Məhkəmə qərarları › İş №e-2(004)-4218/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4218/2024

11.10.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4218/2024 11.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 iyul 2024-cü il tarixli, 3-17-1/3-4-1111/2024 nömrəli əmrinin ləğv edilərək əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun X2 Pensiya təminatı şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilmiş, işdən azad olunduğu xx.xx.2024-cü il tarixədək nümunəvi işçi olmuş, heç bir nöqsana yol verməməklə, heç vaxt barəsində töhmət və xəbərdarlıq olmamışdır. İddiaçı Gəncə Dövlət Universitetini bitirməklə bakalavr diplomu almış, sonra isə elə həmin Universitetin magistr dərəcəsinə yüksəlməklə magistr diplomu almışdır. İddiaçı 3-cü dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsinə kimi yüksəlsə də, xx.xx.2020-ci il tarixdə tutduğu vəzifədən azad edilmiş, buna səbəb isə Dövlət Sosial Müdafiə Fondunun artıq X21 çevrilməsi olmuşdur. Bütün bunlar əmək kitabçasında öz əksini tapmışdır. 2014-cü il tarixdən etibarən cavabdeh təşkilatda müxtəlif vəzifələrdə işləmiş, qiymətləndirmə imtahanlarında hər zaman ən yüksək nəticələr əldə etmişdir. Hazırda isə böyük bir haqsızlıqla üz-üzə qalmışdır və məhkəməyə müraciət etməkdən başqa çarəsi yoxdur. Belə ki, Dövlət Sosial Müdafiə Fondunun 04 iyul 2024-cü il tarixli 3-17-1\3-4-1111\2024 nömrəli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Bunun səbəbi isə büllütendə olduğu ərəfədə ölkə hüdudlarından kənara çıxmağı olmuşdur. İddiaçı səhhətində olan problemlə əlaqədar 05 və 06 mart 2024-cü il tarixlərində xəstəxanaya müraciət etmiş, qan analizi verərək müayinə olunmuş, döş qəfəsinin rentgen görünüşü götürülmüşdür. Nəfəs almağında çətinliklər olduğu üçün dərindən yoxlanılmaq məqsədi ilə Türkiyə Cumhuriyyətinə getmiş, həmin ərəfədə də, bülletendə olmuş və büllüteni bitəndə isə işinə davam etmiş, hətta büllütenlə əlaqədar müavinət də almışdır. İddiaçı ilə şəxsi qərəzçiliyi olan bir şəxs xx.xx.2024-cü il tarixdə iş yerinə zəng vuraraq məlumat vermişdir ki, İddiaçı büllütendə olduğu müddətdə ölkə hüdudlarını tərk etmişdir. Bu səbəblə də iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad etdilər. Halbuki iddiaçının işdən çıxmağını idarədə heç kəs istəmirdi, lakin həmin şəxs zəng vurub idarənin rəhbərliyini hədələyəndən sonra ki, onlardan da şikayət edəcək, bundan sonra məcbur qalıb iddiaçını işdən azad etdilər. İddiaçı büllütendən qayıtdıqdan sonra Filialın direktoru Rafael müəllim onu çağıraraq, barəsində araşdırma başladıldığını bildirdi və qeyd etdi ki, daxili nəzarət qaydasında araşdırma başladılmışdır. 23 aprel 2024-cü il tarixdə iddiaçını Bakıya, Daxili Nəzarət Departamentinə çağıraraq sərhəd keçməyi barədə məlumatları ona təqdim etdilər ki, Sərhəd Xidmətinin məlumatı var ki, ölkə hüdudlarını tərk etmişdir. Həmin günü izahatı alındı və araşdırma materiallarına əlavə edildi. Bu araşdırma ilə əlaqədar TƏBİB-ə məlumat verilmiş və həkim Tamella Məmmədova 15 may 2024-cü il tarixdə iddiaçıya zəng edərək bildirdi ki, iddiaçının barəsində araşdırma aparılıb. Elə işdən azad olunduğu gündən Əmək Məcəlləsində və müxtəlif qanun və təlimatlarda axtarır ki, görsün harada yazılıb ki, büllütendə olunan müddətdə ölkə hüdudlarını tərk etmək olmaz. Hələ də elə bir qadağanedici normaya rast gəlməmişdir. Cavabdeh orqan onu əsas gətirir ki, iddiaçı büllüten açılan tarixdə ölkədə olmamışdır, axı bu onun günahı deyil. İddiaçı büllüten açdırmaq üçün müraciət edəndə 07 mart 2024-cü il tarixi idi və səhərisi gün 08 mart tarixinə düşür, sonra isə şənbə və bazar günlərinə düşdüyü üçün həkim bildirdi ki, onsuz da bu 3 günü qeyri-iş günüdür, boş yerə bülleten açmağın mənası yoxdur, onsuz da evdəsən, sənə büllüteni 1-ci gündən açacam və belə də oldu. İddiaçıya xx.xx.2024-cü il tarixdən bülleten açıldı. Hər şey qanunamüvafiq şəkildə olmuş, iddiaçı bülleten açılan müddətdə xəstəliyini yoxlatdırmaq məqsədi ilə Türkiyə Cümhuriyyətinə getmiş və büllütenin sonunda işinə çıxmışdır. İddiaçı ilkin olaraq mediasiyaya müraciət edərək tərəfə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, cavabdeh orqan isə onun təklifinə 15 iyul 2024-cü il tarixli imtina məktubunu göndərərək mediasiya prosesinin tətbiqinə zərurət qalmadığını bildirmiş, həmin məktub ona xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Həmin imtina məktubunda Mediasiya haqqında qanunun 21 və 32-ci maddələrinə istinad olunur ki, həmin qanunun 32.1.3-cü maddəsində deyilir ki, tərəflər və ya onlardan biri mediasiya prosesindən imtina etdikdə mediasiya prosesinə xitam verilir. Həmin qanunun 21.7-ci maddəsində də qeyd edilir ki, bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. İddiaçı da öz növbəsində mediatora bildirmişdir ki, artıq mediasiya prosesinə xitam verilmişdir, ona məktub versin və getsin məhkəməyə, mediator isə cavabında bildirdi ki, hələ dəvət məktubu yazıb cavabdeh təşkilatı çağırmalı, ondan sonra imtina məktubu verməliyəm. Ehtiyac olmadan məktub göndərdi, cavabdeh orqan isə gəlməyəcək və münasibət bildirməyəcək, çünki onların hüquqşünasları bu işləri yaxşı bilir və mediasiya prosesinin bitdiyinin fərqindədirlər. İddiaçı bunun belə olmadığını, yəni əslində mediasiya prosesinə xitam verildiyini bildiyi üçün cavabdeh təşkilatın imtina məktubunu alandan sonra məcbur qalıb məhkəməyə müraciət edir. Çünki bilir ki, xx.xx.2024-cü il tarixdən etibarən mediasiya prosesinə avtomatik olaraq xitam verilib və onun bir aylıq müddət axımı başlamışdır. Bəhs etdiyi mövzu Ali Məhkəmənin Mülki Kollegiyasının işə bərpa tələbinə dair mülki işə qoyduğu mövqedən də aydın olur. Ali Məhkəmənin Mülki Kollegiyasının qərarının 43 və 44 saylı başlıqlarında yuxarıda bəhs etdiyi mövzu açıq aydın göstərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 pensiya təminatı şöbəsinin baş mütəxəssisi kimi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 iyul 2024-cü il tarixli 3-17-1/3-4-1111/2024 nömrəli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi, iddiaçının yenidən həmin vəzifəyə bərpa edilməsi və məcburi iş buraxmaya görə ona əmək haqqı hesablanaraq ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində də qeyd edildiyi kimi iddiaçı xx.xx.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun X2 Pensiya təminatı şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə iddiaçı nümunəvi işçi olmaqla, heç bir nöqsana yol verməmişdir. Barəsində hər hansı bir intizam tədbiri görülməmişdir. 2014-cü il tarixdən etibarən cavabdeh təşkilatda müxtəlif vəzifələrdə işləmiş və qiymətləndirmə imtahanlarında hər zaman ən yüksək nəticələr əldə etmişdir. İddiaçı Gəncə Dövlət Universitetini bitirməklə bakalavr diplomu almış, sonra isə elə həmin universitetin magistr dərəcəsinə yüksəlməklə magistr diplomu almışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 iyul 2024-cü il tarixli, 3-17-1/3-4-1111/2024 nömrəli Əmrinə əsasən guya əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilməyi və iddiaçı ilə 14 avqust 2020-ci il tarixdə bağlanmış Əmək müqaviləsinə 05 iyul 2024-cü il tarixdə xitam verilməsi qərara alınmışdır. Hesab edir ki, tutduğu vəzifədən azad edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, İnsan hüquqlarına dair Ümumi Bəyannamənin 23-cü maddəsinin İ, İİ və İİİ hissələrinə əsasən hər bir şəxsin əmək, sərbəst iş yeri seçmək, ədalətli və münasib iş şəraiti və işsizlikdən müdafiə hüququ vardır, heç bir ayrı seçkilik olmadan eyni iş üçün eyni əmək haqqı almaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və miiəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci bəndinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtidə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Cavabdeh təşkilat iddiaçını tutduğu vəzifədən azad edərkən həmin əmrin əsası kimi Fondun 2024-cü il 11 iyun tarixli 3-17-1/3-1-45638/2024 nömrəli xidməti məruzəsinə və Nazirliyin Bakı şəhəri üzrə X7 Komitəsinin razılıq məktubuna istinad etsə də, əvvəla qeyd etmək istəyir ki, həmin sənədlər iddiaçının müraciəti əsasında ona təqdim edilməmişdir. Ancaq hər bir halda həmin sənədlər heç bir halda iddiaçının tutduğu vəzifədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutlmuş əsasla azad edilməyi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən həmin əsasla ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin "ç” bəndində nəzərdə tutulmuş əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Eyni Məcəllənin 71-ci maddəsinin 3cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xilam verilə bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68. 60, 70. 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İşçinin əmək funksiyası dedikdə əmək müqaviləsində nəzərdə tutulan, yerinə yetirilməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətin dairəsi anlaşılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsi əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirən halları dəqiq şəkildə müəyyən edir, a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan büıün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsiıii hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasım pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai- təhlükəli əməllərə yol verməsi. Hazırkı halda iddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı və 83-cü maddələrinin aşağıda göstərilən tələbləri pozulmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmış və işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi bu hallardan biri kimi göstərilmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən hər hansı formada kobud səhvi, yaxud işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi şərtdir. Məhz sadalanan halların mövcudluğu, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə əməl (xüsusilə 71-72-ci maddələrinə) olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Mübahisələndirilən əmrdə iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən yuxarıda qeyd olunan kobud pozuntuların onun əməllərində mövcud olması arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının belə pozuntulara yol vermiş olması və bu pozuntunun müvafiq iş verində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozaraq mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması işin faktiki halları ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh təşkilat iddiaçının əməli nəticəsində işin istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsində deyilir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin ....70-ci .... maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların lələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarım araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdihlməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2019-cu il 30 dekabr tarixli 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X20 şəxsi yaradılmış və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsi təsdiq edilmişdir. Qeyd olunan Nizamnamənin 4.11.11ci bəndinə əsasən, X17 sədri bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən, əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Qeyd edilir ki, işəgötürən Dövlət Sosial Müdafiə Fondu ilə işçi İddiaçı arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış və Fondun xx.xx.2020-ci il tarixli, **********6 nömrəli əmrinə əsasən iddiaçı Fondun Gəncə şəhəri Kəpəz rayon filialına işə qəbul edilərək ştatdankənar işçi vəzifəsinə təyin edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən o, Fondun 18 saylı regional ərazi filialının Pensiya təminatı şöbəsinə baş mütəxəssis, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən Fondun X2 Pensiya təminatı şöbəsinin baş mütəxəssisi vəzifəsinə təyin edilmişdir. İşin faktiki hallarına əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdən Filiala heç bir məlumat bildirmədən işə gəlməmiş və ona telefon vasitəsilə zəng edilsə də, cavab alınmamışdır. xx.xx.2024-cü il tarixdə Filiala İddiaçı Türkiyə Respublikasında olduğu ilə bağlı məlumat daxil olmuşdur. Filialın direktoru tərəfindən İddiaçı zəng edilsə də, zəng çatmadığı üçün “Whatsapp" mobil tətbiqi vasitəsilə əlaqə yaradılmışdır. İddiaçı danışıq zamanı Türkiyə Respublikasında olması ilə bağlı qeyd edilənlərin əsassız olduğunu və Şəmkir rayonunda olduğunu bildirmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə işə çıxmış və işdə olmadığı 5 gün üçün (xx.xx.2024-xx.xx.2024) əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı Gəncə Şəhər Birləşmiş Xəstəxanası tərəfindən verilmiş xəstəlik vərəqəsini təqdim etmişdir. Məsələ ilə bağlı Fond tərəfindən araşdırma aparılaraq İddiaçı qeyd olunan tarixlərdə ölkə ərazisində olub-olmamasının dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə sorğu ünvanlanmış, sorğuya verilmiş Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2024-cü tarixli, 3-38-16/2- 2818/24 nömrəli cavab məktubunda İddiaçı dövlət sərhədindən hərəkəti barədə “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemində (İAMAS) mövcud məlumatlarına əsasən xx.xx.2024-cü tarixdə ölkə ərazisindən çıxdığı, Türkiyə Respublikası ərazisində olduğu və xx.xx.2024-cü il tarixdə ölkəyə giriş etdiyi qeyd edilmişdir. Araşdırmanın davamı olaraq, İddiaçı Fondun Daxili nəzarət departamentinə dəvət edilmiş və izahatı alınmışdır. İddiaçı xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə Türkiyə Respublikası ərazisində olub-olmaması ilə bağlı suala səmimi cavab verməsi xahiş olunsa da, o, bu halı inkar edərək ölkə ərazisində olduğunu bildirmişdir. Daha sonra faktı təsdiq edən Dövlət Sərhəd Xidmətinin müvafiq məktubu ilə tanış edildikdən sonra ölkə ərazisində olmadığını etiraf etmişdir. Bundan sonra İddiaçı özünə “bəraət qazandırmaq” üçün izahatında ilkin olaraq xx.xx.2024-cü il tarixdə səhhətində yaranmış problemlərlə əlaqədar X4 müraciət etdiyini və ona xx.xx.2024-cü il tarixdə Xəstəxananın həkimi tərəfindən növbəti günlərin qeyri-iş günü olması bildirilərək xəstəlik vərəqəsinin növbəti iş günündən, yəni xx.xx.2024-cü il tarixdən tərtib edilməsi təklif edilmiş və bununla razılaşdığını bildirmişdir. İddiaçı Türkiyə Respublikasına müalicə məqsədilə getdiyini bildirsə də, ondan orada müayinə və ya müalicə olunmasını təsdiq edən sənəd istənildikdə heç bir təsdiqedici sənəd təqdim etməmiş və rəsmi iş yeri olmayan, təqaüddə olan bir həkimə müraciət etdiyini izahatına əlavə etmişdir. Həmçinin gediş biletini təqribən 6-7 ay öncədən aldığını etiraf etmişdir. Aydın olduğu kimi, İddiaçı təqdim edilmiş xəstəlik vərəqəsi onun ölkədə olmadığı tarixdə əyani müayinə olunmadan tərtib edilmişdir. Qeyd edilən halın araşdırılması və xəstəlik vərəqəsinin verilməsinin qanunauyğunluğunun yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) xx.xx.2024-cü il tarixli, 3-17-1/2-98275/2024 nömrəli məktubla müraciət edilmişdir. TƏBİB tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli 18-1/2-5007/2024 nömrəli cavab məktubunda sözügedən xəstəlik vərəqəsinin verilmə qaydasının pozulduğu və nöqsana yol vermiş əməkdaş barəsində müvafiq intizam tənbeh tədbirinin tətbiq edildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məcəllənin 186-cı maddəsinin 2ci bəndinin “ç” yarımbəndinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməklə ona intizam tənbehi verə bilər. Məcəllənin 10cu maddəsinə əsasən, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək, əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələridir. Həmin Məcəllənin 71-ci maddəsini 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol vehlir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Cavadova X9 direktoruna bilərəkdən yalan məlumatlar verərək, təqdim etdiyi xəstəlik vərəqəsini həkimlə qabaqcadan əlbir olmaqla qanunsuz üsulla əldə edərək, gediş biletini 6-7 ay öncədən alaraq, üzürlü səbəb olmadan tam 5 iş günü işə gəlməməklə işdən qəsdən yayınaraq, Filialın işində əhalinin əmək pensiyaları üzrə nəzərdə tutulmuş ödənişlərlə təmin edilməsi məqsədilə sənədlərin və müraciətlərin qəbul edilməsi sahəsində olan fəaliyyətində əmək və icra intizamının normal ahəngini qəsdən pozmuş, həmçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə əmək vəzifələrini qəsdən kobud şəkildə pozmuşdur. Xüsusi olaraq vurğulanmalıdır ki, İddiaçı Filialın Pensiya təminatı şöbəsinin baş mütəxəssisi vəzifəsini icra edərkən bu pozuntunu törətmişdir. Həmçinin Nazirliyin xx.xx.2019-cu il tarixli, **********3 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sturukturunda çalışan dövlət qulluqçusu olmayan əməkdaşlar üçün etik davranış Qaydaları”nın 4.2.1-ci yarımbəndinə əsasən əməkdaş icra və əmək intizamına əməl etməklə yanaşı, üzürsüz səbəbdən işdən yayınma hallarına yol verməməlidir. İddiaçı tərəfindən qeyd olunan yarımbəndin tələbləri də pozulmuşdur. Bundan sonra Fondun xx.xx.2024-cü il tarixli, 3-17-1/3-4-1111/2024 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində (olduğu kimi köçürülür) qeyd edir: “... Bunun səbəbi isə bülletendə olduğum ərəfədə ölkə hüdudlarından kənara çıxmağım olmuşdur. Qeyd edim ki, mən səhhətimdə olan problemlə əlaqədar 05 və 06 mart 2024-cü il tarixlərində xəstəxanaya müraciət etmiş, qan analizi verərək müainə olunmuş, döş qəfəsimin rentgen görünüşü götürülmüşdür, (e-təbib mobil tətbiqindən çıxarışlar və rentgen çəkilişi əlavə edilir) Nəfəs almağında çətinliklər olduğu üçün dərindən yoxlanılmaq məqsədi ilə Türkiyə Cümhuriyyətinə getmişəm, həmin ərəfədə də, bülletendə olmuşam və bülletenim bitəndə isə işimə davam etmiş, hətta bülletenlə əlaqədar müavinət də almışam. Mənimlə şəxsi qərəzçiliyi olan bir şəxs xx.xx.2024-cü il tarixdə iş yerimə zəng vuraraq məlumat vermişdir ki, İddiaçı bülletendə olduğu müddətdə ölkə hüdudlarını tərk etmişdir. Bu səbəblə də məni, Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən tutduğum vəzifədən azad etdilər. Halbuki mənim işdən çıxmağımı idarədə heç kəs istəmirdi, lakin həmin şəxs zəng vurub idarənin rəhbərliyini hədələyəndən sonra ki, sizdən də şikayət edəcəm, bundan sonra məcbur qalıb məni işdən azad etdilər. Mən bülletendən qayıtdıqdan sonra Filialın direktoru Rafael müəllim məni çağıraraq, barəmdə araşdırma başladıldığını bildirdi və qeyd etdi ki, daxili nəzarət qaydasında araşdırma başladılmışdır. 23 aprel 2024-cü il tarixdə məni Bakıya, Daxili Nəzarət Departamentinə çağıraraq sərhədi keçməyim barədə məlumatları mənə təqdim etdilər. Həmin günü izahatım alındı və araşdırma materiallarına əlavə edildi. Bu araşdırma ilə əlaqədar TƏBİB-ə məlumat verilmiş və həkim Tamella Məmmədova 15 may 2024-cü il tarixdə mənə zəng edərək bildirdi ki, mənim barəmdə araşdırma aparılıb. Elə işdən azad olunduğum gündən Əmək Məcəlləsində və müxtəlif qanun və təlimatlarda axtarıram ki, görüm harda yazılıb ki, bülletendə olunan müddətdə ölkə hüdudlarını tərk etmək olmaz Hələ də elə bir qadağanedici normaya rast gəlməmişəm. Cavabdeh orqan onu əsas gətirir ki, sənə bülleten açılan tarixdə ölkədə olmamısan, axı bu mənim günahım deyil. Mən bülleten açdırmaq üçün müraciət edəndə 07 mart 2024-cü il tarixi idi və səhərisi gün 08 mart tarixinə düşür, sonra isə şənbə və bazar günlərinə düşdüyü üçün həkim bildirdi ki, onsuz da bu 3 günü qeyri-iş günüdür, boş yerə bülletün açmağın mənası yoxdur, onsuz da evdəsən, sənə bülleteni 1-ci gündən açacam və belə də oldu. Mənə xx.xx.2024-cü il tarixdən bülleten açıldı. Hər şey qanuna müvafiq şəkildə olmuş, mən bülleten açılan müddətdə xəstəliyimi yoxlatdırmaq məqsədi ilə Türkiyə Cümhuriyyətinə gedib və bülletenin sonunda işimə çıxmışam”.1. İlk növbədə bildirilir ki, iddiaçının 05 mart və 06 mart 2024-cü il tarixlərdə qan analizi verməsi və ya həkim müayinəsində olması onun hər hansı xəstəliyini təsdiq edən sənəd deyildir. Dəfələrlə İddiaçı xəstəlik vərəqəsinin əhatə etdiyi xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə müalicə alması və ya müayinə olunması ilə bağlı sənəd təqdim etməsi xahiş olunsa da, belə bir təsdiqedici sənəd təqdim edə bilməmişdir. Bu hal özü də İddiaçı əmək qabiliyyətini müvəqqəti itirmədiyini bir daha sübut edir.;2. Nəfəs almağında çətinliklər olduğu üçün dərindən yoxlanılmaq məqsədi ilə Türkiyə Respublikasına getdiyini bildirsə də, gediş biletini 6-7 ay öncədən alması bu faktı bir daha təkzib edir. Şəxsin xəstəliyi və əmək qabiliyyətini itirəcəyini 6-7 ay öncədən heç bir əsas olmadan təxmin etməsi qeyri-real hadisədir və bu kimi halların iddia ərizəsində qeyd olunması tamamilə reallıqları təhrif etməyə yönəlmişdir; 3. O, işdən azad olunduğu gündən Əmək Məcəlləsində və digər qanun və təlimatlarda bülletendə olduğu müddətdə ölkə hüdudlarını tərk etməyin harda qeyd edildiyini axtardığını və hələ də elə bir qadağanedici normaya rast gəlmədiyini bildirmişdir. Qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında təlimat”ın 16-cı bəndinə əsasən, ölkə daxilində başqa şəhərdə (yerlərdə) müalicə olunmaq üçün xəstəlik vərəqəsi HMK-nin sədri və üzvləri tərəfindən (HMK olmadıqda isə müalicə həkimi və baş həkim tərəfindən) elektron sənəd formasında tərtib edilib, həmin xəstəlik vərəqəsi ərazi üzrə dövlət tibb müəssisəsinin rəhbərinin gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. Xəstəlik vərəqəsi olan şəxs müalicə həkiminin icazə qeydiyyatı olmadan başqa səhərə gedirsə, bu hal rejimin pozulması hesab olunur. Göründüyü kimi, xəstə ölkə daxilində başqa şəhərə bunun üçün verilmiş xəstəlik vərəqəsi əsasında gedə bilər. Belə ki, xəstəlik vərəqəsinin əhatə etdiyi tarixlərdə işçi həkim nəzarətində müalicə alınan şəxs olduğundan onun işə gəlməməsi üzürlü səbəb hesab olunur. Lakin İddiaçı həkim nəzarətində heç bir müalicə almamış, ölkə daxilində başqa şəhərə getmək bir yana, ölkə ərazisini belə tərk etmişdir.; 4. O, “bülleten açdırmaq” üçün həkimə müraciət etdikdə 07 mart 2024-cü il tarixi olduğunu və növbəti günün qeyri-iş günü olduğunu (08 mart X15, növbəti şənbə və bazar günləri) olduğu üçün həkim bildirdi ki, 3 gün qeyri-iş günüdür, “boş yerə bülleten açmağın mənası yoxdur”. Bu hal özü-özlüyündə xəstəlik vərəqəsinin qanunsuz əsaslarla verildiyini təsdiq edir. Qanunvericilikdə “bülleten açdırmaq” anlayışı mövcud deyildir. Belə ki, yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən, xəstəlik vərəqələri xəstəlik və ya xəsarət nəticəsində sığortaolunan əmək qabiliyyətini müvəqqəti itirdikdə həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən elektron sənəd formasında tərtib edilir. Yəni xəstəlik vərəqələrinin verilməsi növbəti günlərin qeyri-iş və ya iş gününə təsadüf etməsi ilə əlaqələndirilmir.; 5. Həmçinin xəstəlik vərəqəsində İddiaçı müalicə rejiminin “ambulator” olması, rejimin pozulmasına dair qeyddə “yox” kimi qeyd olunmuşdur. Ambulatoriya (latın sözü olan ambulatorius sözündən götürülmüşdür və səyyar mənasını verməkdədir) əhaliyə xəstəxanadankənar həkim yardımı göstərən müalicə-profilaktika müəssisəsi deməkdir. Ambulatoriya ərazi sahə prinsipi üzrə tibbi yardım göstərir. Ambulatoriyalar müstəqil və ya xəstəxana nəzdində ola bilər. Lakin xəstəlik vərəqəsində işdən azad edilmə tarixi xx.xx.2024-cü il tarixdən başlasa da, həmin tarixdə İddiaçı artıq ölkə xaricində olmuşdur. Yəni hər hansı həkim müayinəsinin olması və ya hər hansı xəstəliyin həkim tərəfindən müəyyən edilməsi tamamilə reallıqdan kənardır. Yuxarıda qeyd olunan qaydalarda xəstənin 3 gün ərzində yenidən həkim müəyinəsində olması tələb olunduğundan işdən azad edilmə tarixi guya İddiaçı xəstəliyi ilə əlaqədar xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Lakin bir daha qeyd edilir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasında olmuş, Gəncədə hər hansı həkim müayinəsində olması mümkünsüz olmuşdur. Əlavə olaraq bildiririk ki, xəstəlik vərəqəsində işə başlamalı tarix olaraq Türkiyə Respublikası ərazisindən ölkəyə qayıtdığı xx.xx.2024-cü il tarix göstərilmişdir. Bu hallar TƏBİB-in xx.xx.2024-cü il tarixli 18-1/2- 5007/2024 nömrəli məktubu ilə sübut olunmuş, bununla da işçinin törətdiyi pozuntular öz təsdiqini tapmışdır.; 6. Xəstəlik vərəqəsində diaqnoz olaraq “KRX” (X5) kimi qeyd edilmişdir. Bu diqanoz ümumi bir anlayışdır, qrip, qızdırma, soyuqdəymə, burun axıntısı və digər bu kimi xəstəlikləri əhatə edir. Bu xəstəliklər üçün diaqnozun qoyulması yalnız xəstənin əyani müayinə olunması ilə mümkün ola bilərdi. Həmçinin iddiaçının qeyd olunan xəstəliklərə görə əlavə müalicə olunmaq üçün xarici ölkəyə getməsi ilə bağlı iddiaları bir daha həqiqətləri təhrif etməyə yönəlmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsində işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması kimi qeyd olunan normal ahəngi pozmaq” və “hər hansı formada ziyanın vurulması” anlayışları qeyri-müəyyən olması və məhdudiyyətsiz mülahizə yaratması işçinin xeyrinə həll edilən norma kimi şərh edilməməlidir. Bununla yanaşı işin faktiki halları da Məcəllənin 71-ci maddəsində qeyd olunan norma ilə uyğunlaşır. Belə ki. İddiaçı Türkiyə Respublikasına gediş biletini 6-7 ay öncədən alaraq üzürlü səbəb olmadan 5 iş günü işə qəsdən gəlməməsi işdən qəsdən yayınaraq, Filialın işində əhalinin əmək pensiyaları üzrə nəzərdə tutulmuş ödənişlərlə təmin edilməsi məqsədilə sənədlərin və müraciətlərin qəbul edilməsi sahəsində olan fəaliyyətində əmək və icra intizamının normal ahəngini qəsdən pozması, həmçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə əmək vəzifələrini qəsdən kobud şəkildə pozması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan faktiki və hüquqi hallar, iş üzrə əldə edilən sübutlar - Dövlət Sərhəd Xidmətinin və TƏBİB-in cavab məktubları, həmçinin İddiaçı izahatında və iddia ərisəzində qeyd etdiyi etirafedici ifadələri nəzərə alınmaqla hazırkı iş üzrə iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının notariat qaydasında təsdiq olunmuş surətinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayonu filialında ştatdankənar işçi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 59-ci maddəsinə əsasən 18 saylı regional ərazi filialının Pensiya təminatı şöbəsinə baş mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2021ci il tarixdə AR Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Fondun X2 Pensiya təminatı şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan işəgötürən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X18 idarə heyətinin sədri X10 ilə işçi İddiaçı arasında bağlanmış 2192 nömrəli, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əsasən işçi İddiaçı əsas iş yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X22in Gəncə şəhəri Kəpəz rayonu filialına ştatdankənar işçi vəzifəsinə 03 ay müddətinə təyin olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2022-ci il tarixli **********6 nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun regional ərazi filiallarında, şəhər və rayon xidmət nümayəndəliklərində müvafiq vəzifələrə təyinatların aparılması haqqında əmrindən çıxarışına əsasən İddiaçı Gəncə şəhəri Kəpəz rayonu filialına ştatdankənar işçi vəzifəsinə 1 ay sınaq müddəti müəyyən edilməklə 3 ay müddətinə təyin edilmişdir. İş materiallarında olan 2192/01 nömrəli, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavə və dəyişikliklərə əsasən İddiaçı 18 saylı regional ərazi filialının Pensiya təminatı şöbəsinə baş mütəxəssis vəzifəsinə keçirilmişdir. İş materiallarında olan 2192/02 nömrəli, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əlavə və dəyişikliklərə əsasən İddiaçı Fondun X2 Pensiya təminatı şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 3-17-1/3-4-1111/2024 nömrəli İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında əmrindən çıxarışına əsasən əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə-Daçkəsən regional filialının Pensiya təminatı şöbəsinin baş mütəxəssisi İddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla 14 avqust 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan İddiaçı adına açılmış SN0000 seriyalı, ******* nömrəli əmək qabiliyyətinin olmaması barədə vərəqəsinə əsasən İddiaçı ambulator rejimdə müalicə olunmaqla xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işdən azad edilmişdir. 16 mart 2024-cü il tarixdən işə başlamalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-38-16/2-2818/24 nömrəli məktuba əsasən İddiaçı dövlət sərhədindən hərəkəti barədə “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemindəki məlumatlara əsasən xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasına çıxış, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına giriş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X18 xx.xx.2024-cü il tarixli, 18-1/2-5007/2024 nömrəli məktubuna əsasən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Gəncə ŞBX-nın Kəpəz ASM-i tərəfindən vətəndaş İddiaçı adına açılmış SN0000 seriyalı, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinin verilmə qaydası pozulmuşdur. Tərəflərindən verilən göstəriş əsasında müəssisə rəhbərliyi aidiyyəti əməkdaşlar barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən müvafiq intizam məsuliyyəti tədbirləri görmüşdür. Əlavə olaraq bildirilir ki, mübahisəli xəstəlik vərəqəsinin qanuniliyi və etibarlılığı məhkəmə qaydasında araşdırıla bilər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00525 nömrəli Bakı 3 saylı Mediasiya Təşkilatının “X6 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışa əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi tərəfindən mediasiya prosesini davam etdirməyə razılıq verilməmişdir. İş materiallarında olan Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X7 Komitəsinin xx.xx.2024-cü il tarixli 28 nömrəli Bakı şəhəri üzrə X7 Komitəsinin razılığının təqdim edilməsi barədə məktuba əsasən təqdim edilən xidməti məruzəyə əsasən Fondun X2 Pensiya təminatı şöbəsinin baş mütəxəssisi İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmir. İş materiallarında olan Fondun əməkdaşına intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında xidməti məruzəyə əsasən xidməti məruzədə qeyd edilənləri nəzərə alaraq, Fondun X2 Pensiya təminatı şöbəsinin baş mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə dair razılıq verilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq hüququ vardır. 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 289-cu maddəsinə əsasən fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 292-ci maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 292-ci maddəsinin 3-cü hissəsinə əsasən pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi vasitəsi ilə də əmək mübahisəsini həll edən orqana müraciət edə bilər. Hüquqlarının müdafiəsini həyata keçirmək üçün işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300-cü maddəsinin 1-ci hissəsinə dair qeydə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il Qərarında qeyd olunmuşdur ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib edilməsi qaydası haqqında” Təlimatın: 1-ci bəndinə əsasən sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi xəstəlik vərəqəsi ilə təsdiq olunur. Sığortaolunanlara əmək qabiliyyətinin müvəqqəti itirilməsi haqqında arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa, digər hallarda qadağan olunur. 2-ci bəndinə əsasən sığortaolunanlar üçün xəstəlik vərəqələri, onları tərtib etmək hüququna malik olan tibb müəssisələrinin həkimləri (bundan sonra - tibb müəssisələrinin həkimləri) tərəfindən elektron sənəd formasında tərtib edilir. Xəstəlik vərəqələri sığortaolunanlar və sığortaedənlər tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra - Nazirlik) “X12 Sistemi” (bundan sonra - VSİS) vasitəsilə elektron sənəd formasında, o cümlədən sığortaolunan tərəfindən tibb müəssisəsinə müraciət edildikdə VSİS-dən kağız daşıyıcıda çap olunmuş formada əldə edilir. 35-ci bəndinə əsasən sığortaolunanlara müvəqqəti olaraq onlar respublikadan xaricdə olduqda əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar verilmiş sənədlərin əsaslığı şübhə doğurmursa və təcili müalicəyə ehtiyac yoxdursa, həmin sənədlər yaşayış və ya iş yeri üzrə tibb müəssisələrinin HMK-sı tərəfindən bu təlimatla müəyyən edilmiş qaydada elektron sənəd formasında tərtib edilən xəstəlik vərəqələri ilə əvəz olunur. 38-ci bəndinə əsasən sığortaolunanlara xəstəlik vərəqələrinin və arayışların verilməsi, sənədləşdirilməsinə dair həkimlərin düzgün olmayan hərəkətləri barədə şikayətlər baş həkim və ya həmin tibb müəssisəsindəki HMK (əgər HMK olarsa) tərəfindən həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhəri Kəpəz rayonu filialında ştatdankənar işçi vəzifəsinə təyin olunmuş, xx.xx.2020-ci il tarixdə AR Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən 18 saylı regional ərazi filialının Pensiya təminatı şöbəsinə baş mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2021-ci il tarixdə AR Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Fondun X2 Pensiya təminatı şöbəsinin baş mütəxəssisi vəzifəsinə keçirilmiş, işlədiyi dövr ərzində nümunəvi işçi olmuş, heç bir nöqsana yol verməmiş, heç vaxt barəsində intizam tənbehi tədbiri tətbiq edilməmiş, qiymətləndirmə imtahanlarında yüksək nəticələr əldə etmiş və 04 iyul 2024-cü il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı səhhətində olan problemlə əlaqədar 05-06 mart 2024-cü il tarixlərində X4 müraciət etdiyini, qan analizi verərək müayinə olunduğunu, döş qəfəsinin rentgen görünüşün götürüldüyünü, nəfəs almağında çətinliklər olduğu üçün dərindən yoxlanılmaq məqsədi ilə Türkiyəyə getdiyini, adına açılmış əmək qabiliyyətinin olmaması barədə vərəqəsinə əsasən müalicəsini ambulator şəraitdə davam etdirməsi üçün xx.xx.2024-xx.xx.2024-cü il tarixədək işdən azad edildiyini, bülletendə qeyd edilən vaxtda işə çıxdığını, bülletendə olan müddətdə ölkə hüdudlarını tərk etməyin qadağan olması barədə məlumatsız olduğunu bildirmişdir. Cavabdeh isə İddiaçı adına açılmış əmək qabiliyyətinin olmaması barədə vərəqəsinə əsasən bülletendə qeyd olunan müddətdə ölkə hüdudlarını tərk etməli olmadığı halda bunu etdiyini və iddiaçıdan hər hansı icazə almadığını və xəbərdarlıq etmədiyini, bunun nəticəsində işdə olmadığından onun barəsində Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 tərəfindən araşdırma işinin aparıldığını, İddiaçı təqdim etdiyi xəstəlik vərəqəsini həkimlə qabaqcadan əlbir olmaqla qanunsuz üsulla əldə etdiyini, üzürlü səbəb olmadan tam 5 iş günü işə gəlməməklə işdən qəsdən yayındığını, Filialın işində əhalinin əmək pensiyaları üzrə nəzərdə tutulmuş ödənişlərlə təmin edilməsi məqsədilə sənədlərin və müraciətlərin qəbul edilməsi sahəsində olan fəaliyyətində əmək və icra intizamının normal ahəngini qəsdən pozduğunu, həmçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməklə əmək vəzifələrini qəsdən kobud şəkildə pozduğunu əsas görürərək Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə İddiaçı işdən azad edildiyini bildirmişdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi, Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi hallarının mövcudluğu ilə şərtləndirilmişdir. Cavabdeh iddiaçı ilə bağladığı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə də, iddiaçının əməli nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, habelə əmək kollektivinin, onun ayrı-ayrı üzvlərinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bu barədə məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinın tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 04 iyul 2024-cü il tarixli, 3-17-1/3- 4-1111/2024 nömrəli İddiaçı tutduğu vəzifədən azad edilməsi haqqında əmri əsaslandırılmamış, əmrdə əmək funksiyasının icrasında yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilməsi və aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi qeyd olunmaqla kifayətlənilmişdir. Əmrin verilməsinə əsas kimi xx.xx.2024-cü il tarixli “Fondun əməkdaşının intizam tənbeh tədbirinin tətbiq edilməsi haqqında” xidmət məruzəsi və Bakı şəhəri üzrə X7 Komitəsinin xx.xx.2024-cü il tarixli razılıq məktubu göstərilmişdir. Bakı şəhəri üzrə X7 Komitəsi razılıq məktubunda İddiaçı əmək müqaviləsinə xitam verilməsi məsələsinin komitə üzvlərinin iştirakı ilə müzakirə edildiyi, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilmədiyi qeyd edilmişdir. Lakin X7 Komitəsinin iclas protokolundan çıxarış, işçinin iclasda iştirakı və ya ondan imtina etməsi, iclasın keçirildiyi vaxtın təyin olunması və keçirilməsi barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Göründüyü kimi, həmkarlar ittifaqı təşkilatı təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməli olduğu halda qanunvericiliklə müəyyən edilmiş müddətdə həmin qərarı təqdim etməmiş, işəgötürənə razılıq məktubu ünvanlamaqla məsələyə münasibət bildirmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 3-17-1/3-4-1111/2024 nömrəli, xx.xx.2024-cü il tarixli əmri ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 pensiya təminatı şöbəsinə baş mütəxəssis vəzifəsinə bərpa edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 3-17-1/3-4-1111/2024 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə, yəni Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 pensiya təminatı şöbəsində baş mütəxəssis vəzifəsinə bərpa edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar