Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-440/2023 02.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə4, Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 121221,57 manat əsas, 38159,65 manat faiz və 10930,33 manat cərimə borcunun, cəmi 170311,55 manat məbləğin və iş üzrə ödənilmiş 460,31 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 70, (Yeni qaydalarla: ünvan 1 ünvanında 16-cı mərtəbədə 162.3 kv.m. ümumi, 107.7 kv.m. 54.6 kv.m. yardımçı sahədən ibarət 5 otaqlı mənzilə yönəlməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdə və əmlak satıldıqdan sonra mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MTK arasında ünvan 2 ünvanında MTK tərəfindən tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin bank tərəfindən kreditləşdirilməsi barədə xx.xx.2013-cü il tarixdə müqavilə imzalanmışdır. Bundan sonra "xxxx" ASC-nin Yeni Həyat filialı (Borcverən) ilə Cavabdeh1 (İ Borcalan) və "xxxx" MTK (İİ Borcalan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli, YH-324/14 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" kompleksində mənzil alınması məqsədi ilə 120 ay müddətinə illik 12 faiz dərəcəsi ilə 293000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən, kredit üçün faizlər İ borcalan tərəfindən illik 10 %-lə, İİ borcalan tərəfindən illik 2 %-lə borcverənə ödənilir. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-1541/2016 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilməklə, iflas prosesinə başlanılmış, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli, 2-1(81)-1541/2016 nömrəli qərardadına əsasən ləğv prosesində olan "xxxx" ASC-nin "xxxx" layihəsinə aid kredit portfeli banka qarşı kreditor tələbinin əvəzi kimi Əmanətlərin Sığortalanması Fonduna köçürülməsi qərara alınmışdır. Bank müflis olduqdan sonra kredit üzrə faiz dərəcəsi kredit müqaviləsi üzrə ı borcalanın üzərinə düşən faiz dərəcəsinə (10 %) uyğunlaşmışdır. Əmanətlərin Sığortalanması Fondu ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, ADİF-078/16 saylı ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016cı il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********63-05301-093115 olan arayışına əsasən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 70, (Yeni qaydalarla: ünvan 1 ünvanında 16-cı mərtəbədə 162.3 kv.m. ümumi, 107.7 kv.m. 54.6 kv.m. yardımçı sahədən ibarət 5 otaqlı mənzil ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi 06 saylı Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Sonradan Cavabdeh1 tərəfindən girov qoyduğu mənzilin yüklülüyü qüvvədə qalmaq şərti ilə mülkiyyətçinin dəyişməsinə (digər şəxsə satılmasına) köməklik göstərilməsi üçün Əmanətlərin Sığortalanması Fonduna müraciət edilmişdir. Əmanətlərin Sığortalanması Fondunun 23 oktyabr 2017-ci il tarixli, 06/1077 saylı məktubuna əsasən yuxarıda qeyd edilən yaşayış mənzili ipoteka qüvvədə qalmaq şərti ilə Cavabdeh2 ilə alqı-satqı edilmiş və bununla bağlı Bakı şəhəri 6 saylı Notariat kontorunda 24 oktyabr 2017-ci il tarixli, AN-İ N ******* saylı, 4Ə-423 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ipotekanın əlavə qeydiyyatı haqqında xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və fonda olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqaviləsinin 10-cu maddəsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini, həmçinin borcverənə dəymiş zərərin ödənilməsini öhdəliklərini götürmüşdür. Fond tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********489 saylı, xx.xx.2022-ci il tarixli xəbərdərlıq və **********753 saylı, xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh kredit borcunun qaytarılmasını təmin etməmişdir. xx.xx.2022-ci il tarixinə Cavabdeh1 kredit üzrə cəmi borcu 170311,55 manat təşkil edir. Bundan 121221,57 manat əsas, 38159,65 manat faiz və 10930,33 manat cərimə borcu təşkil edir. Məhkəmə iclasında iddiaçının və cavabdehlərin nümayəndələri məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. (maddə 881.3) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflər barışıq sazişi bağladıqlarından, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin saziş məhkəmə tərəfindən təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Əmanətlərin Sığortalanması Fondu ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 27 sentyabr 2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin: “Bir tərəfdən Əmanətlərin Sığortalanması Fondu, icraçı direktoru X1 şəxsində (bundan sonra “iddiaçı” adlanacaq), digər tərəfdən Cavabdeh2 və Cavabdeh1 (bundan sonra “cavabdeh” adlanacaq), aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla iddiaçı və cavabdeh (bundan sonra “Tərəflər” adlanacaq) bu Sazişi imzaladılar.
1. Sazişin mövzusu "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2014-cü il tarixli YH-324/14 saylı kredit müqaviləsi üzrə 01 noyabr 2022-ci il tarixinə cəmi 170311,55 (bir yüz yetmiş min üç yüz on bir manat, 55 qəpik) manat - bundan 121221,57 (bir yüz iyirmi bir min iki yüz iyirmi bir manat, 57 qəpik) manat əsas, 38159,65 (otuz səkkiz min bir yüz əlli doqquz manat, 65 qəpik) manat faiz və 10930,33 (on min doqquz yüz otuz manat, 33 qəpik) manat cərimə borcu və iş üzrə ödənilmiş 460,31 (dörd yüz altmış manat, 31 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 45 (qırx beş) manat rüsumun Cavabdeh1 Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 70, (Yeni qaydalarla: ünvan 3 ünvanında 16-cı mərtəbədə 162.3 kv.m. ümumi, 107.7 kv.m. yaşayış, 54.6 kv.m. yardımçı sahədən ibarət 5 otaqlı mənzilə yönəlməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-440/2023 saylı mülki mübahisənin barışıq yolu ilə həll edilməsi.
2. Sazişin şərtləri 2.1. Tərəflər təsdiq edirlər ki. Cavabdeh1 19 may 2014-cü il tarixli YH- 324/14 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə cəmi 186611,94 (bir yüz səksən altı min altı yüz on bir manat 94 qəpik) manat - bundan 121221,57 (bir yüz iyirmi bir min iki yüz iyirmi bir manat 57 qəpik) manat əsas, 48429,51 (qırx səkkiz min dörd yüz iyirmi doqquz manat 51 qəpik) manat faiz və 16960,86 (on altı min doqquz yüz altmış manat 86 qəpik) manat cərimə borcu mövcuddur. 2.2. Tərəflər təsdiq edirlər ki, Cavabdeh2 19 may 2014-cü il tarixli YH- 324/14 saylı kredit müqaviləsi üzrə borcun güzəşt tətbiq edilməklə ödənilməsi üçün vaxt verilməsi barədə ərizə ilə Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək əsas borcdan 35 000 (otuz beş min) manat və faiz borcundan 10 000 (on min) manat olmaqla ümumilikdə 45 000 (qırx beş min) manat məbləği xx.xx.2023-cü il tarixində ödəmişdir. 2.3. Bu səbəbdən Əmanətlərin Sığortalanması Fondu tərəfindən 19 may 2014-cü il tarixli YH- 324/14 saylı kredit müqaviləsi üzrə faiz hesablanması dayandırılır və 86 221,57 (səksən altı min iki yüz iyirmi bir manat, 57 qəpik) manat əsas borc, 23 572,14 (iyirmi üç min beş yüz yetmiş iki manat 14 qəpik) manat faiz borcu və 505,31 (beş yüz beş manat 31 qəpik) manat dövlət rüsumu olmaqla ümumilikdə 110 299,02 (bir yüz on min iki yüz doxsan doqquz manat 02 qəpik) manat məbləğində borcu 36 (otuz altı) ay müddətində bərabər hissələrə bölünməklə ödəmək öhdəliyini bu Saziş təsdiq edildiyi tarixdən Cavabdeh2 öz üzərinə götürür. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi tarixdən Cavabdeh1 19 may 2014-cü il tarixli YH-324/14 saylı kredit müqaviləsi üzrə öhdəliklərinə xitam edilir. 2.4. Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 tərəfindən 19 may 2014-cü il tarixli YH-324/14 saylı kredit müqaviləsi üzrə qalıq 110 299,02 (bir yüz on min iki yüz doxsan doqquz manat 02 qəpik) manat məbləğində borcun ödənilməsindən sonra bank əməliyyat sistemində qalıq faiz və cərimə borcların silinməsi öhdəliyini öz üzərinə götürür. 2.5. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində qeyd edilən ödəniş Cavabdeh2 tərəfindən tam və vaxtında icra edildikdən sonra ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 70, (Yeni qaydalarla: ünvan 4 ünvanında 16-cı mərtəbədə 162,3 kv.m. ümumi, 107,7 kv.m. yaşayış, 54,6 kv.m. yardımçı sahədən ibarət 5 otaqlı mənzil Cavabdeh2 müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. 2.6. Cavabdeh2 tərəfindən bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlərə (iradəsindən asılı olmayan hallar - zəlzələ, yanğın və digər təbii fəlakət, habelə müharibə, blokada, dövlət hakimiyyəti orqanlarının aktları və hərəkətləri, yaxud digər qarşısıalınmaz qüvvə istisna olmaqla) 2 (iki) ay ərzində əməl edilmədiyi halda bu Sazişin 2.1-ci bəndində göstərilən məbləğlərin tutulması məqsədi ilə icra vərəqəsinin verilməsi üçün müvafiq məhkəməyə müraciət olunacaqdır. 2.7. Cavabdeh2 təsdiq edir ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər pozulduğu və icra edilmədiyi təqdirdə bu Sazişin 2.1-ci bəndində qeyd olunan borc məbləğlərinin iddiaçıya tam şəkildə ödənilməsinə, borcun ödənilməsi məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 70, (Yeni qaydalarla: ünvan 3 ünvanında 16-cı mərtəbədə 162,3 kv.m ümumi, 107,7 kv.m. yaşayış, 54,6 kv.m. yardımçı sahədən ibarət 5 otaqlı mənzilin açıq hərracdan satılmasına, əldə olunan pul məbləğindən 19 may 2014-cü il tarixli YH-324/14 saylı kredit müqaviləsi üzrə borcun Əmanətlərin Sığortalanması Fonduna ödənilməsinə, çəkilmiş hərrac və digər xərclərin ödənilməsinə və əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmasına etiraz etmir.
3. Digər şərtlər 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.3-cü bəndi ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8. Bu Sazişin məzmununun Sazişin 3.7.1-3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır.
4. Digər müddəalar 4.1. Bu Saziş məhkəmə tərəfindən təsdiq edildiyi gündən qüvvəyə minir və tam icra edilənədək qüvvədədir. 4.2. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.3. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.4. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 5 (beş) nüsxədə tərtib olunur.
5. Tərəflərin imzası İddiaçı : Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev. Cavabdeh : Cavabdeh1 Cavabdeh : Cavabdeh2” Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər.
Hakim Təhminə Xəlilova