Məhkəmə qərarları › İş №e-2(004)-4336/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4336/2023

11.10.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4336/2023 11.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu (AZDÖVSUTƏSLAYİHƏ)-nin nümayəndələri X1 və X3 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 cəlb edilməklə cavabdeh "xxxx" ASCnin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu (AZDÖVSUTƏSLAYİHƏ)-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 cəlb edilməklə cavabdeh "xxxx" ASCnin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu (AZDÖVSUTƏSLAYİHƏ)-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 19 iyun 2023-cü il tarixli 07ks saylı əmrin ləğv edilməsi, onun "xxxx" ASC-nin müvafiq institutunun torpaq ayırma şöbəsinə mühəndis vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, 1500(bir min beş yüz əlli manat) manat hüquqi yardım göstərilməsi xərci, 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat etibarnamə verilməsinə görə xidmət haqqının, 56(əlli altı manat) manat mediasiya xərcinin, cəmi 1573,25 (bir min beş yüz yetmiş üç manat iyirmi beş qəpik) manat cavabdeh tərərfindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu ("AZDÖVSUTƏSLAYİHƏ") arasında xx.xx.1983-cü il tarixində bağlanmış müddətsiz əmək müqaviləsinə əsasən həmin tarixində hidrologiya təsnifatı üzrə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2010-cu il tarixində iddiaçı ilə cavabdeh müəssisə arasında kağız üzərində yeni müddətsiz əmək müqaviləsi bağlanılmış və müəssisənin torpaq ayırma şöbəsinə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı ilə cavabdeh arasında kağız üzərində yeni xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək müddətli əmək müqaviləsi bağlanılmış və müəssisənin torpaq ayırma şöbəsinə mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh müəssisənin xx.xx.2023-cü il tarixli 07ks nömrəli əmri ilə İddiaçı ilə kağız üzərində bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Sözügedən əmr iddiaçıya təqdim edilməməsi səbəbindən hazırkı iddia ərizəsinə tərəfimizdən əlavə edilməsi mümkün olmamışdır. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əmrini qanunsuz hesab etdiyindən, xx.xx.2023-cü il tarixində yaranmış mübahisənin mediasiya təşkilatı vasitəsilə həll edilməsi məqsədilə cavabdeh müəssisəyə təklif ərizəsini göndərmişdir. Təklifə cavab verilmədiyi üçün məcburi mediasiyanın başlanması barədə xx.xx.2023-cü il tarixində Bakı 10 saylı mediasiya təşkilatına ərizə ilə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 56 manat mediasiya xərci ödəmişdir. İddiaçıya ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞB/10-00431 nömrəli arayış təqdim edilmişdir. Göründüyü kimi iddia müddəti ötürülməmişdir. Cavabdeh müəssisənin əsas götürdüyü xx.xx.2023-cü il tarixli yazılı (kağız üzərində) müddətli (xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək) yeni əmək müqaviləsinin hüquqi əsası yoxdur, həmin əmək müqaviləsi etibarsızdır. Göründüyü kimi, İddiaçı cavabdeh "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutuna torpaq ayırma şöbəsinə mühəndis vəzifəsinə təyin edilməsi barədə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli yazılı (kağız üzərində) yeni müddətli əmək müqaviləsinin bağlanması bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yuxarıda adıçəkilən Qərarın “1 Nömrəli Əlavə”sinə uyğun qeydiyyata alınmadığına görə hüquqi qüvvəsi yoxdur. Beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu arasında əmək münasibətləri xx.xx.1983-ci il tarixli əmək müqaviləsi ilə başlamış və həmin əmək müqaviləsi üzrə əmək münasibətləri iddiaçının işdən çıxarıldığı xx.xx.2023-cü il tarixinədək fasiləsiz 40 il müddətinə davam etmişdir. Tərəflər arasında kağız üzərində bağlanmış əmək müqaviləsi elektron informasiya sisteminində qeydiyyata alınmadığına görə faktiki olaraq, cavabdeh müəssisə tərəfindən elektron informasiya sisteminində qeydiyyata alınmış xx.xx.1983ci il tarixli əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam vermişdir. Bununla da cavabdeh müəssisə eyni zamanda AR ƏM-nin AR ƏM-nin 45-ci maddəsinin 5-ci hissəsinin tələblərini pozmuşdur. Bu baxımdan hesab edirik ki, cavabdeh müəssisənin xx.xx.2023-cü il tarixli 07ks nömrəli “işçinin əmək müqaviləsinə xitam verilməsi” haqqında əmrinin ləğv edilməli və iddiaçı işə bərpa edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023 cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh institutunun xx.xx.2023 cü il tarixli “əmək müqaviləsinə xitam verilməsdinə dair” 03-ks nömrəli əmri tam, xx.xx.2023- cü il tarixli “əmək müqavilələrinin bağlanmasına dair” 04-ks nömrəli və xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsinə dair” 07-ks nömrəli əmrləri isə iddiaçıya aid olan hissədə ləğv edilməsi, iddiaçının xx.xx.1983-cü il tarixli müddətsiz əmək müqaviləsi üzrə "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu (AZDÖVSUTƏSLAYİHƏ) Torpaqqayırma şöbəsində işə bərpa edilməsi, portalda müvafiq düzəlişlərinedilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciətin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, xx.xx.2023-cü il tarixindən iş üzrə yekun məhkəmə aktı icra edilən günədək cavabdeh tərəfindən məcburi iş buraxmaya görə əmək haqqının iddiaçıya birdəfəlik ödənilməsi, 1500 manat hüquqi yardım göstərilməsi xərcinin, etibarnamə verilməsinə görə 17,25 manat xidmət haqqının və 56 manat mediasiya xərcinin, cəmi 1573,25 manat cavabdehdən tutularaq, İddiaçı ödənilməsi barədə qətnamə qəbuıl edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə qeyd edilir ki, iddiaçı barədə verilmiş “əmək müqaviləsinə xitam verilməsinə dair” 03-ks nömrəli əmrin məzmunundan görünür ki, iddiaçının xx.xx.1983 cü ildən davam edən müddətsiz əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddənin e bəndinə əsasən (dövlət müəssəsindən maliyyələşən işçisi çalışmanın yaş həddinə çatdıqda) xitam verilmişdir. "xxxx" ASC-nin 07 sentyabr 2023 cü il 13-4/2-1527/2023 saylı məktubundan Cavabdeh institutunun dövlət büdcəsindən maliyyələşən təşkilat deyil, tam təsərrüfat hesablı təşkilat olduğu məlum olur. AR Əmək Məcəlləsinin 10- cu maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssələrdə çalışmanın yaş həddi 65-dir. İddiaçı 63 yaşı var. Ərizə həmçinin onunla əsaslandırılır ki, iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilməsi əmr edillsə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində əmək müqaviləsinin xitam verilməsi bildirişinə xx.xx.2023-cü il tarixində, nə də xx.xx.2023-cü il tarixində elektron qaydada qeydiyyata alınmışdır. Ümumiyyətlə xx.xx.2023-cü il tarixinədək iddiaçının xx.xx.1983-cü il tarixindən davam edən müddətsiz əmək müqaviləsinə elektron qaydada xitam verilməmiş, qüvvədə olmuşdur. Cavabdeh "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu tərəfindən iddia ərizəsinə etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək müddətsiz əmək müqaviləsi ilə Cavabdeh institutunda mühəndis vəzifəsində çalışmışdır. xx.xx.2023-cü il tarixində iddiaçının 63 yaşı tamam olduğundan o, yaş həddinə çatdığı üçün təqaüd almaq hüququ qazanmışdır. Bununla əlaqədar olaraq, mövcud qanunvericiliyi rəhbər tutaraq Cavabdeh institutunun rəhbərliyi (AR Əmək Məcəlləsi, maddələr 70 “e”, 47 “d” və 47 “f”) iddiaçı ilə bağlanmış müqaviləyə xitam vermiş (əmr № 03-ks xx.xx.2023-cü il) və onunla yeni, müddətli (3 ay müddətinə) əmək müqaviləsi bağlanmışdır (əmr № 04-ks -xx.xx.2023-cü il). xx.xx.2023-cü il tarixində iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin vaxtının bitmsəi ilə əlaqədar, onunla olan müddətli əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsininn “b” bəndinə əsasən xitam verilmişdir. Qanunvericiliyə uyğun olaraq Cavabdeh institutunun rəhbərliyi tərəfindən İddiaçı 1159,66 (min yüz əlli doqquz manat altmiş altı qəpik) məbləğində son haqq-hesab verilmişdir. Odur ki, bütün bunları nəzərə alaraq Cavabdeh institut rəhbərliyi İddiaçı iddiasını əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X1 və X6 ayrı-ayrılıqda etiraza uyğun izahat verərək iddia tələblərinin rədd edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmənin vaxtı və yeri barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 məlumat verilsə də heç bir üzrlü səbəb olmadan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki iddia təmin edilməlidir. İş materiallarında olan 05 yanvar 2010-cu il tarixli İddiaçı ilə Cavabdeh İnstitutu arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı müvafiq institutun torpaq ayırma şöbəsinə mühəndis vəzifəsinə qəbul edilməsi haqqında müddətsiz müqavilə bağlanmışdır. İş materiallarında olan xxxxxxx000100 nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı dair xx.xx.1983-cü il tarixli müddətsiz müqavilə xx.xx.2014-cü il tarixində sistemə daxil edilmişdir. İş materiallarında olan xxxxxxx000101 nömrəli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı dair xx.xx.1983-cü il tarixli müddətsiz müqaviləsi üzrə dəyişiklik xx.xx.2019-cu il tarixində sistemə daxil edilmişdir. Əmək haqqı məbləği 382 manat müəyyən edilir. İş materiallarında olan xxxxxxx000102 nömrəli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı dair xx.xx.1983-cü il tarixli müddətsiz müqaviləsi üzrə dəyişiklik xx.xx.2020-ci il tarixində sistemə daxil edilmişdir. Əmək haqqı məbləği 507 manat müəyyən edilir. İş materiallarında olan xxxxxxx000103 nömrəli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı dair xx.xx.1983-cü il tarixli müddətsiz müqaviləsi üzrə dəyişiklik xx.xx.2022-ci il tarixində sistemə daxil edilmişdir. Əmək haqqı məbləği 558 manat müəyyən edilir. İş materiallarında olan xxxxxxx000104 nömrəli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı dair xx.xx.1983-cü il tarixli müddətsiz müqaviləsi üzrə dəyişiklik xx.xx.2022-ci il tarixində sistemə daxil edilmişdir. Əmək haqqı məbləği 558 manat müəyyən edilir. İş materiallarında olan xxxxxxx000105 nömrəli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı dair xx.xx.1983-cü il tarixli müddətsiz müqaviləsi üzrə dəyişiklik xx.xx.2023-cü il tarixində sistemə daxil edilmişdir. Əmək haqqı məbləği 642 manat müəyyən edilir. İş materiallarında olan xxxxxxx000106 nömrəli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı dair xx.xx.1983-cü il tarixli müddətsiz müqaviləsi üzrə dəyişiklik xx.xx.2023-cü il tarixində sistemə daxil edilmişdir. Müqavilə növü müddətli olaraq, müqavilənin müddətinin bitməsi tarixi isə xx.xx.2023-cü il müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun 03 aprel 2023-cü il tarixli 03-ks saylı əmrindən görünür ki, Cavabdeh İnstitutu əsas maliyyələşməsi dövlət büdcəsindən olduğuna görə, Əmək Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) “Torpaqayırma” şöbəsinin mühəndisi İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilmiş və onunla xx.xx.2023-cü il tarixindən yenidən əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun 03 aprel 2023-cü il tarixli 04-ks saylı əmrindən görünür ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “d” bəndinə (işçi pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda müddətli əmək müqaviləsinin bağlanması) və 47-ci maddəsinin “f bəndinə əsasən (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə), mühəndis İddiaçı ilə xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə kimi əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan 03 aprel 2023-cü il tarixli İddiaçı ilə Cavabdeh institutu arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, iddiaçı müvafiq institutun torpaqayırma şöbəsinə mühəndis vəzifəsinə təyin edilib. Həmçinin müqavilədən məlum olur ki, müvafiq institutun rəhbərliyinin xx.xx.2023-cü il tarixli 03-ks və 04-ks saylı əmrlərinə və Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) 03 aprel 2023-cü il tarixindən 30 iyun 2023cü il tarixinədək bağlanmışdır. İş materiallarında olan "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun 19 iyun 2023-cü il tarixli 07-ks nömrəli əmrindən çıxarışdan məlum olur ki, İddiaçı əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixində qurtardığına görə, Əmək Məcəlləsinin 68ci maddəsinin 2 “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 13/4-2-1527/2023 saylı Azərbaycan Meliorasiya və X9 Səhmdar Cəmiyyəti tərəfindən 6 saylı vəkil bürosunun vəkili Elxan Tahirlinin soğrusuna cavabından məlum olur ki, Cavabdeh İnstitutu dövlət tərəfindən maliyyələşən müəssisə deyil, tam təsərrüfatlı təşkilatdır. İş materiallarında olan 6 saylı vəkil bürosu ilə İddiaçı ilə bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli 1173 saylı müqaviləyə əsasən, vəkil Nümayəndə müraciət edən şəxs İddiaçı birinci instansiya məhkəməsində təmsil etmək, hüquqlarını müdafiə etmək, müraciətçi İddiaçı isə qabaqcadan müəyyən olunmuş 1500 manat haqqın ödənilməsini öz öhdəsinə götürürlər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1391 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı ona hüquqi yardımın göstərilməsi məqsədi ilə 6 saylı vəkil bürosuna (vəkil Nümayəndə) 1500 (min beş yüz) manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İddiaçı tərəfindən ARVK-nın üzvü vəkil Nümayəndə verilmiş etibarnamənin surətindən görünür ki, etibarnamə verilməsi üçün 17,25 (on yeddi manat, iyirmi beş qəpik) manat haqq tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-1-ci maddəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən, 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, İddiaçı xx.xx.1983-cü il tarixli müddətsiz müqaviləsinə əsasən, "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutuna mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Tərəf arasında kağz daşıyıcıda bağlanmış 03 aprel 2023-cü il tarixli müqavilə ilə xx.xx.2023-cü il tarixli 03-ks və 04-ks saylı əmrlərinə və Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) 03 aprel 2023-cü il tarixindən 30 iyun 2023cü il tarixinədək bağlanmışdır. "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun 19 iyun 2023-cü il tarixli 07-ks nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixində qurtardığına görə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsinə dair” 03-ks nömrəli əmrinin ləğv edilməsi ilə bağlı qeyd edir ki, sözügedən əmrdə Cavabdeh İnstitutu əsas maliyyələşməsi dövlət büdcəsindən olduğuna görə, Əmək Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda) “Torpaqayırma” şöbəsinin mühəndisi İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə xx.xx.2023-cü il tarixindən xitam verilməsi və onunla xx.xx.2023cü il tarixindən yenidən əmək müqaviləsinin bağlanması əmr edilmişdir. Məhkəmə araşdırması ilə cavabdehin dövlət büdcəsindən maliyyələşən təşkilat olmadığı müəyyən edilmişdir. Əmrdə Əmək Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsaslanmaqla düzgün olmayan, qanunsuz əmr qəbul edilmişdir. Eyni zamanda həmin əmrdə, düzgün olmayaraq geri tarixə müqaviləyə xitam verilməsi göstərilmişdir. Bundan əlavə yeni əmək müqaviləsinin bağlanması əmr edilsə də, həmin müqavilənin bağlanmasına dair bildiriş mərkəzləşdirilmiş elektron sistemdə qeydiyyata alınmamışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin e bəndinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. İddia tələbinin xx.xx.2023-cü il tarixli “əmək müqavilələrinin bağlanmasına dair” 04-ks nömrəli əmrinin iddiaçıya dair hissədə ləğvi ilə bağlı məhkəmə bildirir ki, sözügedən əmr üzrə tərəflər arasında kağız daşıyıcıda müddətli əmək müqaviləsi bağlansa da, mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməmiş, 03 may 1983-cü ildən fasiləsiz olaraq davam edən müddətsiz əmək müqaviləsinə dəyişiklik edilərək həmin müqavilə müddətliyə dəyişdirilmişdir. Göründüyü kimi, sözügedən əmrin də əsası olmadığından, yəni xx.xx.2023-cü il tarixli müqavilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmədiyindən ləğv edilməlidir. İddiaçı ilə əmək münasibətlərinə xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsinə dair” 07-ks nömrəli əmr əsasında xitam verilmiş, o, işdən azad olunmuşdur. Məhkəmə hesab edir ki, sözügedən əmr də aşağıdakılara əsasən ləğv edilməlidir. İş materiallarından da göründüyü kimi, tərəflər arasında kağız daşıyıcıda bağlanmış əmək müqaviləsinə əmrdə göstərildiyi kimi, 19 iyun tarixində müqavilənin bitməsindən, yəni 30 iyun 2023-cü il tarixdən 11 gün tez xitam verilmişdir. Eyni zamanda sözügedən 03 aprel 2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair bildiriş də mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməmişdir. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış 03 may 1983-cü il tarixli müddətsiz əmək müqaviləsinə xitam verilməsi və xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanılması barədə əmək müqaviləsi bildirişi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sisteminə göndərilməmiş, həmin bildiriş elektron qaydada qeydiyyata alınmamışdır. Halbuki işçi ilə işəgötürən arasında əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumat göndərilməsindən sonra qüvvədən düşür və ya yaranır. Hazırki iş üzrə də tərəflər arasında bağlanmış 03 may 1983-cü il tarixli müddətsiz əmək müqaviləsinin qüvvədən düşmə halı baş verməmiş, sadəcə 03 may 1983-cü il tarixli əmək müqaviləsinə dəyişiklik xx.xx.2023-cü il tarixində dəyişiklik edilmişdir. Hətta xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanılması barədə əmək müqaviləsi qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmış olsa idi belə, etibarlı hesab edilə bilməzdi. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin İ və İV hissələri, 47-ci maddəsinin f bəndinin tələbləri baxımından əmək qanunvericiliyi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər. İddiaçı 03 may 1983-cü il tarixli əmək müqaviləsinə əsasən müddətsiz olaraq işə qəbul olunmuş və xx.xx.2023-cü il tarixədək, yəni beş ildən çox müddətdə davamlı olaraq orada işləmişdir. İşəgötürən hesab edir ki, əmək müqaviləsinin müddətli bağlanması qanuna uyğundur, çünki qarşılıqlı razılıq olub. Lakin müqavilənin müddətli bağlanmasına işçinin razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. İradə - insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə (dərk olunmuş maraqla) müəyyənləşdirilir. İşçinin iradə və motivi müəyyən olunmur: iddia ərizəsindən də, iddiaçının nümayəndəsi və vəkilinin izahatından da görünür ki, işçi həmin müəssisədə daimi işləyəcəyini zənn etmişdir, demək ki onun 3 aylıq müddətə münasibətdə motivi (dərk olunmuş marağı) yoxdur, işəgötürənin nümayəndəsi isə bunun əksini təsdiq edən sübut təqdim edə bilmir. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə işçinin iradəsi yoxdur. Əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qonuması üçün nəzərdə tutulan təminatlardan biri də işçinin daha geniş imkanlara malik işəgötürənin qeyrimütənasib təzyiq və təsirindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı ilə bağlanması zamanı hüquq bərabərliyi prinsipinin gözlənilməsidir. İşdən də göründüyü kimi, əmək müqaviləsinin müddətli bağlanmasına işçinin razılığı yoxdur, Ona görə də əmək müqaviləsinin müddətə dair şərti uydurma sayılır. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə əmək müqaviləsinin (əqdin) həmin şərtə aid hissəsi uydurma (əhəmiyyətsiz) hesab olunur və müqavilə müddətsiz bağlanmış sayılır. Odur ki, həmin müəssisədə 40 ilə yaxın daimi xarakterli əmək fəaliyyəti göstərmiş iddiaçı ilə əmək müqaviləsi müddətin bitməsinə görə ləğv oluna bilməz. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdən hesablanmaqla İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Bundan əlavə qətnamənin icra edilməsi məqsədilə, cavabdeh "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun ("AZDÖVSUTƏSLAYİHƏ") üzərinə (https://emas.sosial.gov.az/) portalda əmək müqaviləsi bildirişində “müddətli” qeydinin “müddətsiz” qeydinə dair düzəliş edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciətin edilməsi öhdəliyi qoyulmalıdır. Həmçinin işdə olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün 56 manat (mediasiya xərci), etibarnamə verilməsi üçün 17,25 manat (xidmət haqqı), 1500 manat (vəkilin göstərdiyi yardıma görə) manat xərc çəkmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verib hesab edi edir ki, iddia təmin edilərək, cavabdeh İnstitutun xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsinə dair” 03-ks nömrəli əmri ləğv edilməli, Cavabdeh İnstitutun xx.xx.2023-cü il tarixli “əmək müqavilələrinin bağlanmasına dair” 04-ks nömrəli və xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsinə dair” 07-ks nömrəli haqqında əmrləri İddiaçı aid hissədə ləğv edilməli, İddiaçı "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun ("AZDÖVSUTƏSLAYİHƏ") Torpaqayırma şöbəsinə mühəndis vəzifəsinə işə bərpa edilməli və ona xx.xx.2023-cü il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, cavabdehin üzərinə (https://emas.sosial.gov.az/) portalda əmək müqaviləsi bildirişində “müddətli” qeydinin “müddətsiz” qeydinə dair düzəliş edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciətin edilməsi öhdəliyi qoyulmalı, cavabdehdən hüquqi yardım göstərilməsi xərci üzrə ödənilmiş 1500 manat, etibarnamə verilməsinə görə 17,25 manat xidmət haqqı və 56 manat mediasiya xərci olmaqla, cəmi 1573,25 manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun ("AZDÖVSUTƏSLAYİHƏ") xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsinə dair” 03-ks nömrəli əmri ləğv edilsin. Cavabdeh "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun ("AZDÖVSUTƏSLAYİHƏ") xx.xx.2023-cü il tarixli “əmək müqavilələrinin bağlanmasına dair” 04-ks nömrəli və xx.xx.2023-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsinə dair” 07-ks nömrəli əmrləri İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun ("AZDÖVSUTƏSLAYİHƏ") Torpaqayırma şöbəsinə mühəndis vəzifəsinə işə bərpa edilsin və ona xx.xx.2023-cü il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun ("AZDÖVSUTƏSLAYİHƏ") üzərinə (https://emas.sosial.gov.az/) portalda əmək müqaviləsi bildirişində “müddətli” qeydinin “müddətsiz” qeydinə dair düzəliş edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciətin edilməsi öhdəliyi qoyulsun. Cavabdeh "xxxx" ASC-nin X2 Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutundan ("AZDÖVSUTƏSLAYİHƏ") hüquqi yardım göstərilməsi xərci üzrə ödənilmiş 1500 (bir min beş yüz əlli manat) manat, etibarnamə verilməsinə görə 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat xidmət haqqı və 56 (əlli altı manat) manat mediasiya xərci olmaqla, cəmi 1573,25 (bir min beş yüz yetmiş üç manat iyirmi beş qəpik) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar