Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4261/2023 19.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli izolə olunmuş mənzildə yaşayan Cavabdeh2 mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi öhdəliyinin Cavabdeh1 MTK-nın üzərinə qoyulması və iddiaçının mülkiyyət hüququna yaradılmış bütün məhdudiyyətlərin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MTK arasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli mənzilinə dair xx.xx.2022-ci il tarixdə 034002 nömrəli müqavilə bağlanmışdır. Həmin tarixdə də mənzilin dəyəri iddiaçı tərəfindən tam məbləğdə ödənilmiş və bu barədə "xxxx" MTK tərəfindən maliyyə arayışı verilmişdir. Alınmış mənzil təmirli və yaşayış üçün yararlıdır. Mənzilin əvvəlki mülkiyyətçisi Cavabdeh2 olmuşdur. Mənzil onun anasının adına rəsmiləşdirilmişdir. Lakin mənzildə Cavabdeh2 ailəsi ilə birlikdə yaşayırmış. Mənzili aldıqdan sonra o iddiaçıdan 1 il müddətində mənzildə kirayə yaşamasını xahiş etmiş, xx.xx.2022-ci il tarixdə buna dair onun tərəfindən yazılı öhdəlik də götürülmüşdür. Həmin öhdəliyə dair sənəd Cavabdeh2, "xxxx" MTK-nın vəzifəli şəxsi X1 və İddiaçı tərəfindən imzalanmışdır. Cavabdeh2 ona verilmiş müddətin başa çatmasına baxmayaraq mənzili boşaltmaqdan imtina edir. İddiaçı tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciətlər edilsə də, heç bir nəticə əldə edilməmişdir. Məhkəmə iclasında iddiaçı Cavabdeh2 mənzili boşaltmaq üçün ona vaxt verilməsini istədiyini, lakin verilmiş müddət bitdikdən sonra da mənzili boşaltmaqdan imtina etdiyini bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək, səhhəti ilə əlaqədar mənzili boşalda bilmədiyini bildirmiş, mənzilin boşaldılması üçün ona 3 ay möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş: "xxxx" MTK ilə İddiaçı arasında bağlanmmış 034002 saylı, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, icraçı "xxxx" MTK Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli mənzili bir pay kimi payçı İddiaçı verməyi, sonuncu isə müqavilədə göstərilən mənzilin dəyərini tam və vaxtında ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən, tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti olan mənzil “icraçı” tərəfindən təhvil verilir, “payçı” isə mənzili qəbul edir. "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli mənzilin dəyərini tam məbləğdə ödəmişdir. xx.xx.2022-ci il tarixli əlyazma qəbzdən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli mənzildə kirayə yaşaması üçün müddətin bir il artırılmasını xahiş etmişdir. Pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehlərdən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli mənzilin 1 həftə ərzində ona təhvil verilməsini xahiş etmişdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, İddiaçı ilə Cavabdeh2 arasında olan razılaşmanın müddəti başa çatdığından, cavabdeh "xxxx" MTK-nın İddiaçı ilə aralarında olan müqaviləyə əsasən sözügedən mənzili ona təhvil vermək barədə öhdəliyi olduğundan, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli mənzildə yaşayan Cavabdeh2 mənzildən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh1 MTK-nın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 571 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 11-ci mərtəbə, ümumi sahəsi 99,5 kvadrat metr olan, 2 otaqlı, 34 nömrəli mənzilindən Cavabdeh2 çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh1 MTK-nın üzərinə qoyulsun. İddiaçı mənzildən istifadə hüququna maneçilik törədilməsi cavabdehlər Cavabdeh2 və https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2488931Cavabdeh1nə qadağan edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-4261/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4261/2023
19.10.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver