Məhkəmə qərarları › İş №e-2(004)-4094/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4094/2023

01.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4094/2023 01.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı "AZSİĞORTA” ASC-nin Cavabdeh1 qarşı “ödənişin geri qaytarılması” tələbi barədə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "AZSİĞORTA” ASC-nin cavabdehlər - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və X2 qarşı “ödənişin geri qaytarılması” tələbi ilə Yasamal Rayon Məhkəməsinə kiçik iddia ərizəsi ilə müraciət edərək Cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən və X1 1301.86 (bir min üç yüz bir manat səksən altı qəpik) manat məbləğin, 33.01 (otuz üç manat bir qəpik) manat dövlət rüsumunun ümumilikdə 1334,87 (bir min üç yüz otuz dörd manat səksən yeddi qəpik) manat pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı X3 cavabdehlər X4 və "xxxx" ASCyə qarşı “sığorta hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi və gecikdirməyə görə dəbbə pulunun hesablanması” tələbi ilə Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2361/2021 saylı, qətnaməsi ilə cavabdeh "xxxx" ASC-dən 1765,5 (min yeddi yüz altmış beş manat əlli qəpik) manat sıgorta ödənişi, 723,86 (yeddi yüz iyirmi üç manat səksən altı qəpik) manat dəbbə pulu, 12,50 (on iki manat əlli qəpik) manat dövlət rüsumu ümumilikdə 2501.86 azn iddiaçı X2 ödənilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2361/2021 saylı, qətnaməsinin icrasının təmin edilməsi üçün icra vərəqəsi Yasamal Rayon İcra şöbəsinə göndərilmişdir. İcra şöbəsinin icra məmuru X5 icra tədbiri ilə Cəmiyyətimizin hesabından 2501.86 (iki min beş yüz bir manat səksən altı qəpik) manat tutmalı olduğu halda, qanunsuz və əsassız olaraq 16 nömrəli xx.xx.2022-ci il tarixli İnkasso sərəncamı ilə 5003.72 (beş min üç manat yetmiş iki qəpik) manat məbləğin tutulmasını təmin etmişdir, bununla icra vərəqəsində göstərilən məbləğdən iki dəfə artıq pul vəsaiti icra şöbəsinin hesabına köçürülmüşdür. İcra məmuru X5 ilə şifahi danışıq əsasında artıq ödənilmiş 2501.86 manat məbləğin 1200 manat məbləği geri qaytarılmış, lakin 1301.86 manat məbləğin geri qaytarılması təmin edilməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən və X1 1301.86 (bir min üç yüz bir manat səksən altı qəpik) manat məbləğin, 33.01 (otuz üç manat bir qəpik) manat dövlət rüsumunun ümumilikdə 1334,87 (bir min üç yüz otuz dörd manat səksən yeddi qəpik) manat pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixində İddiaçı "AZSİĞORTA” ASC-nin nümayəndəsi Nümayəndə “cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə münasibətdə iddianın geri qaytarılması” ilə bağlı vəsatətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddianın geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-4094/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə münasibətdə iddia ərizəsi geri qaytarılmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi cavabdehlər sırasından çıxarılmışdır. Digər cavabdeh X2 münasibətdə isə mülki iş icraatda saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10(on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, cavabdeh X6 məhkəmə bildirişini təhvil almış, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunan "xxxx" ASC-nin CML-2090/2020-AKT996/22 saylı xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, X2 müəyyən edilmiş zərərə görə 2501,86 manat məbləğində sığorta ödənişi və əlavə olaraq 175.13 manat Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunan xx.xx.2022-ci il tarixli 1/16 saylı inkasso sərəncamından görünür ki, Yasamal Rayon İcra Şöbəsinin bank hesabına icraçı bank Bank of Baku olmaqla 2501,86 manat vəsait köçürülmüşdür. Eyni tarixli və eyni saylı (xx.xx.2022-ci il tarixli 1/16 saylı) inkasso sərəncamı ilə icraçı bank Paşa Bank olmaqla yenidən 2501,86 manat vəsait Yasamal Rayon İcra Şöbəsinin bank hesabına köçürülmşüdür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, cavabdeh X2 “sığorta hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi və gecikdirməyə görə dəbbə pulunun hesablanması” tələbinə görə Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 2361/2021 saylı icra vərəqəsi üzrə "xxxx" ASC tərəfindən ödənilməli olan 1765,5 (min yeddi yüz altmış beş manat əlli qəpik) manat sıgorta ödənişi, 723,86 (yeddi yüz iyirmi üç manat səksən altı qəpik) manat dəbbə pulu, 12,50 (on iki manat əlli qəpik) manat dövlət rüsumu ümumilikdə 2501.86 manatın əvəzinə 2 dəfə artıq 5003,72 manat ödəniş olunmuşdur. Bu da qarşı tərəfin əsassız varlanmasına səbəb olmuşdur. Artıq ödənilmiş məbləğin 1200 manatı İcra məmuru X5 tərəfindən "xxxx" ASC-yə qaytarılması təmin olunduğundan geri qalan 1301.86 manat məbləğ X1 tutularaq "xxxx" ASC-nin hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7-ci maddəsinin göstərişinə istinadən əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əsasdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəyə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəyə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən fayda aiddir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 284-6, 358, 360, 439, 1091, 1092-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 1301.86 (bir min üç yüz bir manat 86 qəpik) manat məbləğin və 33.01 (otuz üç manat 01 qəpik) manat dövlət rüsümu tutularaq, iddiaçı "AZSİĞORTA” ASC-nin hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar