Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-431/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və pul” tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı “alqısatqı müqavilələrinin etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X6, ev 20, giriş 4, 329 saylı mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh1 34 ay müddətinə ödənilməmiş 15300 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs X3 məhkəməyə iddia ərizəsi ünvanlayaraq onun müstəqil təlb irəli sürən 3-cü şəxs qismində cəlb edilməsini, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X6, ev 20, giriş 4 ünvanında yerləşən, sahəsi 84,4 kvadrat metr olan 329 saylı mənzilə dair mülkiyyətçi Cavabdeh2 ilə alıcı qismində iştirak edən İddiaçı arasında bağlanmış və Bakı şəhəri, 6 saylı notariat kontorunda təsdiq edilmiş 29 mart 2017-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X6, ev 20, giriş 4 ünvanında yerləşən 329 saylı mənzilin tam mülkiyyət olaraq İddiaçı adına 15.04.2017-ci il tarixdə, daşınmaz əmlakın dövlət reyestrində 2614 nömrəli reyestr kitabının 243568 vərəqində ********** nömrə ilə qeydə alınmasına dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysytrindən RX1051117nömrəli çıxarışın ləğv edilməsi və həmin daşınmaz əmlakların üzəində iddiaçı X1 mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs X3 məhkəməyə etirza ünvanlayaraq bildirmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan ********* saylı cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 1(101 )-334/2021 saylı Hökmü qəbul edilmişdir. Hökmün hökm etdi hissəsində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X6, ev 20, giriş 4, 329 saylı evin üzərində zərərçəkmiş şəxs və mülki iddiaçı X1 mülkiyyət hüququ tanınması və hökmün bu hissədə sonuncunun mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır, deyə qeyd edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, l(101)-334/2021 saylı Hökmündən prosessual müddət ərzində hər hansısa apellyasiya şikayəti və apellyasiya protesti verilməmiş, 03 avqust 2021-ci il tarixdən qanuni qüvvəyə minmiş və Hökm icra olunması üçün aidiyyəti qurumlara göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 1(101 )-334/2021 saylı hökm qanuni qüvvəsinə mindiyindən və hökm icra olunduğundan İddiaçı iddia ərizəsində qeyd etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X6, ev 20, giriş 4, 329 saylı ev üzrə qanuni mülkiyyətçi hal- hazırda X2r. İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və pul” tələbinə dair iddia ərizəsi əsassızdır və iddia tələbinin əsassız olması səbəbindən rədd edilməsi barədə Qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə verdiyi izahatında İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və pul” tələbini qəbul etmədiyini, hökmdə həmin mənzilin iddiaçıya aid olmadığının müəyyən edildiyini, İddiaçı iddia tələbini vermək hüququ olmadığını, mənzilin mülkiyyətçisinin başqa şəxs olduğunu bildirmiş, bu səbəbdən də İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və pul” tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələb irəli sürən 3-cü şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin müstəqil tələb irəli sürən 3-cü şəxsin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi və pul” tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 19.10.2021-ci il tarixli, 2(004)-431 saylı qərardadı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdeh İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və ondan irəli gələn hüquqi nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.07.2021-ci il tarixli 1(101)-334/2021 saylı hökmü ilə 29 mart 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı barədə müqavilənin surətindən 29 mart 2017-ci il tarixdə Bakı şəhəri, 6 saylı notariat kontorunda mülkiyyətçi Cavabdeh2 ilə alıcı qismində iştirak edən İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X6, ev 20, giriş 4 ünvanında yerləşən, sahəsi 84,4 kv.metr olan 329 saylı mənzilə dair alqısatqı müqaviləsinin bağlanması və 15 aprel 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X6, ev 20 ünvanda yerləşən 329 saylı mənzilin tam mülkiyyət hüququ üzrə İddiaçı adına 15 aprel 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən edilmiş və hökm edilmişdir ki, barışıq sazişi təsdiq edilsin. Bakı şəhəri, Yasamal rayonu. Yeni Yasamal yaşayış massivi, X6, ev 20 ünvanında yerləşən 329 saylı mənzil, ünvan 5a yerləşən, sahəsi 84,2 kv.m olan M 11, m 2 saylı mənzil, ünvan 6 ünvanında yerləşən bağ evi, ünvan 7 ünvanında yerləşən 30 saylı mənzilin 1/2 hissəsi və Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı meydanı ünvanında yerləşən, ümumi sahəsi 2854,3 kv.m olan qeyri-yaşayış sahəsinə 5 faiz pay hüququnun (142,715 kv.m sahədən ibarət) ½ hissəsi üzərində zərərçəkmiş şəxs və mülki iddiaçı X1 mülkiyyət hüququ tanınsın. Hökm bu hissədə zərərçəkmiş şəxs və mülki iddiaçı X1 mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır. Mülki iddia verilməmiş hesab edilsin. İş materiallarında olan bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş 03.08.2021-ci il tarixli 1(101)-334/2021 saylı icra vərəqəsinə əsasən müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12.07.2021-ci il tarixli 1(101)-334/2021 saylı hökmü 03.08.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bakı şəhəri, Yasamal rayonu. Yeni Yasamal yaşayış massivi, X6, ev 20 ünvanında yerləşən 329 saylı mənzil üzərində X1 mülkiyyət hüququ tanınmışdır. Qeyd edilən mənzilin mülkiyyətçisi X3 olduğundan, İddiaçı həmin mənzillə bağlı subyektiv hüququ olmadığından iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkələrə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 və digər şəxslərin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, X6, ev 20, giriş 4, 329 saylı mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh1 34 ay müddətinə ödənilməmiş 15300 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-431/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-431/2021
19.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver