Məhkəmə qərarları › İş №e-2(004)-4198/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4198/2025

28.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4198/2025 28.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” mrəkəzi Notariat ofisi olmaqla qohumluq və mirasın qəbul edilməsi faktlarının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: qohumluq və mirasın qəbul faktı) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” mrəkəzi Notariat ofisi olmaqla qohumluq və mirasın qəbul edilməsi faktlarının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.1933-cü ildə doğulmuş, anası X19, atası X12.

2. Ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsinin xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 556/57-ci məhəllə, ev A, mənzil 22 xx.xx.1997-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8, mənzil 115 (yeni qaydalarla:ünvan 1 xx.xx.2004-cü il tarixdə X5 adına qeydiyyata alınmışdır.

4. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon 4 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, Çıx-48/4S nömrəli məktubundan görünür ki, mərhum X3 mülkiyyətində olmuş Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8, mənzil 115 (yeni qaydalarla:ünvan 1 ünvanında yerləşən mənzildə xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 4 saylı MKİS-də olan məlumatlara görə qeydiyyatda heç kim yoxdur.

6. Milli Arxiv İdarəsinin Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-DA/2S-6- 1196/2024 nömrəli arxiv arayışına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında Notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondunda mühafizə edilən 1937-ci ilə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında xx.xx.1937-ci ildə doğulan Ərizəçi təvəllüdü qeyd olunur. Atası: X30, milliyyəti – azərbaycanlı, anası: X31, milliyəti – azərbaycanlı.

7. 4 saylı Bakı Maraqlı şəxs Notariat ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 1869 nömrəli məktubdan görünür ki, X16 atası və anası, miras qoyanın atası X15 atası və anası barədə məlumat təqdim edilməmiş, mirasın açıldığı vaxtdan 6 ay ərzində müraciət edilməmişdir.

8. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon 4 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, Çıx-46/4S nömrəli məktubundan görünür ki, mərhum X3 mülkiyyətində olmuş, Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8, mənzil 115 (yeni qaydalarla:ünvan 1 ünvanında yerləşən mənzilin mənzil kommunal xidməti ilə bağlı ödənişləri xx.xx.2022-ci ildən xx.xx.2025-ci ildədək Ərizəçi tərəfindən ödənilib.

9. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon 3 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 18 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 556/57-ci məhəllə, ev A, mənzil 22-ə dair hər hansı hüquqmüəyyənedici sənəd, mənzildə qeydiyyatda olan şəxslər barədə arxivdə heç bir məlumat yoxdur.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti aktlarının arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X47, Xosrov Kazımov, X17, X26, X34, Gülzar Kazımova, X13, X20, X22, Sarıcalinskaya Məhbubə qiyas qızı, Soltan Kazımovun doğumu və ya ölümü 1948-ci ildən əvvələ təsadüf etdiyi təqdirdə məsələ ilə bağlı Milli Arxiv İdarəsinin Dövlət Arxivinə müraciət olunması tövsiyə olunmuşdir. Adıçəkilən şəxslərə aid 1948-ci ildən sonrakı dövrə təsadüf edən sənədləri bu hüquqa malik olan şəxslərin özü və yaxud notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında onların səlahiyyətli nümayəndəsi seçci qeydiyyat şöbəsinə müraciət etməklə əldə edilə bilər.

11. Ölüm haqqında şəhadətnamədən görünür ki, X36 1972-ci ildə vəfat etmişdir.

12. Ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir.

13. xx.xx.1980-ci il tarixdə verilən ölüm haqqında şəhadətnamədən görünür ki, X49 xx.xx.1980-ci il tarixdə ölmüşdür.

14. xx.xx.2004-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X9 vərəsəsi qızı X6r. O mirasdan tam pay almalıdır.

15. Fotoşəkillərdən görünür ki, Xosrov Surxay oğlu, X11, Sevil Teymur qızı, X27, X2, X23, X24, X18, X7 adına qəbir daşları mövcuddur.

Ərizə tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) ərizə tələbi

16. Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN Xidmət” mrəkəzi Notariat ofisi olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X14 ilə Ərizəçi qohumluq əlaqələrinin olması faktı, xx.xx.2021-ci il tarixində vəfat etmiş X4 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8, mənzil 115 (yeni qaydalarla:AZ 1000, ünvan 1 ünvanında yerləşən mənzil və ünvan 3 ünvanında yerləşən mənzilin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Ərizənin əsaslarına görə, Ərizəçi xx.xx.2021-ci il tarixində vəfat etmiş X5 4-cü dərəcəli vərəsəsidir. X14 ailə qurmadığı – subay olduğu üçün birinci dərəcəli vərəsələri sırasında ər və övladları yoxdur. Valideynləri isə vəfat etmişdir. X29 xx.xx.1972-ci il tarixində vəfat etmişdir. Anası da vəfat etmişdir. X5 bacı və qardaşı olmadığı üçün ikinci dərəcəli vərəsələri də yoxdur. X5 həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası da sağ olmadıqları üçün üçüncü dərəcə vərəsə də yoxdur. X5 xalalar və bibilər, dayılar və əmiləri də olmadığı üçün dördüncü dərəcə vərəsəsi də yoxdur. Ərizəçinin atası Saracilinskiy Mamed X1 əmisidir. Onun ölüm haqqında arayışının verilməsi üçün xx.xx.2024-cü il tarixində Milli Arxiv İdarəsinə müraciət edilsə də, Şuşa şəhəri üzrə 1894-cü ilə dair vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair sənədlər X55 təhvil verilmədiyindən məlumat əldə etmək mümkün olmamışdır. Lakin, qohumluq əlaqələrinin olması barədə kifayət qədər subutlar var ki ərizəçi mərhum mirasqoyan Tamilla Sərəcəlinskinin əmisi qızıdır. Bu səbəbdən məhkəməyə müraciət edərək qohumluq əlaqələrinin olması faktını təsdiq etmək zəruridir. Həmçinin, mərhum mirasqoyan Tamilla Sərəcəlinski öldükdən sonra onun əmlakını faktiki olaraq Ərizəçi idarə etmiş, kommunal, elektrik, su və qaz xərcləri o ödəmiş və bu da ərizəçinin miras əmlakı faktiki olaraq qəbul etməsinin sübutudur. Belə ki, Mənzil- Kommunal Təsərrüfatı Departamenti Səbail rayon 4 saylı mənzil-kommunal istismar sahəsinə Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudovküçəsi, ev 8, mənzil 115 (yeni qaydalarla: AZ 1000, ünvan 1 ünvanında yerləşən mənzilin mənzil - kommunal xidməti ilə bağlı ödənişlərin kimin tərəfindən edilməsi ilə bağlı sorğu ilə müraciət edilmişdir. 04 iyun 2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi,ev 8, mənzil 115 (yeni qaydalarla: AZ 1000, ünvan 1 ünvanında yerləşən mənzilin, mənzil - kommunal xidməti ilə bağlı ödənişləri xx.xx.2022 - ci ildən, xx.xx.2025 ci ilədək X32 tərəfindən ödənilib. Həmçinin miras əmlaka daxil olan ünvan 3 ünvanında yerləşən evə dair kommumanl xidmətlərlə bağlı ödənişlər Ərizəçi tərəfindən edilmişdir və bununla bağlı Yasamal rayonu, 3 Saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə vəkil sorğusu ilə müraciət edilsə də, hələ ki cavab məktubu təqdim edilməmişdir. Ərizəçi rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar ifadə etməklə, miras əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ərizəçi 4 saylı Bakı Maraqlı şəxsndə Notariat kontoruna X5 adına vərəsəlik işinin açılması ilə bağlı müraciət etmişdir. Lakin xx.xx.2025ci il tarixli imtina cavabı yazılmış və xx.xx.2025-ci il tarixində notariat orqanından qəbul edilmişdir.

b) Ərizəyə etiraz

18. Ərizə tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraat iştiakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi ərizəni müdafiə edərək ərizə tələbinin təmin olunmasını xahiş etmişdir.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

21. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X46 ifadəsində göstərmişdir ki, X10 ərizəçinin doğma əmisi qızıdır. Zülfüqar, Mamed və Qiyas qardaş olublar. Bir də əlavə olaraq bacıları Sürayyə olmuşdur. Ərizəçi Qiyasın oğludur. Hakimin suallarına cavab olarq bildirmişdir ki, ərizəçi atasının əmisi oğludur. Münasibəti yaxşı olub. Zülfüqar, Mamed, Qiyas və bacıları Sürayyə. X10 pandemiya vaxtı rəhmətə gedib. X8 idi. Həmin ailənin yeganə övladları X10 idi. X10 heç vaxt evli olmayıb, övladları yoxdur. Ərizəçinin ancaq bacıları var idi. Kamilə, Leyla, Validə və Məhbubə xanım olmuşdur. Heç birisi sağ deyil. Bütün qohumların içində yeganə sağ olan şəxs ərizəçidir. Təxminən hamısı 1980-1990-cu illərdə rəhmətə getmişlər. Kamilə xanım 2012-ci ildə rəhmətə gedib. Zülfüqar bəy onun babasıdır. Zülfüqar bəyin övladı onun atası X41 olmuşdur. Atası Kazım bəy 1992-ci il dekabr ayında vəfat etmişdir. Sürəyya xanım atasının bibisi olmuşdur. Onun övladları Xosrov, Soltan və Gülmama xanım olmuşdur. Heç birisi sağ deyil. X3 Səbail və Yasamal rayonunda mülkləri var idi. X10 rəhmətə gedəndən sonra həmin mülkləri ərizəçi idarə edirdi. Səbail rayonundakı evdə olmuşdur. Həmin evdə bir yerdə bayramları qeyd edirdilər. X10 vəfat edəndən sonra evin bütün açarları ərizəçidə olmuşdur. Evin bütün ödənişlərini ərizəçi edir. Hazırda Səbail rayonunda olan evdə hərdənbir kimsə qalır, lakin Yasamal rayonundakı ev yaşanası vəziyyətdə deyil. Səbail rayonunda olan evdə o özü də qalmışdır. Evi təmir olunurdu, bu səbəblə. Hazırda ev kirayədədir.

22. Məhkəmə iclasında şahid qismində dindirilmiş X42 ifadəsində bildirmişdir ki, ərizəçi atasının əmisi oğludur. Münasibətləri yaxşıdır. Atasının əmisi uşaqlarından sağ qalan yalnız ərizəçidir. Atası rəhmətə gedib. Məmmədin 1 qızı olub, Qiyasın 4 qızı və 1 oğlu olmuşdur. Kamilə, Leyla, Validə və Məhbubə xanım. 2022-ci il tarixdə X10 vəfat etmişdir. Öləndən sonra ona məxsus evin bütün kommunal və digər xərclərini ərizəçi ödəmişdir. Ümumiyyətlə ərizəçi Tofiq müəllimi nəslin ağsaqqalı kimi tanıyırlar.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər; Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir; Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); ... 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar; 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın; 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər; 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları; Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir; Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 55-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür; Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

24. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir; Maddə 58. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir; Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

25. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat: Maddə 99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; ... Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; ... Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı).”

27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: “- 2. Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. - 2.1. Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. - 2.3. Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. - 10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. - 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. - 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır.”

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

Məhkəmə baxışının hədləri

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

30. Mübahisə qohumluq münasibəti və mirasın qəbul edilməsi faktlarının müəyyən edilməsi ilə bağlıdır.

31. İddia olunur ki, Ərizəçi mərhum X5 əmisi oğludur. Bu iddia iş materiallarındakı sübutlarla öz əksini tapır.

32. Ərizəçinin atası X30 ilə, mərhum Tamila Sərəcəlinskayanın atası X15 doğma qardaş olması hər ikisinin soyad bənzərliyi – soyadların eyni kökdən ibarət olması, yazılışdakı orfoqrafik fərqliliklər istisna olmaqla ata adının eyni olması, bu barədə şahidlərin eyniməzmunlu və təsdiqləyici ifadələri, Tamila Sərəcəlinskayanın vəfatından sonra onun mülkiyyətində olmuş əmlaklara nəzarətin ərizəçi tərəfindən həyata keçirildiyini təsdiq edən müvafiq sənədlərlə öz təsdiqini tapır. Bunlar isə ərizəçi və X5 əmioğlu əmiqızı olaraq qohum olmaları barədə qənaətə gəlmək üçün yetərlidir.

33. Müəyyən edilməsi xahiş edilən qohumluq münasibəti faktı hüquqi nəticələrə səbəb olacaq. Ərizəçinin məqsədi mirasdan pay almaqdıe. Ərizəçi bu faktı başqa qaydada təsdiq edə bilməmişdir. Odur ki, Ərizəçi ilə mərhum X5 əmioğlu - əmiqızı olaraq qohumluq münasibəti faktı müəyyən edilməlidir.

34. X14 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, onun ölümü ilə miras açılmışdır. Ondan Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8, mənzil 115 (yeni qaydalarla:AZ 1000, ünvan 1 ünvanında yerləşən mənzil və ünvan 3 ünvanında yerləşən mənzil miras qalmışdır.

35. Ərizəçi bu iki mənzilin onun tərəfindən faktiki qəbul edildiyini irəli sürür və bu barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsini xahiş edir.

36. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (MülkiMəcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.

37. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” 2022-ci il 16 mart tarixli Qərarları).

38. Hazırkı işin halları baxımından müəyyən olunur ki, Tamila Sərəcəlinskayanın qanun üzrə birinci, ikinci, üçüncü və dördüncü növbə vərəsələrdən heç kim mövcud olmamış, adı çəkilən miras əmlaklar nə formal, nə də qeyri-formal üsullarla digər şəxslər tərəfindən qəbul edilməmişdir.

39. Miras xx.xx.2021-ci il tarixdə açılmasına baxmayaraq bu vaxta kimi heç kəs mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş şəxslər də Tamila Sərəcəlinskayanın mirası qəbul edəcək vərəsələrinin olmadığı, onun heç vaxt evlənmədiyi və uşaqlarının olmadığı barədə ifadələr vermişlər. Tamila Sərəcəlinskayanın anasının ölümü ilə əlaqədar açılmış vərəsəlik işindən müəyyən edilir ki, mərhum özü anasına münasibətdə yeganə vərəsə olmuş, onunla miras əmlaka şəriklik edəcək digər birinci dərəcə vərəsələr olmamışdır.

40. Miras əmlakların ərizəçi tərəfindən faktiki qəbul edilməsi, yenə də şahid ifadələri, mənzillərə dair kommunal ödənişlərin ərizəçi tərəfindən həyata keçirilməsi ilə təsdiq edilir. Şahid ifadələri ilə hər iki mənzilə sahibliyin ərizəçi tərəfindən həyata keçirildiyi, mənzillərin açarlarının ərizəçidə olduğu müəyyən edilir. Mənzillərin daxilindən fotoşəkillərin iş materiallarına əlavə edilməsi də bu faktı dəstəkləyir. Yəni, hazırda vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlaması və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyi sübut olunur. Odur ki, bu hissədə ərizə təmin edilməlidir.

41. Beləliklə, ərizə təmin edilməli, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X14 ilə Ərizəçi əmiqızı - əmioğlu olmaqla qohumluq əlaqələrinin olması faktı, xx.xx.2021-ci il tarixində vəfat etmiş X4 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8, mənzil 115 (yeni qaydalarla:AZ 1000, ünvan 1 ünvanında yerləşən mənzil və ünvan 3 ünvanında yerləşən mənzilin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 307.2.9, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. 13 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X14 ilə Ərizəçi əmiqızı - əmioğlu olmaqla qohumluq əlaqələrinin olması faktı müəyyən edilsin. 13 oktyabr 2021-ci il tarixində vəfat etmiş X4 miras qalmış Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8, mənzil 115 (yeni qaydalarla:AZ 1000, ünvan 1 ünvanında yerləşən mənzil və ünvan 3 ünvanında yerləşən mənzilin Ərizəçi tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar