Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4455/2023 14.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı oğlunun cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı oğlu cavabdehlə Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023 tarixli Cavabdeh1 adına verilmiş ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilə dair dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, iddiaçı daha əvvəl də eyni tələblə eyni tərəflərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin olunmamış, iddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmişdir. Bunları nəzərə alıb iddianın baxılmamış saxlanmasını məhkəmədən xahiş edir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3436/2023 saylı xx.xx.2023-cü tarixli qətnaməsindən görünür ki, İddiaçı oğlu cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin adına verilmiş ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilə dair dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5694/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3436/2023 saylı xx.xx.2023-cü tarixli qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi qərara alınmış, işin baxılması xx.xx.2023-cü il tarixə, saat 15:00-a təyin edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə daxil olanadək qəbul edilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3436/2023 saylı xx.xx.2023-cü tarixli qətnaməsi ilə, “cavabdehin adına verilmiş ünvan 1 ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J blokunda yerləşən 60 saylı mənzilə dair dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Göründüyü kimi, hər iki iş üzrə tərəflər, iddianın predmeti və əsasları eynidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.4-cü maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa iddia ərizəsi baxılmamış saxlanır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi mövcud olduğundan və mülki iş üzrə apellyasiya icraatı mövcud olduğundan iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259, 260 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı oğlunun cavabdehlər Cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №e-2(004)-4455/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4455/2023
14.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver