Məhkəmə qərarları › İş №e-2(004)-4387/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4387/2022

28.09.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4387/2022 28.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndələri X17 və X1 iştirakları ilə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Milli Arxiv İdarəsi, Samux rayon Dövlət Arxivi və Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidməti cəlb edilməklə) işdən çıxma haqqında əmrin ləğvi, ödənilməmiş əmək haqqı və məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Milli Arxiv İdarəsi, Samux rayon Dövlət Arxivi və Azərbaycan Respublikası ƏƏSMN yanında X16 Xidməti cəlb edilməklə) işdən çıxma haqqında əmrin ləğvi, ödənilməmiş əmək haqqı və məcburi işburaxma dövrü üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “əmək müqaviləsinə xitam verilməsi barədə” 17 iyun 2022-ci il tarixli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə İddiaçı Cavabdehndə “sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsinə bərpa edilməsi, İddiaçı 27 may 2022-ci il tarixdən 17 iyun 2022-ci il tarixədək işlədiyi müddət üzrə əmək haqqının və həmin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 17 iyun 2022-ci il tarixdən başlayaraq bu məbləğin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödəncin Cavabdehndən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o X14 və Texnologiya Kollecində (bundan sonra – Kollec) qiyabi təhsil alır. Eyni zamanda 27 may 2022-ci il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq “sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsində işə başlamışdır. 2021-2022-ci tədris ilinin yaz sessiyasında iştirak etmək üçün təhsil məzuniyyətinin verilməsi məqsədi ilə işəgötürənə müraciət etmiş və bununla bağlı Kollecin arayışını da cavabdehə təqdim etmişdir. Lakin cavabdeh təhsil məzuniyyəti vermək əvəzinə, öz istəyimlə işdən azad edilməyi barədə ərizə yazmağa onu məcbur etmiş, əks halda Əmək Məcəlləsinin 70-ci maddəsi ilə işdən çıxarılacağıyla iddiaçını hədələmişdi. İddiaçı isə kariyerasını korlanmaması üçün məcbur qalıb 16 iyun 2022-ci il tarixdə Cavabdeh MMC-yə ərizə yazmış və ərizədə 17 iyun 2022-ci il tarixdən işdən azad edilməyimi xahiş etmişdir. O işindən məmun idi və işləmək istəyirdi. 16 iyun 2022-ci il tarixli işdən azad edilməyilə bağlı ərizəni sərbəst iradə ifadəsilə yazmamış, həmin ərizənin yazılmasına məcbur edilmişdir. Buna görə də elə həmin gün, yəni 16 iyun 2022ci il tarixdə yenidən ərizə yazaraq “işdən azad edilmə haqqında” ərizənin etibarsız hesab edilməsini xahiş etmiş, eyni gün (16 iyun) saat 19:30-da bu ərizəni Cavabdeh MMC-yə çatdırmaq üçün sürətli poçt daşıma şirkətinə təqdim etmiş, həmin şirkət isə 17 iyun 2022ci il tarixdə, saat 11:32-də məktubu cavabdeh şirkətin rəhbəri Firudin Cəbrayılova çatdırmışdır. Eyni zamanda “işdən çıxma haqqında ərizənin etibarsız hesab edilməsi” barədə müraciətini 17 iyun 2022-ci il tarixdə saat 09:20-də “e-sosial.az” saytında yaradılmış elektron kabinetim vasitəsi ilə Cavabdeh MMC-nin rəhbəri Firudin Cəbrayılova göndərmiş, həmin müraciəti baxılması üçün icraata götürülmüş (icraçı: X15), saat 10:00-da isə "xxxx" MMC vasitəsi ilə teleqramla eyni məzmunlu müraciətimi Cavabdeh MMC-yə göndərmiş, teleqram həmin gün saat 14:38-də Firudin Cəbrayılov tərəfindən alınmışdır. Həmçinin 16 iyun 2022-ci il tarixdə “təhsil məzuniyyətinin verilməsi barədə” ərizə ilə Cavabdeh MMC-yə müraciət etmiş, bu ərizəsini də eyni gündə (16 iyun) saat 19:30-da Cavabdeh MMC-yə çatdırmaq üçün sürətli poçt daşıma şirkətinə təqdim etmiş, həmin şirkət isə 17 iyun 2022-ci il tarixdə, saat 11:32-də məktubu cavabdeh şirkətin rəhbəri Firudin Cəbrayılova çatdırmışdır. Eyni zamanda “təhsil məzuniyyətinin verilməsi barədə” müraciətini 17 iyun 2022-ci il tarixdə saat 09:20-də “esosial.az” saytından yaradılmış elektron kabineti vasitəsi ilə Cavabdeh MMC-nin rəhbəri Firudin Cəbrayılova göndərimiş, həmin müraciəti qısa zamanda baxılması üçün icraata götürülmüş (icraçı: X15), saat 10:00-da isə "xxxx" MMC vasitəsi ilə teleqramla eyni məzmunlu müraciəti Cavabdeh MMC-yə göndərmiş, teleqram həmin gün saat 14:38-də Firudin Cəbrayılov tərəfindən alınmışdır. Lakin bütün bu müraciətlərinə baxmayaraq Cavabdeh MMC “işdən azad edilmə haqqında ərizənin etibarsız hesab edilməsi barədə” ərizəsini nəzərə almadan onun əmək müqaviləsinə xitam vermiş və əmək müqaviləsinə xitam verilməsi barədə məlumatı 23 iyun 2022-ci il tarixdə elektron sistemə daxil etmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti bu günədək ona təqdim edilməmiş, həmçinin elektron qaydada, teleqram və poçt xidməti vasitəsi ilə işəgötürənə etdiyi müraciətlərin heç biri cavablandırılmamışdır. Hesab edir ki, Cavabdeh MMC-nin “əmək müqaviləsinə xitam verilməsi barədə” 17 iyun 2022-ci il tarixli əmri qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsində qeyd edilmişdir ki, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin maddənin 2-ci hissəsinə görə ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin maddənin 3-cü hissəsində göstərilmişdir ki, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin maddənin 4-cü hissəsində qeyd edilmişdir ki, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsini ləğv etmək haqqında ərizənin etibarsız hesab edilməsi barədə işçi tərəfindən işəgötürənə müraciət edildiyi təqdirdə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi yolverilməzdir. Lakin cavabdeh bu qaydaya əməl etməməklə işçinin hüquqlarını və qanunvericiliyin tələblərini pozmuşdur. Bununla yanaşı işəgötürən tərəfindən 17 iyun 2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilsə də, onunla sonhaqq hesab aparılmamış və 27 may – 17 iyun tarixlərində işlədiyi dövr üzrə əmək haqqı ödənilməmişdir. Ona görə həm 27 may 2022- ci ildən 17 iyun 2022-ci il tarixədək müddət üzrə əmək haqqı, həm də həmin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq hər gün üçün bir faiz hesablanılmaqla ödənc cavabdehdən tutulmalıdır. Cavabdeh X23 iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram X23 tərəfindən icra olunur. Proqramın icrası çərçivəsində X23 hal-hazırda 53 minə yaxın işsiz vətəndaş ilə əmək müqaviləsi bağlayaraq işlə təmin etmişdir. İddia ərizəsində qeyd olunanlara dair, iddiaçı X6 ilə X23 arasında xx.xx.2022-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Samux rayon Dövlət Arxivində sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Samux rayon Dövlət Arxivi üzrə haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü Milli Arxiv İdarəsi və X23 arasında xx.xx.2022-ci ildə bağlanmış "İşçi qüvvəsinin təmin edilməsinə dair Saziş”lə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir.“Saziş”in 4.2-ci bəndinə əsasən İcraçı işçi qüvvəsini ictimai işlərə cəlb edərkən iş yerində əmək şəraiti şərtlərini (əmək haqqı ödənişi istisna olmaqla) əmək qanunvericiliyi normalarına uyğun təmin edir, qanunvericiliyə uyğun olaraq işçi qüvvəsinin peşə vərdişlərini, təcrübəsini, yaşını, eləcə də iş rejimini (iş və istirahət vaxtını) və digər zəruri əmək şəraitini (əməyin təhlükəsizliyi, təlimatlandırma və sair) nəzərə alır. “Saziş”in 4.4-cü bəndinə əsasən işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, əmək nizam-intizamına və gündəlik fəaliyyətinə İcraçı qurum birbaşa cavabdehdir. Bütün işçilər İcraçının tapşırığı və onun birbaşa nəzarəti altında fəaliyyət göstərir. Mərkəz işçini işə götürərkən işçi ilə sadəcə müqavilə bağlayır və icraçı qurumun göndərdiyi davamiyyət cədvəlinə əsasən əmək haqqı ödəyir, işçinin işlə bağlı intizam münasibətlərinə nəzarət icraçı quruma tabedir. Samux rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 154 nömrəli müşayiət məktubu ilə İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsi X23nin (bundan sonra-Mərkəz) elektron poçt ünvanına xx.xx.2022-ci il tarixində daxil olmuşdur.İddiaçı ərizəsini nəzərə alınaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” (tərəflərdən birinin təşəbbüsü əsasında) bəndinə uyğun olaraq onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmişdir.İddiaçı yuxarda qeyd edilmiş Əmək müqaviləsiniə xitam verilməsi barədə ərizəsinin etibarsız edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsi xx.xx.2022- ci il tarixində X23nə daxil olmuşdur.Qeyd edilən uyğunsuzluğun araşdırılması məqsədi ilə İddiaçı ilə yaradılan telefon (**********) əlaqəsi zamanı, o, qiyabi təhsil aldığı X14 və Texnologiya Kollecində 2021/2022-ci tədris ilinin yaz sessiyasında iştirak etməsi ilə bağlı xx.xx.2022-ci il tarixində Samux rayon Dövlət Arxiv İdarəsinin müdiri Çingiz Namazova müraciət etdiyini, lakin Ç.Namazov tərəfindən təhsil məzuniyyətinə çıxmaq üçün ona şərait yaradılmadığını, eyni zamanda işdən çıxmaq üçün ərizə yazmadığı təqdirdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70.ç (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə əsasən, onunla bağlanılmış əmək müqaviləsinə xitam veriləcəyi ilə bağlı ona təzyiq göstərildiyini qeyd etmişdir.İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsini nəzərə alaraq, onun yenidən Samux rayon Dövlət Arxivində işə düzəlməsinə köməklik göstərməsi ilə bağlı məktub Milli Arxiv İdarəsinə göndərilmişdir. X23nə daxil olan xx.xx.2022-ci il tarixli 1/1380 nömrəli məktuba əsasən Milli Arxiv İdarəsinin rəisi cənab Əsgər Rəsulov İddiaçı işə bərpa olunmasına etiraz etmədiyini bildirmişdir. Həmin məktub əsas götürülərək X9 X4 filialının müdiri Emil Bədəlova İddiaçı işə bərpa olunmasına dair xx.xx.2022-ci il tarixdə **********4 nömrəli məktub göndərilmişdir. Emil Bədəlovun cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubda qeyd edilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən, habelə işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyi hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslərin 6 (altı) ay müddətində işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İddiaçı işsiz şəxs kimi qeydiyyata alınması və haqqı ödənilən ictimai işlərə cəlb olunması mümkün olmamışdır. İddia ərizəsində qeyd edilir ki, əmək kitabçası vətəndaşa qaytarılmayıb, N.Abdullayevəm işə geri qaytarmaq üçün yuxarıda sadalanan tədbirlərin müsbət nəticələnəcəyini düşünərək əmək kitabçasını şəxsə təqdim etməmişik. İddiaçı iddia ərizəsində bildirmişdi ki, işindən məmnundu və işləmək istəyir, lakin o, işə məsuliyyətsiz yanaşmış, mənfi davamiyyət göstərmişdir, icraçı qurumun tərtib elədiyi akt da bunu sübut edir. Sonradan o, işdən çıxmaqla bağlı ərizə göndərmişdir. Ərizədə dəqiq tarix göstərildiyi üçün qeyd edildiyi tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin a) bəndinə əsaslanaraq əmək müqaviləsinə tərəfimizdən xitam verilmişdir, lakin o əmək müqaviləsinə xitam verilməməsini və təhsil məzuniyyətinə çıxması ilə bağlı ərizə göndərmişdir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir, lakin iddiaçı ərizəsində dəqiq vaxt qeyd etmişdir, bu əsasla onun əmək müqaviləsinə xitam verilməsi doğru haldır.Sənədlərin araşdırılması zamanı təhsil məzuniyyəti haqqında arayışın xx.xx.2022ci tarixə aid olunması aşkarlanmışdı, İddiaçı bu arayışı 9 (doqquz) gün gec göndərməsi və işçinin işdən çıxması ilə bağlı ərizəsi zaman kəsiyində üst-üstə düşməsi absurd haldır. İddia ərizəsində İddiaçı qeyd etmişdir ki, əmək müqaviləsinin xitamı barədə məlumat xx.xx.2022-ci il tarixdə elektron sistemə daxil olub, bu məlumat həqiqəti əks etdirmir.Elektron sistemə əmək müqaviləsinə xitam verilmə barədə məlumat xx.xx.2022ci il tarixdə daxil olunub.Məzuniyyət ərizələri İcraçı qurum vasitəsi ilə Mərkəzə daxil olur. Bizə İcraçı qurum tərəfindən İddiaçı aid heç bir məzuniyyət ərizəsi daxil olmamışdır. İctimai işçilərin əməkhaqları təhkim olunduqları İcraçı qurum (Samux rayon Milli Arxiv) tərəfindən X23nə təqdim edilən işə davamiyyət cədvəllərinə (tabelə) əsasən ödənilir. İşçilərin əməkhaqları, son haqq-hesabları İcraçı qurumun göndərdiyi davamiyyət cədvəlinə əsasən hesablanılır və ödənilir. İddiaçının heç bir davamiyyət cədvəli X23nə daxil olmamışdır, buna görə də şəxsə son haqq-hesab ödənilməmişdir.X2 Cavabdeh-nə qarşı “işdən çıxma haqqında əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi” tələbinə dair, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndələri X17 və X7 etiraz ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi aşağıdakılara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 02/126 nömrəli arayışçağrışdan görünür ki, X14 və X5 təsərrüfatlarının təşkilatı və idarə edilməsi ixtisası 721 saylı qrup (qiyabi şöbə) İ kurs tələbəsi İddiaçı 2021/2022-ci tədris ilin yaz sessiyasında iştirak etmək üçün xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək orta əmək haqqı saxlanılmaqla məzuniyyət verilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı Cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən onun arxiv köməkçisi vəzifəsindən azad olunmasına dair göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan İddiaçı Cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, 27 may 2022-ci il tarixdə onunla əmək müqaviləsi bağlanılmışdır. Qiyabi təhsil aldığı X14 və Texnologiya Kollecində 2021/2022-ci tədris ilinin yaz sessiyasında iştirak etmək üçün 06 iyun 2022-ci il tarixdə ərizə ilə Samux rayon Dövlət Arxivinin müdirinə ərizə ilə müraciət edərək məzuniyyətə buraxılmağında bağlı lazımi sənədləşmələrin aparılmasını xahiş etmişdir. Həmçinin 08 iyun tarixində dövlət imtahanlarına girəcəyinə dair təhsil müəssisəsindən arayış alaraq elə həmin gün e-mail vasitəsi ilə Dövlət məşğulluq Xidmətinin Samux rayon şöbəsinin işçisi X8 iş elektron poçtuna göndərmişdir. Lakin, Arxiv müdiri ona təhsil məzuniyyətinə buraxmaq əvəzinə öz ərizəylə işdən azad edilmə ərizəsini yazmağa onu məcbur etmiş, əks halda barəsində "X23” MMC-yə təqdimat göndərərək onu Əmək Məcəlləsinin 70-ci maddəsi ilə çıxaracağı ilə hədələmişdir. O da bundan sonrakı kariyerasının korlanmaması üçün məcbur qalıb Samux rayonuna gedərək xx.xx.2022-ci il tarixdə ərizə yazaraq 17 iyun tarixində işdən azad edilməyilə bağlı ərizə yazmışdır. Əslində o bildirmişdir ki, işləmək istəyir və həmin ərizədə ona həqiqi iradə ifadə olunmamışdır. Odur ki, işdən azad edilməyilə bağlı tərəfindən yazılmış 16 iyun 2022-ci il tarixli ərizənin etibarsız hesab edilməsini xahiş etmişdir. “Mərkəzi Express” -nin 054135 saylı qaiməsindən görünür ki, xx.xx.2022-ci il tarixində saat 19:30-da göndərilmişdir. xx.xx.2022-ci il tarixli saat 11:32-də ünvana çatdırılmışdır. İş materiallarında olan e-sosial portalından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə X23 MMC-ə İddiaçıBəxtiyar qızının teleqramı daxil olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli işçi qüvvəsinin təmin edilməsinə dair sazişdən görünür ki, “Milli Arxiv İdarəsi”nin göstərişinə əsasən icraçı-"Milli Arxiv İdarəsi tərəfindən təşkil olunmuş X19 təqdim etdiyi İşçi Qüvvəsini cəlb etməkdən, habelə işəgötürən kimi Mərkəzin İşçi qüvvəsinə münasibətdə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklərinə görə İcraçıların cavabdehlik daşımasından ibarətdir. İctimai İşlər əhalinin məşğulluğu məqsədi ilə təşkil olunur və İşçi Qüvvəsinin cəlb edilməsi qeyrikommersiya məqsədi daşıyır. Tərəflər razılaşır və təsdiq edir ki, Mərkəz tərəfindən İşçi Qüvvəsinin təqdim edilməsi müqabilində ‘‘Milli Arxiv İdarəsi” yaxud İcraçıdan hər hansı bir ödəniş tələb olunmayacaq. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanan 27 may 2022-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Milli Arxiv İdarəsi sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işə qəbul olunmuşdur. Müqavilə 27 may 2022-ci il tarixində və bir ay müddətə bağlanmışdır. İşçinin vəzifə maaşının yekun məbləği 300 (üç yüz) manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 27 may 2022-ci il tarixdə Samux rayon ərazisində Milli Arxiv İdarəsi üzrə sosial işçi vəzifəsinə təyin edilmişdir. 17 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz ərizəsi ilə) uyğun olaraq Əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Elektron ünvan saytındakı Zəminə Əliyeva tərəfindən Qurban Abbaslıya xx.xx.2022-ci il tarixində saat 06:54 radələrində ünvanlanan məktubdan görünür ki, “X23" MMC-dən müddətli əmək müqaqviləsi ilə işə qəbul edilmiş Samux rayonu ərazisində arxiv köməkçisi vəzifəsində çalışan İddiaçı işdən azad olunmasına köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Samux rayon Dövlət Arxivi tərəfindən Cavabdehə ünvanlanan xx.xx.2022-ci il tarixli 154 nömrəli məktubun məzmunundan görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, Samux rayon Dövlət Arxivi və X23" MMC ilə müqavilə bağlamış İddiaçı üzürsüz səbəbdən işə çıxmadığı üçün onun işinə xitam verilməsinə köməklik edilməsini xahiş etmişldir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X22 Mərkəzinin 17 iyun 2022-ci il tarixli **********3 nömrəli əmrin surətindən görünür ki, Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş Milli Arxiv İdarəsi üzrə Samux rayonu ərazisində sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində çalışan X6 (FİN: xxxxxxx) ilə xx.xx.2022-ci il tarixində bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 "a” (tərəflərdən birinin təşəbbüsü ilə) bəndinə əsasən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. X3 xx.xx.2022-ci il tarixinə qədər olan son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əməkhaqqı və digər ödəmələr) ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X22 Mərkəzinin 07 iyul 2022-ci il tarixli **********8 nömrəli Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ünvanlanan məktubun surətindən müəyyən olur ki, X2 xitam ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəni nəzərə alaraq, onu yenidən Samux rayon Dövlət Arxiv İdarəsində işə düzəlməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X22 Mərkəzinə ünvanlanan 20 iyul 2022-ci il tarixli 1/1380 nömrəli məktubun surətindən görünür ki, Milli Arxiv İdarəsi qanunvericiyə uyğun olaraq İddiaçı Samux rayon dövlət arxivinə haqqı ödənilən işlərə yenidən cəlb edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X9 X4 filial müdirinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun məzmununda qeyd olunur ki, İddiaçı xitam ərizəsinin etibarsız hesab edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli ərizəsini nəzərə alaraq, onun yenidən Samux rayon Dövlət Arxiv İdarəsində işə düzəlməsinə köməklik göstərilməsi məqsədilə X23 tərəfindən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. Milli Arxiv İdarəsi tərəfindən X23nə daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda İddiaçı ilə əmək müqaviləsi bağlanılaraq Samux rayon Dövlət Arxiv İdarəsində sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə yenidən təhkim olunmasına etiraz edilmədiyi bildirilmişdir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı ilə yenidən əmək müqaviləsinin bağlanılması üçün göndərilişin verilməsiinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan X9 X4 filial müdiri tərəfindən X23 MMC-nə ünvanlanmış xidməti məktubda qeyd olunur ki, Samux rayonu, Nəbiağalı qəsəbəsində yaşayan X6 (Fin: xxxxxxx) Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Məşğulluq” altsistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsində və 75- ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərində göstərilən, habelə işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyi hallar istisna olmaqla, göndəriş əsasında bağlanılmış əmək müqaviləsinə bu müqavilə ilə müəyyən edilmiş müddətdən əvvəl öz təşəbbüsü ilə xitam verən şəxslərin 6 (altı) ay müddətində işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq İddiaçı işsiz şəxs kimi qeydiyyata alınması və haqqı ödənilən ictimai işlərə cəlb olunması mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi üzrə öhdəliklərin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. -12-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrinə daxildir. - 68-ci maddəsinin 1 bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin a bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. -69-cu maddənin 4-cü bəndinə əsasən Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. -300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. -369.6-cı maddəsinə əsasən günlərlə hesablanan müddət müddətin sonuncu gününün başa çatması ilə bir vaxtda qurtarır. -371.2-ci maddəsinə əsasən müddətin sonuncu günündə saat iyirmi dördədək rabitə təşkilatına təhvil verilmiş yazılı ərizələr və bildirişlər vaxtında verilmiş sayılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı arasında 27 may 2022-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında o, Milli Arxiv İdarəsi sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işə qəbul olunmuşdur. İşçinin vəzifə maaşının yekun məbləği 300 (üç yüz) manat məbləğində müəyyən olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsini Cavabdehə ünvanlayaraq xx.xx.2022-ci il tarixdən onun arxiv köməkçisi vəzifəsindən azad olunmasına dair göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh **********3 nömrəli 17 iyun 2022-ci il tarixli əmri əsasında Əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə istinda edilərək, xitam verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində poçt vasitəsilə, eləcə də elektron kabinet vasitəsilə e-sosial.gov.az saytına yerləşdirməklə yenidən ərizə ünvanlayaraq işdənçıxma barədə ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının işdən çıxma barədə ərizəsinin geri götürülməsi barədə ərizəsi olduğu təqdirdə işdənçıxma ərizəsinin verildiyi gündən dərhal sonra onunla əmək müqaviləsinə xitam verilməsi və işdən çıxma barədə ərizənin geri götürülməsi barədə ərizənin nəzərə alınmaması qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə uyğun olaraq, iddiaçı işdən azad edilmə barədə birinci ərizəsində göstərdiyi müddət bitənədək, yəni xx.xx.2022-ci il iş günü bitənədək həmin ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə vermişdir ki, bu halda əmək müqaviləsi ləğv edilə bilməzdi. Çünki iddiaçı işdən azad edilən günə - xx.xx.2022-ci il tarixədək işəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə iddiaçıya rəsmi qaydada yazılı xəbərdarlıq etməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1ci hissəsini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi dövrlər üzrə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi ilə bağlı tələbi əsaslıdır. Odur ki, iddia tələbi qismən təmin olunmalı, İddiaçı Cavabdeh “sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilməsinə dair **********3 nömrəli 17 iyun 2022-ci il tarixli əmri ləğv edilməli, İddiaçı “sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsinə bərpa edilməli və Cavabdeh tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə iddia tələbinin 27 may 2022-ci il tarixdən 17 iyun 2022-ci il tarixədək işlədiyi müddət üzrə əmək haqqının və həmin əmək haqqının ödənilməsinin gecikdirilməsinə görə 17 iyun 2022-ci il tarixdən başlayaraq bu məbləğin ödənildiyi tarixədək gecikdirilmiş hər gün üçün bir faiz hesablanmaqla müvafiq ödəncin ödənilməsi hisssəsinə münasibətdə bildirir ki, iş materiallarında olan sübutlarla iddiaçının həmin tarixlərdə işdə olması müəyyən olunmadığından iddiaçı da həmin tarixlərdə faktiki olaraq işdə olmağına dair mötəbər sübutlar təqdim etmədiyindən iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Cavabdeh “sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən işdən azad edilməsinə dair **********3 nömrəli 17 iyun 2022-ci il tarixli əmri ləğv edilsin. İddiaçı “sosial xidmətlərin göstərilməsi üzrə köməkçi” vəzifəsinə bərpa edilsin və Cavabdeh tərəfindən ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar