Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4255/2025 26.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Hüseynova İlknurun doğum tarixi xx.xx.2020-ci il, doğum yeri Sumqayıt şəhəri, ana Hüseynova Aygün Əfqan qızı və atanın isə naməlum olması göstərilməklə doğum faktı müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – Nazirlik) həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində hazırda 2 saylı Uşaq evində məskunlaşmış Hüseynova İlknurun (ata adı məlum deyil) doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Qiymətləndirmə zamanı İ.Hüseynova və digər 2 azyaşlı uşağın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixində 2 il 11 ay 26 gün şərti azadlıqdan məhrum edilmiş nənə ilə birlikdə baxımsız şəraitdə yaşadığı aşkar edilmişdir. İ.X5 Əfqan qızı tərəfindən Sumqayıt şəhər 2 saylı Doğum evində qeyri-rəsmi nikah münasibətindən dünyaya gəldiyi, ananın şəxsiyyət vəsiqəsinin və uşağın doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Aparılmış qiymətləndirmənin nəticəsində İ.Hüseynovanın ailədə yaşaması onun sağlamlığı və həyatı üçün təhlükəli olduğundan o, Sumqayıt şəhər Xəstəxanasına (bundan sonra – Xəstəxana) yerləşdirilmişdir. Uşağın Xəstəxanada müalicə müddəti bitdikdən sonra Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin (bundan sonra– Agentlik) xx.xx.2024-cü il tarixli 3-17-3/3-3-292/2024 nömrəli Qərarı əsasında 1 nömrəli Körpələr Evinə yerləşdirilmişdir. Adıçəkilən uşağın doğum haqqında tibbi şəhadətnaməsinin əldə edilməsi üçün Nazirlik tərəfindən Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi publik hüquqi şəxsinə (bundan sonra – TƏBİB) xx.xx.2025-ci il tarixli 3-17/2-2593/2025 nömrəli məktub ünvanlanmışdır. TƏBİB-dən Nazirliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 18-1/2-3222/2025 nömrəli cavab məktubu ilə uşağın doğumunu təsdiq edən sənədlər təqdim edilsə də, A.Hüseynovanın şəxsiyyət vəsiqəsi olmadığı üçün doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməsi mümkün olmamışdır. Uşağın doğumunun qeydə alınması üçün Nazirlik tərəfindən xx.xx.2025-ci il tarixli 3-17/2-4983/2025 nömrəli məktubla Maraqlı şəxsnə müraciət olunmuşdur. Maraqlı şəxs Nazirliyə ünvanladığı xx.xx.2025-ci il tarixli3-16-5/8-09- 1347/25 nömrəli cavab məktubunda doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. A.Hüseynova şəxsiyyətini təsdiq edən sənədi hələ də əldə etməmişdir. Hazırda uşağın şəxsiyyətini təsdiq edən heç bir sənədi olmadığından səhiyyə xidmətlərindən istifadə edə bilməsi üçün yaşayış yeri üzrə poliklinikadan qeydiyyatdan keçə bilmədiyini, gələcəkdə də təhsildən yayınacağını, bundan əlavə övladlığa verilə bilən statusu almasının mümkün olmadığını nəzərə alaraq, habelə qeyd edilən müddəaları rəhbər tutaraq uşağın doğum faktının müəyyən olunmasının zəruri olduğunu bildirirlər. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ******* nömrəli yenidoğulmuşun inkişaf tarixinin çıxarışına əsasən ana Hüseynova Aygün Əfqan qızı Sumqayıt şəhər 2 nömrəli doğum evində xx.xx.2020-ci il tarixdə qadın cinsli uşaq dünyaya gətirmişdir. Həmin çıxarışa əsasən ata haqqında məlumat qrafası boş saxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli akta əsasən 1. 2 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinin həkimi X8. 2. Sosial Xidmətlər agentliyinin aparıcı mütəxəssisi X4 akt tərtib edirlər ondan ötəri ki, xx.xx.2020-ci il təvəllüdlü naməlum İlknur Naməlum qızı, xx.xx.2021-ci il təvəllüdlü X10 2 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin xx.xx.2022-ci il tarixli, ********** nömrəli əmri ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşağın müəssisəyə yerləşdirilməsinə” dair xx.xx.2024-cü il tarixli, 3-17-3/3-3-292/2024 nömrəli qərarına əsasən 1. Valideyn himayəsindən məhrum olmuş xx.xx.2020-ci il təvəllüdlü İlknurun (şərti ad) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, massiv D ünvanında yerləşən 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinə yerləşdirilməsi qərara alınmışdır. Həmin qərarda qeyd olunmuşdur ki, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığa götürmə altsistemi”ndən daxil olan müraciətdə Sumqayıt şəhəri 10-cu mikrorayon 65 nömrəli binada (köhnə poliklinika kimi tanınan) üç azyaşlı uşağın baxımsız şəraitdə yaşadığı qeyd edilmişdir. Qeyd edilənlərlə əlaqədar, xx.xx.2024-cü il tarixində Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi, Sumqayıt şəhər polis idarəsinin nümayəndəsi və Nazirlik tabeliyində Sosial Xidmətlər Agentliyinin Abşeron-Xızı regional filialının nümayəndəsi qeyd edilən ünvana səfər etmişlər. Qeyd edilən ünvanda xx.xx.1974-cü il təvəllüdlü X6 və üç nəvəsinin yaşadığı müəyyən edilmişdir. Yaşayış evinin səliqəsiz, natəmiz, sanitar— gigiyena qaydaları kəskin şəkildə pozulmuş bir otaqlı mənzil olması müəyyən edilmişdir. X1 qeyri-rəsmi nikah münasibətlərindən xx.xx.1994-cü il təvəllüdlü X7 və xx.xx.2001-ci il təvəllüdlü Hüseynova Aygün Əfqan qızı adlı övladları var və hər ikisinin həbsdə olduqlarını bildirmişdir. Raul və 1 yaşlı Əlinin anası X7, digər 4 yaşlı İlknurun anası isə Hüseynova Aygün Əfqan qızıdır. Bildirirlər ki, X7 hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə istintaqa cəlb olunub. Hüseynova Aygün Əfqan qızı isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 maddəsi ilə təqsirli bilinib 1 il 5 ay azadlıqdan məhrum edilib, lakin şərti məhrumetmə cəzasını icra etmədiyindən xx.xx.2024ci il tarixdə həbs edilmişdir. Əlavə olaraq, X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixində 02 il 11 ay 26 gün şərti azadlıqdan məhrum edilib. Ailəyə edilən səfər zamanı uşaqların sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduğu müəyyənləşmiş və təcili yerləşdirilməsi zərurəti yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Ərazi X2 icraçı direktoru cənab Vüqar Qurbanova ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17/2-2593/2025 nömrəli məktubuna əsasən Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və özladlığagötürmə” altsisteminə daxil olmuş müraciət əsasında aparılmış ilkin qiymətləndirilmə nəticəsində 3 azyaşlı uşağın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixində 2 il 11 ay 20 gün şərti azadlıqdan məhrum edilmiş nənə ilə birlikdə baxımsız şəraitdə yaşadığı aşkar edilmişdir. xx.xx.2020-ci il təvəllüdlü İlknurun (adı və doğum tarixi şərti olaraq qeyd olunub) Hüseynova Aygün Əfqan qızı tərəfindən Sumqayıt şəhər 2 saylı Doğum evində qeyri-rəsmi nikah münasibətindən dünyaya gəldiyi, ananın şəxsiyyət vəsiqəsinin və uşağın doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Adıçəkilən uşağa doğum haqqında şəhadətnamənin əldə edilməsi üçün “Forma 103” və ya doğumu təsdiq edən sənədlərin verilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibb ərazi X3” X11 xx.xx.2025-ci il tarixli, 18-1/2-3222/2025 nömrəli cavab məktubuna əsasən aparılan araşdırılmalar nəticəsində məlum olmuşdur ki, Hüseynova Aygün Əfqan qızı xx.xx.2020-ci il tarixdə, saat 11:35-də hazırda “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsin strukturuna daxil olan Sumqayıt 1 nömrəli Şəhər Xəstəxanasının Doğum şöbəsində çəkisi 2600,00 qram, boyu 48 sm qadın cinsində uşaq dünyaya gətirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Maraqlı şəxsnə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17/2-4983/2025 nömrəli məktubuna əsasən “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra – Nazirlik) həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində hazırda 2 saylı Uşaq evində məskunlaşmış Hüseynova İlknurun (ata adı məlum deyil) doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edildiyini, adıçəkilən uşaqla bağlı doğumun qeydə alınması üçün dəstəyin göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-16-5/8-09-1347/25 nömrəli məktubuna əsasən doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən doğumun qeydiyyata alınmasının imkanları xaricində olduğu, doğum faktının müəyyən olunması üçün aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 115.1-ci maddəsinə əsasən bu Məcəllənin 114.1-ci maddəsində göstərilən uşaqlar haqqında məlumatlara malik doğum evləri, məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və digər vətəndaşlar bu məlumatları müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. 166.2-1-ci maddəsinə əsasən doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Hüseynova İlknur xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər 2 nömrəli doğum evində Hüseynova Aygün Əfqan qızının qeyrirəsmi nikah münasibətindən dünyaya gəlmişdir. Sumqayıt şəhəri 10-cu mikrorayon 65 nömrəli binada (köhnə poliklinika kimi tanınan) xx.xx.1974-cü il təvəllüdlü X6 və üç nəvəsinin yaşadığı və yaşayış evinin səliqəsiz, natəmiz, sanitar—gigiyena qaydaları kəskin şəkildə pozulmuş bir otaqlı mənzil olması müəyyən edilmişdir. X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixində 02 il 11 ay 26 gün şərti azadlıqdan məhrum edilib. Hüseynova İlknurun anası Hüseynova Aygün Əfqan qızı isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 1 il 5 ay azadlıqdan məhrum edilmiş, lakin şərti məhrumetmə cəzasını icra etmədiyindən xx.xx.2024-cü il tarixdə həbs edilmişdir. Ailəyə edilən səfər zamanı uşaqların sağlamlığı və ya həyatı üçün birbaşa təhlükə olduğu müəyyənləşmiş və təcili yerləşdirilməsi zərurəti yaranmışdır. “Valideyn himayəsindən məhrum olmuş uşağın müəssisəyə yerləşdirilməsinə” dair xx.xx.2024-cü il tarixli qərara əsasən valideyn himayəsindən məhrum olmuş xx.xx.2020-ci il təvəllüdlü İlknurun (şərti ad) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, massiv D ünvanında yerləşən 2 saylı Uşaq evi sosial xidmət müəssisəsinə yerləşdirilməsi qərara alınmış və Hüseynova İlknur 2 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsinə yerləşdirilmişdir. Hazırda uşağın şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığından uşağın doğum faktının müəyyən edilməsi üçün ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Hüseynova İlknurun doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında Hüseynova İlknurun doğum tarixi xx.xx.2020-ci il, doğulduğu yer Sumqayıt şəhəri, ata qrafası – boş saxlanılmalı, ana qrafasında – Hüseynova Aygün Əfqan qızı kimi məlumatlar göstərilməklə ona doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Hüseynova İlknurun xx.xx.2020-ci il il tarixdə Sumqayıt şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında Hüseynova İlknurun doğum tarixi xx.xx.2020ci il, doğulduğu yer Sumqayıt şəhəri, ana qrafasında – Hüseynova Aygün Əfqan qızı yazılsın və ata qrafası – boş saxlanılsın. Qətnamə qeydiyyat şöbəsi tərəfindən Hüseynova İlknurun adına göstərilən məlumatlar əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-4255/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4255/2025
26.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver