Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-451/2022 13.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X33 oğlunun katibliyi, İddiaçının vəkili Əhmədov Nəsib Ağa oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13.12.2018-ci il tarixli **********3 saylı əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq X34-Sosial reabilitasiya şöbəsində əvvəlki vəzifəsinə-həmin şöbənin müdiri vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmağa görə 13.12.2018-ci il tarixdən işə bərpa edildiyi günədək müddət ərzindəki əmək haqqı həcmində kompensasiyanın, həmçinin işdən çıxarılmağı ilə bağlı iddiaçıya dəymiş mənəvi zərərin qarşılığı olaraq 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 13 dekabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 189-cu maddəsinin 3-cü hissəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Qeyd edilmişdir ki, İddiaçı əmək kitabçası onun vəkili 26.12.2018-ci il tarixli AR-1 No 709104 nömrəli etibarnamə əsasında X21 tərəfindən 18.04.2019-cu il tarixində əmək kitabçalarının təhvil-təslim kitabçasına imza ataraq təhvil almışdır (surəti əlavə olunur). Qeyd edilənlərdən göründüyü kimi iddiaçı işdən çıxarıldığı gün əmrdən xəbərdar olmuş, hətta əmək hüquqularının müdafiəsi üçün 26.12.2018-ci il tarixli AR-1 No 709104 nömrəli etibarnamə, 27.12.2018-ci il tarixli 001660 nömrəli order əsasında X7 vəkil kimi fəaliyyətindən istifadə etmişdir (surətləri əlavə edilir). Bu isə faktiki olaraq iddiaçının bilərəkdən iddia müddətini keçirməsi deməkdir. Həmçinin iddaçı Nazirliyə dəvət edilmiş və ona əmək müqaviləsinə xitam verilməsi barədə əmr elan edilmişdir. Həmçinin bildirmışdir ki, İddiaçı işdən çıxarılması üçün əsas Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 19.11.2018-cil il tarixli **********4 nömrəli Xidməti məruzəsi olmuşdur (surəti əlavə olunur). Məruzədə göstərilir ki, xidmətin hüquq, daxili nəzarət və kadrlarla iş sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən X22 və yeni baş həkim X23 tərəfindən X36 ümumi vəziyyət araşdırılmış və çox ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, mərkəzə sağlamlıq imkanları məhdud uşaqların qəbulu Mərkəzin Nizamnaməsinə zidd olaraq pərakəndə şəkildə - baş həkim də daxil olmaqla, ayrı-ayrı həkimlər tərəfindən tərtib edilmiş bir neçə “qeydiyyat jurnalları” əsasında həyata keçirilmişdir ki, bu da bir sıra subyektiv amillərin meydana çıxmasına gətirib çıxarmışdır. Qəbul zamanı növbəlilik gözlənilməmiş, süründürməçilik hallarına, ayrıseçkiliyə yol verilmiş, eləcə də Mərkəzdə reabilitasiya kursu keçməyə hüququ olmayan çoxlu sayda uşaqların Mərkəzə qəbul edilməsi hallarına yol verilmişdir. Mərkəzin təmiri zamanı, əvvəllər 2-ci mərtəbədə yeməkxana kimi fəaliyyət göstərən hissədə hər birində 2-3 yerlik olmaqla qanunsuz, 5 yataq otağı (palata) təşkil edilmişdir. Həmin otaqlarda, əsasən sənədsiz, Mərkəzdə reabilitasiya kursu keçməyə hüququ olmayan uşaqlar, eləcə də ambulator qaydada müalicə alan uşaqlar yerləşdirilmişdir. 24.10.2018-ci il tarixdə stasionara baxış keçirilərkən 42 nəfərlik stasionarda 56 nəfər uşağın olduğu müəyyən edilmişdir. Məsələ ilə bağlı Mərkəzin təsərrüfat bacısı vəzifəsində çalışan X12 izahatı alınmışdır (İzahat əlavə olunur). Məruzədə göstərilir ki, Mərkəzin funksional-diaqnostika şöbəsinin müdiri X2 və Tibbi-sosial reabilitasiya şöbəsinin müdiri X1 aidiyyəti olmayan, əsasən özlərinin və Mərkəzdə çalışan digər işçilərin ailə üzvlərindən və qohumlarından ibarət qanunsuz “reabilitasiya briqadaları” təşkil edərək, Mərkəzə qəbul edilməyə hüququ olan və olmayan uşaqlara qeyri-qanuni pullu xidmət göstərmişlər. Mərkəzə aidiyyatı olmayan həmin şəxslər (15 nəfərə yaxın) heç bir əsas olmadan ayrı-ayrı reabilitasiya prosedurlarının (masaj, müalicəvi bədən tərbiyəsi, loqoped və s.) həyata keçirilməsi ilə məşğul olmuşdur. “Xidmət” zamanı hətta özlərinin aldıqları və Mərkəzdə təyinatı başqa otaqlara aid olan tibbi və bərpa avadanlıqlarından da istifadə edilmişdir (izahatlar əlavə olunur). Əmək funksiyalarının qanunvericiliyin tələblərinə uyğun aparılması ilə bağlı araşdırma zamanı da ciddi pozuntular aşkarlanmışdır. Belə ki, Mərkəzin bir neçə işçisi (təsərrüfat bacısı, sanitar qadınlar və s.) də qeyd edilən “reabilitasiya briqadalarının” işinə cəlb edilərək, öz əmək funksiyalarının icrası ilə deyil, digər işlərin (masaj, müalicəvi bədən tərbiyəsi və s.) həyata keçirilməsi ilə məşğul olmuşlar. Mərkəzdə reabilitasiya kursu keçən uşaqların protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təminatı işləri ilə əlaqədar Nazirliyin nəzdində olan X4 ilə yanaşı, gəlir əldə etmək məqsədilə özəl protezortopedik məmulatlar və reabilitasiya vasitələri istehsalı və satışı ilə məşğul olan şəxslərlə də əməkdaşlıq edilmişdir. Özəl müəssisələrlə əməkdaşlığın təşkilatçıları əsasən şöbə müdirləri Z.Qarayevanın və İddiaçı olduğu bildirilir. Həmçinin məruzədə göstərilir ki, Mərkəzdə reabilitasiya kursu keçən uşaqların protez- ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təminatı işləri ilə əlaqədar Nazirliyin nəzdində olan X4 ilə yanaşı, gəlir əldə etmək məqsədilə özəl protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri istehsalı və satışı ilə məşğul olan şəxslərlə də əməkdaşlıq edilmişdir. Özəl müəssisələrlə əməkdaşlığın təşkilatçıları əsasən şöbə müdirləri Z.Qarayevanın və İddiaçı olduğu bildirirlir. Daha sonra cavabdeh etiraza əlavə təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən hamailə olduğu vaxt işdən azad edildiyinin və bununla da əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin pozulduğunu qeyd etmişdir. Bununla bağlı bildirirlər ki, İddiaçı işdən azad olunarkən və ya ondan əvvəl hamilə olması ilə bağlı işəgötürənə hərhansı məlumat verməmişdir. Əmək Məcəlləsində qeyd edilən məsələ nizamlanmır, lakin Azərbaycan Respublikasının 6 yanvar 2004-cü il №575 İİQ Qanunu ilə təsdiq edilmiş “Dəyişdirilmiş Avropa Sosial Xartiyası”nın 8-ci maddəsinin 2-ci hissəsinə əsasən qadını işdən azad etmə barədə bildirişin qadının işəgötürənə öz hamiləliyi barədə bildirdiyi vaxtdan hamiləlik məzuniyyətinin qurtarmasına qədər müddətdə işəgötürən tərəfindən təqdim edilməsi qeyriqanuni hesab edilir. Göründüyü kimi Azərbaycanın təsdiq etdiyi Beynəlxalq Xartiya bu məsələni tənzimləmiş və işçinin işəgötürənə hamilə olması barədə məlumat verdiyi vaxtdan onun işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qadağan edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddiaçı hamilə olmasını işəgötürənə şifahi bildirmişdir. Əlavə sübutları yoxdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsinə uyğun izaha verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı hamilə olması barədə cavabdehə heç bir məlumat verməmişdir. Həmçinin iddiaçı əmək mübahisələri ilə bağlı 1 aylıq müddəti də ötürmüşdür. İş materiallarında olan ******* saylı Əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, X13 010.5.2009-cu il tarixdə ƏƏSMN X43 Tibbi Sosial Reabilitasiya Şöbəsinə 0,5 ştat vahidi ilə həkim-pediatr terapevt vəsifəsinə təyin edilmiş, 01.11.2011-ci il tarixdən isə 0,5 ştat vahidi üzrə həkim-pediatr vəzifəsindən həmin Mərkəzin Tibbi Sosial Reabilitasiya şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. 13.12.2018-ci il tarixdə isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan 24.05.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı AR ƏƏSMN-nin Bakı X16 bağlı olan 13.12.2018-ci il tarixli **********3 saylı əmrin lazımi qaydada təsdiq edilmiş surətinin və ya həmin əmrdən çıxarışın ona rəsmi olaraq verilməsi üçün müraciət etmişdir. İş materiallarında olan 05.07.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı AR ƏƏSMN-nə müraciət edərək Nazirliyin tabeliyində olan Bakı X9 bağlı olan 13.12.2018-ci il tarixli **********3 saylı əmrin lazımi qaydada təsdiq edilmiş surətinin və ya həmin əmrdən çıxarışın ona rəsmi olaraq verilməsini xahiş etdiyini, lakin həmin mərkəzdən ona cavab verilmədiyini, şifahi olaraq bütün sənədlərin Nazirlikdə olduğunun deyildiyini bildirmiş, bu səbəbdən də Bakı X14 bağlı olan 13.12.2018-ci il tarixli **********3 saylı əmrin lazımi qaydada təsdiq edilmiş surətinin və ya ondan çıxarışın verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 26.07.2021-ci il tarixli müraciətin araşdırılması haqqında məktubdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı müraciətinə aidiyyəti üzrə baxıldığı və onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Nazirliyin **********3 saylı əmrilə 13 dekabr 2018-ci il tarixdən tutduğu vəzifədən azad edildiyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13.12.2018-ci il tarixli **********3 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq X34-Sosial reabilitasiya şöbəsində müdir vəzifəsində çalışan İddiaçı 13.12.2018-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi və onunla 01 noyabr 2011-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməsi, İddiaçı ilə bağlanmış son haqq-hesabın aparılmasının təmin edilməsi əmr edilmişdir. Əsas Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəis müavini G. Hacıyevanın 19.11.2018-ci il tarixli **********4 nömrəli yazılı məruzəsi olmuşdur. İş materiallarında olan 18.04.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı nümayəndəsi və vəkili X39 İddiaçı əmək kitabçasının göturmək üçün köməklik göstərilməsi barədə müraciət etmişdir. İş materiallarında olan Gülnarə Hacıyeva tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə ünvanlanmış xidməti məruzədən görünür ki, X37 baş həkimi X32 işdən azad olunması, Sumqayıt şəhər X20 baş həkimi X15 X37 baş həkimi vəzifəsinə keçirilməsi və təhvil-təslim işlərinin aparılması məqsədi ilə Xidmətin Hüquq, daxili nəzarət və kadrlarla iş sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən X22, Büdcə və mühasibat sektorunun böyük məsləhətçisi (təsərrüfat işləri üzrə) X18 və həmin sektorun aparıcı məsləhətçisi X19 26 oktyabr 8-ci il tarixdə 1 (bir) gün müddətinə qeyd edilən reabilitasiya müəssisələrinə ezam edilmişlər. İlk olaraq X37 baş həkimi vəzifəsinə yeni təyin olunmuş X23 işçi heyyətinə təqdim olunmuşdur. Daha sonra təhvil-təslim işlərinin həyata keçirilməsi məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun olaraq inventarizasiya aparılmışdır. İnventarizasiya zamanı Mərkəzin istifadəsində olan maddi qiymətlilərə baxış keçirilərkən maddi qiymətlilərin mühasibat uçotu sənədi ilə eynilik təşkil etmədiyi aşkarlanmışdır. Belə ki, kitabxana fondu ilə bağlı əskik gəlmə qeydə alınmışdır. Qeyd edilmişdir ki, Xidmətin Hüquq, daxili nəzarət və kadrlarla iş sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən X22 və yeni baş həkim X23 tərəfindən X36 ümumi vəziyyət araşdırılmış və çox ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, Mərkəzə sağlamlıq imkanları məhdud uşaqların qəbulu Mərkəzin Nizamnaməsinə zidd olaraq pərakəndə şəkildə-baş həkim də daxil olmaqla, ayrı-ayrı həkimlər tərəfindən tərtib edilmiş bir neçə “qeydiyyat jurnalları” əsasında həyata keçirilmişdir, bu da bir sıra subyektiv amillərin meydana çıxmasına gətirib çıxarmışdır. Qəbul zamanı növbəlilik gözlənilməmiş, süründürməçilik hallarına, ayrı-seçkiliyə yol verilmiş, eləcə də mərkəzdə reabilitasiya kursu keçməyə hüququ olmayan çoxlu sayda uşaqların Mərkəzə qəbul edilməsi hallarına yol verilmişdir. Mərkəzin təmiri zamanı, əvvəllər 2-ci mərtəbədə yeməkxana kimi fəaliyyət göstərən hissədə hər birində 2-3 yerlik olmaqla qanunsuz, 5 yataq otağı (palata) təşkil edilmişdir, həmin otaqlarda, əsasən sənədsiz, Mərkəzdə reabilitasiya kursu keçməyə hüququ olmayan uşaqlar, eləcə də ambulator qaydada müalicə alan uşaqlar yerləşdirilmişdir. 24.10.2018-ci il tarixdə stasionara baxış keçirilərkən 42 nəfərlik stasionarda 56 nəfər uşağın olduğu müəyyən edilmişdir. Məsələ ilə bağlı Mərkəzin təsərrüfat bacısı vəzifəsində çalışan X12 izahatı alınmışdır. Mərkəzin Funksional-diaqnostika şöbəsinin müdiri X3 və Tibbi-sosial reabilitasiya şöbəsinin müdiri X1 qeydiyyatı olmayan, əsasən özlərinin və Mərkəzdə çalışan digər işçilərin ailə üzvlərindən və qohumlarından ibarət qanunsuz “reabilitasiya briqadaları” təşkil edərək, Mərkəzə qəbul edilməyə hüququ olan və olmayan uşaqlara qeyri-qanuni pullu xidmət göstərmişlər. Mərkəzə qediyyatı olmayan həmin şəxslər (15 nəfərə yaxın) heç bir əsas olmadan ayrı-ayrı reabilitasiya prosedurlarının (masaj, müalicəvi bədən tərbiyəsi, loqoped və s.) həyata keçirilməsi ilə məşğul olmuşdur. “Xidmət” zamanı hətta özlərinin aldıqları və Mərkəzdə təyinatı başqa otaqlara aid olan tibbi və bərpa avadanlıqlarından da istifadə edilmişdir. Əmək funksiyalarının qanunvericiliyin tələblərinə uyğun aparılması ilə bağlı araşdırma zamanı da ciddi pozuntular aşkarlanmışdır. Belə ki, Mərkəzin bir neçə işçisi (təsərrüfat bacısı, sanitar qadınlar və s.) də qeyd edilən “reabilitasiya briqadalarının” işinə cəlb edilərək, öz əmək funksiyalarının icrası ilə deyil, digər işlərin (masaj, müalicəvi bədən tərbiyəsi və s.) həyata keçirilməsi ilə məşğul olmuşlar. Bundan əlavə heç bir zərurət olmadan Mərkəzin 10 işçisinə (şöbə müdiri, sanitar qadınlar və s.) əlavə 0.5 ştatlar verilmişdir. Mərkəzə yeni baş həkim təyinatı ilə əlaqədar isə, 12 nəfər Mərkəzin işçisi dərhal işdən azad olunmaları ilə bağlı ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin şəxslərin əksəriyyəti “ölü canlar” olmuşdur. Bu barədə də kadrlar üzrə mütəxəsis X17 izahatı alınmışdır. Mərkəzdə həyata keçirilən reabilitasiya tədbirləri ilə bağlı sənədləşmə işlərinə baxış keçirilərkən ciddi nöqsanlar aşkar edilmişdir. Belə ki, hər bir müvafiq işçi tərəfindən aparılmalı olan sənəd formaları “Reabilitasiya mərkəzlərində xidmətin təşkili ilə bağlı istifadə edilən sənədlərin Siyahısı’na uyğun aparılmamış və bir neçə halda ayrı-ayrı işçilər tərəfindən öz təşəbbüsləri əsasında hazırlanmış sənəd formalarından istifadə olunmuşdur. Ümumiyyətlə Mərkəzdə göstərilən xidmətlərlə bağlı sənədləşmə işləri tələb olunan səviyyədə aparılmadığından müvafiq statistik məlumatların (prosedurlar, təyinatlar və s.) əldə edilməsi mümkün deyildir. Mərkəzdə reabilitasiya kursu keçən uşaqların protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təminatı işləri ilə əlaqədar Nazirliyin nəzdində olan X4 ilə yanaşı, gəlir əldə etmək məqsədilə özəl protezortopedik məmulatlar və reabilitasiya vasitələri istehsalı və satışı ilə məşğul olan şəxslərlə də əməkdaşlıq edilmişdir. Özəl müəssisələrlə əməkdaşlığın təşkilatçıları əsasən şöbə müdirləri Z.Qarayevanın və İddiaçı olduğu bildirilir. Araşdırma zamanı Mərkəzin mətbəx və yeməkxanasına baxış keçirilərkən, yeməklərin sanitar-qiqiyenik normlara uyğun olmayan şəkildə təqdim olunduğu müşahidə edilmişdir. Dərhal, mətbəx işçisinə müvafiq tapşırıqlar verilmiş və yeməklərin gigiyenik şəkildə təqdim olunması təmin edilmişdir. Mərkəzin maliyyətəsərrüfat fəaliyyəti ilə bağlı vəziyyətin qiymətləndirilməsi Mərkəzdə Maliyyə Nazirliyi tərəfindən yoxlama həyata keçirildiyindən mümkün olmamışdır. Yoxlama bitdikdən sonra məruzə təqdim ediləcəkdir. Aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədi ilə bir sıra tədbirlər görülmüşdür. Belə ki, kollektivlə iclas keçirilərək 19.10.2018-ci il tarixdə Nazirliyin geniş kollegiya iclasında verilən tapşırıqların qısa müddətdə icra edilməsi və kollegiya iclasında qarşıya qoyulan tələblər kollektivin nəzərinə çatdırılmışdır. Mərkəzin balansında olan maddi qiymətlilərin hər bir struktur bölmənin rəhbərinin öhdəsinə verilməsi təmin olunmuş və onlarla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Mərkəzə sağlamlıq imkanları məhdud şəxslərin qəbulu prosedurunun Mərkəzin Nizamnaməsində nəzərdə tutulduğu kimi - şəxsiyyəti və sağlamlıq imkanları məhdudluğunu təsdiq edən sənədlərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, tibbi-sosial ekspert komissiyalarının və müalicə-profilaktika müəssisələrinin göndərişləri əsasında həyata keçirilməsi təmin edilmişdir. Müraciətlərin çoxluğu ilə əlaqədar növbəlilik jurnalları (stasionar və ambulator) tərtib edilmiş və heç bir ayrı-seçkilik hallarına yol verilmədən uşaqların qəbulunun müvafiq qeydiyyat işləri aparıldıqdan sonra həyata keçirilməsi təmin edilmişdir. Mərkəzdə təşkil edilmiş əlavə yataq otaqlarının qapısı bağlanmış və açarları baş həkimə təhvil verilərək istifadədən çıxarılmışdır. Mərkəzdə heç bir əmək münasibətləri qurulmadan ştatdan kənar “işləyən” şəxslər Mərkəzdən dərhal xaric edilmişdir. Mərkəzdə ştatda olan hər kəsin öz əmək funksiyalarının icrası ilə məşğul olması təmin edilmişdir. Mərkəzin əsasən “ölü canlar”dan ibarət işdən çıxma ilə əlaqədar ərizə ilə müraciət etmiş 12 nəfər işçisi Nazirliklə razılaşdırılaraq işdən azad edilmişdir. Ştat cədvəlində 1.5 ştat vahidi ilə işləyən işçilərin 0.5 ştat vahidləri ləğv edilmiş, 0.5 vahidi ilə işləyən işçilərlə bağlı isə qanunvericilik qaydasında tədbirlər davam etdirilir. Mərkəzdə sənədləşmə işlərinə diqqətin artırılması ilə bağlı iclas keçirilmiş, qısa müddətdə mövcud nöqsanların aradan qaldırılması ilə əlaqədar müvafiq tapşırıqlar verilmişdir. İstifadə olunan sənəd formaları ilə bağlı çatışmazlıqların aradan qaldırılması üçün Mərkəzin lazımi mətbəə materialları ilə təmin edilməsi ilə bağlı Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə məktubla müraciət edilmişdir. Yuxarıda qeyd edilənləri, eləcə də rəhbərlik etdikləri sahələr üzrə Mərkəzdə baş verən özbaşınalıqlara biganə qaldıqlarını və bəzi qanunsuz işlərin təşkilatçısı olduqlarını nəzərə alaraq, Mərkəzin-funksional diaqnostika şöbəsinin müdiri X10, Tibbi-sosial reabilitasiya şöbəsinin müdiri X8 və təsərüffat bacısı X25 vəzifə səlahiyyətlərini aşdıqlarına və tutduqları vəzifədən sui-istifadə etdiklərinə görə, Mərkəzin kadrlar üzrə mütəxəsisi X28 isə vəzifə funksiyalarını icra etdikdə yol verdiyi ciddi nöqsanlara görə barələrində müvafiq tədbir görülməsini və Mərkəzdə aşbaz vəzifəsində çalışan X29 barəsində yuxarıda qeyd olunan nöqsanlara görə intizam tənbehi tədbirinin görülməsi üçün Nazirliyin Kadr və kadr hazırlığı şöbəsinə müvafiq göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri S.Babayevə verilmiş izahatdan görünür ki, İddiaçı mərkəzdə baş verdiyi deyilən neqativ hallarda heç bir əlaqəsinin və iştirakının, işçilərin işə götürülməsi, xəstərələrin qəbulunun onun səlahiyyətində olmadığını bildirmişdir. İş materiallarında olan 21.12.2021-ci il tarixli 1512 saylı arayışdan görünür ki, İddiaçı 12.11.2018-ci il tarixdən 09.07.2019-cu il tarixədək MC klinikasında hamiləliyə görə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X11 Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Dövlət Qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramovaya ünvanladığı 10.12.2018-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq X34-Sosial reabilitasiya şöbəsinin müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi məsələsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bakı şəhəri üzrə X11 Komitəsi nin üzvlərinin iştirakı ilə müzakirə edilmişdir. Təqdim edilən məruzəyə əsasən Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq X34-Sosial reabilitasiya şöbəsinin müdiri İddiaçı əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, İddiaçı onunla cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında bağlanmış əmək müqaviləsinin, qanunvericiliyin tələblərini kobud şəkildə pozması və bu səbəbdən işdən azad edilməsi iş materialları öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində işdən azad edildiyi vaxt hamilə olmasını və bu səbəbdən də işəgötürənin qanunvericiliyin tələblərini pozmaqla onu işdən azad etdiyini bildirsə də, hamilə olması barədə işəgötürəni məlumatlandırması və işəgötürənin bu halın ziddinə olaraq əmək müqaviləsinə xitam verilməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materilları ilə öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetrilmədiyindən, cavabdeh tərəfindən əməkqanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən, həmçinin işçi 1 aylıq iddia müddətini ötürdüyündən iddia tələbi əsassız hesab edilməli və iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin ç bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək mqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci bəndinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 13.12.2018-ci il tarixli **********3 saylı əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Uşaq X34-Sosial Reabilitasiya şöbəsində əvvəlki vəzifəsinə-həmin şöbənin müdiri vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmağa görə 13.12.2018-ci il tarixdən işə bərpa edildiyi günədək müddət ərzindəki əmək haqqı həcmində kompensasiyanın, həmçinin işdən çıxarılmağı ilə bağlı iddiaçıya dəymiş mənəvi zərərin qarşılığı olaraq 10.000 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-451/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-451/2022
13.01.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver