Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4144/2022 25.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızının və onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə və s." tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızı Cavabdeh1 qarşı “mənzilə köçürülmə və s." tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, Cavabdeh1 özünə aid əşyalarla birlikdə, ona məxsus, ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən, orada mövcud olan evdən və digər yaşayış sahələrindən məcburi çıxarılması, iddiaçının həmin mənzilə istifadə hüququ tanınmaqla, köçürülməyi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə əlavə təqdim edərək, iddiaçı X3 ünvan 2 ünvanında yerləşən mənzilə sahiblik və istifadə hüquqlarının tanınması, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən mənzildən məcburi çıxarılması və Cavabdeh2 həmin mənzilə dair qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvan hal-hazırda ünvan 4 torpaq sahəsi, 1993-cü ildə anası X9 tərəfindən, heç bir hüquqi sənədi olmadan, içərisində bir otaqdan ibarət kiçik bir evlə birlikdə alınmışdır. O, 1998-ci ildən 2001-ci ilə qədər keçmiş həyat yoldaşı X15 və Hikmət adlı övladı ilə birgə Salyan rayonunda yaşamışdır. Həmin ərəfələrdə M.Sadıqov xarici ölkəyə getməyi və orada yaşamağı planlaşdırmışdır. Bu səbəbdən də, həyat yoldaşı, hələ ailə qurmamışdan əvvəl, mülkiyyət hüquqları ona məxsus olan və həmin vaxt birgə yaşadıqları 2 otaqlı evi satmış və həmin pulun müəyyən bir hissəsini götürüb xarici ölkəyə köçmüşdür. O, isə uşaqla birlikdə anasının Salyan rayonunda olan evinə köçmüşdür. Bir müddət anasıgildə yaşadıqdan sonra belə qərara gəlmişlər ki, Bakıya köçsünlər. Belə də etmiş və Bakıda anasının aldığı evdə yaşamağa başlamışlar. Anası isə bazarda işləməyə başlamışdır. Yaşadıqları ev çox kiçik və şəraitsiz olduğundan satılan mənzilinin onda qalan pulu ilə və anasının da maddi dəstəyi sayəsində həmin torpaqda bir mərtəbəli, 3 otaq, bir zaldan ibarət hazırkı mübahisəli evi tikmişlər. Bundan başqa, həyətdə bir neçə kiçik evlər də tikmişlər. Bu evləri tikməkdə məqsəd, onları kirayə verib həmin pul ilə normal yaşayışlarını təmin etmək olmuşdur. O, həmin evdə uşağı və anası ilə birgə yaşamışdır. Elə həmin ilin, yəni, 2004-cü ilin sonlarına yaxın keçmiş həyat yoldaşı onun da xaricə köçməyini və orada onunla birgə yaşamağını istəmişdir. Bundan sonra, o övladı ilə birgə Mahmudun yanına köçmüşdür. Həmin vaxt qaynanası Balaxanım Sadıqova öz evlərini satmış və qalmağa yeri olmadığından qızının evində olurdu. O, köçəndən az sonra 2004-cü ildə qaynanası onların evinə köçmüş və anası ilə birgə yaşamağa başlamışlar. O, həyat yoldaşının yanına getdikdən sonra bir müddət normal ailə kimi yaşamışlar. Lakin az sonra, ailə münasibətləri Mahmudun ucbatından korlanmış və dözülməz bir hala gəlmişdir. Nəhayət, vəziyyət o qədər çıxılmaz olmuşdur ki, o 2014-cü ildə yaşadıqları yerin məhkəməsinə müraciət etməli olmuşdur. Məhkəmə Mahmudun barəsində ‘‘uzaqlaşma” qərarı vermişdir. Yəni, məhkəmənin qərarına əsasən, Mahmud nə ona, nə də uşaqlara yaxınlaşa bilməzdi. Bu qərar Mahmudun uşaqlarının yanında ona qarşı hədsiz dərəcədə şiddət göstərməsi, söyüş söyməsi, döyməsi və daima onları qorxu altında yaşamağa məcbur etməsi ilə bağlı idi. Bundan sonra, qaynanası Sadıqova Balaxanım və onun ailə üzvləri Mahmudun tapşırığı ilə onun evini əlindən almaq, bununla da sanki, ondan qisas almaq istəmişlər. Evlərində yer verdikləri qaynanası bir gün onun anası ilə dalaşmış və ondan polisə şikayət vermişdir. Bu hadisədən anası cox əsəbiləşmiş və bir gün sonra “infarkt”dan dünyasını dəyişmişdir. Anasından sonra Balaxanım hansısa şübhəli yollarla onun evinə qeydiyyata düşmüşdür. Baxmayaraq ki, Balaxanımın onun evinə heç bir aidiyyatı olmamışdır. Orada 2006cı il tarixindən yalnız o qeydiyyatda olmuşdur. Belə ki, məhkəmənin qətnaməsi əsas götürülməklə onu öz evinə qeydiyyata almışlar. Bütün kommunal ödənişlər də onun adına olub. Balaxanım isə 2016-cı ildə onu məhkəməyə verərək guya, bu evin ona məxsus olduğunu və onun gizlin olaraq evinə qeydiyyatla düşdüyünü bildirərək, Azərbaycanda olmadığından istifadə edərək qeydiyyatını ləğv etdirmişdir. Kommunal ödənişlərin bəzilərini öz adına keçirmişdir. Lakin hələ də elektrik ödənişləri onun adındadır. Bütün əşyaları, cehiz əmlakı həmin evdədir. 2021-ci may ayında Balaxanım da dünyasını dəyişmişdir. Lakin, hal-hazırda da onun oğlu Qurban onun evini zəbt edib. Bütün əşyalarının bir çoxunu oğurlayıb, satıb. Amma yenə də onun əşyalarının bir hissəsi həmin evdədir. Buna baxmayaraq, onu və uşaqlarını öz evinə buraxmırlar. Hətta söyüb təhqir də edirlər. Onun tikdiyi otaqları illərdir ki, kirayə verirlər və pulunu mənimsəyirlər. O isə uşaqlarını yad ölkənin yardımı ilə, min bir çətinliklə dolandırır. Həmin vaxtdan sonra o bir neçə dəfə Bakıya gəlsə də, onun evinə köçən qaynı Cavabdeh1 onu və uşaqlarını evə qoymayıb, hətta onu tərbiyəsiz küçə söyüşləri ilə söyərək evdən qovub. Sonuncu dəfə 06 iyul 2022-ci il tarixində yenidən Azərbaycana qayıtmış və səhərə yaxın uşaqları ilə birgə evlərinə getmişdir. Lakin, onu hava limanından evinə gətirən taksi sürücüsünün yanında keçmiş qaynı Cavabdeh1 tərbiyəsiz söyüşlərlə söyərək, onları öz evlərinə buraxmamışdır. Bir saata qədər küçədə qaldıqdan sonra məcbur qalıb uşaqları ilə birgə, gəldikləri taksi ilə digər, keçmiş qaynının arvadının evinə getməli olmuşdur. Halbuki, həmin ünvanda nə varsa, hamısı ona məxsusdur, orada olan bütün tikililərin hər daşı, kərpici onun və mərhum anasının vəsaiti hesabına üst-üstə qoyulmuşdur. Onun evi keçmiş qaynı Cavabdeh1 və onun ailə üzvləri tərəfindən zəbt edilib. Onların həmin evə qeydiyyatları belə yoxdur. O isə uzun illərdir ki, xarici ölkədə yaşayır. Orada yaşamağının yeganə səbəbi isə, yalnız uşaqlarının orada təhsil alması ilə bağlıdır. Uşaqlar orada əlaçı və nümunəvi şagird kimi qeydə alınıblar. Buna görə də, onların təhsil almasına mane olmamaq üçün illərdir ki, onların yanındadır. Lakin, onun evi ilə bağlı bütün bu olanlar əsəblərini pozmuş, artıq işləyə də bilmir. Halbuki, özü ali təhsilli müəllimədir və vaxtı ilə orada tərcüməçi kimi fəaliyyət göstərmişdir. O, artıq yad ölkədə yaşamaqdan yorulmuşdur. Öz vətənində, öz evində yaşamaq istəyir. Lakin, onu öz evinə yaxın qoymurlar, ona yad olan insanlar evində yaşayırlar. Onlardan evini boşaltmağı tələb etsə də, birmənalı olaraq imtina edirlər. Nə ona, nə də anasının ruhuna hörmət edirlər. Ondan və anasından qalan nə varsa məhv etmək, yox etmək istəyirlər. Əşyalarının çox hissəsi yoxdur, qalanları da bərbad vəziyyətdə, yararsız hala salınmışdır. Lakin, Cavabdeh1 ona məxsus evdən çıxmasını və mənzili onun faktiki sahibliyinə verməsini dəfələrlə tələb etsə də, cavabdeh çıxmaqdan imtina edir. Onlar həmin mənzildən bu gün də istifadə etdiyi üçün, o, özünə məxsus mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək kimi hüquqlarından istifadə edə bilmir. Cavabdehin qanunsuz hərəkətlərinin qarşısını almaq və ona məxsus əmlakın qanunsuz sahibliyindən və istifadəsindən alınaraq ona qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia ərizəsinə əlavə onunla əsalandırılmışdır ki, hazırkı ünvanı ilə Dadaş Bünyadzadə küçəsi, dalan-2, ev- 30 ünvanında yerləşən torpaq sahəsi, 1993-cü ildə anası X9 tərəfindən, heç bir hüquqi sənədi olmadan, içərisində bir otaqdan ibarət kiçik bir evlə birlikdə alınmışdır. 14 iyul 2000-ci ildə özünə məxsus olan, X15 ilə nikah bağlamazdan əvvəl aldığı Salyan rayonu ərazisində yerləşən mənzili sataraq əldə etdiyi pulun bir hissəsi ilə həyat yoldaşı xaricə getmişdir. Daha sonra, Salyan rayonunda anasının yanında yaşayaraq köhnə ünvanı ilə Bakı şəhəri, Əkbərov küçəsi, dalan 2, ev 30, yeni ünvanı ilə Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən həmin evi Salyan rayonunda satılmış mənzildən əldə etdiyi pulun qalan hissəsi ilə yəni, özünün maddi vəsaiti hesabına orada 2 otaq və 1 zal tikdirmişdir. O, 2004-cü ildə keçmiş həyat yoldaşı X10 yanına ölkə xaricinə gedərək orada yaşamağa başlamışdır. Xarici ölkədə yaşadığı dövrlərdə də Azərbaycana gəldiyində özümə məxsus olan, həmin mənzildə qalmışdır. Həmin mənzilə dair DƏDRX tərəfindən verilmiş mülkiyyət hüququnu təsdiq edən çıxarış mövcud olmasa belə həmin mənzil onun vəsaiti hesabına tikilmişdir. Eyni zamanda, onun cehiz əmlakı da həmin mənzildə olmuşdur. Xarici ölkədə yaşadığı müddət ərzində övladları orada təhsil aldığı üçün Azərbaycana tez-tez gəlmək imkanı olmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-382/2006 saylı, 09 yanvar 2006-cı il tarixli qətnaməsi ilə o həmin mənzilə qeydiyyata düşmüş və bu barədə onun şəxsiyyət vəsiqəsində də qeydiyyat aparılmışdır. 2016cı ildə keçmiş qaynanası Sadıqova Balaxanım apellyasiya şikayəti verərək 09 yanvar 2006-cı il tarixli həmin qətnamə qanuni qüvvəsini aldıqdan 10 il sonra onun məlumatı olmadan, ona məlum olmayan əsaslarla həmin qətnaməni ləğv etdirərək həmin mənzilə dair qeydiyyatını ləğv etdirmişdir. Daha sonra o, 2021-ci ilin avqust ayında Azərbaycana gəldiyi zaman məlumatı olmuşdur ki, həmin mənzildə qanunsuz olaraq keçmiş qayını Cavabdeh1 Cavabdeh3 ilə birlikdə mənzili zəbt edərək ona məxsus cehiz əmlakından onun razılığı və icazəsi olmadan istifadə edir. Cavabdeh1 onun mənzilində qanunsuz yaşamaqla yanaşı, ona məxsus olan evin həyətində onun vəsaiti hesabına tikilmiş mənzilləri də qanunsuz olaraq kirayəyə vermişdir. Bununla bağlı xx.xx.2022-ci il tarixli. ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokollar Cavabdeh1 ona məxsus olan evləri qanunsuz olaraq kirayə verdiyini təsdiq edir. Eyni zamanda, ona məlum olmuşdur ki, keçmiş baldızının qızı Cavabdeh2 da həmin mənzilə onun xəbəri və razılğı olmadan qeydiyyata düşmüşdür. Bütün bunlardan xəbərdar olduqdan dərhal sonra 13 avqust 2021-ci ildə o, Yasamal rayon Prokurorluğuna müraciət edərək həmin mənzildə razılığı olmadan Cavabdeh1 və ailəsinin yaşaması və həmin mənzildə olan cehiz əmlakına dəymiş ziyanla bağlı tədbir görülməsini xahiş etmişdir. Həmin müraciəti ilə bağlı 20 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. 2021-ci ilin avqust ayının sonlarında uşaqlarının təhsili ilə əlaqədar xaricə getmiş, Azərbaycan Respublikasından kənarda olduğu üçün hazırkı mübahisə ilə bağlı 2022-ci ilin iyul ayında Azərbaycana gəldiyim zaman məhkəməyə müraciət etmək imkanına malik olmuşdur. Qeyd etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən Cavabdeh2 izahatında hazırda qeydiyyatda olduğu Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 2/30 ünvanında yerləşən torpaq sahəsi və mənzili dəqiq bilmədiyi tarixdə, iddiaçı və keçmiş həyat yoldaşı tərəfindən Salyan rayonunda yerləşən mənzillərini sataraq aldığını qeyd etmişdir. Eyni zamanda o izahatında qeyd etmişdir ki, həmin mənzil onun adına qeydiyyatının olmaması və qohumlarını həmin mənzilə qeydiyyata salmamağı üçün həmin mənzil Sadıqov Mahmud tərəfindən onun anası Sadıqova Balaxanımın adına sənədləşdirdiyini qeyd etmişdir. Bu hissədə qeyd etmək istəyir ki, Cavabdeh2 verdiyi izahatdan da göründüyü kimi, başda keçmiş həyat yoldaşı olan X15 olmaqla cavabdehlərin bütün bu qanunsuz hərəkətlərinin məqsədi onun və övladlarının həmin mənzilə olan mülkiyyət hüquqlarını məhdudlaşdırmaq, onu öz vəsaiti hesabına tikdirdiyi mənzilindən məhrum etmək olmuşdur. Bununla yanaşı, həmin qərarda göstərilir ki, Cavabdeh1 öz izahatında bildirmişdir ki, qardaşı M.Sadıqov onunla ailə quraraq Salyanda yaşamış, daha sonra Salyan rayonunda yerləşən evlərini sataraq ünvan 9 ünvanında torpaq sahəsi almışdır. Bir müddət sonra M.Sadıqovun Avstriya Respublikasına gedərək orada yaşadığını, oradan göndərdikləri pullarla burada həmin mənzili tikdirdiklərini qeyd etmişdir. Göründüyü kimi, hər iki cavabdeh öz ifadəsində həmin mənzilə dair heç bir hüquqları olmadığını, mənzilin mülkiyyət hüquqları ona məxsus olan Salyan rayonunda yerləşən mənzilin satılmasından əldə olunan gəlir hesabına tikildiyini qeyd etmişdir. İddia ərizəsinə əlavə etdiyi 06 oktyabr 1998-ci il tarixli və 14 iyul 2000-ci il tarixli alqı-satqı müqavilələrinin təsdiq edilmiş surəti də cavabdehlərin özləri tərəfindən verilən izahatda göstərilənlərdən mübahisəli mənzilin iddiaçının mülkiyyətində olan Salyan rayonundakı torpaq sahəsinin satılmasından əldə olunan vəsait hesabına tikildiyini təsdiq edərək həmin mənzilin ona məxsus olmasını sübut edir. "xxxx" ASC tərəfindən verilmiş “ətraflı abonent kartında” ünvan 10 ünvanındakı mənzildə su sayğacının iddiaçının adına olduğu qeyd edilmişdir. Bundan əlavə, "xxxx" ASC tərəfindən verilən abonent məlumatlarından da görünür ki, həmin mənzil üzrə işıq sərfiyyatı ilə bağlı ödənişlər onun tərəfindən olunmuşdur və bu məlumata əsasən həmin mənzildə işıq sayğacı da onun adına qeydiyyatdadır. Yuxarıda qeyd edilən hallardan da göründüyü kimi, mübahisə predmeti olan həmin mənzil onun sahiblik və istifadəsində olmuşdur. Buna baxmayaraq, hal-hazırda Cavabdeh1 digər Cavabdeh3 ilə birlikdə mənzilə dair heç bir hüququ olmadığı halda onun vəsaiti hesabına tikilmiş mənzildə yaşayaraq sahiblik və istifadə hüquqlarını pozur. Bununla yanaşı, heç bir qanuni əsas olmadan digər Cavabdeh2 da həmin mənzildə qeydiyyatdadır. Bakı şəhəri Yasamal rayonu Polis İdarəsinin 29cu Polis Şöbəsi tərəfindən 16 avqust 2022-ci il tarixində verilən məlumata əsasən ünvan 11 ünvanında pasport rejiminin yoxlanılması nəticəsində həmin ünvanda qeydiyyat və yaşama qaydalarını pozduğuna görə Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əmələ gəlir. Hal-hazırda həmin əmlakla bağlı mülkiyyət hüququ dövlət tərəfindən tanınmasa belə, həmin mənzilin onun vəsaiti hesabına əldə edilməsi, eyni zamanda həmin mənzilin uzun illər onun istifadəsində olması əsas verir ki, bu mənzilə onun sahiblik və istifadə hüququ məhkəmə qaydasında tanınsın. Qeyd edilən mənzilə dair mülkiyyət hüququ olmasa belə, uzun illər ərzində həmin mənzilə sahiblik etmiş, mənzillə bağlı tam təsərrüfat səlahiyyətinə malik olduğu üçün hesab edir ki, cavabdehlərin qanunsuz sahibliyindən mənzili geri tələb etmək hüququ vardır. Cavabdeh2 iddia tələbinə dair etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, mübahisə predmetinə çevrilmiş ev onun sahibliyində və istifadədədir, orada qeydiyyatdadır. Nə iddiaçının nə də cavabdehin həmin evə dair hər hansı bir iddia irəli sürməsinə subyektiv hüquqi yoxdur. İddiaçının ərizəsində göstərdikləri hər hansı bir sübuta əsaslanmayan boş sözlərdən ibarətdir. İddiaçının əsas arqument kimi göstərdiyi bütün kommunal ödənişlərin onun adına olması faktı yalandır və həqiqəti əks etdirmir. Belə ki, Bakı Elektirik şəbəkə tərəfindən tərtib edilmiş məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2008-ci il tarixli, 347075 saylı protokolunda həmin evin qaz sayğacının iddiaçının adına qeydə alınması göstərilir. Eyni zamanda, Azərişıq tərəfindən verilmiş xx.xx.2022-ci ildən abunə haqqında cədvəldə sayğacın iddiaçının adına oluması qeyd edilir. Ancaq digər kommunal xidmətlərin qaz, su və onun adına olması barədə hər hansı bir məlumat yoxdur. Qaz sayğacının iddiaçının adına olması da qeyri-müəyyəndir. Belə ki, iddiaçı ərizəsində qeyd edir ki, 2004-cü ildən xarici dövlətdə yaşayırsa 2008-ci ildən qaz sayğacı onun adına necə ola bilər və istifadə olunan qaza görə pulu kim ödəyib. Bundan əlavə, 2006-cı ildən mübahisəli qeydiyyata məhkəmə qaydasında alınıbsa da sonradan məhkəmə qaydasında da qeydiyyatı ləğv edilib. Belə ki, Yasamal rayonu Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-382/2006 saylı qətnaməsi ilə iddiaçı qeyd edilən evə qeydiyyata alınması qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-460/2016 saylı qətnaməsi ilə Yasamal rayonu Məhkəməsinin qətnaməsi ləğv edilmiş M.M Sadıqovanın pasport qeydiyyatına alınması tələbi təmin edilməmişdir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsi barədə ərizəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-460/2016 saylı qərardadı ilə təmin edilməmişdir. İstinad olunan məhkəmə qərarlarından tam aydın olur ki, iddiaçı qeyd edilən evdə pasport qeydiyyatında olmamışdır və bu qanunsuz olduğuna görə ləğv edilmişdir. Azərbaycan Respublikasını Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında qeyd edilir ki, istənilən iddia tələbi ilə əlaqədar -məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Yasamal rayonu MKTB-nin 32 saylı MKİS-nin xx.xx.2016-cı il tarixli, 005 saylı Bakı Apellyasiya Məhkəməsinə ünvanlandığı arayışdan görünür ki, qeyd edilən evdə X7 (nənəsı) pasport qeydiyyatındadır və təkdir. Həmin evin kim tərəfindən inşa edilməsi kimə məxsus olması haqqında heç bir hüquqi sənəd yoxdur və özbaşına tikilidir. Bütün yuxarıda qeyd edilənlərdən tam aydın olunur ki, ev özbaşına tikilidir, iddiaçı həmin evi anası tərəfindən inşa edilməsini, kommunal ödənişlərin onun adına olmasını, 2006-cı ildən yalnız onun qeydiyyatda olmasını qeyd etsə də, qeyd edilən halları sübut edən müvafiq sənəd, sübut təqdim etmədiyinə görə iddiaçının tələbi təmin edilə bilməz və belə bir iddia qaldırmağa obyektiv hüquqi yoxdur. Məhkəmə iclasında iddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızı Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, Salyan rayonunda yerləşən evin satılmasından 22 il müddət keçmişdir. Evin satışından əldə edilən pulun bir hissəsi ilə mübahisə predmeti olan evin tikilməsinə dair iddia ərizəsində qeyd etdiklərini cavabdehlər qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında göstərilən izahatlarında bildirmişlər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, evi anası tikib. Düzdür qardaşı da ona kömək edib. Orada bacısının qızı qeydiyyatdadır. Hazırda isə evdə o, həyat yoldaşı ilə birgə yaşayır. O, 2012-ci ildən həmin evdə yaşayır. Ev özbaşına tiklidir, heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının evə dair hər hansı subyektiv hüququ yoxdur. Ev özbaşına tikilidir. Bundan başqa qeydiyyatdan çıxarılma məsələsinə rayon məhkəməsində baxıla bilməz. İddiaçı qeyd edib ki 2004-cü ildən Avstriyaya köçüb. Sayğaclar onun adına olsa da, kommunal xərclər iddiaçı tərəfindən ödənilməmişdir. Sayğacın iddiaçının adına olması evə sahiblik istifadə hüququ yaratmır. Bəllidir ki, sahiblik və istifadə hüququnun yaranması üçün ya əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, ya da bu hüquq müvafiq icra hakimiyyəti tərəfindən verilmiş sərəncam əsasında mövcud olmalıdır. Dövlət tərəfindən tanınmayan əmlak barəsində sahiblik və istifadə hüququndan söhbət gedə bilməz. Cavabdehlərin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında göstərilən və polisdə verilən izahatına münasibətdə qeyd edir ki, qüvvədə olan məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində göstərilən hallara dair heç bir şəxsin münasibət bildirmək səlahiyyəti yoxdur. Cavabdeh2 nənəsinin ərizəsi əsasında həmin evə qeydiyyata düşmüşdür. Onun nənəsi Balaxanım xanımın hansı əsasla qeydiyyata düşməsi ona məlum deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-382/2006 saylı 09 yanvar 2006-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan 2, 30 saylı evə hüququnun tanınması və İddiaçı Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan 2, 30 saylı evə pasport qeydiyyatına alınması, İddiaçı Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan 2, 30 saylı evə pasport qeydiyyatma alınmasının Yasamal rayonu Polis idarəsi, Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 17 fevral 2016-cı il tarixli 2(103)-460/2016-cı il nömrəli qətnaməsi ilə X5 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-382/2006 saylı 09 yanvar 2006-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması və İddiaçı cavabdeh Yasamal rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqəsi və Qeydiyyat Şöbəsinə qarşı - Bakı şəhəri, Ü.Əkbərov küçəsi, dalan 2, 30 saylı evə paspot qeydiyyatına alınması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İş materiallarında olan X7 tərəfindən Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon passport və qeydiyyat şöbəsinə ünvanlanmış və notarial qaydada təsdiq edilmiş xx.xx.2016-cı il tarixli ərizənin surətindən görünür ki, X7 Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə Cavabdeh2 qeydiyyata düşməsinə etiraz etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, ünvan 11 ünvanında Cavabdeh2 10 dekabr 2016-cı il tarixdən qeydiyyatdadır. İş materiallarında olan Bakı Şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin 20 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, izahatı alınmış X8 bildirmişdir ki, qeydiyyatda olduğu Yasamal rayonu, D.Bünyadzadə küçəsi, ev 2/30 ünvanında yerləşən torpaq sahəsi və mənzili dəqiq bilmədiyi tarixdə, dayısı və onun arvadı Nəzakət tərəfindən Salyan rayonunda yerləşən mənzillərini sataraq almışdır. Bir müddət sonra dayısı Mahmud ilə Nəzakətin rəsmi boşandıqlarından, Nəzakətin adına ev olmaması və qohumlarını həmin evə qeydiyyatda sala bilməməsindən ötrü, Mahmudun evi X5 adına sənədləşdirmişdir. O, həmin ünvanda yaşamır və orada digər dayısı Cavabdeh1 yaşayır. İzahatı alınmış Cavabdeh1 bildirmişdir ki, M.Sadıqovun keçmiş arvadı N.Sadıqovla evlənib Salyan rayonunda yaşamış, bir neçə ildən sonra oradakı evlərini satıb Bakı şəhəri, Yasamal rayonu D.Bünyadzadə küçəsində 2/30 ünvanında torpaq sahəsi almışlar. Bir müddət sonra, M.Sadıqov Avstriya Respublikasına getmiş, sonradan İddiaçı Avstirya Respublikasına getmişdir. Təxminən 2000-ci ildən təqaüddə olan və heç bir gəliri olmayan X2 Avstirya Respublikasından göndərdikləri pulların hesabına həmin torpaq sahəsində ev tikmişdir. Tam dəqiq bilmədiyi tarixdə M.Sadıqov Avstirya Respublikasından geri qayıtmış, N.Sadıqov üç uşağı ilə birlikdə Avstirya Respublikasında qalmışdır. İddiaçı Avstirya Respublikasından Yasamal rayon məhkəməsinə müraciət edərək başanmışdır. O, 2009-cu ildən 2012-ci il müddətində həbsdə olmuş və həbsdən azad olduqda sonra M.Sadıqovun evində yaşamış, 2016-cı ildə Emilya ilə evlənmişdir. 2021-ci ilin may ayında anası Balaxanım vəfat etmişdir. Bundan sonra o, arvadı ilə qardaşı Mahmud və onun ailəsinə məxsus evdə tək yaşayır. Mənzil anasının adına olduğu üçün bacısı qızı Cavabdeh2 qeydiyyata salmışdır. Nəzakətin cehizləri uzun müddət baxımsız olduğu üçün yararsız hala düşmüşdür. İş materiallarında olan Bakı Şəhəri Yasamal RPİ-nin 29-cu PŞ tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixli MN seriyalı ******* nömrəli və MN seriyalı ******* nömrəli protokollardan görünür ki, X3 xx.xx.2022-ci il tarixli 29-cu PŞ-yə etdiyi müraciətinə əsasən, ünvan 15 ünvanında pasport rejimi yoxlanılmış, bakı şəhəri, ünvan 16 ünvanında qeydiyyat və yaşama qaydalarını pozduğuna görə Cavabdeh1 və həyat yoldaşı Cavabdeh3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşlar. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 17 ünvanında yerləşən fərdi yaşayış evinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə xx.xx.2009-cu il tarixində vətəndaş İddiaçı ilə 10295520 nömrəli müqavilə bağlanaraq **********005 saylı abonent kodu açılmışdır. Müqavilə bağlanan tarixdən hesabat ailə tərkibi 6 nəfər olmaqla aparılmışdır. Qeyd olunan fərdi yaşayış evinin hesabatı xx.xx.2014-cü il tarixindən su xətti üzərində quraşdırılmış 49783055 nömrəli Alfasu-20 markalı smart tipli su sayğacının balans yükləmələrinə əsasən aparılmaqdadır. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 2 saylı dalanda yerləşən 36 saylı evdə abonent olaraq kimin qeydiyyata alınmasına dair məlumatın təqdim edilməsi ilə bağlı 30 avqust 2022-ci il tarixli, 19VB-280/22 nömrəli müraciətinə "xxxx" ASC-də aidiyyəti üzrə baxılmış və səhmdar cəmiyyətin elektron bazasında qeyd olunan evin 040001200D20036 nömrəli abunə kodu ilə İddiaçı Məmməd qızının adına qeydiyyata alınnmasına dair məlumat vardır. İş materiallarında olan Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə İddiaçı arasında bağlanmış nikaha Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2019-cu il tarixində xitam verilmişdir. İş materiallarında olan 14 iyul 2000-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ona məxsus olan Salyan şəhəri, Ə.Hüseynov küçəsi, 66/27 də yerləşən X1. İş materiallarından və tərəflərin izahatlarından aydın olur ki, iddiaçının sahiblik və istifadə hüquqlarının tanınmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məcburi çıxarılmasını, Cavabdeh2 isə qeydiyyatdan çıxarılmasını tələb etdiyi fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Beləliklə də, idiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən əmlakla bağlı olduğundan həmin hissələrdə təmin edilə bilməz. Belə ki, qanunvericilik özbaşına tikiliyə sahiblik və istifadə hüququnun tanınmasını nəzərdə tutmur və əks yanaşma mülki qanunvericiliyin daşınmaz əmlaka hüquqların yaranmasını tənzimləyən normalarına ziddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə isə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müvafiq subyektiv hüquqa, yəni özbaşına tikiliyə istifadə hüquqlarının tanınmasını və özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək hüququna malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. Yuxarıda qeyd edildiyi kimi, Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən mənzil dövlət reyestrində qeydiyyatdan keçməmişdir və statusu etibarilə özbaşına tikilidir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının həmin evə münasibətdə sahiblik və istifadə hüququ tanına bilməz. Həmçinin iddiaçının həmin evə mülkiyyət hüququ, eləcə də sahiblik hüququ olmadığından cavabdehlər Cavabdeh1 və Cavabdeh3 fərdi yaşayış evindən məcburi şəkildə çıxarılması, həmçinin digər Cavabdeh2 qeydiyyatdan çıxarılması üçün hüquqi əsas yoxdur. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbinin iddiaçının mənzilə köçürülməsi hissəsində təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı, həmçinin cinayət işinin başlanmasının rədd edilməsi barədə qanuni qüvvəyə minmiş qərara əsasən cavabdehlərin izahatı ilə müəyyən edilmişdir ki, iddiaçı xarici ölkəyə köçənə qədər bir müddət daimi olaraq ünvan 18 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış, həmçinin onun cehiz əmlakları da həmin fərdi yaşayış evində olmuşdur. Bundan başqa, kommunal xidmətlərin iddiaçının adına olması da onun həmin evdə yaşadığını təsdiq edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 isə 2012-ci ildən sonra orada yaşamış, digər Cavabdeh2 isə ümumiyyətlə orada yaşamamışdır. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, Azərbaycan Respublikasına qayıtdıqdan sonra, Cavabdeh1 onun həmin evdə yaşamasına buna imkan verməmişdir. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, mübahisəsi gedən evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşağı ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını birbaşa qadağan edən göstəriş yoxdur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızı Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin məhkəmə hesab edir ki, iddia təmin eidlmədiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı Əhmədova (Sadıqova) Nəzakət Məmmədəli qızı Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-4144/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4144/2022
25.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver