Məhkəmə qərarları › İş №e-2(004)-4220/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4220/2025

16.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4220/2025 16.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1nə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Sabunçu rayon İcra şöbəsi cəlb edilməklə “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1nə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Sabunçu rayon İcra şöbəsi cəlb edilməklə “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi, 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evinə dair Cavabdeh1 MMC-nin hərracın nəticələrinə dair xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə 219/22 saylı protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, hazırda İddiaçı ilə cavabdeh "xxxx" BOKT MMC arasında razılıq əldə edilmişdir. Bu səbəbdən də, iddiaçı ərizənin baxılmamış saxlanması barədə məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivi, 0.015 ha torpaq sahəsi və onun üzərində yerləşən 1 mərtəbəli 3 otaqlı 12F saylı fərdi yaşayış evinə dair Cavabdeh1 MMC-nin hərracın nəticələrinə dair xx.xx.2022-ci il tarixli hərracın yekunları barədə 219/22 saylı protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi barədə iddia ərizəsinin baxılmamış saxlanması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildiyini və cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh “X1 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh1nə qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Sabunçu rayon İcra şöbəsi cəlb edilməklə “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar