Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4230/2021 21.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X32 iclas katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhər 3 saylı “Asan Xidmət” Mərkəzində notariat ofisi cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhər 3 saylı “Asan Xidmət” Mərkəzində notariat ofisi cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 143 saylı fərdi yaşayış evinin mülkiyyət hüququna dair **********97-10301 reyestr nömrəli çıxarışdakı X8 aid 6/48 hissə pay hüququ barədə məlumatların X50 məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 143 saylı fərdi yaşayış evinin 6/48 hissəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş **********97-10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən pay hüququ ilə atası X5 mülkiyyətindədir. Atası X20 1922-ci ildə Bakı şəhərində anadan olmuşdur, 22.10.1978-ci ildə vəfat etmişdir. Lakin atasının ölümü haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə, onun və qardaş bacılarının doğumu haqqında qətnamələrdə adı, soyadı və ata adı “X61” kimi qeyd edilmişdir. Belə ki, X61 10.06.1949-cu ildə X84 ilə rəsmi nihaka girərək evlənmişdir və bu nikahdan, o, Ərizəçi, X26 və X63 anadan olmuşdur. X1 15.01.1999-cu ildə vəfat etmişdir. X9 isə 01.09.2013-cü ildə vəfat etmişdir. Atasından miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 143 saylı fərdi yaşayış evinin 6/48 hissəsinə uzun müddətdir ki, faktiki sahiblik edir və əmlakı idarə edir. Lakin atasının şəxsiyyəti müəyyən edən sənədlərdəki adı ilə Çıxarışdakı adı düz gəlmədiyinə görə miras əmlaka olan payı mülkiyyətinə keçirə bilmir. O, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, həmin idarə tərəfindən verilmiş **********97-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın 5-ci sırasında Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 143 saylı Fərdi yaşayış evinin 6/48 hissəsinin payçısı olan X20 adının düzəldilərək X61 qeyd edilməsi və bu barədə çıxarış verilməsini xahiş etmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsi ona 27.05.2021-ci il tarixli 27.05.2021-ci il məktubu verərək, ərizəsini təmin etməmişdir. Ona görə də məhkəməyə müraciət edir. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 143 saylı Fərdi yaşayış evinin 6/48 hissəsinə mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin şəhər Ərazi idarəsi tərəfindən verilmiş **********97-10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdakı 5-ci sırada qeyd edilmiş payçı X5 X10 olmasının müəyyən olunması və Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 143 saylı Fərdi yaşayış evinin mülkiyyət hüququna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi tərəfindən verilmiş **********97-10301 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdakı 6/48 hissədə pay hüququnun X10na məxsus olması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 ərizəni müdafiə edərək, izahatında bildirdi ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 143 saylı fərdi yaşayış evinin 6/48 hissəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilmiş **********97-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən pay hüququ ilə ərizəçinin atası X5 mülkiyyətindədir. Ərizəçinin atası 1922ci ildə Bakı şəhərində doğulmuş, 22.10.1978-ci ildə ölmüşdür. Lakin ərizəçinin atasının ölümü haqqında şəhadətnamədə, nikah haqqında şəhadətnamədə, ərizəçinin və qardaş bacılarının doğum haqqında şəhadətnamələrində ad, soyadı və ata adı “X61” kimi qeyd edilmişdir. Belə ki, X61 10.06.1949-cu ildə Balacaxanım Səməd qızı ilə rəsmi nikaha girərək evlənmiş və bu nikahdan Ərizəçi, X34 və X63 doğulmuşlar. Ərizəçinin X1 15.01.1999-cu ildə vəfat etmişdir. Ərizəçinin X9 isə 01.09.2013-cü ildə vəfat etmişdir. Ərizəçinin atasından miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 143 saylı fərdi yaşayış evinin 6/48 hissəsinə ərizəçi uzun müddətdir ki, faktiki sahiblik edir və əmlakı idarə edir. Lakin ərizəçinin atasının şəxsiyyəti müəyyən edilən sənədlərdəki adı ilə çıxarışdakı adı düz gəlmədiyinə görə miras əmlaka olan payı mülkiyyətinə keçirə bilmir. Ərizəçi ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək həmin idarə tərəfindən verilmiş çıxarışın 5-ci sırasında Bakı şəhəri, Nəsimi rayonu Salatın Əsgərova küçəsi, 143 saylı fərdi yaşayış evinin 6/48 hissəsinin payçısı olan X20 adının düzəldilərək X61 qeyd edilməsi və bu barədə yeni çıxarışın verilməsini xahiş etmişdir. Lakin onun ərizəsi təmin edilməyərək məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ərizəçinin atası 1941-1945-ci illərdə müharibədən qayıtdıqdan sonra onun sənədlərində anlaşılmazlıq olmuşdur. Odur ki, o, məhkəmədən ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə edərək, izahatında bildirdi ki, atası X31, ona məxsus doğum haqqında şəhadətnamədə də bu qaydada qeyd edilib. Balacaxanım Səməd qızı anasıdır. Aida Rəşidova (Əliyeva) onun əmisi qızı, Namik Rəşidov onun əmisi oğlu, Rəşad Rəşidov isə onun əmisi nəvəsidir. X64 onun əmisidir və Aidanın atası olub. Hicran Ruxul Əmin oğlu da onun əmisidir və o, Rəşad Rəşidovun atasıdır. Əmisi Hicran o doğulduğu ildə vəfat edib. Bütün bunları nəzərə alaraq o, məhkəmədən ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştiraklarını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X134 Hüseynovnanın ifadəsində bildimişdir ki, Ərizəçi onun əmisi oğludur. Ağahüseyn Rəşidov onun atası, Məmmədhüseyn Rəşidov isə onun əmisi olub. Səhlənkarlıq səbəbindən onların hər birinin sənədlərində səhvliklər mövcuddur. Ona məxsus doğum haqqında şəhadətnadə ata adı qrafasında atasının adının niyə X35 yazılmasının səbəbini bilmir. Atasının qardaşları, Hicran, İmran, Süleyman və Məmmədhüseyn olub. X2 əmisi olub və hazırkı ərizəçi İlhamın atası olub. Onun qardaşı X19 və əmisi nəvəsi X37 ərizəsi əsasında Nəsimi Rayon Məhkəməsində hüququ faktın tanınması barədə qətnamə çıxarılıb. Ərizəçi və digər qohumları ilə 10-15 il müddətində bir həyətdə yaşamış, babası Ruhul Əmin həmin evdən hər oğluna 1 otaq, 1 balkon bölüb verməklə evi onların arasında bölmüşdür. Məhkəmə iclasında dindirilmiş şahid X44 ifadəsində bildirmişdir ki, Ərizəçi onun əmisi oğludur. Süleyman Rəşidov onun atası, Məmmədhüseyn Rəşidov isə onun əmisi olub. Onun atasının adı X73 olub. Atasının qardaşları, Hicran, İmran, Ağahüseyn və Məmmədhüseyn olub. Ərizəçi atası, yəni onun əmisi Məmmədhüseyn Rəşidov təxminən 50 il olarki vəfat edib. Aidə Rəşidova onun əmisi qızıdır. Əmisi oğlu Ərizəçila uşaqlıqdan bir evdə yaşamışlar. Məhkəmə iclasında dindirilmiş şahid X37 ifadəsində bildirmişdir ki, Ərizəçi onun babasının əmisi oğludur. Ərizəçi atası X2 olub. O, İmran Rəşidovun nəticəsi hesab olunur. Məhkəmə ərizəçinin, onun nümayəndəsi və vəkilinin izahatlarını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ 164257 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X61 22.10.1978-ci il tarixdə vəfat etmişdir. AZ-İİ 164258 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X18 15.01.1999-cu il tarixdə vəfat etmişdir. 25.06.1997-ci il tarixli 698 saylı AR Abşeron Rayonu İcra Hakimiyyəti Başçısının Fatmayi-Goradil kəndləri üzrə Nümayəndəliyi tərəfindən verilmiş Arayışdan görünür ki, 1920-ci il tarixdə anadan olmuş X3 22.10.1978-ci il tarixdə kənd qəbristanlığında dəfn edilmişdir. Nikah haqqında akt qeydindən görünür ki, X61 ilə X84 10.06.1949-cu io traixdə 377 saylı akt qeydi ilə nikaha daxil olmuşlar. AZ-T №157187 saylı Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə anadan olmuş, atası X61, anası X65r. AZ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 07.03.1950-ci il tarixdə anadan olmuş, X10, anası X65r. 05/Q-111/69 saylı doğum haqqında akt qeydindən görünür ki, X63 07.08.1957-cü ildə anadan olmuşdur. X10, anası X65r. AZ-İ №621245 saylı Ölüm haqqında şəhadətnamədən görünür ki, X63 01.09.2013cü il tarixdə vəfat etmişdir. 29.11.1985-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X44 08.11.1955-ci il tatixdə anadan olmuşdur, atası X6r. 027143 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 02.08.1960-cı il tarixdə anadan olmuşdur, atası X24r. 562476 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X39 24.02.1951-ci il tarixdə anadan olmuşdur, atası X24r. XV-ЖГ 467648 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X66 31.10.1990-cı il tarixdə anadan olmuşdur, atası X45r. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən 143 saylı ev 3/48 hissədə X46, 1/48 hissədə X67, 1/48 hissədə X44, 1/48 hissədə X27, 6/48 hissədə X20, 9/48 hissədə X28, 18/48 hissədə X66, 9/48 hissədə X134 Hüseynovanın xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 27.05.2021-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 143 saylı fərdi yaşayış evi üzərində X5 hüquqları (6/48 hissədə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X40 adında düzəliş edilməsi üçün X61 ilə eyni səxs olması barədə sənəd təqdim olunmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddələrinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 21.04.2021-ci il tarixli Arxiv arayışında bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Fatmayı kənd məscidinin sənədlərində Hicran Ruhul Əmin oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Dogum tarixi: 5 yanvar 1916, valideynləri: atası - X90, anası - Püstə X96 (sənəddən məlum olur ki, Püstə X96 1885-ci ildə anadan olmuşdur). Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 21.04.2021-ci il tarixli Arxiv arayışında bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1920- 1928-ci illərə dair Fatmayı kəndi üzrə doğum haqqında qeydiyyat kitabında 1922-ci ildə (günü, ayı qeyd olunmayıb) doğulan X7 təvəllüdü qeyd olunur. Atası: X58, anası: Püstəbacı Bəyəli qızı. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 05.10.2021-ci il tarixli Arxiv arayışında bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Fatmayi kənd məscidinin sənədlərində Hicran Ruhul Əmin oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 5 yanvar 1916-cı il, valideynləri: Atası - X95, anası - X57. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 05.10.2021-ci il tarixli Arxiv arayışında bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Fatmayi kənd məscidinin sənədlərində X48 doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 1 fevral 1911-ci il, valideynləri: Atası - X112 Ağaəmin (sənəddə olduğu kimi) oğlu, Anası - X57. Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 05.05.2021-ci il tarixli Arxiv arayışında bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Fatmayi kənd məscidinin 1911-1919-cu illərə dair doğum aktlarının qeydiyyat kitablarında X4 və X11 doğum tarixlərinə dair heç bir məlumat aşkar olunmayıb. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli, 2(006)-5278/2019 saylı qətnaməsindən görünür ki, ərizəçilər X43, X66, X12 ərizəsi təmin edilmiş, 14 iyun 1936-cı ildə vəfat etmiş X59 ərizəçi X13 və ərizəçi X12 nənəsi, yəni, atası Rəşidov X29 anası olması, ərizəçi X49 atası, X42 atası X21 nənəsi, yəni onun atası isə X119 Əlinin anası olması faktı, 11 yanvar 1936-cı ildə vəfat etmiş Hicran Ruxul Əmin oğlunun X14 və X12 əmiləri olması, X37 atası, X42 atası X21 əmisi olması faktı, 14 mart 1985-ci ildə vəfat etmiş Zeynəb Sultan qızının X14 və X12 ataları X15 xalası qızı olması, X37 atası, X42 atası X21 atası isə X119 Əlinin xalası qızı olması faktı müəyyən olunmuşdur. Həmçinin Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 143 saylı Fərdi yaşayış evi üzərində nənələri X69 məxsus 6/48 pay, Hicran Ruxul Əmin oğluna məxsus 6/48 pay və Zeynəb Sultan qızına məxsus 6/48 payın miras əmlak kimi qəbul edilməsi faktı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır; Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın – yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndində qeyd edilmişdir ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Qeyd olunan Plenum qərarının 6.3-cü maddəsində göstərilmişdir ki, hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, ərizəçinin atası 5 qardaş olub: Rəşidov Məmməd, X124, Rəşidov Süleyman, Rəşidov Hicran, Rəşidov İmran. Həmin qardaşlardan biri mərhum X30 və ya X61 ərizəçinin doğma atasıdır. Onun adına iş üzrə icraat materiallarında əmlak üzrə çıxarış var. Bundan başqa digər qardaşlar məhkəmədə şahid qismində dindirilmiş X134 Hüseynovnanın atası Rəşidov X60, digər şahid X25 atası X16, erkən vəfat etmiş Rəşidov Hicran Ruxul Əmin oğlu və nəticəsi kimi şahid qismində məhkəmədə dindirilmiş X37 babası X22r. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli, 2(006)-5278/2019 saylı qanuni qüvvəsini almış qətnaməsi ilə 14 iyun 1936-cı ildə vəfat etmiş X59 ərizəçi X13 və ərizəçi X12 nənəsi, yəni, atası Rəşidov X29 anası olması, X49 atası, X42 atası X21 nənəsi, yəni onun atası isə X119 Əlinin anası olması faktı, 11 yanvar 1936-cı ildə vəfat etmiş Hicran Ruxul Əmin oğlunun X14 və X12 əmiləri olması, X37 atası, X42 atası X21 əmisi olması faktı müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş arxiv arayışlarından da aydın görünür ki, Rəşidov Hicran Ruhul Əmin oğlunun, X48, X17 valideynləri eyni şəxslərdir (Ata - X89, Ana - Püstəbacı Bəyəli qızı). Məhkəmə tərəfindən bütün müəyyən edilmiş faktlar ona əsas verir ki, X20 X61 ilə eyni şəxsdir. Belə olduğu halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 143 saylı fərdi yaşayış evinin mülkiyyət hüququna dair **********97-10301 reyestr nömrəli çıxarışdakı X8 aid 6/48 hissə pay hüququ barədə məlumatların X50 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova küçəsi 143 saylı fərdi yaşayış evinin mülkiyyət hüququna dair **********97-10301 reyestr nömrəli çıxarışdakı X8 aid 6/48 hissə pay hüququ barədə məlumatların X50 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-4230/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4230/2021
21.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver