Məhkəmə qərarları › İş №e-2(004)-4466/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4466/2023

17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4466/2023 17.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X4rşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4rşı “pul” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı və cavabdeh – X11 arasında bağlanmış Təhsilin təşkili müqavilələrinə əsasən ödənilməli olan cəmi 6039,86 manat məbləğində pulun, 90 manat vəkil xərcinin və 80.39 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X2 tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə İddiaçı arasında cavabdehin övladı X15 Kamrana dair bağlanmış 393 saylı, xx.xx.2021-ci il tarixli Təhsilin təşkili müqaviləsinin 3.1-ci maddəsinə əsasən, İddiaçı orta təhsil bölməsində təhsil aldığına görə 2021-2022-ci təhsil ili üçün 14900 manat təhsil haqqı ödəməli idi. Cavabdehin övladı 2021-2022 tədris ili ərzində İddiaçındə tədris alsa da, Müqavilə üzrə 2193.61 manat borcu qalmışdır. Cavabdehlə İddiaçı arasında onun digər övladı X12 Kamrana dair bağlanmış 616 saylı, xx.xx.2021-ci il tarixli Təhsilin təşkili müqaviləsinin 3.1-ci maddəsinə əsasən, İddiaçı orta təhsil bölməsində təhsil aldığına görə 2021- 2022-ci təhsil ili üçün 13860 manat təhsil haqqı ödəməli idi. Uşaq 2021-2022 tədris ili ərzində İddiaçındə tədris alsa da, Müqavilə üzrə 2021,25 manat borcu qalmışdır. Cavabdehlə İddiaçı arasında övladı X6 dair bağlanmış 617 saylı, xx.xx.2021-ci il tarixli Təhsilin təşkili müqaviləsinin 3.1-ci maddəsinə əsasən, İddiaçı orta təhsil bölməsində təhsil aldığına görə 2021-2022-ci təhsil ili üçün 12320 manat təhsil haqqı ödəməli idi. Cavabdehin övladı 2021-2022 tədris ili ərzində İddiaçındə tədris alsa da, Müqavilə üzrə 1825 manat borcu qalmışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlanılsa da, eləcə də, mübahisənin məhkəmədənkənar həll edilməsi üçün pretenziya göndərilsə də, o, İddiaçınə olan borcunu ödəməkdən boyun qaçırmışdır və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehin üç övladı İddiaçındə təhsil almışdır. Onunla bağlanmış müqaviləyə əsasən cavabdeh hər üç övladına görə illik təhsil haqqı ödəməlidir. Cavabdeh illik təhsil haqqından müəyyən məbləğ ödəmiş, lakin qalıq borcu qalmışdır.Cavabdehin hər üç müqavilə üzrə qalıq borcu 6039,86 manat təşkil edir. Uşaqlar hal-hazırda təhsil kompleksində təhsillərini davam etdirmirlər. Onların təhsil kompleksindən çıxmaqlarının səbəbi təhsil haqqının ödənilməməsidir. Cavabdehin və ailəsinin ölkədə olub-olmaması barədə məlumatları yoxdur. Onıarda olan bütün mümkün vasitələrlə cavabdehlə əlaqə saxlamağa çalışmışlar, lakin heç bir nəticə əldə edə bilməmişlər. Rəhbərlikdə uşaqların digər məktəbdə təhsillərini davam etdirmələri barədə məlumat yoxdur. Cavabdeh X9 baxılacaq işin vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməsinə (həmçinin cavabdehə məxsus e-mail ünvanına) baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X7 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan İddiaçı ilə təhsilalanın valideyni (qanuni nümayəndəsi) X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 617 saylı “Təhsilin təşkili“ müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehin qanuni nümayəndəsi olduğu övladı Aylin Siddiquiyə müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən 1 tədris ili üçün təhsil haqqı 20% endirim tətbiq edilməklə 12320 manat təşkil edir. 3.2-ci bəndinə əsasən “Təhsil haqqının 30%-i 5 bank günü müddətində “’ABC” TK-nin təqdim etdiyi hesaba köçürülməlidir. Qeyd olunan depozit məbləği göstərilən tarixədək ödənilmədikdə, bu müqaviləyə xitam verilə, yaxud təhsil alan dərslərə buraxılmaya bilər. 3.3-cü bəndinə əsasən təhsil haqqının qalan 70%-i isə cari (2021- 2022) tədris ilinin sentyabr ayından mart ayınadək 7 ay ərzində aybaay bərabər hissələrlə (1232 manat olmaqla) hər təqvim ayının 7-dək “ABC” TK-nin təqdim etdiyi hesaba köçürülür. İş materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli 130 nömrəli arayışdan görünür ki, X14 Kamran 2021/2022-ci il tədris ilində İddiaçındə Britaniya kirrikulum üzrə Year 1-də (məktəb) təhsil alıb. Məktəb və valideyn arasında bağlanmış təhsilin təşkili müqaviləsinə əsasən təhsil haqqı 12320 manatdan ibarət olub. Valideyn tərəfindən ümumilikdə 10495 manat ödəniş edilmiş, 1825 manat qalıq borc qalmışdır. İş materiallarında olan İddiaçı ilə təhsilalanın valideyni (qanuni nümayəndəsi) X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 616 saylı “Təhsilin təşkili“ müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehin qanuni nümayəndəsi olduğu övladı X10 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən 1 tədris ili üçün təhsil haqqı 10% endirim tətbiq edilməklə 13860 manat təşkil edir. 3.2-ci bəndinə əsasən “Təhsil haqqının 30%-i 5 bank günü müddətində “’ABC” TK-nin təqdim etdiyi hesaba köçürülməlidir. Qeyd olunan depozit məbləği göstərilən tarixədək ödənilmədikdə, bu müqaviləyə xitam verilə, yaxud təhsil alan dərslərə buraxılmaya bilər. 3.3-cü bəndinə əsasən təhsil haqqının qalan 70%-i isə cari (2021- 2022) tədris ilinin sentyabr ayından mart ayınadək 7 ay ərzində aybaay bərabər hissələrlə (1386 manat olmaqla) hər təqvim ayının 7-dək “ABC” TK-nin təqdim etdiyi hesaba köçürülür. İddiaçı xx.xx.2023-cü il tarixli 132 nömrəli arayışdan görünür ki, X12 Kamran 2021/2022-ci il tədris ilində İddiaçındə Britaniya kirrikulum üzrə Year 2-də (İ sinif) təhsil alıb. Məktəb və valideyn arasında bağlanmış təhsilin təşkili müqaviləsinə əsasən təhsil haqqı 13860 manatdan ibarət olub. Valideyn tərəfindən ümumilikdə 11838,75 manat ödəniş edilmiş, 2021,25 manat qalıq borc qalmışdır. İş materiallarında olan İddiaçı ilə təhsilalanın valideyni (qanuni nümayəndəsi) X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 393 saylı “Təhsilin təşkili“ müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehin qanuni nümayəndəsi olduğu övladı X13 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən 1 tədris ili üçün təhsil haqqı məbləği 14900 manat təşkil edir. 3.3-cü bəndinə əsasən təhsil haqqının 30%-i (xx.xx.2021-ci il tarixədək ödənilmiş 1000 manat nəzərə alınmaqla) xx.xx.2021-ci il tarixinədək, qalan 70%-i isə cari (2021- 2022) tədris ilinin sentyabr ayından mart ayınadək 7 ay ərzində aybaay bərabər hissələrlə (1490 manat olmaqla) hər təqvim ayının 7-dək “ABC” TK-nin təqdim etdiyi hesaba köçürülür. İddiaçı xx.xx.2023-cü il tarixli 131 nömrəli arayışdan görünür ki, X15 Kamran 2021/2022-ci il tədris ilində İddiaçındə Britaniya kirrikulum üzrə Year 4-də (3-cü sinif) təhsil alıb. Məktəb və valideyn arasında bağlanmış təhsilin təşkili müqaviləsinə əsasən təhsil haqqı 14900 manatdan ibarət olub. Valideyn tərəfindən ümumilikdə 12706,39 manat ödəniş edilmiş, 2193,61 manat qalıq borc qalmışdır. İş materiallarında olan İddiaçı cavabdeh X9 ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh X1 bağlanmış müqavilələr üzrə ödənilməli olan borcun 5 iş günü ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə borcunun məcburi qaydada tutulması barədə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki,293 saylı xx.xx.2023-cü il tarixli müqavilə üzrə İddiaçınə göstərilən hüquqi yardım göstərilməsi üçün “İsmayılbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına 90 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, qanunvericiliyin qeyd olunan normalarının tələbinə əsasən müqavilə tərəflərin iradəsinə əsaslanan və tərəflər arasında hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqdir. Müqavilə bağlanılarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmaısnın zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də məhz müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Həmin prinsipin mahiyyəti isə ondan ibarətdir ki, şəxs hər hansı müqaviləni bağlayıb-bağlamaması məsələsini məhz özünün şəxsi iradəsi əsasında müəyyən edir və hər hansı müqavilə məhz həmin müqavilə tərəflərinin iradə ifadəsinin nəticəsi kimi ortaya çıxır. Həmçinin, qanunvericiliyin təhlilindən aydın olur ki, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanılmış sayılır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh X11 arasında arasında bağlanmış “Təhsilin təşkili” barədə müqavilələrə əsasən, İddiaçı X11nin övladlarına 2021/2022-ci il tədris ilində müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. Təhsil haqqı xx.xx.2021-ci il tarixli, 617 saylı müqaviləyə əsasən 12320 manat, xx.xx.2021-ci il tarixli, 616 saylı müqaviləyə əsasən 13860 manat, xx.xx.2021-ci il tarixli, 393 saylı müqavilə üzrə 14900 manat təşkil etmişdir. Cavabdeh 2021/2022-ci tədris ili üzrə təhsil haqqını tam ödəməmiş və xx.xx.2021-ci il tarixli, 617 saylı müqavilə üzrə 1825 manat, xx.xx.2021-ci il tarixli, 616 saylı müqavilə üzrə 2021,25 manat və xx.xx.2021-ci il tarixli, 393 saylı müqavilə üzrə 2193,61 manat manat borc qalmışdır. İddiaçı tərəf məhkəməyə müraciət etməkdən əvvəl cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən göstərilmiş təhsil xidmətlərinə görə təhsil haqqı ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə razılaşdırılmış məbləği müəyyən edilmiş müddətdə tam şəkildə qaytarmamış və bununla da üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna görə, X5 risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, iddiaçıya olan borcunu ödəməlidir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, cavabdeh X8 10 iyun 2021-ci il tarixli 393 nömrəli müqavilə üzrə 2193.61 manat, 31 avqust 2021-ci il tarixli 616 saylı müqavilə üzrə 2021.25 manat, 31 avqust 2021-ci il tarixli 617 saylı müqavilə 1825 manat olmaqla, cəmi hər üç müqavilə üzrə 6039.86 manat məbləğində pul alınaraq İddiaçınə xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia ərizəsinin “hüquqi yardımın göstərilməsi ilə bağlı cavabdehdən 90 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması” hissəsinə hüquqi qiymət verərkən qeyd edir ki, məhkəmə xərcləri qismində göstərilən 90 manat vəkilə çəkilmiş xərc mütənasib olduğundan, məhkəmə həmin xərci ağlabatan məbləğ hesab edir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia ərizəsinin həmin tələbi də təmin edilərək, 90 manat məbləğində vəkil xidməti xərci cavabdeh X8 iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 80,39 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X8 10 iyun 2021-ci il tarixli 393 nömrəli müqavilə üzrə 2193.61 (iki min yüz doxsan üç manat altmış bir qəpik) manat, 31 avqust 2021-ci il tarixli 616 saylı müqavilə üzrə 2021.25 (iki min iyirmi bir manat iyirmi beş qəpik) manat, 31 avqust 2021-ci il tarixli 617 saylı müqavilə 1825 (bir min səkki zyüz iyirmi beş) manat olmaqla, cəmi hər üç müqavilə üzrə 6039.86 (altı min otuz doqquz manat səksən altı qəpik) manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 90 (doxsan) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 80.39 (səksən manat otuz doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar