Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4277/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh X2 qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və X3 olmaqla vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iş üzrə (açar sözlər: baxılmamış saxlama) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi ilə, İddiaçı cavabdeh X2 qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və X3 olmaqla vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İddia tələbi
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi (Yeni qaydalarla Az 1097, Sabunçu rayonu, Nardaran qəsəbəsi X7 küçəsi giriş 148) ünvanında yerləşən torpaq sahəsinə dair vərəsəsi İddiaçı adına vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhər 12 saylı Notariat Kontorunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi icraata qəbul edilmiş, iş üzrə hazırlıq iclasları keçirilmiş və mülki iş üzrə baxışa təyin edilməsi qərara alınmışdır. Sonuncu baxış iclası xx.xx.2025-ci il, saat 16:30-a təyin edilmişdir.
Tətbiq edilən hüquq
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.6. İşə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; Maddə 260.1. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; Maddə 260.6. İddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
5. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır.
6. Belə ki, iş üzrə ardıcıl məhkəmə hazırlıq və baxış iclasları keçirilmiş, sonuncu baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, lakin tərəflər məhkəmə iclasına gəlməmiş, həmçinin işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər.
7. Odur ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır.
8. Göstərilənlərə əsasən və MPM-nin 259, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh X2 qarşı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs1 və X3 olmaqla vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. ********** nömrə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
HAKİM Aytəkin Əsədzadə