddiaçının və Cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.
6. Bu saziş Tərəflərin imzaladığı və Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.
7. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşmaya əsasında yazılı formada edilə bilər və Tərəflər imzaladıqda qüvvəyə minir. Azərbaycan Respublikası MPM-nin 52.3 və 52.5-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə barışıq sazişini iş materiallarını ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı 14 saylı xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də “layihələr üzrə koordinator” vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının, 500 (beş yüz) manat vəkil xərcinin və 5000 (beş min manat) mənəvi zərərin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Qəraraaldı:
İddiaçı 14 saylı xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də “layihələr üzrə koordinator” vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının, 500 (beş yüz) manat vəkil xərcinin və 5000 (beş min manat) mənəvi zərərin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin.
1. Tərəflər təsdiq edirlər ki, Cavabdeh İddiaçının 14 saylı, xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də “layihələr üzrə koordinator” vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının, 500 (beş yüz) manat vəkil xərcinin iddiaçıya ödənilməsi hissəsində tam, 5000 (beş min manat) mənəvi zərərin iddiaçıya ödənilməsi hissəsində isə qismən, yəni 2034 (iki min otuz dörd) manat hissəsində qəbul edir.
2. İddiaçı razılaşır və cavabdeh öhdəsinə götürür ki, bu sazişin 1-ci bəndində qeyd olunan 1966,92 manat pulu (məcburi işburaxma üçün əmək haqqı və məzuniyyət pulu), 500 (beş yüz) manat vəkil xərci və 2034 manat (iki min otuz dörd) manat mənəvi zərərə görə kompensasiyanı bu saziş imzalandığı gündən gec olmayaraq İddiaçıya ödəyəcək.
3. İddiaçı mənəvi zərər barədə tələbin yerdə qalan hissəsindən imtina edir.
4. Bu sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
5. Tərəflər təsdiq edirlər ki, bu Saziş İddiaçının və Cavabdehin səlahiyyətli şəxsləri tərəfindən imzalanır.
6. Bu saziş Tərəflərin imzaladığı və Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən təsdiq edildiyi tarixdən qüvvəyə minir və Saziş üzrə öhdəliklər tam həcmdə icra edildiyi tarixədək qüvvədədir.
7. Bu Sazişə bütün əlavə və dəyişikliklər yalnız qarşılıqlı razılaşmaya əsasında yazılı formada edilə bilər və Tərəflər imzaladıqda qüvvəyə minir. İddiaçı Cavabdeh MMC-yə qarşı 14 saylı xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi” barədə əmrin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də “layihələr üzrə koordinator” vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının, 500 (beş yüz) manat vəkil xərcinin və 5000 (beş min manat) mənəvi zərərin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Fariz Əlizadə