Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4492/2024 05.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aramızda bağlanmış nikahları pozulmuşdur. Əmlak bölgüsü barədə xx.xx.2024-cü il tarixli 2(004)-2001/2024 saylı qətnaməyə əsasən birgə nikah dövründə əldə olunmuş və onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 174, 235 nömrəli (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 620, m3) mənzilin üzərində 1/2 hissəsinə mən - İddiaçı və 1/2 hissəsinə cavabdeh - Cavabdeh payları müəyyən olunmuşdur. Cavabdeh qeyd olunan mənzildə yaşamır, hal hazırda iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildə qalır. Cabahdeh ilə ailə münasibətləti uzun müddətdir ki, bitmişdir, ayrı-ayrı ünvanlarda yaşayırlar. Qeyd etmək istiyir ki, 2(004)-2001/2024 saylı qətnaməyə əsasən cavabdehin müəyyən olunan 1/2 hissəsi payda qalmağına bir etirazı yoxdur, lakin cavabdehin onun iradəsinə zid olaraq hal-hazırda iddiaçıya məxsus olan mənzildə qalmağı onun mülkiyyətçi kimi hüquqlarını pozulur. Cavabdehin iddiaçıya məxsus mənzildə qaldığı halda o, öz mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən sərbəst istifadə edə və mənzil üzərində sərəncam verə bilmir. Cavabdehnn nümayəndəsi və vəkili Vəkil2 AZEMİS vasitəsilə 03 oktyabr 2024-cü il tarixdə iddiaya etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı bildirirlər ki, iddiaçı ilə ailə qurduğu ilk gündən Bakı şəhəri, Yeni ünvan 2 ünvanında yerləşən mənzildə yaşamışlar, onun və övladlarının qeydiyyatı həmin mənzilədir, uşaqlar həmin mənzilin yaxınlığında yerləşən məktəbə gedirlər. İddiaçı ilə aralarında olan nikah pozulandan və birgə nikah dövründə əldə olunmuş mənzilə pay hüquqları müəyyən olunduqdan sonra da iddiaçı iddia ərizəsində qeyd etdiklərinin tam əksi olaraq və onu incitmək, bu və ya digər formada ona mənəvi istirablar, əziyyətlər vermək üçün bu cür yollara əl atır, onu və uşaqları psixoloji təyziqlər altında saxlayır, məqsədi isə yuxarıda qeyd etdiyim kimi məni gərginlkdə saxlamaqla nələrəsə nail olmaqdır. Dəfələrlə iddiaçıya paylarının müəyyən olunmuş mənzilin satılmasını və ya hər hansı birinin hissəsinə düşən payı ödəməklə digər hissədən imtina edilməsinə dair təkliflər versəkdə o hər dəfə bir bəhanə ilə bunu etməkdən yayınmışdır. Çünki bilir ki, onunla birgə bir otaqlı mənzildə yaşamaları qeyri-mümkündür. Cavabdeh dəfələrlə iddiaçıya paylı mülkiyyətdə olan mənzili satıb mənzildən əldə olunmuş vəsaiti paylara uyğun bölünməsini və ya onun payını ödəməklə mənzildən onun xeyrinə imtina etməyini təklif etsə də, o bunların heç birisi ilə razılaşmayaraq, hazır ki, mübahisəli mənzili satıb onun satışından əldə olunan vəsaitlə ona pul verilməsini bildirmiş, lakin həmin mənzilidə satmaq üçün cavabdehin mənzildən çıxmağını əks təqdirdə mənzili satmayacağını bildirmişdir. Göründüyü kimi iddiaçı hüquqdan sui-istifadə edərək, bilərəkdən, qəstdən cavabdehə əzablar verir, psixoloji, mənəvi zərbələr vurur. Əlavə olaraq onu da qeyd edir ki, hazırda Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 174, 235 nömrəli (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, 620, m3 mənzilin naturada bölgüsü bu mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan pulun paylara uyğun olaraq bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər və hazırda iş Yasamal rayon məhkəməsinin icraatındadır. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı ona qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizsəsinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən idiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, AZEMİS vasitəsilə SMS bildiriş göndərilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirakın etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, təqdim olunmuş sübutlara birlikdə qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 3 ünvanında yerləşən mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdən İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2001/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, birgə nikah dövründə əldə olunmuş və İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi, ev 174, 235 nömrəli (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu X4 küçəsi 620, M 7, m3) mənzilin üzərində ½ hissəsinə İddiaçı və ½ hissəsinə X2 paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-517/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası qismən təmin edilərək, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Lənkəran rayonu VVADQ şöbəsində 454 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan 14 avqust 2009-cu il təvəllüdlü X3 və 26 sentyabr 2011-ci il təvəllüdlü X1 iddiaçı (ana) Cavabdeh yanında saxlanılması, yetkinlik yaşına çatmayan 14 avqust 2009-cu il təvəllüdlü X3 və 26 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh İddiaçı hər ay aylıq qazanc və digər gəlirlərinin 1/3 hissəsi miqdarında və hər uşağa münasibətdə 168.5 (yüz altmış səkkiz manat əlli qəpik) manat olmaqla ümumilikdə 337 (üç yüz otuz yeddi) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 3 ünvanında yerləşən mənzil çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Eyni zamanda, tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakla bağlı məhkəmə mübahisəsi olmuş, digər daşınmaz əmlak, yəni Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi, ev 174, 235 nömrəli (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu X4 küçəsi 620, M 7, m3) mənzilin üzərində ½ hissəsinə İddiaçı və ½ hissəsinə X2 payları müəyyən edilmiş və qətnamə icraya yönədlilmişdir. Hazırda isə cavabdeh iddiaçıya məxsus hazırkı iddia pedmeti olan mənzildə yaşayır.İddiaçı isə iddia tələbi ilə məhkəməyə müraciət edərək X2 İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmasını xahiş edir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh isə iddiaçının keçmiş ailə üzvüdür, cavabdehin mülkiyyətində digər daşınmaz əmlak vardır. Hazırki iddia predmeti olan mənzil isə birgə nikah dövründə əldə edilmiş əmlak kimi mübahisələndirilməmişdir. Hal-hazıda iddiaçı öz əmlakı barəsində sərbəst sərəncam vermək iqtidarındadır, lakin cavabdehin həmin ünvanda yaşaması iddiaçıya bu hüququndan istifadə etməyə mane yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, məhkəmə hesab edir ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olduğundan, cavabdeh iddiaçının keçmiş ailə üzvü olduğundan və onun mülkiyyətində digər daşınmaz əmlak olduğundan, iddiaçı ona məxsus əmlakdan istifadə edə və üzərində sərəncam verə bilmədiyindən, iddia əsaslıdır və təmin edilməli, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4492/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4492/2024
05.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver