Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4485/2022 02.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı İddiaçının nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X8rşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik hüquqi şəxsinin xx.xx.2022ci il tarixli 455 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik hüquqi şəxsin tibb bacısı vəzifəsinə işə bərpa edilməsi və işə bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq ödənilməsi, hüquqlarını müdafıə edən vəkilə ödədiyi 500 manat məbləğində pul, medasiya üçün ödənilən 50 manat məbləğində pul, cəmi 550 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixdən Respublika Klinik Xəstəxanasında tibb bacısı vəzifəsində işə başlamış, iddiaçı və digər tibb bacıları qrafik üzrə işləmişlər. Onun növbəsində digər növbədən olan tibb bacıları işə cəlb olunmuş, bu barədə onun tərəfindən xəstəxananın rəhbərliyinə etdiyi müraciətlərə məhəl qoyulmamış, bu səbəbdən başverən qanunsuzluqlarla bağlı Azərbaycan Respublikası Prokurorluğuna, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və digər orqanlara şikayətlərlə müraciət etmişdir. Bütün bunlardan sonra işəgötürən tərəfindən qərəzli mövqeyə görə, yəni iddiaçının şikayət etməsinə görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 maddəsinini ç bəndi ilə xitam verilmişdir. Halbuki onun tərəfindən əmək funksiyaları yerinə yetirilmiş və əmək vəzifələrinin kobud pozuntusu hallarına yol verilməmişdir. Bundan əlavə əmək müqaviləsinə xitam verilməsi barədə əmr də Əmək Məcəlləsiin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, əmrdə əmək müqaviləsinin ləğv edilməsi əsasları demək olar ki, qeyd olunmamışdır. Hüquqlarını müdafıə edən vəkilə 500 manat xidmət haqqı ödəmiş, medasiya prosesinin tətbiqi üçün 50 manat mediasiya xərci ödəmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia tələbini tam müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək izahatında göstərmişdir ki, iddia əsassızdır. Belə ki, iddiaçı iş yerində əmək kollektivi ilə yola getməmişdir. Bundan əlavə öz vəzifələrini lazımınca yerinə yetirməmiş, ona təhkim edilmiş xəstələri qəbul etməmiş, həkim təyinatlarıını yerinə yetirməmiş, işlədiyi müddətədə bir neçə şöbə dəyişdirmişdir. Bütün şöbələrdə də eyni hallar baş vermişdir. Eyni zamanda iddiaçı tərəfindən iddia müddəti də ötürülmüşdür. İddiaçı onun əmək müqaviləsinə 10 iyun 2022-ci il tarixdə xitam verilməsini 11 iyun 2022-ci il tarixdə bilmiş, ona son haqq hesabı xx.xx.2022-ci il tarixdə ödənilmişdir, 14 iyun 2022-ci il tarixdə əmək kitabçasını götürmək üçün ünvanına bildiriş göndərilmiş, 22 iyun 2022-ci il tarixdə bildiriş iddiaçıya ünvanında rəsmi qaydada çatdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət etməli olduğu halda xx.xx.2022-ci il tarixdə müraciət etmiş və iddia müddətini ötürmüşdür. https://www.e-qanun.az/framework/46945 Məhkəmədə şahid qismində dindirilmiş: “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”nın urologiya şöbəsinin həkimi X4, baş tibb bacısı X5, fizioterapiya şöbəsinin müdiri X6, cərrah X1 və xəstəxananın nefrologiya şöbəsində 2017-ci ildən müalicə alan X7 ifadələrində iddiaçının öz əmək funksiyalarını lazımınca yerinə yetirməməsini, ona təhkim edilmiş xəstələrə baxmaq istəməməsini, həkim göstərişlərinə (təyinatlarına) əməl etməməsini, əmək kollektivində daim narazıçılıq yaratmasını təsdiq etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: Əmək müqavaviləsi və əmrlərdən görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”na kardiologiya şöbəsinə tibb bacısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə xəstəxanaınn nefrologiya şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə 2-ci cərrahiyyə şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə nefrologiya şöbəsinə tibb bacısı vəzifəsinə keçirilmişdir. 24 may 2022-ci il tarixli təqdimatdan görünür ki, xəstəxananın baş həkimi xəstəxananın X3 İttifaqı Komitəsinə müraciət edərək iddiaçının tibb bacısı kimi öz əmək funksiyalarını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, xəstəxanadaxili nizam-intizam qaydalarını pozmasını nəzərə alaraq onun ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq xitam verilməsinə münasibət birdirməsini xahiş etmişdir. Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin 01 iyun 2022-ci il tarixli iclasının 100 No-li protokolundan görünür ki, tibb bacısı İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsi əvəzinə digər intizam tənbehi növünün seçilməsi və başqa şöbəyə keçirilməsi məsələsinə baxılması xahişi ilə rəhbərlik qaydasında vəsatət qaldırılmışdır. 08 iyun 2022-ci il tarixli təqdimatdan görünür ki, xəstəxananın baş həkimi təqdimatla xəstəxananın X3 İttifaqı Komitəsinə müraciət edərək həmkarlar ittifaqının tövsiyyə xarakterli qərarının iddiaçının iştirakı ilə keçirilmiş iclasda müzakirə olunduğu, iddiaçıya əmək haqqı eyni olmaqla boş vakansiya barədə məlumat verildiyini, lakin iddiaçının həmkarlar ittifaqı komitəsinin tövsiyəsindən imtina etdiyini, xx.xx.2022-ci il tarixdə xəstəxananın nefrologiya şöbəsində müalicə alan Şəmkir rayon sakini Rəhimov Abbas tərəfindən iddiaçının qeyri etik davranışları barədə şikayət daxil olduğunu və iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə uyğun olaraq xitam verilməsinə münasibət birdirməsini xahiş etmişdir. Təqdimata müvafiq əsaslandırma sənədləri – xəsətəxanada müalicə alan X2 İddiaçı barədə şikayət ərizəsi, həmkərlar ittifaqı təşkilatının 01 iyun 2022-ci il tarixli qərarına əsasən İddiaçı başqa şöbəyə keçirilməsi barədə təklifinin sonuncu tərəfindən qəbul edilməməsi barədə xx.xx.2022-ci il tarixli akt əlavə edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin 09 iyun 2022-ci il tarixli iclasının 102 No-li protokolundan görünür ki, tibb bacısı İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsinə etiraz edilməmişdir. “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”n 10 iyun 2022-ci il tarixli 455 saylı əmrindən görünür ki, iddiaçı ilə bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) əsasən xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. Maliyyə Şöbəsinin müdiri və mühasibi tərəfindən verilmiş 19 oktyabr 2022-ci il tarixli arayışa əsasən iddiaçıya əmək müqaviləsinə xitam verilməsi haqqında əmrə əsasən xx.xx.2022-cili tarixdə son haqq hesabı ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü...
Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
3. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur.
Maddə 84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Beləlilklə tədqiq olunmuş sübutlarla, iddiaçının öz əmək funksiyalarını lazımınca yerinə yetirməməsi öz təsdiqini tapmışdır. Eyni zamanda cavabdeh (işəgötürən) tərəfindən iddiaçının əmək müqaviləsinin Əmək Məcəlləsinin tələblərinə əməl edilməklə ləğv edilməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizə ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 35. İddia müddətlərinin axımının dayandırılması
35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
Maddə 32. Mediasiya prosesinə xitam verilməsi 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilməsi haqqında əmri almış, 04 iyul 2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı mediatora müraciət etmiş, xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı almış, məhkəməyə iddia ərizəsi ilə 08 avqust 2022-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən iddiaçılar əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddiaçı tərəfindən vəkilə ödənilmiş 500 manat xərc tələbi də rədd edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 50 manat xərc tələbi də rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Təhminə Xəlilova