Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4378/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 108 saylı mənzildən istifadə hüququna xitam verilsin. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 232 saylı evin 108 saylı mənzili 2015-ci ildə əldə edərək, adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli RX ******* saylı çıxarış almışdır. Cavabdeh ilə aralarında xx xxxxx 2016-cı il tarixdə 3 saylı ASAN Xidmət Mərkəzində nikah bağlanaraq, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1462 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra Cavabdeh xx xxxx 2017-ci il tarixdə onun mülkiyyətində olan ünvan 1-də yerləşən 108 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Ailə qurduqdan bir müddət sonra cavabdehlə münasibətləri pisləşdiyindən aralarında olan nikah Yasamal Rayon Məhkəməsinin 2(004)-668/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikaha xx.xx.2020-ci tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 339 nömrə ilə qeyd edilmişdir. Faktiki münasibətləri pozulduğu gündən, hələ nikahlarına rəsmi olaraq xitam verilməmişdən əvvəl cavabdeh sözügedən mənzildən köçmüşdür və orada yaşamır. İddiaçı isə hazırkı vaxtadək övladı ilə birlikdə orada yaşayır. Belə olan halda onun həmin mənzildən istifadə hüququnun saxlanılmasına heç bir hüquqi əsas yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi onun məlum olan axırıncı yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına (mənzil kommunal təsərrüfatı birliyi) göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı, RX seriyalı Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 108 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi 324, M9, mənzil 2) xx.xx.2015-ci l tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı Arayışdan görünür ki, X1 ünvan 1 ünvanında yerləşən 108 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-668/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan Nikahın pozulması haqqında Şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikaha xx.xx.2020-ci il taixdə xitam verilmişdir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra tərəflər İddiaçı nikahdan əvvəl mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 108 saylı mənzildə yaşamışlar. Yasamal Rayon Məhkəməsinin 2(004)-668/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Habelə Cavabdeh iddiaçı ilə arasında olan nikahı pozulduqdan sonra iddiaçıya məxsus mənzildən köçüb getmişdir. Göründüyü kimi, mübahisəli mənzillə bağlı hüquq münasibəti 2016-cı ildə yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu ilin oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Qeyd edilmiş qanunvericilik aktarını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi tamamilə qanuni və əsaslıdır. Ona görə də təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən 108 saylı mənzildən istifadə hüququna xitam verilməldir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən 108 saylı mənzildən istifadə hüququna xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-4378/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4378/2020
01.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver