Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4487/2024 19.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslər "xxxx" MMC və "xxxx" MMC-i cəlb edilməklə Cavabdeh qarşı kredit borcunun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslər "xxxx" MMC və "xxxx" MMC-i cəlb edilməklə Cavabdeh qarşı kredit borcunun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli **********33820/İM №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvanı küçəsində istifadəsində olan 0.02228 ha torpaq sahəsində yerləşən 23 nömrəli, zirzəmi, 3 mərtəbə və mansarddan ibarət, 1171.12 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasına tutma yönəldilməsi, ipoteka predmeti açıq hərracdan satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına Borc alan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli **********33820 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 118548,22 (bir yüz on səkkiz min beş yüz qırx səkkiz manat 22 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 15 030,55 (on beş min otuz manat 55 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 10033,50 (on min otuz üç manat 50 qəpik) manat məbləğində penya olmaqla, cəmi 143612,27 (bir yüz qırx üç min altı yüz on iki manat 27 qəpik) manat məbləğində pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə cəmi 135 (bir yüz otuz beş) manat məbləğində çəkilmiş xərc ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması; xx.xx.2021-ci il tarixli DKM/**********47221-SİM №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvanı küçəsində istifadəsində olan 0.02228 ha torpaq sahəsində yerləşən 23 nömrəli, zirzəmi, 3 mərtəbə və mansarddan ibarət, 1171.12 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasına tutma yönəldilməsi, ipoteka predmeti açıq hərracdan satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına Borc alan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli DKM/**********47221 №-li Kredit xətti müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 7 534,33 (iyirmi yeddi min beş yüz otuz dörd manat 33 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2 764,00 (iki min yeddi yüz altmış dörd manat 00 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 10.8 % faiz dərəcəsi ilə hesablanmış 2 312,88 (iki min üç yüz on iki manat 88 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 4 558,55 (dörd min beş yüz əlli səkkiz manat 55 qəpik) manat məbləğində penya, cəmi 37 169,76 (otuz yeddi min bir yüz altmış doqquz manat 76 qəpik) manat məbləğində pul vəsaiti və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə cəmi 135 (bir yüz otuz beş) manat məbləğində çəkilmiş xərc ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması; iddia ərizəsinin verilməsinə görə 471,05 (dörd yüz yetmiş bir manat 05 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc cavabdehdən iddiaçının xeyrinə tutulması; ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək İpoteka və Sonrakı İpoteka müqavilələrində təsbit etdikləri müstəqil qiymətləndiricilərdən ("xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə sonuncu ərizəsini təqdim edərək, xx.xx.2020-ci il tarixli **********33820/İM №-li İpoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli DKM/**********47221-SİM №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ ilə Cavabdeh qızma məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvanı küçəsində istifadəsində olan 0.02228 ha torpaq sahəsində yerləşən 23 nömrəli, zirzəmi, 3 mərtəbə və mansarddan ibarət, 1171.12 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasına tutma yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılması və həmin əmlakın satışından əldə olunan vəsait hesabına Borc alan "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli **********33820 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 118 548,22 (bir yüz on səkkiz min beş yüz qırx səkkiz manat 22 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2024-cü il tarixinə qədər kreditdən istifadəyə görə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanmış 15 228,13 (on beş min iki yüz iyirmi səkkiz manat 13 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 10.8 % faiz dərəcəsi ilə hesablanmış 2382,82 (iki min üç yüz səksən iki manat 82 qəpik) manat məbləğində zərərin (əldən çıxmış favdanın) əvəzi, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 13589,95 (on üç min beş yüz səksən doqquz manat 95 qəpik) manat məbləğində penya olmaqla, cəmi 149 749,12 (bir yüz qırx doqquz min yeddi yüz qırx doqquz manat 12 qəpik) manat məbləğində və Borc alan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli DKM/**********47221 №-li Kredit xətti müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 27 534,33 (iyirmi yeddi min beş yüz otuz dörd manat 33 qəpik) manat məbləğində vaxtı keçmiş əsas borcu, xx.xx.2023-cü il tarixinə qədər kreditdən istifadəyə görə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 2 764 (iki min yeddi yüz altmış dörd) manat məbləğində adi faizlər üzrə borc məbləği, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 10.8 % faiz dərəcəsi ilə hesablanmış 2 907,62 (iki min doqquz yüz yeddi manat 62 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 5 384,58 (beş min üç yüz səksən dörd manat 58 qəpik) manat məbləğində penva olmaqla, cəmi 38 590,53 (otuz səkkiz min beş yüz doxsan manat 53 qəpik) manat məbləğində pul vəsaiti, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə cəmi 270 (iki yüz yetmiş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 478,61 (dörd yüz yetmiş səkkiz manat 61 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (Kreditor) ASC «Xalq» Bankı ilə borc alan "xxxx" MMC (bundan sonra «1-ci Borcalan» adlandırılacaq) arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********33820 №-li kredit müqaviləsinə (bundan sonra «Kredit müqaviləsi» adlandırılacaq) əsasən sonuncuya 48 (qırx səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 12 % (on iki faiz) ödənilməsi şərtilə 300 000 (üç yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı, 1-ci Borcalan və Cavabdeh arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsində istifadəsində olan 0.02228 ha torpaq sahəsində yerləşən 23 nömrəli, zirzəmi, 3 mərtəbə və mansarddan ibarət, 1171.12 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının (bundan sonra «İpoteka predmeti» adlandırılacaq) ipotekaya qoyulması barədə xx.xx.2020-ci il tarixli **********33820/İM №-li İpoteka müqaviləsi (bundan sonra «1-ci İpoteka müqaviləsi») bağlanmışdır. Qeyd edilən İpoteka predmetinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC “Xalq” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** №-li Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən borc alan "xxxx" MMC kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin kredit müqaviləsi üzrə borc alan "xxxx" MMC üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuş, kredit müqaviləsi üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Borc alan "xxxx" MMC tərəfindən qeyd edilən pozuntulara yol verildiyinə görə iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək, habelə öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Beləliklə, iddia ərizəsi verilən xx.xx.2024-cü il tarixə borc alan "xxxx" MMC-nin Kreditor qarşısında ümumi borcu 133 578,77 (bir yüz otuz üç min beş yüz yetmiş səkkiz manat 77 qəpik) manat təşkil edir ki, bununda 118 548,22 (bir yüz on səkkiz min beş yüz qırx səkkiz manat 22 qəpik) manatı vaxtı keçmiş əsas borcdan, 15 030,55 (on beş min otuz manat 55 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. İddiaçı (Kreditor) ASC «Xalq» Bankı ilə borc alan "xxxx" MMC-nin yanında DVX-nin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən şirkətin adı "xxxx" MMC-dən "xxxx" MMC-yə dəyişdirilib; bundan sonra «2-ci Borcalan» adlandırılacaq) arasında bağlanmış xx.xx.2021-ci il tarixli DKM/**********47221 №-li kredit xətti müqaviləsinə (xx.xx.2022-ci il tarixli 01 №-li Əlavə sazişlə edilmiş dəyişikliklər nəzərə alınmaqla, bundan sonra «Kredit xətti müqaviləsi» adlandırılacaq) əsasən isə sonuncuya 18 (on səkkiz) ay müddətinə, kreditdən istifadəyə görə illik 15 % (on beş faiz) ödənilməsi şərtilə 50 000 (əlli min) manat məbləğində bərpa olunan kredit xətti açılmışdır. 2-ci Borcalan tərəfindən kredit xətti çərçivəsində ayrılmış vəsaitdən tam həcmdə (50 000 manat) istifadə edilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə 2-ci Borcalanla İddiaçı arasında Kredit xətti müqaviləsinə 01 №-li Əlavə saziş bağlanaraq kreditləşmə müddəti 18 aydan 30 ayadək artırılmışdır (xx.xx.2023-cü il tarixədək). Həmin Sazişə əsasən tərəflər 2-ci Borcalanın kredit xətti üzrə xx.xx.2022-ci il tarixinə əsas borcunun qalıq məbləğinin 49826,86 (qırx doqquz min səkkiz yüz iyirmi altı manat 86 qəpik) manat olması barədə razılığa gəlmişlər. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı, 2-ci Borcalan və Cavabdeh arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvanı küçəsində istifadəsində olan 0.02228 ha torpaq sahəsində yerləşən 23 nömrəli, zirzəmi, 3 mərtəbə və mansarddan ibarət, 1171.12 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının («İpoteka predmeti») ipotekaya qoyulması barədə xx.xx.2021-ci il tarixli DKM/**********47221-SİM №-li Sonrakı İpoteka müqaviləsi bağlanmışdır (həmin müqaviləyə xx.xx.2022-ci il tarixli 01 №-l Əlavə sazişlə edilmiş dəyişikliklər nəzərə alınmaqla; bundan sonra «2-ci İpoteka müqaviləsi» adlandırılacaq). Qeyd edilən İpoteka predmetinə dair ipoteka hüququnun qeydiyyata alınması barədə ASC “Xalq” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** №-li Çıxarış verilmişdir. Kredit xətti müqaviləsinin 2.7-ci bəndinə əsasən kredit xətti üzrə kreditin verildiyi müddətin ilk 12 (on iki) aylıq dövrü ərzində borc alan "xxxx" MMC tərəfindən əsas borc məbləğinin qaytarılması ilə bağlı hər hansı bir ödənişin həyata keçirilməsi tələb olunmur, kreditdən istifadəyə görə hesablanmış faizlər isə aylıq olmaqla hər təqvim ayının 01-dən gec olmayaraq Banka ödənilir. Həmin müqavilənin ilk 12 (on iki) aylıq dövrü başa çatdıqdan sonra borc alan "xxxx" MMC növbəti aydan başlamaqla qalan dövr ərzində kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsi və əsas borc məbləğinin qaytarılması hər ay həmin müqavilənin 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən öz öhdəsinə götürmüşdür. Lakin, borc alan "xxxx" MMC öz öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozmuş, Kredit xətti müqaviləsi üzrə isə kreditləşmə müddətinin xx.xx.2023-cü il tarixində bitməsinə baxmayaraq əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borca hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə borc alan "xxxx" MMC-nin İddiaçı qarşısında 30 298,33 (otuz min iki yüz doxsan səkkiz manat 33 qəpik) manat məbləğində gecikdirilmiş borcu yaranmışdır ki, bununda 27 534,33 (iyirmi yeddi min beş yüz otuz dörd manat 33 qəpik) manatı vaxtı keçmiş əsas borc məbləğindən, 2 764,00 (iki min yeddi yüz altmış dörd manat 00 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faiz borc məbləğindən ibarət olmuşdur. Bundan əlavə, 1-ci Borcalan Kredit müqaviləsinə, 2-ci Borcalan isə Kredit xətti müqaviləsinə (bundan sonra birlikdə «Kredit müqavilələri» adlandırılacaq) əsasən müvafiq olaraq verilmiş kreditlər üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə Banka Kredit müqavilələrinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidilər ki, iddia ərizəsinin verildiyi xx.xx.2024-cü il tarixə Kredit xətti müqaviləsi üzrə bu məbləğ 4 558,55 (dörd min beş yüz əlli səkkiz manat 55 qəpik) manat, kredit müqaviləsi üzrə isə həmin tarixə bu məbləğ 10 033,50 (on min otuz üç manat 50 qəpik) manat təşkil edir. Kredit müqavilələri üzrə 1-ci Borcalan və eyni zamanda 2-ci Borcalan tərəfindən üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulduğuna İddiaçının öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 34-cü maddələrinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq Kredit müqavilələri üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli AŞH-XO-4.9.2023-001 (1-ci İpoteka müqaviləsi üzrə) nömrəli və AŞH-XO- 4.9.2023-002 (2-ci İpoteka müqaviləsi) nömrəli Bildirişlər göndərilmiş və İddiaçı qarşısında yaranmış borc məbləğinin ipoteka predmeti hesabına ödənilməsi üçün bu əmlak obyektinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli AŞH-XO-4.9.2023-001 №-li və AŞH-XO-4.9.2023-002 №-li Bildirişlərin qeydiyyata alınması barədə müvafiq olaraq xx.xx.2023-cü il tarixli AŞH-XO-11.9.2023-002 №-li və AŞH-XO-11.9.2023-003 №- li ərizələr ilə müvafiq olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsə müraciətlər edilmişdir və həmin qurum tərəfindən bildirişlər qeydə alınmışdır. İddiaçı tərəfindən Cavabdehə ipoteka qoyulmuş əmlak obyektinin satılması və İddiaçının yuxarıda qeyd edilən tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi Cavabdeh tərəfindən göstərilən istiqamətdə hər hansı əməli addım atılmamışdır. İddiaçı ilə 1-ci Borcalan və 2-ci Borcalan arasında bağlanmış Müqavilələrin 5.1-ci bəndlərinə əsasən həmin müqavilələr Tərəflərin öz üzərinə götürdüyü öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. X1 Məhkəməsi qeyd edir ki: «Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə «öhdəliklər vicdanla yerinə yetirilməlidir» (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir». Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə Kreditor (Borc verən) və Borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin Qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, «kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu zaman Konstitusiya Məhkəməsi həmin qərarda göstərir ki, kreditora ödənilməsi gecikdirilən əsas borc üzrə faizlər şəklində zərərin (əldən çıxmış fayda formasında) ödənilməsini tələb etmək üçün həmin zərərin mücərrəd qaydada hesablanmasını həyata keçirmək kifayətdir. Yəni, kreditora həyata keçirdiyi kredit əməliyyatlarının tərkibi və müvafiq növ kredit əməliyyatları üzrə bazara uyğun orta hesabla əldə etdiyi faiz gəlirlərinin miqdarı (müəyyən etdiyi faiz dərəcəsi) barədə məlumatların məhkəməyə təqdim edilməsi kifayətdir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd edilmiş qərarda göstərdiyi kimi, həmin mücərrəd qaydada hesablama metodu belə bir ehtimala əsaslanır ki, Kreditor işlərin adi gedişatına əsasən borc məbləği vaxtında ona qaytarıldığı təqdirdə, bu məbləğdən tez bir zamanda müvafiq faizlər şəklində gəlir əldə etməklə kreditləşmə əməliyyatlarının aparılması üçün yenidən istifadə edə bilərdi. Bu zaman, sözügedən qayda Kreditorun konkret olaraq yeni bir kredit əməliyyatı aparmış olacağını sübuta yetirməsini tələb etmir. Bu əsasla hazırkı iddia ərizəsinə İddiaçı tərəfindən Kredit xətti müqaviləsi üzrə kreditləşmə müddətinin bitməsi tarixindən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixə qədər olan dövr (xx.xx.2023-xx.xx.2024-cü illəri əhatə edən dövr üçün) ərzində borcalanlara iddiaçı tərəfindən verilmiş kreditlər («ASC “Xalq” Bankında verilən biznes krediti bank məhsulunun Pasportu») barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan göründüyü kimi, biznes məqsədləri üçünBank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 10.8 % faiz təşkil edir. Qeyd olunana əsasən Bank kreditləşmə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixindən iddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2024-cü il tarixədək əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra həmin dövr üçün müvafiq məbləğ 2 312,88 (iki min üç yüz on iki manat 88 qəpik) manat təşkil edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3-cü maddəsinə əsasən Məhkəmə tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti İpoteka qoyanla İpoteka saxlayanın razılaşmasına əsasən, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 1-ci və 2-ci İpoteka müqavilələrinin bağlanmasından keçən uzun müddət ərzində daşınmaz əmlak bazarında qiymətlərdə kəskin dəyişikliklər baş vermişdir. Hesab edir ki, Bankla Cavabdeh arasında ipoteka predmetinin ilkin satış qiyməti barədə hər hansı razılaşma olmadığından məhkəmə tərəfindən qiymətləndirmənin təyin edilməsinə və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə qətnamədə müstəqil qiymətləndiricinin (tərəflərin qarşılıqlı razılığı ilə seçdikləri 1-ci və 2-ci İpoteka müqavilələrinin 3.9-cu bəndində qeyd olunmuş "xxxx" MMC, "xxxx" MMC, "xxxx" MMC müstəqil qiymətləndiricilərdən birinin) rəyinə müvafiq olaraq ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslər "xxxx" MMC və "xxxx" MMC-yə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə cavabdehə məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə xx.xx.2024-cü il tarixdə ərizə ünvanlayaraq, icraatda olan mülki işlə əlaqədar olaraq təyin olunmuş məhkəmə baxışında digər məhkəmə prosesində iştirakı ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini nəzərə alaraq başqa tarixə təxirə salınmasını xahiş etmiş, lakin ərizəyə dair hər hansı sübut əlavə edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - iddiaçı "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********33820 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə illik 12 faiz dərəcəsi ilə 48 ay müddətinə 300 000 (üç yüz min) manat məbləğində kredit verilmişdir. - xx.xx.2020-ci il tarixli **********33820/İM №-li ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsində istifadəsində olan 0.02228 ha torpaq sahəsində yerləşən 23 nömrəli, zirzəmi, 3 mərtəbə və mansarddan ibarət, 1171.12 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - iddiaçı "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DKM/**********47221 saylı kredit xətti müqaviləsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə illik 15 faiz dərəcəsi ilə 18 ay müddətinə 50 000 (əlli min) manat məbləğində kredit xətti açılmışdır. "xxxx" MMC tərəfindən kredit xətti çərçivəsində ayrılmış vəsaitdən tam həcmdə (50 000 manat) istifadə edilmişdir. xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında Kredit xətti müqaviləsinə 01 №-li Əlavə saziş bağlanaraq kreditləşmə müddəti 18 aydan 30 ayadək artırılmışdır (xx.xx.2023-cü il tarixədək). Həmin Sazişə əsasən tərəflər "xxxx" MMC-nin kredit xətti üzrə xx.xx.2022-ci il tarixinə əsas borcunun qalıq məbləğinin 49826,86 (qırx doqquz min səkkiz yüz iyirmi altı manat 86 qəpik) manat olması barədə razılığa gəlmişlər. - xx.xx.2021-ci il tarixli DKM/**********47221-SİM №-li sonrakı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə pul öhdəliyinin icrasının təmin edilməsi məqsədilə iddiaçı "xxxx" ASC, "xxxx" MMC və Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsində istifadəsində olan 0.02228 ha torpaq sahəsində yerləşən 23 nömrəli, zirzəmi, 3 mərtəbə və mansarddan ibarət, 1171.12 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binası Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İpoteka müqaviləsinin 3.9-cu bəndinə əsasən, bu müqavilənin məqsədləri üçün tərəflər müstəqil, obyektiv və səriştəli hesab etdikləri daşınmaz əmlak qiymətləndiricilərinin aşağıdakı siyahısı ilə razılaşırlar: 1. "xxxx" MMC, 2. "xxxx" MMC, 3. "xxxx" MMC - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən şirkətin adı "xxxx" MMC-dən "xxxx" MMC-yə dəyişdirilmişdir. - "xxxx" MMC Qiymətləndirmə Mərkəzinin MB 17/0917 saylı, 30 avqust 2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsində istifadəsində olan 0.02228 ha torpaq sahəsində yerləşən 23 nömrəli, zirzəmi, 3 mərtəbə və mansarddan ibarət, 1171.12 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının bazar dəyəri ******* manat, likvid dəyəri ******* manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, İddiaçı "xxxx" ASC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış, cavabdehə 48 ay müddətinə illik 12% dərəcəsi ilə 300000 manat məbləğində kredit verilmişdir. İddiaçı "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli DKM/**********47221 saylı kredit xətti müqaviləsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə illik 15 faiz dərəcəsi ilə 18 ay müddətinə 50 000 (əlli min) manat məbləğində kredit xətti açılmışdır. Kredit müqavilələri üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə iddiaçı, "xxxx" MMC və Cavabdeh arasında mülkiyyət hüququ ilə sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvani küçəsində istifadəsində olan 0.02228 ha torpaq sahəsində yerləşən 23 nömrəli, zirzəmi, 3 mərtəbə və mansarddan ibarət, 1171.12 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasının (bundan sonra «İpoteka predmeti» adlandırılacaq) ipotekaya qoyulması barədə xx.xx.2020-ci il tarixli **********33820/İM №-li İpoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən borc alan "xxxx" MMC kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin kredit müqaviləsi üzrə borc alan "xxxx" MMC üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuş, kredit müqaviləsi üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Borc alan "xxxx" MMC tərəfindən qeyd edilən pozuntulara yol verildiyinə görə iddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək, habelə öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. Borc alanın kredit müqavilələri üzrə öhdəliklərinin icrasına laqeyd yanaşmaqla onları kobud şəkildə pozması, kreditin verilməsi müddətinin bitməsinə baxmayaraq bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmaması, və əsas borc məbləğinə hesablanmış faizin müəyyən hissəsini ödəməməsi, bununla da borc alanın kredit müqaviləsinin şərtlərinə riayət etməməsi işin mübahisəsiz hallarındandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İddiaçının ipoteka predmetinə tutma yönəldilməsi yolu ilə kredit borcunun ödənilməsi tələbi qanuni olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin “xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 10.8 % faiz dərəcəsi ilə hesablanmış 2907,62 (iki min doqquz yüz yeddi manat 62 qəpik) manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzinin cavabdehdən tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-də xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək verilmiş biznes kreditləri üzrə statistik məlumatlara dair arayışa əsasən biznes məqsədləri üçün Bank (iddiaçı) tərəfindən verilmiş kreditlər üzrə orta faiz dərəcəsinin miqdarı illik 10.8 % faiz təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsindən görünür ki, şəxsin hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) zərər anlayışı ilə əhatə olunur. Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunub: “... banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur”. Odur ki, iddiaçı əldə çıxmış fayda formasında zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin adı çəkilən qərarında qeyd olunub: “Məhkəmə baxışı zamanı kreditorun həyata keçirdiyi kredit əməliyyatlarının tərkibini və bu zaman əldə etdiyi, bazara uyğun faiz dərəcələrinin müvafiq orta miqdarını təsvir etməsi kifayətdir. Kreditorun kredit əməliyyatlarını ayrı-ayrı kredit növləri üzrə açıqlaması mümkün olmazsa, o, öz faiz tələbinin ən az faiz gəliri gətirən kredit (kapital) növünün bazara uyğun faiz dərəcəsi həddində olacağı ilə razılaşmalıdır”. İddiaçı əldən çıxmış faydanı Konstitusiya Məhkəməsinin qeyd olunan mövqeyinə uyğun hesablayıb. Beləliklə, əldən çıxmış faydanın əvəzinin ödənilməsi barədə tələb əsaslıdır. Məhkəmə iddia tələbinin “xx.xx.2020-ci il tarixli **********33820 №-li Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 13589,95 (on üç min beş yüz səksən doqquz manat 95 qəpik) manat məbləğində penya və xx.xx.2021-ci il tarixli DKM/**********47221 №-li Kredit xətti müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 5384,58 (beş min üç yüz səksən dörd manat 58 qəpik) manat məbləğində penyanın cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli **********33820 №-li kredit müqaviləsi üzrə 13589,95 manat və xx.xx.2021-ci il tarixli DKM/**********47221 №-li Kredit xətti müqaviləsi üzrə 5384,58 manat məbləğində penya kifayət qədər yüksək olduğundan, penyaların məbləği azaldılaraq əsas borcun 5 faizi məbləğində, yəni xx.xx.2020-ci il tarixli **********33820 №-li kredit müqaviləsi üzrə 5927,41 manat və xx.xx.2021-ci il tarixli DKM/**********47221 №-li Kredit xətti müqaviləsi üzrə 1376,71 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin iddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvanı küçəsində istifadəsində olan 0.02228 ha torpaq sahəsində yerləşən 23 nömrəli, zirzəmi, 3 mərtəbə və mansarddan ibarət, 1171.12 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasına tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və həmin əmlakın satışından əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1 maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti "xxxx" MMC Qiymətləndirmə Mərkəzinin MB 17/0917 saylı, 30 avqust 2024-cü il tarixli qiymətləndirmə hesabatına əsasən 1.400.000 manat müəyyən edilməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 270 (iki yüz yetmiş) manat rüsumun ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tələbin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 270 (iki yüz yetmiş) manat rüsum ödəmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli **********33820/İM nömrəli İpoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli DKM/**********47221-SİM nömrəli Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvanı küçəsində istifadəsində olan 0.02228 ha torpaq sahəsində yerləşən 23 nömrəli, zirzəmi, 3 mərtəbə və mansarddan ibarət, 1171.12 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış binasına tutma yönəldilməli, ipoteka predmeti açıq hərracdan satılmalı və həmin əmlakın satışından əldə olunan vəsait hesabına "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli **********33820 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 118548,22 (bir yüz on səkkiz min beş yüz qırx səkkiz manat 22 qəpik) manat əsas borc, 15228,13 (on beş min iki yüz iyirmi səkkiz manat 13 qəpik) manat faiz borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 10.8 % faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi kimi 2 382,82 (iki min üç yüz səksən iki manat 82 qəpik) manat, 5927,41 (beş min doqquz yüz iyirmi yeddi manat qırx bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 142086,58 (yüz qırx iki min səksən altı manat qırx səkkiz qəpik) manat, "xxxx" MMCnin xx.xx.2021-ci il tarixli DKM/**********47221 nömrəli Kredit xətti müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 27 534,33 (iyirmi yeddi min beş yüz otuz dörd manat 33 qəpik) manat əsas borc, 2764 (iki min yeddi yüz altmış dörd) manat faiz borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 10.8 % faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi kimi 2907,62 (iki min doqquz yüz yeddi manat 62 qəpik) manat, 1376,71 (min üç yüz yetmiş altı manat yetmiş bir qəpik) manat cərimə olmaqla, cəmi 34582,66 (otuz dörd min beş yüz səksən iki manat altmış altı qəpik) manat olmaqla, ümumilikdə 176 669,24 (yüz yetmiş altı min altı yüz altmış doqquz manat altmış dörd qəpik) manat məbləğində pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 270 (iki yüz yetmiş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulmalı, Cavabdeh ödənilmiş 478,61 manat dövlət rüsumunun 451,50 (dörd yüz əlli bir manat əlli qəpik) manat hissəsi tutularaq, iddiaçı "xxxx" ASC-nə ödənilməli, ipoteka predmetinin ilkin satış qiyməti 1.400.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 478,61 manat dövlət rüsumunun 451,50 (dörd yüz əlli bir manat əlli qəpik) manat hissəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 500 (beş yüz) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin (VÖEN **********, H/h AZ33İBAZ********************, "xxxx" ASC Yasamal filialı, kodu 805562, M/h AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X) hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli **********33820/İM nömrəli İpoteka müqaviləsi və xx.xx.2021-ci il tarixli DKM/**********47221-SİM nömrəli Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd ibn Hinduşah Naxçıvanı küçəsində istifadəsində olan 0.02228 ha torpaq sahəsində yerləşən 23 nömrəli, zirzəmi, 3 mərtəbə və mansarddan ibarət, 1171.12 kv.m. ümumi sahəsi olan qeyriyaşayış binasına tutma yönəldilsin, ipoteka predmeti açıq hərracdan satılsın və həmin əmlakın satışından əldə olunan vəsait hesabına "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli **********33820 nömrəli Kredit müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 118 548,22 (bir yüz on səkkiz min beş yüz qırx səkkiz manat 22 qəpik) manat əsas borc, 15 228,13 (on beş min iki yüz iyirmi səkkiz manat 13 qəpik) manat faiz borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 10.8 % faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi kimi 2 382,82 (iki min üç yüz səksən iki manat 82 qəpik) manat, 5927,41 (beş min doqquz yüz iyirmi yeddi manat qırx bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 142086,58 (yüz qırx iki min səksən altı manat qırx səkkiz qəpik) manat, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli DKM/**********47221 nömrəli Kredit xətti müqaviləsi üzrə iddiaçı ASC «Xalq» Bankı qarşısındakı 27 534,33 (iyirmi yeddi min beş yüz otuz dörd manat 33 qəpik) manat əsas borc, 2 764 (iki min yeddi yüz altmış dörd) manat faiz borcu, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 10.8 % faiz dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın əvəzi kimi 2907,62 (iki min doqquz yüz yeddi manat 62 qəpik) manat, 1376,71 (min üç yüz yetmiş altı manat yetmiş bir qəpik) manat cərimə olmaqla, cəmi 34582,66 (otuz dörd min beş yüz səksən iki manat altmış altı qəpik) manat olmaqla, ümumilikdə 176 669,24 ( yüz yetmiş altı min altı yüz altmış doqquz manat altmış dörd qəpik) manat məbləğində pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 270 (iki yüz yetmiş) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulsun. Cavabdeh ödənilmiş 478,61 manat dövlət rüsumunun 451,50 (dörd yüz əlli bir manat əlli qəpik) manat hissəsi tutularaq, iddiaçı "xxxx" ASC-nə ödənilsin. İpoteka predmetinin ilkin satış qiyməti 1.400.000 manat müəyyən edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 500 (beş yüz) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin (VÖEN **********, H/h AZ33İBAZ********************, "xxxx" ASC Yasamal filialı, kodu 805562, M/h AZ03NABZ********************, S.W.İ.F.T BİK: İBAZAZ2X) hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4487/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4487/2024
19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver