Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4391/2024 20.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin mətin qızının katibliyi, İddiaçı “X4” Bakı filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X4” Bakı filialının Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun zamindən tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X4” Bakı filialı Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun zamindən tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 13 avqust 2024-cü il tarixə əsas borc üzrə 9992,06 manat, faiz borcu üzrə 31,64 manat olmaqla cəmi halda 10023,70 manat borcun və ödənilmiş 121,06 manat dövlət rüsumunun tutularaq “X4” Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X3” Bakı filialı ilə borclu Cavabdeh2 arasında bağlanmış 17 may 2022-ci il tarixli 369 nömrəli kredit müqaviləsinə əsasən, illik kreditdən istifadə haqqı 14 fazi hesablanmaqla 36 ay müddətinə 11000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X4” Bakı filialı ilə Cavabdeh1 arasında 408 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci bəndinə görə “Borcalan”ın ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu və ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 375,95 manat ödəməli idi. Müqaviləyə əsasən cavabdeh 13 avqust 2024-cü il tarixə Banka əsas borc üzrə 7805,52 manat, faiz borcu üzrə 2345,13 manat olmaqla ümumi halda 10150,65 manat ödəniş yerinə yetirməli idi. Lakin qeyd olunan tarixə əsas borc üzrə 1007,94 manat, faiz borcu üzrə 502,06 manat ümumi halda 1510,00 manat Borcalan tərəfində Banka ödəniş yerinə yetirilmişdir. 13 avqust 2024-cü il tarixə cavabdehin Banka əsas kredit borcu üzrə 9992,06 manat manat, faiz borcu üzrə 31,64 manat olmaqla ümimilikdə 10023,70 manat borcu təşkil edir. Borcalana hesablanmış faizlər dayandırılmışdır. 21 noyabr 2022-ci il tarixli Ölüm haqqında Şəhadətnaməyə əsasən Borcalan Cavabdeh2 xx.xx.2022-ci il tarxindən dəqiqləşdirilməmiş beyindaxili qansızma səbəbində dünyasını dəyişmişdir. Bununla əlaqıdar olaraq vərəsələrin müəyyən edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixində 2023/512 nömrəli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə vərəsəlik işinin açılıb-açılmaması barədə sorğu ilə müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notarial İdarəsində rəhbərliyi təmin Mehman Sultanovun imzası ilə daxil olmuş xx.xx.2023-cü il tarxili, 3-16-5/2-14-3278/23 nömrəli məktuba görə mərhum Cavabdeh2 barəsində vərəsəlik işi aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, AR ƏNnin Elektron Xidmətlər Portalı üzərindən vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumat əldə oluna bilinər. Qeyd olunan məktuba əsasən xx-xx-2023-cü il tarixində AR ƏN-nin Elektron Xidmətlər Portalı üzərindən mərhum Cavabdeh2 barəsində vərəsəlik işinin açılıb-açılmaması barədə soğru edilmiş, lakin vərəsəlik işinin olmaması qeyd olunmuşdur. İddia məhkəməyə göndərilən xx.xx.2023-cü il tarixə mərhum Cavabdeh2 öhdəliklərinə görə iddia tələbi irəli sürüləcək vərəsə müəyyən olunmamışdır. Bu səbəbdən iddia tələbi cavabdeh zaminə qarşı irəli sürülməlidir. Belə ki, Mərhum Cavabdeh2 ilə bağlanılmış 17 may 2022-ci il tarxinli 369 nömrəli kredit müqaviləsi nin təmin olunması məqsədi ilə hazırkı Cavabdeh1 arasında 408 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. 408 nömrəli zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə “zamin bank qarşısında “Borcalanın” 17 may 2022-ci il tarxinli 369 nömrəli kredit müqaviləsi üzrə banka olan kredit və faiz məbləğləri, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s üçün məsuliyyət daşıyır. Yenə həmin müqavilənin 4.1-ci bəndinə görə “Borcalan zaminliklə təmin etdiyi öhdəliyi icra etmədikdə və ya lazımı icra etmədikdə zamin bank qarşısında kredit borcu üzrə yaranmış borcu bankın ilk tələbində heç bir iddia irəlisürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Qeyd olunanlara əsasən hesab edir ki, mərhum Cavabdeh2 Banka olan gecikdirilmiş borcunun ödənilməsi üçün qanuna uyğun olaraq vərəsələri olmaması səbəbindən iddia tələbi öhdəliyə təminat verən zaminə qarşı irəli sürülməlidir. Zaminə qarşı iddia tələbi irəli sürülməmişdən əvvəl borcun ödənilməsi məqsədi ilə onunla danışıqlar aparılmış və ünvanına rəsmi bildiriş təqdim olunmuşdur. Lakin borcun ödənilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “X4” Bakı filialının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan bank - “X4” Bakı filialı, müştəri - Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 369 saylı kredit sazişinə əsasən bank borcalana 36 ay müddətinə illik 14% ödəmək şərtilə 11000 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan “X4” Bakı filialı ilə zamin qismində Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 408 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 bank qarşısında Cavabdeh2 ilə bank arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 369 saylı kredit müqaviləsinə əsasən öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 və X1 barəsində vərəsəlik işi aşkar edilməmişdir. İş materiallarında olan “X4” Bakı filialı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 2024/730 nömrəli maliyyə arayışına əsasən Cavabdeh2 ilə bank arasında bağlanmış 17 may 2022-ci il tarixli 369 nömrəli kredit müqaviləsi və təmini barədə Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsi üzrə 9992,06 manat əsas, 31,64 manat faiz borcu olmaqla, cəmi 10023,70 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). MM-nin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. MM-in 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə tərəfindən sübut olunur ki, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməmiş və nəticədə onun banka 9992,06 manat əsas, 31,64 manat faiz borcu olmaqla, cəmi 10023,70 manat məbləğində borcu yaranmışdır. Borclu Cavabdeh2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh2 barəsində vərəsəlik işi aşkar edilməmişdir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi xx.xx.2022-ci il tarixli, 408 saylı zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən cavabdeh – zamin Cavabdeh1 borc alan tərəfindən müqavilə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə kredit müqaviləsi üzrə əsas borc və ona hesablanmış faizləri ödəməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən xidmət haqqı daxil olmaqla ödənilmiş dövlət rüsumunun əvəzi olan 121,06 (yüz iyirmi bir manat altı qəpik) manat cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh1 9992,06 (doqquz min doqquz yüz doxsan iki manat altı qəpik) manat əsas borc, 31,64 (otuz bir manat altmış dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 10023,70 (on min iyirmi üç manat yetmiş qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 121,06 (yüz iyirmi bir manat altı qəpik) manat məbləğində pul iddiaçı “X4” Bakı filialının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 9992,06 (doqquz min doqquz yüz doxsan iki manat altı qəpik) manat əsas borc, 31,64 (otuz bir manat altmış dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 10023,70 (on min iyirmi üç manat yetmiş qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 121,06 (yüz iyirmi bir manat altı qəpik) manat məbləğində pul tutularaq iddiaçı “X4” Bakı filialına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4391/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4391/2024
20.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver