Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4375/2020 10.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Əzimov Rövşən Əzizbala oğlu və X4 cəlb olunmaqla cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 186 ünvanında yerləşən evdən istifadə hüququnun itirilmiş hesab edilməsi və bu qətnamənin cavabdehlərin həmin ünvanda qeydiyyatdan çıxmasına əsas hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək bildirir ki, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçasi, 186 ünvanında yerləşən ev 09.01,2004-cü il tarixli Qeydiyyat Vasiqəsinə əsasan iddiaçı və onun ərinə məxsus olmuşdur. Ərinin vəfatından sonra ev iddiaçıya vərəsəlik yolu ilə keçmişdir. Qızı Talehlə evləndikdən sonra başqa ünvanda yəni, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerlaşan özlərinə məxsus mənzildə yaşamışlar. Lakin, cavabdehlər başqa yerdə yaşamağına baxmayaraq formal olaraq iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata düşmüşlər. Artıq onlarla cavabdehlər arasında ailə-hüquq münasibətləri qalmamışdır. Əvvəllər dəfələrlə iddiaçı ona məxsus mənzildən qeydiyyatdan çıxmasını tələb etsə də onlar bunu etməkdən yayınmışlar. Ona görə də, ididaçı məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlərin iddiaçıya məxsus evdə qeydiyyatda olmaları iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməyə mane olur. Bundan başqa isə hər ay onlara görə iddiaçıya məxsus evə dair kommunal borc hesablanır və iddiaçıdan tələb olunur. İddianın təmin edilməsini xahiş edir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməmələrin səbəbi barəsində məhkəməyə məlumat verməmişdilər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əzimov Rövşən Əzizbala oğlu izahat verərək bildirmişdir ki, o, Aygünün qardaşıdır. Aygün ərə gedib. Ərə gedəndən orada yaşamayıb. Özünün evi var. Onlar aylıq kommunal xərcləri ödəyirlər. Ona görə qeydiyyatdan çıxmasını istəyirlər. İddianın təmin olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahat verərək bildirmişdir ki, Aygün onun bacısıdır. O ailə qurub. Onun öz evi var, ancaq onların evində qeydiyyatdadır. 1995-ci ildən ailə qurandan evdən gedib, ancaq onların evində ailə qurandan yaşamayıb. Hövsanda öz evləri var. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının notarial qaydada təsdiq edilmiş surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 186 saylı ev 1/9 hissə pay üzrə İddiaçı, X4 və Əzimov Rövşən Əzizbala oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********64 saylı mətkubdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 9, 101 saylı mənzil Cavabdeh4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında AR Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil-X2 60 saylı Mənzil-X3 364 nömrəli xx.xx.2020-ci il tarixli arayışına əsasən, Cavabdeh4, X1, Cavabdeh3, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 186 saylı evdə qeydiyyatdadırlar. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, İddiaçı, üçüncü şəxslər X4 və Əzimov Rövşən Əzizbala oğlu mübahisə predmeti olan mənzilin paylı mülkiyyətçiləridir. Cavabdehlərdən Cavabdeh2 iddiaçının qızı və üçüncü şəxslərin bacısıdır. Digər cavabdehlər isə Cavabdeh2 əri və övladlarıdır. Cavabdeh2 ərinin mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İ.Əhlimanov küçəsi, ev 9, 101 saylı mənzil vardır. Qeyd edilən hallar iddiaçı və üçüncü şəxslərin izahatları və iş materialları ilə təsdiq olunur. İddiaçı və üçüncü şəxslər cavabdehlərin onların paylı mülkiyyətində olan evdən istifadə hüququnun itirilməsini xahiş edirlər. Məhkəmə Cavabdeh2 Cavabdeh4 ilə ailə qurmasını, onun ərinin mülkiyyətində ayrıca mənzilin olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərin mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 186 ünvanında yerləşən evə ehtiyacları aradan qalxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsinin Plenumunu xx.xx.2001-ci il tarixli qərarında qeyd etmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə müvafiq olaraq, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Konstitusiya Məhkəməsinin Plenumunu xx.xx.2016-cı il tarixli qərarında vurğulamışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Belə ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Qanunverici, ailə üzvünün mənzildən istifadə hüququnu mənzil şəraitində yaşama ehtiyacının məhz mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasına görə müəyyənləşdirmişdir. Yəni, mənzildən istifadə hüququ olsa belə sonradan hüququn meydana gəlməsinə səbəb olan hallar aradan qalxdıqda həmin hüququn özü də itirilir. Bu baxımdan, istifadə hüququnun sahibi, özünün mənzil tələbatını başqa yerdə ödəmək imkanı qazanmışsa, yaxud köçmək üçün ayrıca mənzili varsa onun mənzildən istifadə hüququ aradan qalxır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə məhkəmə qeyd edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 186 saylı evə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 186 saylı evə istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq küçəsi, 186 saylı evə qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №e-2(004)-4375/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4375/2020
10.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver