Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4514/2023 16.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və X6 Xidmətinin Bakı şəhər İdarəsi cəlb edilməklə Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə qarşı "əmrin ləğvi, işə bərpa və əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin “İşdən azad edilmə barədə” 1k-1-511 №-li, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi; xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC tərəfindən ona ödənilməsi, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat pul və mediasiya xərcinin əvəzi olan 50 manat pulun Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1996-cı ildə Azərbaycan Dövlət Televiziyasında (AZTV-də) müsabiqədən keçərək bir ilə yaxın stajor kimi fəaliyyət göstərmişdir. 1997-ci ildə əmək fəaliyyətinə diktor kimi başlamışdır. 2006-cı ilə qədər Azərbaycan Dövlət Televiziyasında xəbər aparıcısı kimi fəaliyyət göstərmişdir. xx.xx.2006-cı il tarixdə Azərbaycan Dövlət Televiziyasından öz ərizəsi ilə işdən çıxıb, 01 avqust 2006-cı il tarixdən "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti Məhdud Məsuliyyəti Cəmiyyətində proqram aparıcısı kimi iş fəaliyyətini davam etmişdir. İşlədiyi dövr ərzində onun əmək fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2022-ci il tarixli, 2170 nömrəli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif olunmuşdur. Tələbin mahiyyəti ilə bağlı qeyd edilmişdir ki, 2023-cü ilin fevral ayında Vadim Korovin "xxxx" Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə rəhbər təyin edilənə qədər iddiaçının həmin şirkətdə fəaliyyəti "Açıq Söhbət" verlişinin çəkilişi və efirə verilməsi üçün montaj olunmasından ibarət olmuşdur. Efirə verilməsi üçün hər ay üzrə dörd veriliş çəkib montaj etmişdir. Cavabdeh MTRŞ-də iş otağı mövcud olsa belə hər zaman sərbəst iş qrafiki ilə işləmişdir. Belə ki, çəkilişlər Bakı şəhərində yerləşən restoranlardan birində aparıldığından və montaj işlərini özü evdə həyata keçirdiyindən demək olar ki, işlərini Cavabdeh şirkətinin studiyasına gəlmədən görmüşdür. Bu səbəbdən də bəzən aylarla Cavabdeh televiziyasının inzibati binasına getməmiş və heç vaxt ondan hər gün işə gəlməsi tələb olunmamışdır. Bundan əlavə, ölkə ərazisində fəaliyyət göstərən bütün telekanallarda aparıcılar üçün formalaşmış işgüzar qayda bu şəkildə olmuşdur. 2023-cü ilin fevral ayında Vadim Korovin "xxxx" MTRŞ MMC-yə rəhbər təyin edildikdən sonra Şirkətdə çalışan işçilərin kütləvi şəkildə işdən çıxarılması prosesi başlanılmışdır. O cümlədən də iddiaçının verilişinin çəkilməsində iştirak edən əməkdaşlar (operator, işıqçı, sürücü) işdən azad olunmuşlar. Bu səbəbdən də iddiaçı, işə götürənin səlahiyyətli nümayəndəsi olan İlqar Fətiyevlə görüşərək əməkdaşlarının işdən azad olunmasını bildirmiş və açıq şəkildə rəhbərliyin onunla işləmək arzusunda olubolmaması, eyni zamanda "Açıq Söhbət" verlişinin davamlı olaraq efirdə yayımlanması ilə bağlı razılıq olub-olmaması barədə maraqlanmışdır. İlqar Fətiyev isə onunla işləmək istədiklərini bildirmişdir. Bundan sonra o, növbəti çəkilişlərə dəvət ediləcək qonaqları kiminlə müzakirə etməli olduğunu soruşmuş, İlqar Fətiyev isə onun özü ilə aparmalı olduğunu demişdir. Növbəti verilişə rəqqasə, xoreoqraf-baletmeyster Azərbaycan Respublikasının xalq artisti Roza Cəlilovanı dəvət etmək istədiyini bildirmişdir. İlqar Fətiyev onunla razılaşmış və Roza Cəlilova ilə baş tutmuş çəkiliş xx.xx.2023-cü il tarixdə efirə getmişdir. 2023-cü ilin mart ayında rəhbərliyin göstərişinə əsasən Cavabdeh MTRŞ-nin inzibati binasında olan iş otağı boşaldılaraq başqa şəxslərə təhvil verilmişdir. Bu barədə İlqar Fətiyevə bildirdiyi zaman, onun iş qrafikinin sərbəst olduğunu, eləcə də çəkilişlərin Bakı şəhərində yerləşən restoranlardan birində aparıldığını və montaj işlərini özünün evdə həyata keçirdiyini əsas gətirərək belə bir addım atdıldığını və əgər gələcəkdə zərurət yaranacağı halda yenidən ona otaq ayrılacağını, hələki işə gəlməyinə ehtiyac olmadığını bildirmişdir. Qısa müddət sonra İlqar Fətiyev ona zəng edərək Elnurə Nağıyevanın Cavabdeh MTRŞ-nin baş redaktoru vəzifəsinə təyin edildiyini bildirmiş və ona növbəti çəkilişlərlə bağlı dəvət ediləcək qonaqları onunla müzakirə etməsini demişdir. Bundan sonra o, "Açıq Söhbət" verlişinin aprel ayında efirə veriləcək digər üç verilişi həmişə olduğu kimi Cavabdeh MTRŞ-nə gəlmədən hazırlayıb təqdim etmişdir. Elnurə Nağıyeva ilə razılaşdırılmış şəkildə verilişlərə qonaq qismində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Fatma Səttarova, teatrşünas-tənqidçi jurnalist, Azərbaycanın əməkdar incəsənət xadimi İlham Rəhimli və Ramazan ayı münasibətilə X12 dəvət etmişdir. 2023-cü ilin mart ayının sonlarında "xxxx" MTRŞ-nin baş redaktoru Elnurə Nağıyeva “WhatsApp” mesajlaşma proqramı vasitəsilə ona yazaraq sponsor olmadığına görə "Açıq Söhbət" verilişini dayandırmağı düşündüklərini bildirmişdir. O da İlqar Fətiyevə mesaj yazaraq Elnurə Nağıyevanın dediklərini ona çatdırmışdır. İlqar Fətiyev məsələdən məlumatsız olduğunu və araşdıracağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə, həftənin şənbə günü axşam saat 21 radələrində Fatma Səttarovanın iştirakı ilə çəkilən “Açıq Söhbət" verilişi baxmayaraq ki, təhvil verilmiş həmin tarixdə efirdə yayımlanmamışdır. Halbuki veriliş onun tərəfindən hazır vəziyyətdə təhvil verilmiş, yoxlanıldıqda sonra efirə getməsinə icazə verilmişdir. Bundan sonra o, Proqram şöbəsinin əməkdaşı Aynur xanımla əlaqə saxlayıb bunun səbəblərini soruşmuş, Aynur xanım isə məlumatsız olduğunu bildirmişdir. X4 təkidi və onun özünün rəhbərliklə danışıqlarından sonra onunla çəkilmiş veriliş xx.xx.2023-cü il tarixdə efirdə yayımlanmışdır. Digər iki veriliş isə efirə verilməmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh MTRŞ MMC-nin İnsan Resusları (İR) üzrə mütəxəssisi Şahid1 özünə məxsus mobil nömrədən “WhatsApp” mesajlaşma proqramı vasitəsilə saat 16:48-də ona ilk öncə “Salam, İddiaçı. Sizi narahat edən Cavabdeh MTRŞ MMC-nin İR üzrə mütəxəssisi Şahid1dir. Biz Sizə 02 may 2023-cü il tarixində poçt vasitəsilə xəbərdarlıq məktubu göndərmişdik və poçt işçiləri sizinlə əlaqə saxlayıb bildiriblər ki, ünvanınıza məktub gəlib. Yalnız, Siz onlara demisiz ki, həmin ünvanda yaşamırsız və məktubu almaqdan imtina edirsiz. Bununla, bizə məlum olan yeganə vasitə ilə, yalnız WHATSAPP-nan həmin xəbərdarlığı göndərmək məcburiyyətində qalmışıq. Siz bu Xəbərdarlığı alandan sonra heç bir cavab verməsəniz, biz qeyri şərtsiz müqaviləyə xitam veririk və Siz ixtisar olunmuş hesab olunursuz” məzmunlu mesaj göndərmişdir. Bir dəqiqə sonra, yəni saat 16:49-da Cavabdeh MTRŞ MMC-nin “İR” üzrə mütəxəssisi Şahid1 özünə məxsus mobil nömrədən “WhatsApp” mesajlaşma proqramı vasitəsilə onun mobil nömrəsinə adına yazılmış və Cavabdeh MTRŞ MMC-nin X7 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunu göndərmişdir. Həmin xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubunda xx.xx.2023-cü il tarixli, 1k-1-479 saylı Əmrlə Cavabdeh MTRŞ MMC-nin strukturunda müvafiq dəyişikliklər keçirildiyi və tutduğu vəzifənin, yəni "Açıq Söhbət" verlişinin aparıcısı ştatının ixtisar edildiyi, xəbərdarlığı aldığı gündən 9 (doqquz) təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan vakant ştat vahidləri müəyyən edilərsə, bu barədə ona əlavə məlumat veriləcəyi və yazılı razılığı olduğu təqdirdə AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti ərzində orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında bir dəfəlik ödəniş edilməklə onunla bağlanmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə biləcəyi göstərilmişdir. İddiaçı həmin xəbərdarlığı aldıqdan sonra Şahid1 heç bir cavab verməmiş, bununla o, Şahid1 yazdıqlarına əsaslanaraq, onun dediklərinə əməl etməklə, yəni heç bir cavab verməməklə onunla Cavabdeh MTRŞ MMC arasında bağlanmış əmək müqaviləsinə 9 (doqquz) təqvim həftəsi sonra qeyri şərtsiz xitam verilməsinə və ixtisar olunmağına faktiki olaraq razılıq vermişdir. Daha öncədən otağı əlindən alınan zaman İlqar Fətiyev işə gəlməyinə ehtiyac olmadığını bildirdirdiyi üçün o, xx.xx.2023-cü il tarixindən sonra da əvvəlki qaydada Cavabdeh MTRŞ MMC-yə getməmiş, eləcə də Cavabdeh MTRŞ MMC-dən hər hansı bir əməkdaş onunla əlaqə saxlayaraq işə gəlməyini tələb etməmiş, onun işə gəlməməyi ilə maraqlanmamışdır. Hər iki tərəf xəbərdarlıqda göstərilən 9 təqvim həftəsinin bitməsini gözləmişdir. Bu müddət ərzində mart ayında aldığı əmək haqqından sonra Cavabdeh MTRŞ MMC tərəfindən ona heç bir aylıq əmək haqqı ödənilməmişdir. Bu fakt onun məhkəməyə sübut olaraq təqdim etdiyi "xxxx" ASC-də olan əmək haqqı hesabından çıxarışa əsasən öz təsdiqini tapır. Halbuki iddiaçı gördüyü işi davam etdirməyə, yeni çəkilişlər aparmağa hazır olmuşdur. İddia ərizəsində həmçinin qeyd edilmişdir ki, Cavabdeh MTRŞ-nin X7 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətinin Şahid1 tərəfindən ona “WhatsApp” mesajlaşma proqramı vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərilməsini nəzərə alaraq, həmin xəbərdarlıq məktubundan 9 təqvim həftəsinin xx.xx.2023-cü il tarixdə bitəcəyi üçün onun xahişi ilə həyat yoldaşı Mirzə Qurbanov xx.xx.2023-cü il tarixdə Vüqar Fətiyevə zəng edərək ondan xəbərdarlıq məktubunda qeyd edilən orta aylıq əmək haqqının iki misli qeyd edilən birdəfəlik ödəniş daxil olmaqla son haqq-hesabın, əmək kitabçasının, işdən azad olunması barədə əmrin və "Açıq Söhbət" verlişinin aparıcısı ştatının ixtisar olunması barədə xx.xx.2023-cü il tarixli, 1k-1-479 saylı Əmrin surətinin verilməsini xahiş etmişdir. Vüqar Fətiyev “İR” üzrə mütəxəssis Şahid1 ilə danışıb ona geri zəng edəcəyini bildirməsinə baxmayaraq geri zəng etməmiş, yalnız günün sonunda həyat yoldaşı təkrarən Vüqar Fətiyevə zəng etdikdə o, Şahid1 onun yanında olmasını və özünün danışmaq istədiyini bildirmişdir. Şahid1 isə rəhbərliklə danışıb məlumat verəcəyini demişdir. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə o, yenidən Şahid1 zəng etmiş lakin ona heç bir cavab verilməmişdir. Bundan sonra Şahid1 saat 15:42-də iddiaçıya «WhatsApp» mesajlaşma proqramı vasitəsilə “Salam İddiaçı. Siz bizə 03 iyul tarixindən ərizənizi teleqramla göndərin. Bununla bağlı sualınız yaranarsa, X1 əlaqə saxlaya bilərsiniz. Məsələdən xəbərdardır. Xitam əmrdən sonra bütün son haqq-hesab kartınıza oturacaq” məzmunlu mesaj göndərmişdi. Həmçinin bir dəqiqə sonra, saat 15:43-də Rasim adlı hüquqşünasın nömrəsini ona göndərmişdir. Bundan sonra həyat yoldaşı Mirzə Qurban(ov) Vüqar Fətiyevə zəng edib ona etirazını bildirərək ixtisara salındığı halda nəyə görə guya “könüllü” işdən azad olunmağı barədə ərizə yazmalı olduğunu soruşmuş, Vüqar Fətiyev “İR” üzrə mütəxəssis Şahid1 mesajda yazdıqlarını təkrarlayaraq şirkətə gəlib “könüllü” işdən azad olunmağı barədə ərizə yazmalı olduğunu və bundan sonra işdən azad olunmağı barədə əmrin, əmək kitabçasının və son-haqq hesabının veriləcəyini bildirmişdir. Həyat yoldaşı X14 Mirzəyevaya zəng edərək “Açıq Söhbət” verlişinin aparıcısı ştatının ixtisar olunması barədə xx.xx.2023-cü il tarixli, 1k-1-479 saylı Əmrin surətinin verilməsini istəmiş, lakin Şahid1 Cavabdeh MTRŞ-nin X7 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli tarixli xəbərdarlıq məktubunda yazılanları inkar edərək xx.xx.2023-cü il tarixli, 1k-1-479 saylı Əmrin ümumiyyətlə mövcud olmadığını və əmək kitabçasında işdən azad olunmağına əsas kimi həmin əmrin göstərilmədiyini bildirmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh MTRŞ-nin X5 rəsmi ərizə ilə müraciət edərək tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna, “İR” üzrə mütəxəssis Şahid1 telefona ünvanladığı xx.xx.2023-cü il tarixli və hüquqşünas M.Rasim tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məlumat əsasında vəzifəsinin ixtisar olunduğunu nəzərə alaraq Əmək Məcəlləsinə uyğun olaraq qısa müddət ərzində əmək kitabçasının verilməsinin, ödənilməmiş əmək haqqının, ona ödənilməli müavinətlərin və istifadə edilməmiş məzuniyyətlərə görə son haqq-hesabın maaş kart hesabına köçürülməsinin təmin edilməsini xahiş etmişdir. Lakin həmin məktuba Cavabdeh MTRŞ MMC tərəfindən rəsmi və ya qeyri-rəsmi heç bir münasibət bildirilməmişdir. Baş verən qanunsuzluqla bağlı xx.xx.2023-cü il tarixdə saat 10:29-da 4 saylı Bakı DOST Mərkəzi vasitəsilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə ərizə ilə müraciət olunaraq işlədiyi Cavabdeh MTRŞ MMC-nin X7 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu ilə ixtisar olunacağı barədə xəbərdar olunsa da əmək müqaviləyə xitam verilmədiyini, bu səbəbdən də başqa işə götürənlə əmək müqaviləsi bağlaya bilmədiyini, 2023-cü ilin mart ayından sonra heç bir əmək haqqı almadığını və nəticədə ağır maddi duruma düçar olduğunu, bununla da onun Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan hüquqlarının kobud şəkildə pozulduğunu bildirmişdir. Elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 11:30-da iddiaçının hüquqlarını təmsil edən vəkil İlham İbadov tərəfindən Cavabdeh MTRŞ MMC-yə vəkil sorğusu təqdim edilərək ona məlumatların təqdim edilməsini xahiş etmişdir. xx.xx.2023cü il tarixdə, saat 15:45-də “İR” üzrə mütəxəssis Şahid1 «WhatsApp» mesajlaşma proqramı vasitəsilə ona özü tərəfindən imzalanmış məktubun şəklini göndərmişdir. Həmin məktubda Şahid1 tərəfindən ona guya işdə olmadığına görə əmrin surətini poçt vasitəsilə göndərdiklərini, əmək kitabçasını istənilən zaman Cavabdeh MTRŞ MMC-dən gəlib ala biləcəyini və rəsmi müraciəti ilə əmək kitabçasını poçtla və ya rəsmi nümayəndə ilə göndərə biləcəkləri qeyd edilmişdir. Həmin məktubun surətindən sonra, “İR” üzrə mütəxəssis Şahid1 saat 15:45-də «WhatsApp» mesajlaşma proqramı vasitəsilə ona işdən azad edilmə barədə Cavabdeh MTRŞ MMC-nin direktoru Vadim Korovin tərəfindən imzalanmış 1k-1-511 №-li, xx.xx.2023-cü il tarixli əmrin şəklini göndərmişdir. Həmin əmrdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edildiyi və istifadə etmədiyi 61 məzuniyyət gününün son haqq-hesabının hesablanıb ödənilməsinin mühasibatlığa həvalə edilməsi göstərilmişdir. Əmrdə həmçinin “əsas” kimi iyul aktı göstərilmişdir. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə, saat 15:52-də 2 saylı Bakı DOST Mərkəzi vasitəsilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəİişliyinə müraciət edərək Cavabdeh MTRŞ MMC tərəfindən Azərbaycan Respublikasının Konstitusiyası və Əmək Məcəlləsində nəzərdə tutulan, pozulmuş hüquqlarının bərpa olunmasını, Cavabdeh MTRŞ MMC-nin qəsdən yol verdiyi pozuntulara görə cəzalandırılmasını və qanunsuz əmrin ləğv olunmasını xahiş etmişdir. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə “Mediasiya haqqında” AR Qununun tələblərinə əsasən cavabdehə təklif göndərilmişdir. “İşdən azad edilmə barədə” 1k-1-511 №-li, xx.xx.2023-cü il tarixli əmrin surəti iddiaçıya xx.xx.2023-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh tərəfin xx.xx.2023-cü il tarixli etibarnamə üzrə nümayəndəsi Vəkil2 xx.xx.2023-cü il tarixdə keçirilən mediasiya sessiyası zamanı verdiyi izahatında “Açıq Söhbət” verlişinin aparıcısı ştatının ixtisar edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 1k-1-479 saylı Əmrin ləğv olunması barədə cavabdeh tərəfindən yeni Əmr verildiyini bildirsə də, lakin həmin əmrin surətini və əmrin surətinin ona təqdim olunması barədə sübutu mediatora təqdim edə bilməmişdir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onun televiziya sahəsində 27 il ərzində göstərdiyi fəaliyyəti dövründə kifayət qədər uğurlu nailiyyətləri olmuş və nöqsana yol verməmişdir. Hətta onun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən mükafatlandırılmışdır. Onun işlədiyi müddətdə Cavabdeh televiziyasına gündəlik işə gəlməməsinin səbəbi isə o, olmuşdur ki, əvvəlcədən mövcud olmuş qaydalara əsasən zərurət olduğu təqdirdə studiyaya gəlmiş, həftədə bir dəfə efirə gedən verilişi studiyadan kənarda hazırlayıb (redaktə və montaj edib) təhvil vermişdir. Digər vaxtlarda isə ondan gündəlik işə gəlməsi tələb edilməmişdir ki, bu qayda Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün telekanallarda işgüzar qayda olaraq müəyyənləşdirilmişdir. Hesab edir ki, onun işdən azad edilməsi tamamilə qanunsuz olmuşdur. Belə ki, 2023-cü ilin əvvəllərində rəhbərlik dəyişdikdən sonra, hələ fevral ayında digər işçilərin işdən çıxarılmasını müşahidə edib özü rəhbərliyə yaxınlaşaraq bildirmişdir ki, ona da ehtiyacları olmadığı təqdirdə özü ərizəsini yazıb çıxıb gedə bilər. Lakin, rəhbərlik tərəfindən ona verilişinin faydalı olduğunu və onunla işləməyə davam edəcəklərini bildirmişlər. O, da razılaşmışdır. Bundan sonra o, aprel ayı üzrə razılaşdırılmış qaydada 4 veriliş hazırlamışdır. Lakin, birdən-birə ona xəbər verilmədən xx.xx.2023-cü il tarixdə axşam saat 21:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri Fatma Səttarova ilə aparılmış müsahibəsi efirə verilməmişdir. Ona xəbər verilmədən verilişin efirdən çıxarılması səbəbi barədə maraqlandıqda, proqram şöbəsinin rəhbəri ona bildirmişdir ki, onlara “Açıq söhbət” verilişinin deyil, “KVN” proqramının efirə verilməsi barədə tapşırıq verilmişdir. Daha sonra barəsində veriliş çəkilmiş X8 Korovinlə şəxsən danışıqlarından sonra həmin veriliş aprel ayının 8-də efirdə yayımlanmışdır. Bundan sonra onun tərəfindən hazırlanmış digər 3 veriliş ümumiyyətlə efirə verilməmişdir. Daha sonra o, xx.xx.2023-cü il tarixdə şirkətin “İR” üzrə mütəxəsisi Şahid1 ona «WhatsApp» mesajlaşma proqramı vasitəsilə göndərdiyi Cavabdeh MTRŞ-nin X7 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli məktubu aldıqdan sonra 9 həftəlik müddəti gözləməyə qərara almış, çünki ştatın ixtisarı ilə bağlı onun işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmiş, o, əsasla işdən azad edilməsinə razı olmuşdur. O, düşünmüşdür ki, xəbərdarlıqda qeyd edilmiş 9 həftəlik müddətdən sonra əmək kitabçasını götürəcəkdir. Çünki, Şahid1 ona göndərdiyi xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda bildirmişdir ki, əgər o, məktuba münasibət bildirməsə bu onun ştatın ixtisar olunması ilə bağlı əmrlə razı olması kimi qəbul ediləcəkdir. O isə məktuba heç bir münasibət bildirməmişdir. Münasibət bildirməməsini isə razılıq əlamətinin ifadə edilməsi kimi anlamışdır. Xəbərdarlıqda müəyyən edilmiş müddətin sonunda, yəni iyul ayının 10-dan etibarən başqa bir yerdə işə başlamalı idi. Lakin həmin müddətin sonunda həyat yoldaşı vasitəsilə cavabdehlə əlaqə saxlanıldıqdan sonra ona bildirilmişdir ki, öz arzusu ilə işdən azad edilməsi barədə yazılı ərizə versin. Lakin o, xəbərdarlıq məktubunu əsas gətirərək ərizə verməkdən imtina etmişdir. Bundan sonra öyrənib bildmişdir ki, onun işə gəlməməsi ilə bağlı aktlar tərtib edilmiş və həmin aktlar əsas götürülərək onun ƏM-nin 72-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsi barədə əmr verilmişdir. Hesab edir ki, əmr qanunsuz olmuş, bununla cavabdeh onun illərlə qazandığı işgüzar nüfuzuna xələl gətirməyə çalışmış və onun digər iş yerində yeni işə düzəlməsinə maneə yaratmışdır. Verilmiş suallara cavab olaraq bildirir ki, o, ümumiyyətlə Cavabdeh televiziyasında işlədiyi 17 il ərzində studiyaya giriş-çıxışı zamanı kartdan istifadə etməmişdir. Gündəlik işə gedən işçilər isə giriş-çıxış zamanı kartdan və “face kontroldan” istifadə etmişlər. O, həmçinin “face kontrol”dan da keçməmiş, belə ki, onu studiyaya giriş qapısında dayanan mühafizəçi içəri keçirmişdir. O, adəti üzrə həftədə 1 dəfə işə gəlmiş, hətta bəzən ümumiyyətlə işə gəlməmişdir. İlkin olaraq ona təqdim edilmiş tutduğu vəzifənin ixtisarı ilə bağlı əmrə münasibətdə bildirir ki, həmin əmrdə verilişin reytinq verməməsi göstərilməklə, buna görə yanlış olaraq bütün aparıcı vəzifəsinin ixtisar edildiyi qeyd edilmişdir. Halbuki, “veriliş yoxdur” deyə telekanalın bütün aparıcı ştatı ləğv edilə bilməzdi. Sonradan yanlışlığa yol verdiklərini anlayaraq, həmin əmri ləğv etmişlər, lakin qeyd olunan əmrin ləğvinə dair ona məlumat verməmişlər. Aprel ayından xx.xx.2023-cü il tarixədək işə gəlməməsinin səbəbi barədə bildirir ki, xx.xx.2023-cü il tarixdə onun hazırlayıb təhvil verdiyi veriliş efirdə yayımlanmadıqdan sonra cavabdeh və ya onun hər hansı səlahiyyətli nümayəndəsi tərəfindən ona işlə bağlı tapşırıq verilməmiş, işə çıxması rəsmi və ya qeyri-rəsmi tələb olunmamış və hətta işdən azad olunması ilə bağlı ərizə yazması barədə bildiriş verilməmişdir. xx.xx.2023-cü il tarixdə ona yalnız işlədiyi vəzifənin ixtisar olunması barədə xəbərdarlıq verilmiş, o da ixtisar ilə razılaşdığı üçün etirazını bildirməmişdir. Lakin xx.xx.2023-cü il tarixədək işə 2 həftədən bir gəlib-getmişdir. Kanala yeni rəhbərlik Vadim Korovin təyin edildikdən sonra, onu şəxsən qəbul etməmiş, işçilərlə ümumi iclas keçirməmiş, o, yalnız danışıqları müavin İlqar Fətiyev ilə telefon vasitəsi ilə aparmışdır. Verilişə dəvət olunan qonaqların siyahısı barədə isə İlqar Fətiyevin yönəltməsi ilə Elnurə xanımla danışıb razılaşdırmışdır. Əsasən işlərini evdə gördüyü üçün, eləcə də çəkilişlərini “Halikarnas” restoranında apardığı üçün ona studiyada xüsusi otaq ayrılmamışdır. Əvvəllər aparıcıların ümumi otağı olmuş o, həmin otaqda montajçı ilə verilişlə bağlı müzakirələr aparmışdır. Həmin otaq ləğv edildikdən sonra bildirmişlər ki, onun otağa ehtiyacı yoxdur, işə gələn zaman isə əşyalarını qoymağa yer tapılar. O isə razılaşmışdır. Qeyd etdiyi kimi Cavabdeh MTRŞ-də işlədiyi ilk dövrlərdən stabil iş rejimi olmamışdır. Hətta o, əvvəllər 5-6 il ərzində “Hər gün” analitik informasiya proqramının aparıcısı olmuş, bəzən dövlət tədbirləri ilə bağlı rayonlara ezam edilmiş, bu vaxtlarda bir neçə gün evində olmamışdır. Bu hallar nəzərə alınaraq onun iş rejimi əvvəldən normallaşdırılmamış qrafik üzrə müəyyənləşdirilmişdir. Əmək haqqı məbləği 800 manat təşkil etmiş, aprel-iyul ayları üzrə əmək haqqı almamış, xx.xx.2023-cü il tarixdə onun hesabına son haqq-hesab ödənilmiş, lakin həmin ayları məvacibi ödənilməmişdir. O, ərizəsində və izahatında göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçı “Space" televiziyasında işlədiyi dövr ərzində qüsura yol verməmişdir. Son iş fəaliyyəti “Space" televiziyasında "Açıq Söhbət" verilişinin aparıcılığı olmuşdur və həmin veriliş ayda 4 dəfə efirə getmişdir. İddiaçının iş qrafiki sərbəst şəkildə müəyyənləşdirilmişdir. Onun fəaliyyəti həmin verilişi təşkil edərək aidiyyəti şöbəyə təhvil verməkdən ibarət olmuşdur. Şöbənin razılığından sonra isə veriliş efirdə yayımlanmışdır. 2023-cü ilin ferval ayında Vadim Korovin “Space" televiziyasına rəhbər təyin edildikdən sonra iddiaçı əvvəlki şərtlər daxilində eyni fəaliyyətinə davam etmiş, aprel ayı üzrə 4 veriliş tərtib edərək hazırlamış, həmin verilişlərdən yalnız biri efirə getmiş, digər verilişlər isə efirə verilməmişdir. Yəni, bugün də həmin 3 veriliş hazır vəziyyətdədir, istənilən vaxt efirə vermək olar. Qeyd edir ki, bu sahədə fəaliyyət göstərən digər veriliş aparıcılarının da iş qrafiki sərbəst şəkildə müəyyən edilir. Hətta iddiaçının əmək müqaviləsində də göstərilib ki, onun iş saatları normalaşdırılmamışdır. 2023-cü ilin ferval ayında Vadim Korovin “Space" televiziyasına rəhbər təyin edildikdən sonra işçilərin kütləvi şəkildə işdən azda olunması dövrü başlamışdır. “Space" televiziyasında əsas idarəedici şəxslər İlqar və Vüqar Fətiyev qardaşları olmuşdur. Bu səbəbdən iddiaçı İlqar Fətiyev ilə görüşmüş və onun verilişinə ehtiyac olub-olmamasını maraqlanmışdır. Çünki, təcrübədə görünən haldır ki, yeni rəhbərlik əvvəlki işçi ilə işləmək istəmirsə aralarındakı müqaviləyə öz arzusu ilə xitam verirlər. Həmin vaxt İlqar Fətiyev iddiaçıya bildirir ki, onun fəaliyyətindən razıdırlar və aparıcılıq etdiyi verilişin davam etməsini istəyirlər. Həmin danışıqlardan sonra iddiaçı çəkilişlərini davam etdirir, 4 çəkilişi tamamlayıb təhvil verir. Buna baxmayaraq həmin verilişlərdən yalnız biri efirə gedir. Bundan başqa 2023-cü ilin mart ayında rəhbərliyin göstərişinə əsasən iddiaçının oturduğu ümumi otaq alındıqdan sonra iddiaçı İlqar Fətiyevə məsələ ilə bağlı müraciət etmişdir. X17 iddiaçıya sərbəst qrafiklə işlədiyini, əsasən işini yaşadığı evdə gördüyünü əsas gətirərək ona gələcəkdə zərurət yaranacağı halda yeni otaq veriləcəyini bildirmişdir. Bundan sona iddiaçı tərəfindən aprel ayında efirə gedəcək digər 3 veriliş hazırlanmışdır. Həmin verilişlər Fatma Səttarova, İlham Rəhimli və X18 ilə bağlı olan çəkilişlər olmuşdur. Ancaq həmin verilişlərdən yalnız Fatma Səttarova ilə bağlı olan veriliş müsahibin özünün israrı və rəhbərliklə danışıqlarından sonra efirdə yayımlanmışdır. Daha sonra 3 may 2023-cü il tarixdə “Space" televiziyasının İnsan Resusları üzrə mütəxəssisi kimi özünü təqdim edən Şahid1 özünə məxsus mobil nömrədən “WhatsApp” mesajlaşma proqramı vasitəsilə saat 16:48-də iddiaçının istifadəsində olan mobil nömrəyə ilk öncə “Salam, İddiaçı. Sizi narahat edən “Space" televiziyasının insan resursları üzrə mütəxəssisi Şahid1dir. Biz sizə 02 may 2023-cü il tarixində poçt vasitəsilə xəbərdarlıq məktubu göndərmişdik və poçt işçiləri sizinlə əlaqə saxlayıb bildiriblər ki, ünvanınıza məktub gəlib. Lakin, siz onlara demisiz ki, həmin ünvanda yaşamırsınız və məktubu almaqdan imtina edirsiniz. Bununla, bizə məlum olan yeganə vasitə ilə, yalnız WHATSAPP-dan həmin xəbərdarlığı göndərmək məcburiyyətində qalmışıq. Siz bu xəbərdarlığı alandan sonra heç bir cavab verməsəniz, biz qeyri-şərtsiz müqaviləyə xitam veririk və siz ixtisar olunmuş hesab olunursuz” məzmunlu mesaj göndərmişdir. Bir dəqiqə sonra, yəni saat 16:49-da isə yenə Şahid1 özünə məxsus mobil nömrədən “WhatsApp” mesajlaşma proqramı vasitəsilə iddiaçının istifadəsində olan mobil nömrəyə Vadim Korovin tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunu göndərmişdir. Həmin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda xx.xx.2023-cü il tarixli, 1k-1-479 saylı əmrlə Cavabdeh televiziyasının strukturunda müvafiq dəyişikliklər edildiyi və iddiaçının “AÇİQ SÖHBƏT” verlişinin aparıcısı ştatının ixtisar edildiyi, xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra iddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan vakant ştat vahidləri müəyyən edilərsə, bu barədə iddiaçıya əlavə məlumat veriləcəyi və yazılı razılığı olduğu təqdirdə AR Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırkı xəbərdarlıq müddəti ərzində orta aylıq əmək haqqının 2 misli miqdarında bir dəfəlik ödəniş edilməklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə biləcəyi göstərilmişdir. Göründüyü kimi, artıq həmin vaxt cavabdehin İR üzrə mütəxəssisi olan Şahid1 iddiaçının məktubun göndərildiyi ünvanda yaşamaması barədə dəqiq məlumatı olmuş və buna görə də, xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunu zərurət olduğundan vaxtında məlumatlandırmaq üçün “WhatsApp” mesajlaşma proqramı vasitəsilə xx.xx.2023-cü il tarixdə göndərmişdir. İddiaçı bundan sonra xəbərdarlıqda göstərilən 9 təqvim həftəsinin bitməsini gözləyir ki, müddət bitəndən sonra müqaviləsinə xitam verilməsi barədə əmrin surətini, son haqq-hesabı və əmək kitabçasını cavabdehdən alsın. Həmin müddət ərzində isə iddiaçı əmək haqqı almamışdır. İddiaçının həyat yoldaşı da televiziya sahəsində işləyir və adları sadalanan şəxsləri tanıyır. 9 təqvim həftəsi xx.xx.2023-cü il tarixdə bitdiyi üçün iddiaçının həyat yoldaşı Mirzə Qurbanov xx.xx.2023-cü il tarixdə Vüqar Fətiyevə zəng edərək ondan xəbərdarlıq məktubunda qeyd edilən, orta aylıq əmək haqqının 2 misli miqdarında bir dəfəlik ödəniş daxil olmaqla son haqq-hesabın əmək kitabçasının, işdən azad olunmağı barədə əmrin və “Açıq Söhbət” verlişinin aparıcısı ştatının ixtisar olunması barədə xx.xx.2023-cü il tarixli, 1k-1-479 saylı əmrin surətinin iddiaçıya təqdim edilməsini xahiş edir. Lakin cavab ala bilmədiyindən xx.xx.2023-cü il tarixdə iddiaçının həyat yoldaşı X11 Mirzəyevaya təkrarən zəng edərək ondan əvvəlki məzmunlu xahişini edir. Lakin Şahid1 ona heç bir cavab verməyərək saat 15:42-də «WhatsApp» mesajlaşma proqramı vasitəsilə iddiaçıya “X13. Siz bizə 03 iyul tarixdən ərizənizi teleqramla göndərin. Bununla bağlı sualınız yaranarsa, X1 əlaqə saxlaya bilərsiniz, o məsələdən xəbərdardır. Xitam əmrindən sonra bütün son haqqhesab kartınıza oturacaq” məzmunlu mesaj göndərmişdir. Burada sual yaranır ki, Rasim Quliyev nədən xəbərdar olub, halbuki iddiaçı onu ümumiyyətlə tanımır və onun hansı səlahiyyətə malik olması, kimliyi bəlli deyil. İddiaçı isə həmin əsasla razılaşmadığı üçün onunla əlaqə saxlamamışdır. Daha sonra müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının ƏM-nin 72-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad olunması barədə xx.xx.2023-cü il tarixli əmr verilmişdir. İddiaçının işdən azad edilməsi əsası olaraq əmrdə akt göstərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən sübutlardan görünür ki, iddiaçının işə gəlməməsi barədə aktlar tərtib edilmiş və aktlardakı qeydə görə cavabdeh guya iddiaçının işə gəlməmə səbəbini müəyyənləşdirə bilməmişdir. Hesab edir ki, qeyd olunan aktlar mötəbər sübut ola bilməz, çünki qeyd olunan aktları imzalayan şəxslərin kimliyi göstərilməmiş, onların ad və soyadları aktda qeyd edilməmişdir. Bundan əlavə görünür ki, cavabdeh 4 iyul 2023-cü il tarixdə akt tərtib edir ki, iddiaçının gəlməmə səbəbini müəyyən edə bilmir, eyni tarixdə də cavabdehin kadr işləri ilə məşğul olan İR üzrə mütəxəssisi Şahid1 iddiaçıya mesaj yazır ki, öz arzusu ilə işdən azad edilməsi barədə ərizə versin. Belə olan halda əgər yeganə əlaqə vasitəsi mobil nömrə ilə mesajlaşma idisə, o zaman iddiaçıdan işə niyə gəlməmə səbəbinin də müəyyənləşdirilməsi cavabdeh üçün mümkün idi. İşin faktiki hallarından da göründüyü kimi İddiaçı nəinki 2023-cü ilin may, iyun, iyul aylarında heç aprel ayında da işə gəlməmişdir. Buna səbəb aprel ayında hazırlanmış verilişlərin efirdə yayımlanmasına maneçilik yaradılması, daha sonra isə İR üzrə mütəxəssis Şahid1 iddiaçıya göndərdiyi xx.xx.2023-cü il tarixli ixtisarla bağlı xəbərdarlıq məktubunu təqdim etməsi olmuşdur. İddiaçının Şahid1 ilə xx.xx.2023-cü il tarixli telefon danışıqlarından sonra, yəni xx.xx.2023-cü il tarixdə iddiaçı Vadim Korovinə rəsmi ərizə ilə müraciət edərək əmək qanunvericiliyinə uyğun olaraq qısa müddət ərzində əmək kitabçasının verilməsini, ödənilməmiş əmək haqqının, iddiaçıya ödənilməli müavinətin və istifadə edilməmiş məzuniyyətlərə görə son haqq-hesabın kart hesabına köçürülməsinin təmin edilməsini xahiş etmişdir. Lakin hazıradək həmin məktuba cavab verilməmişdir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə, saat 10:29-da iddiaçı 4 saylı Bakı DOST Mərkəzi vasitəsilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəİişliyi Xidmətinə ərizə ilə müraciət edir. Daha sonra həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə, saat 11:30-da iddiaçının hüquqlarını təmsil edən digər vəkil İlham İbadov tərəfindən Cavabdeh televiziyasına vəkil sorğusu təqdim edilir. Bundan sonra həmin tarixdə saat 15:45-də Şahid1 «WhatsApp» mesajlaşma proqramı vasitəsilə iddiaçıya özü tərəfindən imzalanmış məktubun şəklini göndərir. Həmin məktubda Şahid1 tərəfindən iddiaçıya guya işdə olmadığına görə işdən azad olunması barədə əmrin surətini poçt vasitəsilə göndərdiklərini, əmək kitabçasını istənilən zaman gəlib ala biləcəyini və rəsmi müraciət ilə əmək kitabçasını poçtla və ya rəsmi nümayəndə ilə iddiaçıya göndərə biləcəklərini qeyd edir. Saat 15:45-də yenidən “WhatsApp” mesajlaşma proqramı vasitəsilə Vadim Korovin tərəfindən imzalanmış 1k-1-511 №-li, xx.xx.2023-cü il tarixli “İşdən azad edilmə barədə” əmrin şəklini iddiaçıya göndərir. Həmin əmrdə isə işdən azad edilmə əsası kimi iyul ayının aktı göstərilir. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə, 2 saylı Bakı DOST Mərkəzi vasitəsilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəİişliyi Xidmətinə qanunsuzluqla bağlı müraciət edir. X6 Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən qanunsuz olaraq əmək müqaviləsinə xitam verməsi səbəbiylə Vadim Korovin barəsində inzibati təhbeh vermə haqqında qərar qəbul edilir. Həmin qərardan cavabdeh aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə şikayət versə də təmin edilməmiş və müvafiq qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan başqa cavabdehin məhkəməyə təqdim etdiyi sübutlardan görünür ki, ştatın ixtisar olunmasına dair əmr sonradan ləğv edilsə də, həmin əmrin surəti iddiaçıya verilməmişdir. Hesab edir ki, qeyd olunan əmr ümumiyyətlə mövcud olmamış, qanunla müəyyən edilmiş kargüzarlıq qaydalarına uyğun olaraq qeydiyyata alınmamış, yalnız iddiaçının şikayətindən sonra arxa tarixlə yeni əmr tərtib edilərək imzalanmışdır. Hətta cavabdeh və məhkəmədə şahid qismində dindirilmiş Şahid1 qeyd olunan əmrin surətinin iddiaçıya göndərildiyini bildirmələrinə baxmayaraq, vasitəçiliyi ilə göndərilməsi iddia edilən özəl poçt müəssisəsinə rəsmi müraciət etmiş, lakin həmin poçt müəsisəsi şifahi qaydada belə bir göndəriş tapa bilmədiklərini bildirir. Eyni zamanda cavabdeh iddiaçının işdən azad olunması ilə bağlı əmrin əsasını təşkil edən aktların heç birini X6 Xidmətinə təqdim etməyib. Hətta cavabdeh X6 Xidmətinə eyni tarixli, eyni nömrəli iki işdən azad etmə barədə əmr təqdim edib, lakin əmrlər fərqli məzmunda yazılıb. Əmrlərdən biri 3 bənddən, digəri isə 2 bənddən ibarətdir. Halbuki hər iki əmr iddiaçının işdən azad edilməsi ilə bağlıdır. Həmçinin cavabdeh Əmək Müfəttişliyi Xidmətinə 1k-1-479 saylı əmrin surətini, iddiaçının işə gəlməməsi barədə 5 iyul 2023-cü il tarixli məktubu təqdim etməmişdir. O, göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan sənədlər əvvəldən mövcud olmuş olsa idi, Əmək Müfəttişliyi Xidmətinə də təqdim edilməli idi. Bu hal ona dəlalət edir ki, saxta olaraq arxa tarixə tərtib edilmiş sənədlər məhkəməyə sübut olaraq təqdim edilmişdir. Bir daha qeyd edir ki, iddiaçı aprel ayından etibarən işə götürən tərəfindən işə ümumiyyətlə dəvət edilməmiş, həm şahid ifadələri ilə, həm də əmək müqaviləsi ilə sübuta yetirilir ki, cavabdeh tərəfindən iddiaçının gündəlik işə çıxması ilə bağlı tələbi olmayıb. Bu televiziya sahəsində çalışan işçilərin işgüzar qaydasıdır. Əmək müqaviləsində göstərilib ki, iş rejimi normalaşdırılmamış sərbəst qrafiklədir. Göstərilənlərlə yanaşı cavabdeh iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbinin pozulması ilə bağlı DƏMX tərəfindən qəbul edilmiş qərarla inzibati məsuliyyətə cəlb edilmiş, həmin qərarın qanuniliyi isə cavabdeh tərəfindən aidiyyəti məhkəmələrdə mübahisələndirilmiş və qanuni qüvvəsini almış məhkəmə qərarlarında da hüquqi qiymət verilmişdir ki, iddiaçı normallaşdırılmamış sərbəst iş rejimi qrafikinə əsasən işləmişdir. Həmçinin məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə qeyd olunan hal öz təsdiqini tapır ki, televiziya sahəsində, o cümlədən Cavabdeh televiziyasında formalaşmış işgüzar adətə uyğun olaraq aparıcıların iş qrafiki sərbəst olmuşdur. Həmçinin cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl araşdırma aparılmamış, iddiaçının izahatı alınmamış, ona xx.xx.2023cü il tarixdə iddiaçının işə gəlməməsi ilə bağlı izahatının alınması üçün bildiriş göndərilməmişdir. İşin hallarından aşkar görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunu iddiaçıya “WhatsApp” mesajlaşma proqramı vasitəsilə göndərərkən onun məktubun rəsmi göndərildiyi ünvanda yaşamaması barədə dəqiq məlumatı olmuşdur. Belə olan halda ixtisar barədə əmrin ləğv edilməsi və işdən azad olunması ilə bağlı xəbərdarlıq məktublarını cavabdeh iddiaçıya qanunla müəyyən edilmiş qaydada göndərilməsinin təmin edilməsini sübut edə bilməmişdir. Göstərilənlərə əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, iddiaçı işdən azad edilməmişdən öncə 3 ay ərzində ümumiyyətlə işə gəlməmişdir. Bununla bağlı iddiaçıya xəbərdarlıq göndərilmiş, hətta xəbərdarlıqdan öncə onun tutduğu vəzifənin ixtisar edilməsi barədə əmr verilmişdir. Əmrin məlumatlandırılması ilə bağlı iddiaçıya bildiriş poçt və “whatsapp” proqramı vasitəsilə sms göndərilmişdir. Həmin ixtisarla bağlı əmrdə müəyyən edilmiş müddətdə belə iddiaçı işə gəlməli idi. Daha sonra ixtisarla bağlı əmr ləğv edilmiş, lakin iddiaçı işə təkrarən çıxmamışdır. Cavabdeh təşkilat tərəfindən ona bildirilən məlumata əsasən işə çıxması ilə bağlı iddiaçıya bir neçə dəfə xəbərdarlıq məktubu verilmişdir. İddiaçı may, iyun, iyul aylarında ümumiyyətlə işə gəlmədiyi üçün, cavabdeh tərəfindən 10 iyul 2023-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmrlə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməmişdən əvvəl, yəni xx.xx.2023-cü il tarixdə iddiaçının işə gəlməməsi ilə bağlı izahatın alınması üçün bildiriş göndərilmişdir. Həmçinin ixtisar ilə əlaqədar əmrin ləğvi ilə bağlı bildiriş də iddiaçıya eyni ünvana göndərilmişdir. Qeyd olunan bildiriş və əmrin surəti həmin tarixdə poçt vasitəsilə iddiaçının ünvanına göndərilməsinə baxmayaraq “bina sökülüb” qeydi ilə bildirişlər geri qayıtmışdır. İddiaçının digər ünvanı barədə cavabdehdə məlumat olmamış, iddiaçı isə yeni faktiki yaşadığı ünvan barədə cavabdehə heç bir məlumat verməmişdir. Qeyd edir ki, iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktub cavabdeh tərəfindən poçt müəssisəsinə təqdim edilmişdir. Hətta iddiaçının elektron poçt ünvanı barədə məlumat olmayıb, çünki iddiaçı 2006cı ildə işə qəbul edilib və elektron poçt ünvanı məlumatını həmin vaxt işəgötürənə təqdim etməyib. Əmək qanunvericiliyinin tələblərinə əsasən isə işçiyə zəruri sənədlərin sms vasitəsilə məlumatlandırılması işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmamışdır. Hesab edir ki, cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə riayət edilmişdir. İddia tələbinin dəlillərinə münasibətdə həmçinin bildirir ki, iddiaçı ilə əmək müqaviləsi 2006-cı ildə bağlanmışdır. Əmək qanunvericiliyində isə “normalaşdırılmamış iş rejimi” deyə bir termin yoxdur. İddiaçı öz tələbində “normalaşdırılmamış iş rejimi”nin əmək müqaviləsində nəzərdə tutulmasına istinad etsə də, eləcə də Əmək Müfəttişliyi Xidmətinin inzibati tənbeh vermə haqqında qərarında və Yasamal Rayon Məhkəməsi tərəfindən bu terminə istinad edilsə də belə hesab edir ki, bu doğru deyildir. Məsələnin daha ətraflı araşdırılması üçün tərəfindən Sosial Hüquqların Araşdırılması İctimai Birliyinə verilmiş sorğuya cavaba əsasən bildirilmişdir ki, müqavilədə “normalaşdırılmamış” sözünün yazılması o demək deyil ki, işçi işə gəlməməlidir. Jurnalistlərin və işçilərin iş rejimi qaydası əmək qanunvericiliyi və əmək müqaviləsinə uyğun müəyyən edilib. İşçinin otağının olmaması belə, o demək deyil ki, işə gəlməsin. İşçinin işə gəlməsi üçün təbii ki, iş şəraiti olmalıdır, iş şəraiti təmin edilmirsə bunu işəgötürəndən tələb etməlidir və bu işçinin hüququdur. İşçi əmək müqaviləsi üzrə üzərinə öhdəlik götürübsə, işə gəlməlidir. Əgər işçi ixtisara düşürsə, yenə də işə gəlməlidir. Sadəcə tərəflərin razılaşması əsasında həftənin bir günü işçiyə iş axtarmaq üçün vaxt verilir. Qalan günləri isə iddiaçı işə gəlməli idi. İddiaçının işə gəlmədiyi halda işəgötürənin ona maaş verməsi isə qanun pozuntusu deyil, işəgötürənin səlahiyyətində olan məsələdir. Verilmiş suallara cavab olaraq bildirir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş əmrin imzalandığı gün elektron informasiya sisteminə yerləşdirilmişdir. Cavabdeh təşkilatda sənədlərin, kadr məsələləri ilə bağlı əmrlərin qeydiyyatı və reyestrinin aparılması qaydası barədə onun məlumatı yoxdur. İşçi kobud pozuntuya yol vermiş olsa da belə ona öz ərizəsi ilə işdən çıxmasını istəmək işəgötürənin hüququdur və bununla bağlı qanunvericilikdə məhdudiyyət yoxdur. İddiaçı işdən azad edilən gün ona son haqq-hesab ödənilmişdir. Cavabdehin hazırkı faktla bağlı inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı isə qeyd edir ki, müvafiq orqan və məhkəmələr tərəfindən ətraflı araşdırma aparılmadan düzgün olmayan nəticəyə gəlinmiş və maddi hüquq normaları pozulmuşdur. Göstərilənlərə əsasən o, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti və X6 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək “Hər gün” xəbərlər xidməti, müxbir-aparıcı vəzifəsinə təyin edilmişdir. Həmin müqavilənin 4.17-ci bəndinə əsasən iş saatı “normalaşdırılmamış” müəyyən edilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin Prezidenti adından Vadim Korovin tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli, 1k-1-479 nömrəli “Verilişin efirdən çıxarılması və ştatların ixtisarı barədə” əmrin əslinin məzmunundan müəyyən edilir ki, Cavabdeh telekanalı efirində yayımlanan “Açıq söhbət” verilişinin rentabelli olmamasının, ona istehlakçı tələbatının azalmasının və verilişin reytinqinin kəskin enişinin müşahidə olunması ilə əlaqədar xx.xx.2023-cü il tarixdən aparıcı İddiaçı vəzifəsinin ixtisara salınması və əmrin icrasına nəzarətin İnsan Resursları üzrə mütəxəssis Şahid1 həvalə edilməsi əmr edilmişdir. Məhkəmənin sorğusuna əsasən DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş araşdırma materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən həmin idarəyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 1k-1-479 nömrəli əmrin məzmunu ilə məhkəməyə sübut olaraq təqdim edilmiş eyni tarixli və eyni nömrəli əmrin məzmunu arasında fərqlilik mövcuddur. Belə ki, eyni tarixli və nömrəli əmrin məzmununda: 1) xx.xx.2023-cü il tarixdən etibarən Mədəniyyət və elmi kütləvi proqramların yaradıcı heyətinin aparıcı ştatında çalışan əməkdaşlara ştatın ixtisarı ilə bağlı müddətlər nəzərə alınmaqla bildirişlərin göndərilməsi, 2) əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ixtisar ediləcək ştatlarda çalışan işçilərə xəbərdarlıq edilməsi, 3) əmrin icrasına nəzarətin İnsan Resursları üzrə mütəxəssis Şahid1 həvalə edilməsi əmr edilmişdir. - Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin prezidenti adından İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli əmrlə Cavabdeh MTRŞ MMC-nin strukturunda müvafiq dəyişikliklər edilərək onun tutduğu “Açıq söhbət” verilişinin aparıcısı ştatı ixtisar edilmişdir. Bununla bağlı olaraq onun xəbərdarlığı aldığı gündən 9 təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinə AR ƏM 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. Qeyd edilmişdir ki, sözügedən xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətindən əmək funksiyalarının icrasından azad edilərək iş axtarmasına imkan yaradılacaqdır. Həmçinin xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan vakant ştat vahidləri müəyyən edilərsə, bu barədə əlavə məlumat veriləcəkdir. Həmçinin izah edilmişdir ki, yazılı razılığı olduğu halda AR ƏM 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq hazırkı xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli miqdarında bir dəfəlik ödəniş edilməklə əmək müqaviləsinə AR ƏM 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilər. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Zaman Express” sürətli poçt xidmətinin ******* nömrəli xəbərnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixli məktub İddiaçı ünvanına xx.xx.2023-cü il tarixdə göndərilmiş, lakin “həmin ünvanda yaşamaması və məktubdan imtina edir” qeydi ilə geri qayıtmışdır. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin prezidenti V.Korovin tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 1k- 1-490 nömrəli əmrin surətinə əsasən müəyyən edilir ki, Cəmiyyətin ştat ixtisarı verilməsinə dair xx.xx.2023-cü il tarixli, 1k-1-479 nömrəli əmrinin ləğv edilməsi və əmrlə aidiyyəti şəxslərin tanışlığının təmin edilməsi əmr edilmişdir. Qeyd olunan əmrin iddiaçıya göndərilməsi və Cəmiyyətin işçilərinin tanış edilməsi barədə sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. -Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müvafiq aylar üzrə ayrı-ayrılıqda tərtib edilmiş aktlardan görünür ki, Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin İnsan Resursları departamenti tərəfindən aparılan araşdırmalar nəticəsində aparıcı vəzifəsində işləyən İddiaçı xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək işdə olmaması aşkar edilmişdir. Həmçinin Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC tərəfindən ayrıayrılıqda günlər üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli aktlara əsasən müəyyən edilir ki, Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin insan resursları üzrə mütəxəssisi tərəfindən aparılan araşdırmalar nəticəsində aparıcı vəzifəsində çalışan X2 qeyd olunan tarixlərdə işdə olmaması aşkar edilmişdir. - Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin prezidenti V.Koronvin adından İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən olunur ki, İddiaçı bir neçə müddətdir işə gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat verməməsi qeyd edilməklə, ondan işə çıxmama səbəbi baradə izahat verməsi, yaxud işə çıxmaması üzrlü səbəblə bağlıdırsa bu barədə dərhal rəhbərliyə məlumat verməsi tələb edilmişdir. Həmçinin ona izah edilmişdir ki, üzürsüz səbəbdən işə çıxmaması davam edəcəyi halda barəsində qanunvericilikdə müəyyən edilmiş qaydada əmək və icra intizamının pozulması səbəbindən intizam məsuliyyəti üzrə icraat başlanacaqdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “ME-Mail Express” sürətli poçt xidmətinin 250464 nömrəli xəbərnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixli məktub İddiaçı ünvanına göndərilməsinə baxmayaraq ünvan sahibinə çatdırılmadan bina sökülməsi qeydi ilə cavabdehə geri qayıtmışdır. - İddiaçı tərəfindən Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, MMC-nin xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubuna əsasən vəzifəsinin ixtisar olunduğunu nəzərə alaraq əmək kitabçasının verilməsinin, ödənilməmiş əmək haqqlarının və Əmək Məcəlləsinə uyğun olaraq ona ödənilməli müavinətlərin və istifadə edilməmiş məzuniyyətlərə görə son haqq-hesabının kart hesabına köçürülməsinin təmin edilməsini xahiş etmişdir. İddiaçı adından Bakı şəhəri 38 nömrəli vəkil Bürosunun direktoru İlham İbadov tərəfindən Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-yə ünvanlanmış xx.xx.2023cü il tarixli məktuba əsasən müəyyən edilir ki, MMC-dən İddiaçı işdən azad edilməsi barədə xx.xx.2023-cü iltarixli əmri, əmək kitabçası, son haqq-hesab və xx.xx.2023-cü il tarixdə ixtisar barədə xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq işdən azad edilməsi haqqında əmrin verilməməsi, həmçinin ona 2023-cü ilin mart ayınadən əmək haqqının və digər ödənişlərin verilməməsinin səbəbləri barədə məlumatın verilməsi tələb edilmişdir. AR ƏƏSMN-nin müraciət vərəqəsindən müəyyən edilir ki, İddiaçı müraciəti xx.xx.2023-cü il tarixdə saat 10:29-da qeydə alınmışdır. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin direktoru V.Korovin tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli, 1k- 1-511 nömrəli əmrə əsasən müəyyən edilir ki, əmr iki bənddən ibarət olmaqla: 1) Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin “Mədəniyyət və elmi-kütləvi proqramlar yaradıcı heyəti” strukturunun aparıcısı İddiaçı xx.xx.2023-cü il tarixdən AR əmək Məcəlləsinin 72-ci maddəsinin ikinci hissəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “a” bəndi, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) tutduğu vəzifədən azad edilməsi və 2) işçiyə istifadə etmədiyi 61 gün əmək məzuniyyətinə görə son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanaraq ödənilməsinin mühasibatlığa həvalə edilməsi əmr edilmişdir. Əmrin qəbul edilməsinə əsas iyul ayının aktı qeyd edilmişdir. Məhkəmənin sorğusuna əsasən DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş araşdırma materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən həmin idarəyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 1k-1-511 nömrəli əmrin məzmunu ilə məhkəməyə sübut olaraq təqdim edilmiş eyni tarixli eyni nömrəli əmrin məzmunu arasında fərqlilik mövcuddur. Belə ki, digər eyni tarixli və eyni nömrəli əmrin məzmununda: 1) yeni ad/ “Mədəniyyət və elmi-kütləvi proqramlar yaradıcı heyəti” bölməsində “Aparıcı” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70-ci maddəsinin “ç”-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi, 2) işçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 61 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, 3) işçinin əmək kitabçasında lazımı qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Zaman Express” sürətli poçt xidmətinin ******* nömrəli xəbərnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixli göndəriş İddiaçı ünvanına xx.xx.2023-cü il tarixdə göndərilmiş, lakin “bina sökülübdür” qeydi ilə geri qayıtmışdır. -Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli bildirişdən müəyyən edilir ki, İddiaçı vəzifəsinin adı əmək müqaviləsi üzrə aparıcı olmuşdur. - Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin prezidenti V.Korovin tərəfindən imzalanmaqla təsdiq edilmiş 2023-cü ilin yanvar-iyul ayları üzrə əmək haqqı hesablanması cədvəlindən müəyyən edilir ki, yanvar-aprel ayları üzrə aylıq əmək haqqı məbləği 889 manat hesablanmışdır ki, həmin məbləğdən 97,12 manatın DSMF-yə tutulma kimi nəzərə alınmaq yekun olaraq 791,88 (yedi yüz doxsan bir manat səksən səkkiz qəpik) manat məbləğin İddiaçı kart hesabına köçürülməsi müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli 391 və 388 nömrəli ödəniş tapşırıqlarından, eyni zamanda İddiaçı məxsus bank hesabı çıxarışlarından müəyyən edilir ki, onun bank hesabına cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 1550,38, xx.xx.2023-cü il tarixdə isə 794,60 manat məbləğində əmək haqqı məbləğləri köçürülmüşdür. Əmək müqaviləsinə xitam verilməmişdən öncə sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə 791.88 (yeddi doqquz yüz doxsan bir manat səksən səkkiz qəpik) manat əmək haqqı məbləği onun hesabına köçürülmüşdür. - Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin prezidenti V.Korovin tərəfindən imzalanmaqla DƏMX-nin Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda cavabdeh bildirmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə gəlməmiş bu səbəbdən həmin dövr üçün ona əmək haqqı hesablanmamışdır. xx.xx.2023cü il tarixdən dəfələrlə müraciət etmələrinə baxmayaraq o, işə gəlməkdən boyun qaçırmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmiş və işçinin istifadə edilməmiş 61 məzuniyyət gününün son haqq-hesabı qanunvericiliyə uyğun şəkildə hesablanıb həmin gün ödənilmişdir. Əmrin surəti xx.xx.2023-cü il tarixdə İddiaçı poçt vasitəsilə göndərilsə də ünvan söküldüyündən məktub geri qayıtmışdır. Əmrin surəti onun etibarnamə üzrə nümayəndəsinə xx.xx.2023-cü il tarixdə təqdim olunmuşdur. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş işə davamiyyət cədvəlindən görünür ki, İddiaçı 2023-cü ilin yanvar ayı üzrə 23 gün, fevral ayı üzrə 24 gün, mart ayı üzrə 21 gün, aprel ayı üzrə 23 gün olmaqla işdə olması göstərilmişdir. Həmçinin cədvəldə İddiaçı may-iyun-iyul ayları üzrə işə çıxmaması qeyd edilmişdir. - AR ƏƏSMN yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin xx.xx.2023-cü il tarixli məktubu və həmin məktuba əlavə edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə X9 tərəfindən əmək qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyindən onun barəsində AR İXM-in 192.6-cı maddəsinə əsasən MN seriyalı ******* nömrəli xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında vəzifəli şəxs barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Belə ki, X9 qeyd olunan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1.700 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Qərarla həmçinin müəyyən edilmişdir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsində normalaşdırılmamış müəyyən edilməsinə və elektron əmək müqaviləsində iş saatlarının müəyyən edilməməsinə baxmayaraq, onunla bağlanmış əmək müqaviləsinə heç bir səbəb olmadan bütün iş günü işə gəlməməsi səbəbiylə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməklə əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. - AR ƏƏSMN yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin İddiaçı xx.xx.2023-cü il tarixli müraciətinə ona ünvanlanmış cavab məktubundan müəyyən edilir ki, Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin rəhbərliyinə xx.xx.2023-cü il tarixli göstəriş məktubu verilməklə, ondan 30 gün müddətində xx.xx.2023-cü il tarixli 1k-1-511 saylı əmri ləğv edib nəticəsi barədə məlumat verilməsi tələb edilmişdir. - Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)-4714/2023 saylı qərarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin direktoru X9 tərəfindən AR ƏƏSMN yanında X6 Xidmətinin MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarından verdiyi şikayəti təmin edilməmişdir. Qərar onunla əsaslandırılmışdır ki, tərəflər arasında əmək müqaviləsi bağlanarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinə “Əlavələr” bölməsinin 4.17ci bəndində əmək müqaviləsinin nümunəvi formasına əsasən iş vaxtının başlanma və qurtarma saatlarının normalaşdırılması nəzərdə tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 01 sentyabr 2006-cı il tarixli əmək müaviləsinin 4.17-ci bəndində işçinin iş vaxtının başlanma və bitmə saatları normalaşdırılmamışdır. Başqa cür desək əmək müqaviləsi bağlanılarkən tərəflərin birbaşa iradə ifadəsi əsasında müqavilənin mühüm şərti olan hal yəni “işçinin iş saatı, işə başlama və bitmə saatı” ümumiyyətlə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, bir halda ki, tərəflər belə şərt müəyyən etməmişdir, işəgötürənin Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsaslanaraq, yəni işçinin bütün iş günü işə gəlməməsini əsas götürərək işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi əmək qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2024/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı şəhər Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(004)- 4714/2023 saylı qərarından verilmiş şikayət təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır. - İ-5846 nömrəli “Azərbaycan Respublikası Medalı” vəsiqəsinin surətindən isə müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən “Tərəqqi Medalı” ilə təltif edilmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş «WhatsApp» proqramı vasitəsilə mesajlaşmaların məzmundan müəyyən edilir ki, cavabdeh Cəmiyyətdə “İR” üzrə mütəxəssis vəzifəsində işləyən Şahid1 istifadəsində olan mobil telefon nömrəsindən iddiaçıya məxsus mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixli ştatın ixtisar edilməsi haqqında xəbərdarlıq məktubu göndərilmişdir. Növbəti yazışma xx.xx.2023-cü il tarixdə aparılmış və həmin vaxt iddiaçıdan 03 iyul tarixdən ərizə verməsi xahiş edilmişdir. xx.xx.2023-cü il tarixdə onun işdən azad olunmasına dair əmrin surəti və xəbərdarlıq məktubu göndərilmişdir. Bundan başqa müəyyən edilmişdir ki, digər tarixlərdə, eləcə də xx.xx.2023-cü il tarixdə onlar arasında hər hansı yazışma aparılmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, iddiaçını uzun müddətdir tanıyır. Belə ki, onlar 1999-cu ildən “AZTV” və Cavabdeh televiziya kanallarında birlikdə işləmişlər. O, 2000-ci ildən 2010-cu ilədək Cavabdeh-də işləmiş, daha sonra iş yerini “ANS” və “ARB” telekanallarına dəyişmiş, 2021-ci ildə isə yenidən Cavabdeh-ə geri dönmüş, 2023-cü ilin sentyabr ayından isə Cavabdeh-dən işdən çıxmışdır. İşdən çıxma səbəbi barədə isə işə götürən tərəfindən bildirilmişdir ki, əmək müqaviləsinin müddəti bitmişdir və bu əsasla müqaviləyə xitam verilmişdir. O, Cavabdeh televiziyasının səhər proqramında layihə rəhbəri və aparıcı olmuş, iş rejmi sərbəst qrafik üzrə müəyyən edilmişdir. Qeyd edir ki, ümumiyyətlə televiziya kanallarında aparıcıların iş qrafiki sərbəst müəyyənləşdirilmişdir. Sərbəst iş rejiminə görə aparıcılar efirə çıxıb verilişi təqdim etdikdən sonra iş yerində qalmamış və iş bitdikdən sonra oranı tərk etmişlər. Yəni Space” televiziyasında mövcud qaydalara görə aparıcıların səhər saat 9-dan axşam 6-ya qədər iş rejimi mövcud olmamışdır. İş rejiminin hansı saatdan başlayıb hansı saata qədər davam etməsi ilə bağlı hər hansı sənədə imza atmamışlar. O özü də Cavabdeh televiziyasında işləyərkən həmişə sərbəst qrafiklə işə gəlib-getmişdir. Ona iş rejimi barədə heç nə deyilməmişdir. Əgər belə qayda mövcud olmuş olsa idi, onu da həmin əsasla işdən azad edərdilər. Onun iş rejimi gündəlik olduğu üçün həftələrlə işə gəlməyə bilməzdi. Verilişi hər gün efirə getdiyi üçün məcbur idi ki, hər gün işə gəlsin. Onlar verilişlə bağlı məsələləri baş redaktora bildirib təsdiqləmişlər. Lakin bütün halda məsuliyyət layihə rəhbərinin üzərinə düşürdü. İddiaçının işdən azad olunması ilə bağlı qeyd edir ki, İddiaçı da iş qrafiki sərbəst müəyyənləşdirilmişdir. Qeyd edir ki, əvvəllər telekanalın binasında aparıcı, layihə rəhbəri və layihənin digər işçilərinin ümumi otağı mövcud olmuşdur. Həmin ümumi otaqda işçilərin oturub işləmək üçün stolu və zəruri texniki ləvazimatları olmuşdur. Hətta Zamirə də həmin otaqdan istifadə etmişdir. Vadim Korovin telekanala rəhbər təyin edildikdən sonra onlar həmin ümumi otaqdan çıxarılmış və otağın təyinatı dəyişdirilərək montaj və ya anons otağı olmuşdur. Ona isə səhər proqramının təşkili üçün qapının ağzında balaca otaq vermişlər ki, öz komandası ilə yəni prodüser, redaktor və rejissor ilə həmin balaca otaqda əyləşsinlər. Buna qədər isə iddaçı Zamirə də daxil olmaqla hamısı yaradıcılıq departamentinin otağında oturmuşlar. Həmin otaq bağlandıqdan sonra ona otaq verilsə də, Zamirə xanıma otaq verilməmişdir. Bunun necə əsaslandırıldığını isə bilmir. Ona verilmiş balaca otaqda isə dəfələrlə olub ki, Zamirə gəlib öz paltarını asıb, çantasını qoymaq üçün istifadə etmişdir. Zamirənin ay ərzində neçə dəfə işə gəlib-getməsi barədə dəqiq məlumatı yoxdur. Lakin onda olan məlumata görə Zamirənin həftədə bir dəfə verilişi efirdə yayımlanmışdır. Veriliş isə adətən “Halikarnas” adlı restoranda çəkilmiş, verilişin montaj işləri isə studiyada aparılmışdır. Təcrübəyə görə bir verilişin hazırlanmasına 1-2 gün vaxt sərf edilir. Bu müddət verilişin detallarından asılı olaraq dəyişə bilir. Öz verilişinin redaktə edilib təsdiqlənməsi isə Zamirənin öhdəliyində olmuşdur. Zamirə əvvəllər verilişi Elnurə xanımla danışıb təsdiqləyirdi. Televiziyanın rəhbərliyi dəyişdikdən sonra onda olan məlumata görə Zamirədən gündəlik işə gəlməsi tələb edilməyib. Əvvəlki rəhbərlərin vaxtında olduğu kimi yeni rəhbərlik tərəfindən iş vaxtı ilə bağlı ümumiyyətlə yeni qaydalar müəyyənləşdirilməyibdir. Hətta yeni rəhbərlik təyin edildikdə o, baş redaktora bildirmişdir ki, bir iclas təşkil edib onlardan tələb olunanlar açıq şəkildə bildirilsin. Lakin rəhbərlik tərəfindən bu cür iclasın keçirilməsi təşkil edilməmişdir. Telekanaldan bir çox aparıcılar işdən çıxarılmış, lakin onların hansı səbəbdən çıxarıldığı bilinməmişdir. Zamirənin işdən azad edilməsi ilə bağlı onunla Cavabdeh televiziyasının rəhbər şəxsləri ilə arasında aparılan danışıqlardan məlumatsızdır. Amma bilir ki, Zamirəni işə gəlməmə səbəbi ilə işdən çıxarmışlar. Verilmiş suallara cavab olaraq bildirir ki, o, işlədiyi televiziyalardan yalnız “ANS” televiziyasında işləyərkən konkret iş rejimi olmuş, işlədiyi digər televiziyalarda isə iş rejimi aparıcılara münasibətdə sərbəst qaydada müəyyənləşdirilmişdir. Cavabdeh televiziyasında da aparıcıların konkret iş rejimi olmayıb. Lakin digər texniki heyətə münasibətdə konkret iş rejimi olmuşdur. Yeni rəhbərliyin təchizatla bağlı kifayət qədər problemləri olmuş. Hətta ona uzun müddət keçdikdən sonra kompyüter vermişlər. 2023-cü ilin fevral ayından aprel ayınadək Cavabdeh-də işlədiyi dövrdə Zamirəyə hər hansı kompyüter və ya stol verilməsinin şahidi olmamışdır. Əvvəllər olub ki, hansı proqram layihəsi bitib, yeni layihə başlayanadək 2-3 aylıq müddət ərzində işə gəlməmişdir. İşə gəlmədiyi həmin müddətdə stabil əmək haqqını almışdır. Yəni iş olmadığı halda studiyaya gəlməyin əhəmiyyəti olmamışdır. Ümumilikdə kanalda idarəetmə zəif olmuş, 5 idarəçi: İlqar Fətiyev, Elnurə xanım və digərləri olmuş, bu səbəbdən kimə müraciət edəcəkləri ilə bağlı çaşqınlıq yaranmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, hazırda Baku TV-də işləyir. Əvvəl “AZTV” və Cavabdeh televiziya kanallarında, Cavabdeh-də isə 2006-cı ildən 2023-cü ilin fevral ayınadək işləmişdir. Cavabdeh televiziyasından işdən azad edilməsinin səbəbi yeni rəhbərliklə anlaşa bilməməsi olmuşdur. Cavabdeh televiziyasında əsas vəzifəsi bədii rəhbər olaraq kanalın bədii hissəsinə, yəni yaradıcılığına baxmaq olmuşdur. Verilişlərin hazırlanması, məzmunu, quruluşu, çəkilişinə də nəzarət etmişdir. İddiaçı tanıyır. Əvvəllər Zamirənin verilişin rejissoru olmuşdur. Həmin verilişin çəkilişi “Halikarnas” adlı restoranda aparılmışdır. Çəkilişi Zamirə özü təşkil etmiş, montaj işlərini isə bəzən işdə, bəzən də evdə görmüşdür. Ev şəraitinə keçmənin səbəbi daha rahat olmağı idi. Bu təkcə Zamirə xanım üçün deyil, eyni zamanda televiziya üçün də rahat idi. Zamirənin Cavabdeh televiziyasında ayrıca otağı və ya ayrıca masası olmayıb. Zamirə və ya digər aparıcılar kanalın binasına çəkiliş olduğu müddətdə gəlibdir. Çəkiliş əgər həftə ərzində bir dəfə olubsa, onda aparıcı işə bir dəfə gəlirdi. Əgər çəkiliş olmurdusa, aparıcı gəlmirdi. Çəkiliş və montaj varsa onlar işə gəlirdi. Qonaqlar və proqramın mövzusunu telefon vasitəsi ilə razılaşma yoluyla həll edilirdi. Cavabdeh televiziyasında işləyərkən əmək müqaviləsində yazılan iş rejiminin xüsusiyyətindən məlumatı yoxdur. Amma ümumən yaradıcı təşkilatlarda, televiziyalarda aparıcılar çox vaxt sərbəst rejimdə işləyirlər. Yəni çəkilişi olanda gəlib-gedirlər. Gündəlik səhər saat 9-dan axşam 6-ya qədər olan iş rejimi aparıcılarla bağlı olmayıb. Lakin, növbəli işlərdə işləyən operator, prodüser, rejissor kimi işçilər hər gün televiziyada olmalı idilər. Aparıcı gündəlik işə gəlməyəndə stabil əmək haqqını alırdı. Onlarda məvacib verilişə görə deyil və stabil əmək haqqı idi. Hansısa səbəbdən aparıcının verilişi efirə getməsə belə o bütün halda əmək haqqını alırdı. O, yeni rəhbərliklə 2 həftə işləmiş və bu müddət ərzində rəhbərliyin təşkil etdiyi iclas barədə məlumatı olmayıb. İddiaçı Cavabdeh televiziyasında işlədiyi müddətdə məsuliyyətli işçi kimi tanımışdır. Hətta Zamirənin müsbət fəaliyyəti ölkə rəhbərliyi tərəfindən tərəqqi medalı ilə təltif edilmiş və mənzillə mükafatlandırılmışdır. Zamirənin studiyada ayrıca otağı və ya kompüteri heç vaxt olmayıb, çünki buna zərurət yox idi və umumi zal olubdur, ümumiyyətlə hamının ayrıca kompüteri olmayıb, bir kompüterdən bir neçə işçi istifadə edə bilirdi. Zamirəyə isə vəzifəsi ilə əlaqədar ayrıca kompüter və ya ləvazimat verməyə ehtiyac yox idi. Lazım olan zaman 1 saatlıq, 2 saatlıq kompüter arxasında oturaraq mətn yazırdı. Onda olan məlumata görə Zamirənin verilişi bağlandığı üçün o, işdən çıxmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2021-ci ildə Cavabdeh televiziya kanalında işə qəbul olmuş, 2 il müddət ərzində “Space maqazin” verilişinin layihə rəhbəri və aparıcısı olmuş, 2023-cü ilin iyul ayında işdən çıxmışdır. Onun verilişi həftədə 1 dəfə efirə getmişdir. Verilişi şou-bizneslə bağlı olmaqla işə ara-sıra gəlib-getmişdir. Dolayısı ilə hər gün işə getmək məcburiyyəti olmamışdır. İş rejimi sərbəst qrafik üzrə müəyyənləşdirilmişdir. İddiaçı ilə bir televiziyada işləsə də, layihələri ayrı olmuşdur. Əvvəl studiyada ümumi montaj otağı olmuşdur. Digərləri kimi Zamirə də orada otururdu. Ümumiyyətlə televiziyada işin gedişatına uyğun olaraq, hər işçiyə xüsusi ayrılmış kompüter və şəxsi masa olmamışdır. Dolayısı ilə hər kəs ümumi otaqdakı uyğun kompyüterdən istifadə edə bilərdi. Əgər kompüter hər hansı işçiyə aiddirsə, o işçi olmayanda icazə alıb istifadə edirdilər. Zamirə üçün də kompüter və stol ayrılmamışdır. Vadim Korovin rəhbər təyin edildikdən sonra ümumi otaq anons otağı kimi fəaliyyətə başlamışdır. Ümumi otaq bağlandıqdan sonra Zamirə ilə rastlaşmamış, onun hansısa otağa yerləşdirilməsi ilə bağlı məlumatı olmamışdır. Eləcə də yeni rəhbərlik tərəfindən gündəlik olaraq səhər saat 9dan, 6-ya qədər işdə olmaq tələbi aparıcılara bildirilməmiş və işçilərə iş rejimi qaydasının bildirilməsi ilə bağlı hər hansı iclas keçirilməmişdir. O, elə vaxtlar olmuşdur ki, heç həftə ərzində işə gəlməmiş, buna görə ona irad bildirilməmişdir. Yəni o, əvvəl olduğu kimi sərbəst qrafiklə iş rejiminə davam etmişdir. Onunla olan əmək müqaviləsinə isə xitam verilərkən rəhbərlik tərəfindən bildilirmişdir ki, veriliş bağlandığı üçün əmək müqaviləsinə xitam verilir və o, işdən ixtisarla bağlı azad edilir. Lakin veriliş bağlanmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Cavabdeh televiziyasında insan resursları üzrə mütəxəssis vəzifəsində işləyir. Əsas vəzifəsi kadr işləri ilə bağlıdır. İddiaçı tanımır. Telekanalda onu əvvəllər görməmiş, ilk dəfə olaraq məhkəmə iclasında onunla rastlaşır. Bildirir ki, rəhbərliyin ümumi qəbul edilmiş qərarına əsasən kanalda bəzi reytinq verməyən verilişlərin, bəzi aparıcı vəzifələrinin ixtisar edilməsi və əsaslı struktur dəyişikliklərinin aparılması, yeni layihələrin yaradılması nəzərdə tutulmuşdur. İxtisarı planlaşdırılmış verilişlərdən biri də İddiaçı rəhbərlik etdiyi “Açıq söhbət” verilişi olmuşdur. Bununla bağlı olaraq Cavabdeh MTRŞ-nin direktoru V.Korovin tərəfindən 27 aprel 2023-cü il tarixli 1k-1-479 saylı əmr imzalanmışdır. Həmin əmrə əsasən aparıcı İddiaçı vəzifəsi ixtisara salınmışdır. Bununla bağlı xəbərdarlıq məktubu və əmrin surəti İddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada poçt vasitəsilə onun yaşadığı ünvana göndərilmişdir. Lakin poçt göndərişi bina söküldüyü üçün geri qayıtmışdır. Bu səbəbdən o, İddiaçı ixtisarla bağlı məlumatlandırmaq üçün onun istifadəsində olan mobil telefon nömrəsinə “Whatsapp” mesajlaşma proqramı vasitəsilə xəbərdarlıq məktubunu göndərmişdir. Eyni zamanda iddiaçıya izah etmişdir ki, qanunvericiliyin tələbinə görə onun vəzifəsi ixtisar edildiyi üçün ona 9 həftə öncədən xəbərdarlıq edilir, həmçinin ona həftə bir gün istirahət vaxtı verilir ki, özünə yeni iş tapmaq imkanı olsun. Eləcə də ona bildirir ki, əmək müqaviləsinə ixtisarla bağlı xitam verildikdə orta əmək haqqının iki misli miqdarında birdəfəlik müavinət almaq hüququ vardır. Ümumilikdə isə qeyd edir ki, onun sms vasitəsilə işçini məlumatlandırmaq vəzifəsi yoxdur, o, sənədləri işçinin yaşadığı ünvana göndərməklə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Hazırkı halda isə, iddiaçıya “Whatsapp” mesajlaşma proqramı vasitəsilə xəbərdarlıq məktubunun surətini insaniyyətliyindən irəli gələrək göndərmişdir. Bundan sonra iddiaçı onun şəxsi mobil nömrəsini “Facebook” sosial şəbəkəsində olan səhifəsində paylaşaraq yaymışdır ki, guya onun əmək kitabçasını vermirlər. Bundan sonra o, mənəvi sarsıntı keçirmiş və tanımadığı şəxslərdən ona zənglər gələrək narahatçılıq keçirmişdir. Daha sonra ixtisarın aparılmasının onlara lazım olmadığını düşünüb, ixtisarla bağlı verilmiş əmr ləğv edilmişdir. Lakin əmrin ləğvinə dair yeni əmrin hansı tarixdə verilməsini xatırlamır. Verilmiş suala əsasən bildirir ki, əmrlərin qeydiyyatını (reyestrini) lazımı qaydada kompyüterdə və jurnallarda aparır, buna dair sübutlarını məhkəməyə təqdim edə bilər. İxtisarla bağlı əmrin ləğvinə dair yeni əmrin surətini iddiaçıya poçt vasitəsilə göndərmiş, buna baxmayaraq ünvana çatdırılmayaraq geri qayıtmışdır. Lakin “Whatsapp” mesajlaşma proqramı vasitəsilə məlumatlandırmaq onun vəzifəsi olmadığından iddiaçıya bu qaydada əmrin surətini göndərməmişdir. Çünki hesab edir ki, onun kifayət qədər işləri var və vəzifəsi iddiaçı ilə bütün günü mesajlaşmaq deyildir. İddiaçının iş vaxtı rejimi ilə bağlı qeyd edir ki, əvvəllər Zamirənin nə vaxt işə gəlib-getməsini bilmir, lakin hesab edir ki, işçi olaraq hər gün işə gəlməli idi və bu onun vəzifəsidir. İşçilərin işə gəlmə davamiyyəti ilə bağlı jurnal tərtib etməmiş və buna dair qrafik yoxdur. Etiraf edir ki, “Whatsapp” vasitəsi ilə iddiaçıya iyul ayında işdən azad edilməsi ilə bağlı ərizə yazmasını bildirmişdir. Buna səbəb o, olmuşdur ki, ixtisarın olmasını istəməyiblər, iddiaçıya öz arzusu ilə işdən azad olunma barədə ərizə yazmasını bildiriblər. İddiaçının işə gəlməməsinə dair tərtib edilmiş aktlara münasibətdə isə qeyd edir ki, aktlarda adları qeyd edilməyən, lakin imzalamış şəxslərdən insan resursları departamentinin müdiri kimi, o, özü, təhlükəsizlik departamentinin müdiri kimi İnayət Qasımov, baş redaktor kimi Elnurə Nağıyeva tərəfindən imzalanmışdır. Qeyri-iş günlərində işçinin işə çıxmaması ilə bağlı aktlarda qeydiyyatla bağlı bildirir ki, o, yanlışlığa yol vermişdir. İddiaçı işə gəlmədiyindən onun izahatını almamışdır. Onu axtarmaq vəzifəsi deyildir, onda bir yaşayış ünvanına dair məlumat var idi, hansı ki, iddiaçı orada da yaşamırdı. İşçilərin davamiyyəti ilə bağlı tabel cədvəli olmayıb, facekontrola əsasən tabel cədvəli tərtib edilib ki, məhkəməyə sübut olaraq təqdim edilsin. İddiaçının fevral-mart-aprel aylarında işə gəlibgəlməməsini bilmir, hesab edir ki, iddiaçı işə gəlməmiş olsa da belə verilişləri efirə getdiyi üçün həmin aylarda ona əmək haqqı ödənilib. Aprel ayından sonra iddiaçı işə çıxmadığı üçün ona əmək haqqı ödənilməyibdir. Əmək haqqı ödənişlərinə nəzarət etmədiyi üçün bu barədə dəqiq məlumatı yoxdur. İddiaçının verilişləri efirə getdiyinə görə hesab edir ki, o, əvvəlki aylarda işə gəlirmiş, lakin gündəlik işçiyə nəzarət etməyibdir. İddiaçının işdən azad edilməsi haqqında iki eyni tarixli, eyni nömrəli lakin məzmununda fərqlilik olan əmrlərlə bağlı bildirir ki, yanlışlığa yol verdiyindən, sonradan əmrləri yeni məzmunda tərtib etmiş, rəhbərlik isə imzalamışdır. Aktları da o, hazırlayıb imzalatdırırdı. Aprel ayından 1 dəfə də olsun ki, iddiaçı işə gəlməmişdir. Xəbərdarlıq əmri verilsə də qanuna əsasən o hələ işçi hesab olunurdu, işə gəlməlidir ki, ona əmək haqqı verilsin. İşçi gəlməyəndə isə səbəbləri barədə sənəd təqdim etməlidir. İşçini işdən çıxarmır, sadəcə aktlaşdırır. Aktlarda da səhvlər olub, hesab edir ki, səhv edə bilər. O, səhv etdiyindən yeni əmr vermişdir. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, iddiaçı xx.xx.2006-cı ildən etibarən Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-də işə başlamış və sonuncu vəzifəsi müxbir-aparıcı olmuşdur. Cavabdeh tərəfindən iddiaçının vəzifəsinin ixtisarı ilə bağlı xx.xx.2023-cü il tarixli 1k-1-479 saylı əmr verilmiş və bu barədə xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus mobil telefon nömrəsində istifadə olunan “Whatsapp” proqram vasitəsilə eyni tarixli xəbərdarlıq məktubunu ona göndərməklə məlumatlandırmışdır. Bundan sonra cavabdeh tərəfindən vəzifənin ixtisarı barədə verilmiş xx.xx.2023-cü il tarixli 1k-1-479 saylı xx.xx.2023-cü il tarixli 1k-1-490 nömrəli əmrə əsasən ləğv edilmişdir. Bundan sonra cavabdeh tərəfindən iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə gəlməməsi barədə müxtəlif tarixli aktlar tərtib edilmişdir. Bundan sonra cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1k-1-511 nömrəli əmrə əsasən iddiaçı AR ƏM-nin 72-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilmiş və əsas olaraq onun işə gəlməməsi və iyul aktı göstərilmişdir. Həmçinin X6 Xidmətinin Bakı şəhər idarəsinin MN seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verilməsi əsası ilə Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin direktoru X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1700 manat cərimə edilməsi və inzibati cərimənin şərti tətbiq edilməsi qərara alınmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən verilmiş “İşdən azad edilmə barədə” xx.xx.2023cü il tarixli, 1k-1-511 nömrəli əmrin ləğv edilərək əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsini tələb edir. Cavabdeh isə iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə gəlməməsini, bununla da onun əmək vəzifələrini kobud şəkildə pozmaqla, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək “İşdən azad edilmə barədə” xx.xx.2023-cü il tarixli, 1k-1-511 nömrəli əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olmasını iddia edir və iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, tərəfləri dinləyib, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcələsinin Əmək Məcəlləsinin 2-ci maddəsinin üçüncü bəndinə əsasən Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinə görə Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; “c” bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifəsidir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər, 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən isə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 2-ci hissəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 77-ci maddsəinin 1-ci hissəsinə görə İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Həmin Məcəllənin 77-ci maddənin 2-ci hissəsinə görə xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 3-cü hissəsinə görə əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 77-ci maddənin 4-cü hissəsinə görə işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84-cü maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Həmin Məcəllənin 85-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri (sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. Həmin Məcəllənin 85-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. 3-cü hissəsinə əsasən bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Həmin Məcəllənin 94-cü maddəsinin 1-ci və 2-ci hissələrinə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işçi ilə işəgötürənin qarşılıqlı razılığı ilə natamam iş vaxtı — natamam iş günü, yaxud natamam iş həftəsi müəyyən edilə bilər. Natamam iş vaxtının müddəti və onun qüvvədə olduğu zamanın — ayın, ilin davamiyyəti tərəflərin razılığı ilə müəyyən edilir. Maddənin 4 və 5-ci hissələrinə əsasən Natamam iş vaxtı əməyin ödənilməsi ya əmək funksiyasının icrasına sərf olunan vaxta mütənasib, ya da tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir. Əmək funksiyasını natamam iş vaxtında yerinə yetirən işçilərin bu Məcəllə və ya əmək müqaviləsi ilə müəyyən edilmiş əmək hüquqlarının hər hansı şəkildə məhdudlaşdırılması yolverilməzdir. Həmin Məcəllənin 94-cü maddəsinin 1-ci və 2-ci hissələrinə görə iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. Həmin Məcəllənin 104-cü maddəsinin 1-ci hissəsinə görə hər bir işçiyə həftələrarası fasiləsiz istirahət günlərindən istifadə etməyə şərait yaradılmalıdır. Həftələrarası istirahət günlərinin sayı beşgünlük iş həftəsində iki gün, altıgünlük iş həftəsində isə bir gün olmalıdır. 2-ci hissəsinə görə iş vaxtının cəmlənmiş uçotu zamanı istirahət günləri, həmkarlar ittifaqları təşkilatı ilə razılaşdırılmış növbə cədvəlinə uyğun olaraq verilir. Həmkarlar ittifaqları təşkilatı olmayan iş yerlərində isə bu qayda əmək müqaviləsi ilə tənzimlənir. Həmin Məcəllənin 147-ci maddəsinin 1-ci hissəsinə görə Əmək normaları — hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir. Maddənin 4-cü hissəsinə görə hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın. Həmin Məcəllənin 150-ci maddəsinin 1-ci hissəsinə görə daimi hasilat normaları (vaxt normaları) və xidmət normaları qeyri-müəyyən müddət üçün qoyulur və dəyişdirilən vaxtadək qüvvədə qalır. Həmin Məcəllənin 146-cı maddəsinin 2-ci hissəsinə görə işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169-cu maddəsinin 1-ci hissəsinə əsasən boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. 2-ci hissəsinə görə işçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə görə işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir. Həmin maddənin 2-ci hissəsinə görə işçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər. Həmin Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə görə (1-ci hissə). İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Belə ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçı cavabdeh Cəmiyyətdə uzun illər ərzində, yəni xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək müxtəlif verlişlər üzrə müxbiraparıcı vəzifəsində işləmişdir. Onunla bağlanmış xx.xx.2006-cı il tarixli əmək müqaviləsinin 4.17-ci bəndinə əsasən iş saatı normalaşdırılmamış rejimlə müəyyən edilmişdir. İddiaçının özünün izahatından və şahid ifadələrindən müəyyən edilir ki, ölkə ərazisində fəaliyyət göstərən televiziya kanallarında işləyən müxbir-aparıcılara münasibətdə sərbəst iş qrafiki müəyyən edilir. Dolayısı ilə tərəflər arasında əmək hasilat normaları və vaxt normaları əmək müqaviləsinə əsasən müəyyənləşdirilmişdir. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən “Açıq söhbət” verilişinin aparıcısı İddiaçı həftədə bir dəfə yayımlanan verilişin çəkilişlərini Bakı şəhərində fəaliyyət göstərən “Halikarnas” restoranında aparmış, bəzən verilişin montaj və redaktə işlərini yaşadığı mənzildə həyata keçirib cavabdehə təhvil vermişdir. Bu qayda 2023cü ilin fevral ayınadək qüvvədə olmuşdur. Bundan sonra 2023-cü ilin fevral ayında Cəmiyyətin direktoru vəzifəsinə Vadim Korovin təyin edilmişdir. İşin faktiki hallarından göründüyü kimi yeni rəhbərlik tərəfindən işçilərlə görüş təşkil edilməmiş, onlara yeni hasilat normaları, o cümlədən iş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı rəsmi qaydada xəbərdarlıq verilməmişdir. Cavabdeh tərəfindən buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Hətta iddiaçı mart-aprel ayları üzrə eyni qaydada işləyib, bu müddətdə 4 veriliş hazırlayıb cavabdehə təhvil vermişdir ki, onlardan yalnız biri müsahibin öz təkidi ilə efirdə yayımlanmışdır. Qeyd olunan hal isə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli əmrlə işdən azad olunanadək qüvvədə olan normalaşdırılmamış iş vaxtı rejimi qaydasında cavabdeh Cəmiyyətdə işləməyə davam etmişdir. Eyni zamanda işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən hazırlanmış “Açıq söhbət” verilişi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə efirdə yayımlanmışdır. Bundan sonra iddiaçının cavabdehə təhvil verdiyi digər iki verilişin yayımlanması ona məlumat verilmədən cavabdeh tərəfindən dayandırılmışdır. Yalnız xx.xx.2023-cü il tarixdə cavabdeh Cəmiyyətin İR üzrə mütəxəssisi Şahid1 “Whatsapp” vasitəsilə iddiaçıya sms və xəbərdarlıq məktubu göndərməklə tutduğu vəzifənin ixtisar olunması ilə bağlı xx.xx.2023-cü il tarixli əmr haqqında məlumat vermiş, eyni zamanda ona xx.xx.2023-cü il tarixli məktubun fotoşəklini göndərmişdir. Həmin vaxt cavabdehin nümayəndəsi xəbərdarlıq məktubunun bu şəkildə ona təqdim edilməsinin səbəbini onunla izah etmişdir ki, poçt vasitəsilə göndərilmiş məktublar ünvanda olmadığı üçün geri qaytarılır. Qeyd olunan hal şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə öz təsdiqini tapır. Lakin cavabdeh tərəfindən ştatın ixtisarı ilə bağlı əmək qanunvericiliyi ilə müəyyən edilmiş zəruri tədbirlərin görülməsi, buna dair qəbul edilmiş xx.xx.2023-cü il tarixli, 1k-1-479 nömrəli əmrlə iddiaçının tanış edilməsi ilə bağlı məhkəməyə sübut təqdim edilməmişdir. Bunun əksinə olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin Prezidenti adından Vadim Korovin tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş xx.xx.2023-cü il tarixli, 1k-1-479 nömrəli “Verilişin efirdən çıxarılması və ştatların ixtisarı barədə” əmrin əslinin məzmunundan müəyyən edilir ki, Cavabdeh telekanalı efirində yayımlanan “Açıq söhbət” verilişinin rentabelli olmamasının, ona istehlakçı tələbatının azalmasının və verilişin reytinqinin kəskin enişinin müşahidə olunması ilə əlaqədar xx.xx.2023-cü il tarixdən aparıcı İddiaçı vəzifəsinin ixtisara salınması və əmrin icrasına nəzarətin İnsan Resursları üzrə mütəxəssis Şahid1 həvalə edilməsi əmr edilmişdir. Eyni zamanda məhkəmənin sorğusuna əsasən DƏMX-nin Bakı şəhər İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş araşdırma materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən həmin idarəyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 1k-1-479 nömrəli əmrin məzmunu ilə məhkəməyə sübut olaraq təqdim edilmiş eyni tarixli və eyni nömrəli əmrin məzmunu arasında fərqlilik mövcuddur. Belə ki, eyni tarixli və nömrəli əmrin məzmununda: 1) xx.xx.2023-cü il tarixdən etibarən Mədəniyyət və elmi kütləvi proqramların yaradıcı heyətinin aparıcı ştatında çalışan əməkdaşlara ştatın ixtisarı ilə bağlı müddətlər nəzərə alınmaqla bildirişlərin göndərilməsi, 2) əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ixtisar ediləcək ştatlarda çalışan işçilərə xəbərdarlıq edilməsi, 3) əmrin icrasına nəzarətin İnsan Resursları üzrə mütəxəssis Şahid1 həvalə edilməsi əmr edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının tutduğu vəzifəyə uyğun olaraq ştatın ixtisar edilməsinə dair iki bir-birinə ziddiyyət təşkil edən əmr tərtib edilmişdir. Qeyd olunan halla bağlı cavabdehin İR üzrə mütəxəssisi Şahid1 məhkəmədə şahid qismində dindirilərkən o, bildirmişdir ki, yalnışlığa yol verdiyindən yenidən əmri tərtib etmiş və rəhbərlik tərəfindən imzalanmışdır. Məhkəmə bu faktla bağlı qeyd edir ki, xx.xx.2023-cü il tarixli, 1k-1-479 nömrəli məzmunca bir-birinə ziddiyyət təşkil edən iki əmrin mövcud olması özü-özlüyündən həmin sənədlərin etibarsızlığına dələlət edir. Bundan başqa məhkəmə araşdırması ilə müəyyən edilir ki, iddiaçının tutduğu vəzifənin ixtisar edilməsinə dair xx.xx.2023-cü il tarixli, 1k-1-479 nömrəli əmr cavabdeh tərəfindən rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, 1k-1-490 nömrəli əmrlə ləğv edilmiş, həmçinin sonuncu əmrdə aidiyyəti şəxslərin tanışlığının təmin edilməsi nəzərdə tutulmuşdur. Yeni qəbul edilmiş əmrin birbaşa iddiaçıya aid olmasına baxmayaraq, qeyd olunan əmrin iddiaçıya göndərilməsi və Cəmiyyətin işçilərinin tanış edilməsi barədə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Bununla yanaşı cavabdeh tərəf ümumiyyətlə qeyd olunan əmrin əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq qeydiyyatının aparılmasına dair sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ştatın ixtisar edilməsi ilə bağlı hərəkətləri əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Göstərilənlərlə yanaşı, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tutduğu vəzifənin ixtisar edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubuna əsasən məlumatlandırıldıqdan sonra cavabdeh tərəfindən onun hər hansı işin görülməsinə cəlb edilməsinə təşəbbüs göstərilməmiş, xx.xx.2023-cü il tarixədək onun üzürsüz səbəbdən işə gəlməməsi ilə bağlı ona rəsmi qaydada xəbərdarlıq verilməmişdir. Bunun əksinə olaraq şahid ifadələrinə əsasən müəyyən edilmişdir ki, əvvəllər telekanalda fəaliyyət göstərən aparıcıların ümumi istifadəsində olan otaq mövcud olmuşdur. Yeni rəhbərlik təyin edildikdən sonra qeyd olunan otaq ləğv edilmiş, bundan sonra iddiaçıya əmək funksiyasını lazımınca icra etməsi üçün zəruri şərait yaradılmamış, onun işləməsi üçün zəruri olan ləvazimatlarla təmin edilməmişdir. Qeyd olunan hallar şahid ifadələri ilə öz təsdiqini tapır, cavabdeh isə bunun əksinə dəlalət edən hər hansı sübut təqdim edə bilməmişdir. Bundan başqa işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 1k-1-511 nömrəli əmrə əsasən işdən azad edilmişdir. Lakin DƏMX-nin Bakı şəhər idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş araşdırma materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən həmin idarəyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 1k-1-511 nömrəli əmrin məzmunu ilə məhkəməyə sübut olaraq təqdim edilmiş eyni tarixli eyni nömrəli əmrin məzmunu arasında fərqlilik mövcuddur. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi eyni əmr iki bənddən ibarət olmaqla: 1) Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin “Mədəniyyət və elmi-kütləvi proqramlar yaradıcı heyəti” strukturunun aparıcısı İddiaçı xx.xx.2023-cü il tarixdən AR əmək Məcəlləsinin 72-ci maddəsinin ikinci hissəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “a” bəndi, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi) tutduğu vəzifədən azad edilməsi və 2) işçiyə istifadə etmədiyi 61 gün əmək məzuniyyətinə görə son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanaraq ödənilməsinin mühasibatlığa həvalə edilməsi əmr edilmişdir. Əmrin qəbul edilməsinə əsas iyul ayının aktı qeyd edilmişdir. Digər eyni tarixli və eyni nömrəli əmrin məzmununda: 1) yeni ad/“Mədəniyyət və elmi-kütləvi proqramlar yaradıcı heyəti” bölməsində “Aparıcı” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70-ci maddəsinin “ç”-işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilməsi, 2) işçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək istifadə edilməmiş 61 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi, 3) işçinin əmək kitabçasında lazımı qeydlər aparılaraq özünə təhvil verilməsi əmr edilmişdir. Sonuncu əmrdə əmək müqaviləsinin rekvizitinə görə nömrə qeyd edilməsinə baxmayaraq, məhkəməyə təqdim edilmiş əmək müqaviləsinin tarixi qeyd edilsə də qeydiyyat nömrəsi göstərilməmişdir. Ona görə də xxxxxxx000100 nömrəli əmək müqaviləsinin mövcudluğu özü-özlüyündə şübhə yaradır. Göründüyü kimi, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair iki bir-birinə ziddiyyət təşkil edən eyni tarixli və eyni nömrəli əmr tərtib edilmişdir. Eyni zamanda hər iki əmr AR ƏM-nin 84-cü maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Qeyd olunan halla bağlı cavabdehin İR üzrə mütəxəssisi Şahid1 məhkəmədə şahid qismində dindirilərkən o, bildirmişdir ki, digər əmrdə olduğu kimi yalnışlığa yol verdiyindən yenidən əmri tərtib etmiş və rəhbərlik tərəfindən imzalanmışdır. Məhkəmə qeyd olunan faktla bağlı qeyd edir ki, xx.xx.2023-cü il tarixli, 1k-1-511 nömrəli məzmunca bir-birindən kəskin fərqlənən iki əmrin mövcud olması özü-özlüyündən həmin sənədlərin etibarsızlığına dələlət edir. Bundan başqa, hər üç əmrin qeydiyyatı ilə bağlı sübutların təqdim edilməsi məhkəmə tərəfindən cavabdehdən tələb edilmiş, lakin cavabdeh məhkəməyə buna dair sübut təqdim edə bilməmişdir. Həmçinin işin hallarında görünür ki, iddiaçının işdən azad edilməsinə əsas onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək gündəlik işə gəlməməsi olmuşdur. Cavabdehin qeyd olunan halla məhkəməyə sübut olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müvafiq aylar üzrə, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli ayrı-ayrılıqda günlər üzrə tərtib edilmiş aktlardan görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işdə olmaması aşkar edilmişdir. Beləliklə, cavabdeh tərəfindən bir neçə akt tərtib edilməsinə baxmayaraq xx.xx.2023-cü il tarixli, 1k-1-511 nömrəli əmrdə əsas olaraq göstərilən aktın konkret tarixi qeyd edilməmişdir. Aktlara münasibətdə məhkəmə qeyd edir ki, müqayisəli şəkildə təhlil edildikdə aktların kim tərəfindən tərtib edilməsi və imzalanması, ad, soy adı və digər məlumatlar göstərilmədiyindən müəyyən etmək mümkün deyildir. Yalnız baş redaktor, nəzarət xidmətinin rəisi və İR üzrə mütəxəssis qrafalarında imzalar vardır, lakin həmin imzaların kim tərəfindən icra edilməsi göstərilməmişdir. Bundan başqa 2023-cü ilin təqviminə görə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlər həftənin şənbə və bazar günlərinə təsadüf etməklə qeyri-iş günləridir. Beləliklə, işçiyə, əgər ayrı qayda müəyyən edilməyibsə əmək qanunvericiliyinin tələblərini pozmaqla istirahət günü işə gəlməməsinə dair akt tərtib edilməsi pozuntu kimi qiymətləndirilməlidir. Belə ki, hazırkı halda əmək müqaviləsində iddiaçının iş vaxtı normalaşdırılmamış qeyd edilməklə, onun beşgünlük və ya altıgünlük iş həftəsi rejimində işləməsini müəyyən etmək mümkün deyil. Cavabdeh qeyd olunan aktları hansı müəyyən edilmiş qaydaya görə tərtib edildiyini məhkəmədə izah edə bilməmişdir. Həmçinin iş materiallarından müəyyən edilir ki, aktlar iddiaçıya təqdim edilməmiş və ya iddiaçının həmin aktlara dair hər hansı mülahizəsi qeyd olunmamışdır. Həmçinin işin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu təqdim edildikdən sonra bir daha onunla əlaqə yaratmamış və onun işə dəvət edilməsi cəhd edilməmişdir. Cavabdeh aidiyyəti orqanlara ünvanladığı məktubunda iddiaçıya dəfələrlə xəbərdarlıq edilməklə xx.xx.2023-cü il tarixdən etibarən işə çıxmasının tələb edildiyini iddia etməsinə baxmayaraq, buna dair məhkəməyə sübut təqdim edilməmişdir. Bunun əksinə olaraq yalnız iddiaçının DƏMX-nə müraciəti qeydiyyata alındıqdan sonra cavabdehin nümayəndəsi dərhal, bir neçə dəqiqədən sonra iddiaçı ilə onun istifadəsində olan mobil telefonla əlaqə yaratmış və öz arzusu ilə işdən azad edilməsinə dair ərizə yazması bildirilmiş, imtina edildikdə isə onun işdən azad edilməsi əmrlə rəsmiləşdirilmişdir. Məhkəmə araşdırması zamanı isə iddiaçıya xəbərdarlıqların, o cümlədən ixtisarla bağlı əmrin ləğvi haqqında 12 may 2023-cü il tarixli əmrin göndərilməsi haqqında sübut təqdim edilməmişdir. Qeyd olunan hallar cavabdehin İR üzrə mütəxəssisinin şahid qismində verdiyi ifadəsi ilə də öz təsdiqini tapır. Belə olan halda cavabdeh cəmiyyətin naməlum əməkdaşları tərəfindən bir tərəfli qaydada tərtib edilmiş aktları məhkəmə tərəfindən mötəbər sübut olaraq qəbul edilə bilməz. Məhkəmə cavabdehin sübut olaraq işə davamiyyət cədvəlinə münasibətdə qeyd edirik, iddiaçının özünün izahatı və şahidlərin ifadələrindən müəyyən edilir ki, İddiaçı 2023-cü ilin yanvar ayı üzrə 23 gün, fevral ayı üzrə 24 gün, mart ayı üzrə 21 gün, aprel ayı üzrə 23 gün olmaqla işdə olmamışdır. Qeyd olunan xüsusatın təsdiqi ilə bağlı məhkəmə tərəfindən cavabdehdən facekontrol proqramı vasitəsilə iddiaçının müvafiq aylar üzrə giriş-çıxışına dair çıxarış verilməsi tələb edilməsinə baxmayaraq, buna dair sübut təqdim edilməmişdir. Cavabdehin İR üzrə mütəxəssisi isə ifadəsində, işə davamiyyətlə bağlı jurnal tərtib edilmədiyini, ümumiyyətlə onun iddiaçı ilə işlədiyi ilk aylarda davamiyyətinə nəzarət etmədiyini bildirmişdir. Belə olan halda cavabdeh cəmiyyət tərəfindən bir tərəfli qaydada tərtib edilmiş işə davamiyyət cədvəli məhkəmə tərəfindən mötəbər sübut olaraq qəbul edilə bilməz. Qeyd olunanlar isə ona dəlalət edir ki, cavabdeh cəmiyyətin idarəçiliyində təyinat dəyişdirildikdən sonra, yeni rəhbərlik tərəfindən iddiaçının əvvəlki qaydada normalaşdırılmamış iş rejimində işləməsinə etiraz edilməmiş, dolayısı ilə bu cür iş vaxtı norması cavabdeh tərəfindən hərəkətsizlik nümayiş etdirilməklə bəyənilmişdir. Cavabdeh isə bunun əksinə dəlalət edən sübut təqdim edə bilməmişdir. Belə olan halda, iddiaçının mübahisəli dövr üzrə işə gəlməməsi onun əmək funksiyalarını kobud pozulması kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının cavabdeh Cəmiyyətdə işlədiyi dövr ərzində hər hansı nöqsanlara yol verməsi, özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini kobud şəkildə pozması halları, qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirməməsi, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozan hərəkətlərə yol verməsi və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması halları müəyyən edilməmişdir. Onun intizam məsuliyyətinə cəlb edilməsi aşkar edilməmişdir. Bunun əksinə olaraq iş materialları ilə təsdiq edilir ki, iddiaçı işlədiyi dövrdə müsbət fəaliyyəti ilə fərqlənmiş və ölkə rəhbərliyi tərəfindən “Tərəqqi Medalı” ilə təltif edilmişdir. Həmçinin X6 Xidmətinin Bakı şəhər idarəsinin MN seriyalı ******* nömrəli, xx.xx.2023cü il tarixli qərarına əsasən cavabdeh Cəmiyyətin vəzifəli şəxsi X10 tərəfindən iddiaçının əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verilməsi və bununla da onun AR İXM-nin 192.6-cı maddəsinə əsasən inzibati xətanı törətməkdə təqsirinin olması öz təsdiqini tapmışdır. Qeyd olunan qərar cavabdeh tərəfindən mübahisələndirilməsinə baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə aktlarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı işəgötürən-cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələbləri pozmaqla işdən azad edildiyindən, onun işdən azad edilməsi barədə əmr ləğv edilməli və o, işə bərpa olunmalıdır. Eyni zamanda işçiyə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdeh Cəmiyyət tərəfindən iddiaçıya 2023-cü ilin yanvar-aprel ayları üzrə aylıq əmək haqqı məbləği qanunla müəyyən edilmiş tutulmalar çıxıldıqdan sonra 791,88 (yedi yüz doxsan bir manat səksən səkkiz qəpik) manat əmək haqqı ödəməsi müəyyən edilmişdir. İş materiallarında olan sübutlarla təsdiq olunur ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə 1550,38, xx.xx.2023-cü il tarixdə isə 794,60 manat məbləğində son haqq-hesab və əmək haqqı məbləğləri köçürülmüşdür. Əmək müqaviləsinə xitam verilməmişdən öncə sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə 791.88 (yeddi doqquz yüz doxsan bir manat səksən səkkiz qəpik) manat əmək haqqı məbləği iddiaçının hesabına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş hallarında qeyd olunduğu kimi, iddiaçı ilə cavabdeh arasında yaranmış əmək münasibətləri üzrə iş saatı normalaşdırılmamış rejimlə müəyyən edilmişdir. İddiaçı verilişin montaj və redaktə işlərini yaşadığı mənzildə həyata keçirib cavabdehə təhvil vermişdir. 2023-cü ilin fevral ayında Cəmiyyətin direktoru vəzifəsinə Vadim Korovin təyin edilmiş, yeni rəhbərlik tərəfindən işçilərə yeni hasilat normaları, o cümlədən iş vaxtı rejiminin dəyişdirilməsi ilə bağlı rəsmi qaydada məlumat verilməmişdir. İddiaçı isə mart-aprel ayları üzrə eyni qaydada işləyib, bu müddətdə 4 veriliş hazırlayıb cavabdehə təhvil vermişdir. Qeyd olunan hal isə cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixli əmrlə işdən azad olunanadək qüvvədə olan normalaşdırılmamış iş vaxtı rejimi qaydasında cavabdeh Cəmiyyətdə işləməyə davam etmişdir. Eyni zamanda iddiaçı tərəfindən hazırlanmış “Açıq söhbət” verilişi sonuncu dəfə xx.xx.2023-cü il tarixdə efirdə yayımlanmışdır. Bundan sonra iddiaçının cavabdehə təhvil verdiyi digər iki verilişin yayımlanması ona məlumat verilmədən cavabdeh tərəfindən dayandırılmışdır. Dolayısı ilə iddiaçının görüdüyü iş cavabdeh Cəmiyyətin özü tərəfindən yayımlanmamış və iddiaçı yeni işə cəlb edilməmişdir. Həmin dövr ərzində iddiaçı heç bir məlumat verilmədiyindən, həmçinin əmək müqaviləsi qüvvədə olduğundan iddiaçı əmək funksiyasını cavabdehdən – işəgötürəndən asılı olan səbəblərdən icra edə bilmədiyindən AR ƏM-in 146-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq işəgötürənin təqsiri üzündən boşdayanma baş vermişdir. İş materiallarında olan hesabdan çıxarışa əsasən müəyyən olunur ki, işəgötürən tərəfindən iddiaçıya sonuncu dəfə 2023-cü ilin apel ayında əmək haqqı ödənilmişdir ki, bu da 17 aprel tarixinə qədər olan dövr üçün əmək fəaliyyətinin haqqıdır. Həmin ilin may ayından etibarən iddiaçıya əmək haqqı ödənilməsi müəyyən edilmir. Beləliklə, iddiaçıya boşdayanma vaxtı olan aprel, may və iyun ayları üçün əmək haqqı ödənilməmişdir. Məhkəmə qeyd edir ki, əmək haqqının ödənilmədiyi dövr üzrə iddiaçının əmək müqaviləsinin qüvvədə olduğu dövr, yəni xx.xx.2023-cü il tarixdək may və iyun ayları boşdayanma və xx.xx.2023-cü il tarixdən etibarən məcburi işburaxma dövrü hesab edildiyinə görə 2023-cü ilin aprel, may və iyun ayları üzrə boşdayanma vaxtı üzrə əmək haqqı qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin “İşdən azad edilmə barədə” xx.xx.2023-cü il tarixli, 1k-1- 511 nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə, yəni Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin “Mədəniyyət və elmi-kütləvi proqramlar yaradıcı heyəti” strukturunun aparıcısı vəzifəsinə bərpa edilməli, Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC tərəfindən boşdayanma müddəti üçün 2023-cü ilin aprel, may və iyun ayları üzrə əmək haqqı, eyni zamanda məcburi işburaxma müddəti üçün xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanaraq İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edildiyindən 50 manat mediasiya xərci və hüququ yardım üçün ödənilmiş 500 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iş materiallarında olan Bakı 3 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən 50 manat məbləğində rüsum ödənilmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli 23301 nömrəli qəbzə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən “Kamandar Nəsibov və Partnyorları” vəkil bürosunun hesabına 500 manat məbləğində ödəniş edilmişdir. Qeyd olunur ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, tələb təmin edildiyindən Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-dən dövlət rüsumunun əvəzi olan 50 (əlli) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci bəndinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin məhkəməyə verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” qanunun 9.1-1-ci bəndinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” qanunun 9.1.1-ci bəndinə əsasən məhkəmədə verilən iddialara görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş mülki iş üzrə xüsusi qəraradadın qəbul edilməsi barədə vəsatətə münasibətdə qeyd edir ki, iddiaçı cavabdeh MMC-nin məsul şəxlərinin həqiqəti əks etdirməyən və reallığa uyğun gəlməyən məlumatları özündə əks etdirən sənədləri tərtib etmək və məkhəməyə təqdim etməklə əməllərində cinayət əlamətlərinin olduğunu bildirsə də, cavabdeh tərəfindən təqdim edilmiş və özündə həqiqətə uyğun olmayan məlumatları əks etdirən xx.xx.2023-cü il tarixli aktı və digər sənədlərə məhkəmə tərəfindən hüquqi qiymət verilmiş və məhkəmə həmin sənədləri mötəbər sübut kimi qəbul etməmişdir. Bununla yanaşı cavabdeh MMC-nin İH üzrə mütəxəssisi Şahid1 məhkəmə iclasında şahid qismində ifadəsində həmin sənədlərin tərtib edilməsi və təqdim edilməsinin texniki yanlışlıq nəticəsində baş verdiyini bildirmişdir. Məhkəmə işin hallarını və şahid ifadələrini nəzərə alaraq hesab edir ki, hazırkı halda cavabdeh MMC-nin məsul şəxslərinin əməllərində cinayət əlamətlərinin olması üçün yetərli əsas olmadığından həmin şəxslərin əməllərində cinayət əlamətlərinin olmasının araşdırılması barədə xüsusi qərardadın qəbul edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 1k-1-511 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə, yəni Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMCnin “Mədəniyyət və elmi-kütləvi proqramlar yaradıcı heyəti” strukturunun aparıcısı vəzifəsinə bərpa edilsin. Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC tərəfindən boşdayanma müddəti üçün 2023-cü ilin aprel, may və iyun ayları üzrə əmək haqqı, eyni zamanda məcburi işburaxma müddəti üçün xx.xx.2023-cü il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqı qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanaraq İddiaçı ödənilsin. Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-dən mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat və hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh Müstəqil Televiziya və Radio Şirkəti MMC-dən 50 (əlli) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-4514/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4514/2023
16.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver