Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4142/2024 30.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xəlil Ülkər Abdurahman qızı, İddiaçı cavabdeh ‘’Azərbaycan Elmi-Tədqiqat və Layihə-X1’’ MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh ‘’Azərbaycan Elmi-Tədqiqat və Layihə-X1’’ MMC-yə qarşı “əmrin ləğv edilməsi,işə bərpa,əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 23 iyul 2024-cü il tarixli 88/K saylı əmrinin ləğv edilməsi; 23 iyul 2024-cü il tarixdən Azərbaycan Elmi-Tədqiqat və Layihə Axtarış Enerjetika İnstitutu MMC-nin “Enerjisistemi ekeolji problemlər şöbəsinə” aparıcı mühəndis vəzifəsinə işə bərpa edilməsi və həmin müddətin əmək stajına aid edilməsi; əvvəlki dövrlər
23. İyul 2024-cü il tarixdən qətnamə qanuni qüvvəsin alan günə qədər olan müddət ərzində əmək haqqında edilmiş artımlar da nəzərə alınmaqla məcburi iş buraxma hallarına görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi; işgüzuzar nüfuzuna və ona vurulmuş mənəvi zərərə görə 10.000 manat hüquqi yardıma görə Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 400 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçının tələbinin əmək münasibətlərindən irəli gələn mübahisə olmasına baxmayaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 150.1.7-ci maddəsininin əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən hakim “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq
QƏRARAALDİ:
İddiaçı cavabdeh ‘’Azərbaycan Elmi-Tədqiqat və Layihə-X1’’ MMC-yə qarşı “əmrin ləğv edilməsi,işə bərpa,əmək haqqının ödənilməs” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Ülkər Xəlil