Məhkəmə qərarları › İş №e-2(004)-4251/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4251/2025

18.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4251/2025 18.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh “Respublika Təcili və X8 Mərkəzi” X10rşı “əmrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Respublika Təcili və X8 Mərkəzi” X10rşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Respublika Təcili və X8 Mərkəzi” X14 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndi ilə “töhmət” intizam tənbehinin verilməsinə barədə xx.xx.2025-ci il tarixli, 18-1-88/3- 1-8506/2025 saylı əmrin ləğv edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ali təhsilli həkimdir. Uzun illər Biləsuvar rayon Mərkəzi Xəstəxanasında həkim olaraq işləmişdir. Əvvəlki iş yeri Biləsuvar rayon X5 X12 həkim peşəsi olmuşdur. Aparılmış struktur islahatları zamanı xəstəxananın təcili tibbi yardım şöbəsini yeni yaradılan “Respublika Təcili və X8 Mərkəzi” X14 tərkibinə verildi. Həmin vaxtdan o, “Respublika Təcili və X8 Mərkəzi” X14 Biləsuvar Təcili və X8 stansiyasında işləyir. xx.xx.2025-ci il tarixdə işəgötürən tərəfindən 18-1-88/3-1-8506/2025 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndi ilə barəsində “töhmət” intizam tənbehi verilmişdir. İntizam tənbehinin verilməsinə əsas isə xx.xx.2025-ci il tarixdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasından xəstənin Bakı şəhərinə təxliyyəsi ilə bağlı baş vermiş insident olmuşdur. Belə ki, həmin gün o, növbədə olduğu zaman rayonunda yerləşən stansiyanın baş tibb qardaşı Samir Mirələmov ona bir xəstənin Bakı şəhərinə təxliyyə ediləcəyini bildirdi. Həmin vaxt o, baş tibb qardaşına müvafiq sənədlərin, o cümlədən də ezamiyyə vərəqəsinin verilməsini xahiş etdikdə, o ona bildirdi ki, “sənə tapşırıq verilib, get icra et”. Qeyd etmişdir ki, həmin vaxt ona ezam vərəqəsi verilməmişdi və eləcə də xəstə hamilə olduğu üçün mama-ginekoloqun təxliyyədə iştirakı da təmin edilməmişdir. Həmçinin qeyd etmişdir ki, struktur dəyişikliyindən sonra onlar vəzifə təlimatları ilə də tanış olmamışlar. Əslində stansiyada heç kim xəstələrin Bakı şəhərinə təxliyyəsinin stansiya tərəfindən aparılması vəzifəsinin olub-olmaması sualına cavab verə bilmir. Çünki heç kim vəzifə təlimatını oxumayıb. Sadə məntiqlə də stansiya həkiminin Bakı şəhərinə xəstə təxliyyə etməsi həmin gün rayonun təcili və X8dan məhrum edilməsi ilə nəticələnə bilər. Bu məntiqlə rayonda növbədə olan yeganə həkimin Bakı şəhərinə xəstə təxliyyəsində iştirakı rayonda TTTY-nin fəaliyyətinin dayandırılması deməkdir. Azərbaycan Respublikasının MPM-in 187-ci maddəsinin 2-ci maddəsinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hadisənin xx.xx.2025-ci il tarixdə aşkar edildiyindən intizam tənbehi ən geci xx.xx.2025-ci il tarixədək verilə bilərdi. Qeyd etmişdir ki, xəstənin təxliyyəsi ilə bağlı şifahi göstəriş xx.xx.2025-ci il tarixdə baş verib və tapşırığın icrası ilə bağlı sənədləri tələb etdiyindən, bu imtina kimi qiymətləndirilmiş və xəstə başqa yerdən dəvət edilmiş, heyət və avtomobil vasitəsilə təxliyyə edilmişdir. Hesab edir ki, onun Azərbaycan Respublikasının MPM-in 187-ci maddəsinin 2-ci maddəsinə görə “töhmət” intizam tənbehinin verilməsinə dair 18-1-88/3-1-8506/2025 saylı xx.xx.2025-ci il tarixli əmr qanunsuzdur. Hadisənin aşkar edildiyi gün məhz xx.xx.2025-ci il tarixinə təsadüf edir. Belə ki, Biləsuvar TTTYS-nin baş tibb qardaşı X2 xx.xx.2025-ci il tarixdə “Respublika Təcili və X8 Mərkəzi” X14 rəhbərliyinə yazdığı məlumatdan görünür ki, hadisə xx.xx.2025-ci il tarixdə baş vermişdir. Baş tibb qardaşı S.Mirələmov məlumatında təxliyyədə həkimginekoloqun iştirakının təmin edilməməsini göstərsə də, ezamiyyə vərəqəsinin verilməməsini qeyd etməmişdir. İstənilən halda hadisənin xx.xx.2025-ci il tarixdə baş verməsi mübahisə olunmaz faktdır. Əslində baş tibb qardaşı vəzifəsini icra edən S.Mirələmov dərhal “Respublika Təcili və X8 Mərkəzi” X16 hadisə barədə məlumat verdi və oradan onunla da telefon vasitəsilə əlaqə saxlanıldı. Yəni hadisənin aşkar edilməsinin hadisənin baş verdiyi gün olması mübahisə predmeti ola bilməz. Vəzifə təlimatı da daxil olmaqla, digər sənədlərin məhkəməyə təqdim edilməsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İlk öncə araşdırılmalıdır ki, stansiya həkimi olaraq növbədə olduğu vaxt o, xəstələrin Bakı şəhərinə təxliyyəsini təmin etməliydimi? Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 288-ci maddənin f) bəndinə görə işçiyə intizam tənbehinin verilməsi fərdi əmək mübahisəsinin predmetidir. Cavabdeh “Respublika Təcili və X8 Mərkəzi” X17 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı tərəfindən onlara qarşı əmək münasibətləri üzrə sair mübahisələr tələbinə dair iddia qaldırılmışdır ki, müvafiq iş hazırda məhkəmənin icraatındadır. Aşağıda qeyd olunanlar iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin əsaslandırılmamış olduğunu, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsinin zəruri olduğunu təsdiq edir. Müvafiq iş üzrə iddiaçı özünün iddia ərizəsində xx.xx.2025-ci il tarixdə işəgötürən tərəfindən 18-1-88/3-1-8506/2025 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndi ilə barəsində “töhmət” intizam tənbehi verildiyini qeyd edir. Həmçinin iddia ərizəsində qeyd olunur: “İntizam tənbehinin verilməsinə əsas isə xx.xx.2025-ci il tarixdə Biləsuvar rayon Mərkəzi Xəstəxanasından xəstənin Bakı şəhərinə təxliyyəsi ilə bağlı baş vermiş insident olmuşdur. Belə ki, həmin gün o, növbədə olduğu zaman rayonda yerləşən stansiyanın baş tibb qardaşı Samir Mirələmov ona bir xəstənin Bakı şəhərinə təxliyyə ediləcəyini bildirdi. Həmin vaxt o, baş tibb qardaşına müvafiq sənədlərin, o cümlədən də ezamiyyə vərəqəsinin verilməsini xahiş etdikdə, o ona bildirdi ki, “sənə tapşırıq verilib, get icra et”. Struktur dəyişikliyindən sonra onlar vəzifə təlimatları ilə də tanış olmamışlar. Əslində stansiyada heç kim xəstələrin Bakı şəhərinə təxliyyəsinin stansiya tərəfindən aparılması vəzifəsinin olub-olmaması sualına cavab verə bilmir. Çünki heç kim vəzifə təlimatını oxumayıb. Sadə məntiqlə də stansiya həkiminin Bakı şəhərinə xəstə təxliyyə etməsi həmin gün rayonun təcili və X8dan məhrum edilməsi ilə nəticələnə bilər. Bu məntiqlə rayonda növbədə olan yeganə həkimin Bakı şəhərinə xəstə təxliyyəsində iştirakı rayonda TTTYnin fəaliyyətinin dayandırılması deməkdir.” Birinci instansiya məhkəməsinin diqqətinə çatdırmışdır ki, iddiaçının yuxarıda əsas gətirdikləri faktlar tamamilə “bəhanə” xarakteri daşıyır. İddiaçı iddia ərizəsində mübahisələndirdiyi məsələlərdən də açıq-aşkar görünür ki, onun təxliyyəni həyata keçirmək niyyəti olmamışdır. Əvvəla AR X18 Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 19 iyun 2017-ci il tarixli “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X4”nın təsdiq edilməsi barədə Qərarında Həkimin əmək funksiyalarından biri kimi “Təcili və X8ın göstərilməsi” göstərilmişdir. İddiaçı öz səhlənkarlığını ört-basdır etmək üçün guya heç kimin vəzifə təlimatlarından xəbərdar olmadığını əsas gətirməsi tamamilə formal xarakter daşıyır və heç bir məntiqə sığmır. Daha sonra o, ərizəsində növbədə olan yeganə həkimin Bakı şəhərinə xəstə təxliyyəsində iştirakı rayonda TTTY-nin fəaliyyətinin dayandırılması deməkdir ifadəsini işlədərək məsuliyyətdən boyun qaçırmağa çalışmaqdadır. Halbuki, TTTY-də işin təşkilinin hansı formada həyata keçiriləcəyi, həmçinin məsuliyyət məsələsi Mərkəzə aiddir və bu məsələlərin araşdırılması İddiaçı səlahiyyətlərindən kənardır. Bununla yanaşı İddiaçı stansiyanın baş tibb qardaşı Samir Mirələmovun ona bir xəstənin təxliyyə edilməsini tapşırması, lakin o, ezamiyyə sənədinin olmadığı üçün getmədiyini bildirmişdir. Samir Mirələmovun baş tibb qardaşı olduğunu nəzərə alaraq, onun tərəfindən verilən tapşırığın İddiaçı tərəfindən icra edilməli olduğu halda sonuncu ezamiyyə sənədinin verilmədiyini əsas gətirərək tapşırığın icrasından imtina etmişdir. Halbuki İddiaçı xəstə təxliyyəsində yol vərəqəsi ilə iştirak etməli idi. Qeyd etmişdir ki, Yol vərəqəsi təxliyyənin həyata keçirildiyi zaman, yəni yola çıxıldığı anda verilir. İddiaçı də təxliyyədən imtina etdiyi üçün ona yol vərəqəsi verilməmişdir. İnsan həyatı və sağlamlığının daima ön planda olduğunu nəzərə alaraq, şəxsin həmin anda təcili şəkildə Bakıya təxliyyə edilməli olduğu halda edilməməsi və bu da həmin xəstə üçün bərpaolunmaz xəsarətlərə səbəb ola biləcəyi üçün İddiaçı sözügedən hərəkətsizliyinə heç bir şəkildə haqq qazandıra bilməz. İddiaçı təxliyyəsindən imtina etdiyi həmin xəstə məcbur qalaraq “Respublika Təcili və X8 Mərkəzi” PHŞ-nin Şirvan TTTYS tərəfindən X1 Bakıya təxliyyə olunmuşdur. Bu da həmin vaxtda xəstənin təxliyyəsinin nə qədər önəmli olduğunu göstərir. Digər tərəfdən İddiaçı xx.xx.2025-ci il tarixdə işəgötürən tərəfindən 18-1- 88/3-1-8506/2025 saylı əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndi ilə barəsində də verilən "töhmət” intizam tənbehinin həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsində qeyd olunan 1 aylıq müddətin keçməsi ilə əlaqədar qanunsuz olduğunu göstərir. Həmçinin o, iddia ərizəsində Biləsuvar TTTYS-nin baş tibb qardaşı X2 xx.xx.2025-ci il tarixdə “Respublika Təcili və X8 Mərkəzi” X14 rəhbərliyinə yazdığı məlumatda hadisənin xx.xx.2025-ci il tarixdə baş verməsini qeyd edir. Yəni, hadisə xx.xx.2025-ci il tarixdə “Respublika Təcili və X8 Mərkəzi” X13 məlum olur və bununla da işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gün kimi xx.xx.2025-ci il tarixi qeydə alınır. Bütün bunlara baxmayaraq, İddiaçı qanunsuz və əsassız olaraq AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinin pozulduğunu əsas gətirərək, məsuliyyətdən yayınmağa çalışmaqdadır. Sözügedən maddədə də qeyd olunur ki, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Hadisənin aşkarlandığı (onlara məlum olduğu) tarixin xx.xx.2025-ci il tarixi olduğunu nəzərə alaraq, İddiaçı barəsində tətbiq olunan “töhmət” intizam tənbehi tamamilə qanuni və əsaslıdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən və AR MPM 47-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdilər. Cavabdeh “Respublika Təcili və X8 Mərkəzi” X13 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Respublika Təcili və X8 Mərkəzi” X17 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. - Biləsuvar TTTY stansiyasında çalışan baş tibb qardaşı X2 Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Respublika Təcili və X8 Mərkəzi” X14 direktoruna ünvanlanmış xx.xx.2025-ci il tarixli məlumatına əsasən o, xx.xx.2025-ci il tarixdə işdə olduğu zaman Respublika Təcili və X8 Mərkəzindən zəng olunaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının doğum evində xəstə X7 Bakı şəhəri Ak.M.Mirqasımov adına təxliyyəsi üçün növbətçi həkimin xəstəni aparmağı bildirilmişdir. Həmin tarixə qrafik üzrə növbədə İddiaçı olduğu üçün təxliyyə barədə ona məlumat vermiş, növbətçi həkim ixtisasca ginekoloq olmadığını və xəstənin təxliyyəsində baş verə biləcək ağırlaşmalara cavabdeh ola bilməyəcəyini bildirmiş və təxliyyədən imtina etmişdir. - Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Respublika Təcili və X8 Mərkəzi” X14 “İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında” 18-1-88/3-1-8506/2025 nömrəli, xx.xx.2025-ci il tarixli əmrinə əsasən xidməti vəzifəsini layiqincə yerinə yetirmədiyinə görə Biləsuvar TTTY stansiyasının təcili və X8 üzrə həkimi İddiaçı töhmət verilmişdir. - xx.xx.2025-ci il tarixli, MŞB/MT015/2025-0185/02 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, əmrin ləğv edilməsi tələbi üzrə xx.xx.2025-ci il tarixində, 15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyi barədə arayış verilmişdir. Həmin arayışdan, eyni zamanda görünür ki, əmək mübahisəsi üzrə mediasiyanın tətbiqi barədə təklif 13 iyun 2025-ci il tarixdə verilmişdir. 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qərarı ilə təsdiq edilmiş "X6"nın 1-ci bəndinə əsasən, dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Həmin Qaydaların 2-ci bəndinə əsasən, təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir. Həmin Qaydaların 7-ci bəndinə əsasən, Respublika ərazisi daxilində ezamiyyələr zamanı ezamiyyət yerində olmanın faktiki müddəti, ezamiyyət yerinə gəlmə və ezamiyyət yerindən getmə haqqında ezamiyyət vəsiqəsində edilən qeydlər üzrə müəyyən edilir. Əgər işçi müxtəlif yaşayış məntəqələrinə ezam olunmuşsa, gəlmə günü və getmə günü haqqında hər məntəqədə, ayrıca qeyd edilir. Təşkilatlarda ezamiyyətə göndərilən və ezamiyyətdən qayıdan işçilərin qeydiyyatı müvafiq kitabda aparılmalıdır. Həmin kitabda ezam edilən və ezamiyyətdən qayıdan işçinin vəzifəsi, adı, soyadı, ezamiyyə vəsiqəsinin və ya şəxsiyyəti təsdiq edən sənədin nömrəsi, ezam edilən təşkilatın adı qeyd olunmalıdır. “X6”na əlavədə ezamiyyə vəsiqəsinin forma və məzmunu öz əksini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.2025-ci il tarixində Biləsuvar TTYM-dən Bakı şəhərinə xəstənin təxliyyə olunması Biləsuvar TTTY stansiyasında çalışan baş tibb qardaşı X3 tərəfindən məlumat verilmişdir. Lakin bu tapşırığın icrası üçün tələb olunan lazımi sənədlər (işəgötürənin müvafiq əmri və ya sərəncamı, ezamiyyə vəsiqəsi və s.) cavabdeh tərəfindən ona təqdim edilməmişdir. Bu halda, iddiaçının təxliyyəni həyata keçirməməsi intizam pozuntusu hesab edilə bilməz, çünki işəgötürən tərəfindən əmrvermə və təminat öhdəlikləri yerinə yetirilməmişdir. Göründüyü kimi, hazırki halda işçiyə xidməti vəzifəsini layiqincə yerinə yetirmədiyinə görə töhmət verilməsi barədə əmr əsaslı olmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əməkhaqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Bundan əlavə məhkəmə qeyd edir ki, intizam tənbehi qanunla müəyyən edilmiş müddətdən gec tətbiq edilmişdir. Belə ki, cavabdeh etirazında da qeyd etmişdir ki, xəstənin təxliyyəsi başqa xəstəxana tərəfindən xx.xx.2025-ci il tarixində, yəni həmin gün həyata keçirilmiş, intizam tənbehi isə xx.xx.2025-ci il tarixli əmrlə verilmişdir. Göründüyü kimi işəgötürən həkimin pozuntu hesab etdiyi davarnışından həmin gün məlumatlı olmuş, lakin AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə görə, intizam tənbehi pozuntu aşkar edildiyi gündən etibarən 1 ay müddətində tətbiq edilməli olduğu halda, xx.xx.2025-ci il tarixində əmrləşdirmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.2-ci maddəsinə əsasən intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçıya töhmət verilərkən cavabdeh tərəfindən qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187.2-ci maddəsinin tələbləri də pozulmuşdur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin olunmalı, Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17“Respublika Təcili və X8 Mərkəzi” X14 “İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 18-1-88/3-1- 8506/2025 nömrəli əmri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17“Respublika Təcili və X8 Mərkəzi” X14 “İddiaçı məsuliyyət tədbirinin tətbiq edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, 18-1-88/3-1-8506/2025 nömrəli əmri ləğv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar