Məhkəmə qərarları › İş №e-2(004)-4403/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4403/2022

05.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4403/2022 05.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı “X3 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödənilmiş 300 manat xidmət haqqının, 100 manat məbləğində əmlakın qiymətləndirilməsi üçün xərcin, ümumilikdə 400 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutularaq “X3 Azərbaycan” QSCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(074)-298/2015 saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh və X1 kreditor “X3 Azərbaycan” QSC-nin xeyrinə 11765,38 dollar əsas borc, 1166,81 dollar faiz borcu, 3995,56 dollar cərimə, bildirişlərin göndərilməsi üzrə 10,50 manat və 30 manat iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu, cəmi 16927,75 dollar və 40,50 manat borcun tutulması və ipoteka qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan 2008-ci il buraxılış tarixli, mühərrikin nömrəsi VQ35198547C, ban nömrəsi JN8AS05Y28X018519 olan, H017585 dövlət qeydiyyat nişanlı, qara rəngli İnfinity FX35 markalı nəqliyyat vasitəsinin hərracdan satılması, satışdan əldə olunan pul vəsaitindən “X3 Azərbaycan” QSC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Səbail Rayon İcra Şöbəsinə yönəldilmişdir. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(074)-166/2015-ci il tarixli icra vərəqəsinin, Səbail rayon İcra Şöbəsinin 17/64 69011E7594 saylı, xx.xx.2016-cı il tarixli məktubunun icrasına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 41,42 və 43-cü maddələrinə istinad edilərək hərrac təşkil olunmuşdur. Hərracın təşkilini "xxxx" MMC həyata keçirmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracı başa çatdırmışdır. Hərracın yekunları barədə 45/10 nömrəli protokola əsasən, alıcı (hazırki iddia üzrə iddiaçı) “X3 Azərbaycan” QSC Cavabdeh məxsus olan 2008-ci il buraxılış tarixli, mühərrikin nömrəsi VQ35198547C, ban nömrəsi JN8AS05Y28X018519 olan, H017585 dövlət qeydiyyat nişanlı, qara rəngli İnfinity FX35 markalı nəqliyyat vasitəsini 6000 (altı min) manata almışdır. Daşınar və Daşınmaz əmlakların satışı üzrə Hərrac Mərkəzi” MMC tərəfindən “X3 Azərbaycan” QSC-yə 06 iyun 2016-cı il tarixli, 24 nömrəli Hesab-Faktura təqdim edilərək, hərracın keçirilməsi xərclərinin ödənilməsi üçün 300 (üç yüz) manat xidmət haqqının ödənilməsi tələb edilmişdir. xx.xx.2016-cı il tarixli, 318 saylı ödəniş tapşırığından göründüyü kimi, “X3 Azərbyacan” QSC tərəfindən 300 (üç yüz) manat xidmət haqqı "xxxx" MMC-yə ödənilmişdir. "xxxx" MMC tərəfindən “X3 Azərbaycan” QSCyə 20 aprel 2016-cı il tarixli, 109 nömrəli Hesab-Faktura təqdim edilərək, əmlakın qiymətləndirilməsi xərclərinin ödənilməsi üçün 100 (bir yüz) manat məbləğində pulun ödənilməsi tələb edilmişdir. xx.xx.2016-cı il tarixli, 221 saylı ödəniş tapşırığından göründüyü kimi, “X3 Azərbaycan” QSC tərəfindən 100 (yüz) manat məbləğində pul vəsaiti əmlakın qiymətləndirilməsi xərci olaraq, "xxxx" MMC-yə ödənilmişdir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 74.1-ci maddəsinə əsasən, icra məmuru tərəfindən borcludan tutulmuş, o cümlədən borclunun əmlakının satılmasından əldə olunmuş pul məbləğindən əvvəlcə tələbkarın (tələbkarların) tələblərinin təmin olunması üçün istifadə edilir. Azərbaycan Respublikasınlın “İpoteka haqqında” Qanununun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 47.2-ci maddəsinə əsasən İpoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; İş materiallarında olan sənədlərdən göründüyü kimi ipoteka predmetinin hərracdan satılması ilə bağlı hərrac təşkilatçısının xərcləri həmin iş üzrə tələbkar “X3 Azərbaycan” QSC tərəfindən ödənilmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı, 100 (yüz) manat məbləğində əmlakın qiymətləndirilməsi üçün xərc, ümumilikdə 400 (dörd yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İddiaçı “X3 Azərbaycan” QSC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi təmin edilsin. Cavabdeh ödənilmiş 300 (üç yüz) manat xidmət haqqı, 100 (yüz) manat məbləğində əmlakın qiymətləndirilməsi üçün xərc, ümumilikdə 400 (dörd yüz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, iddiaçı “X3 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar