Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4554/2025 24.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması və ya kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə iddiaçının paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 118 saylı mənzilin ən iri sahəyə malik iki otağının – birinin sahəsi 16.6 kv.m olan otaqların iddiaçı tərəfindən istifadə edilməsinə şərait yaradılması və qeyd edilən əmlakın istifadəsi ilə bağlı cavabdeh tərəfindən edilmiş hərəkətlərin qanunsuz hesab edilərək onun tərəfindən göstərilmiş əmlakla bağlı yaradılmış bütün maneələrin aradan qaldırılması, yəni əsas maneə olan bağlanılmış qapıların qıfıllarının açılması barədə və iddiaçının hüquqi mənafeyinin müdafiəsi məqsədilə çəkilmiş 325 manat məbləğində hüquqi yardım xərci, 17.25 manat notarial etibarnamənin rəsmiləşdirilməsi xərci, habelə məhkəməyə müraciətlə bağlı ödənilmiş 100.40 manat dövlət rüsumu daxil olmaqla, cəmi 442.65 manat məhkəmə xərclərinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qərar xahiş etmişdir. Daha sonra İddiaçı Balaəhməd qızının nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1. ünvan 1 ünvanında yerləşən 118 saylı mənzilin paylı mülkiyyətçilər X1, X3 və Cavabdeh arasında paylarına uyğun olaraq naturada (real) bölünməsi, tərəflər arasında paylara uyğun olaraq naturada (real) bölgü mümkün olmadıqda isə Cavabdeh paylı mülkiyyətdə olan payının İddiaçı tərəfindən kompensasiya (rea bazar dəyəri ilə) ödənilməklə itirilməsi;
2. İddiaçının hüquqi mənafeyinin müdafiəsi məqsədilə çəkilmiş 325 (üç yüz iyirmi beş) manat məbləğində hüquqi yardım xərci, 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat notarial etibarnamənin rəsmiləşdirilməsi xərci, habelə məhkəməyə müraciətlə bağlı ödənilmiş 100,40 (yüz manat qırx qəpik) manat dövlət rüsumu daxil olmaqla, cəmi 442,65 (dörd yüz qırx iki manat altmış beş qəpik) manat məhkəmə xərclərinin Cavabdeh tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil tərəflərin təqdim etdiyi barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən İddiaçı və Cavabdeh məhkəmədə gedən mülki mübahisənin barışıq yolu ilə həll edilməsi üçün aşağıdakı şərtlərlə barışıq sazişi bağlamışlar:
1. Tərəflər bu barışıq sazişi ilə 2(004)-4554/2025 nömrəli mülki iş üzrə razılığa gəldilər.
2. Tərəf 1- İddiaçı ünvan 1 ünvanında yerləşən 118 saylı mənzil üzərində Tərəf 2- Cavabdeh 1/6 hissədə mülkiyyət hüququna xitam verilməsi qarşılığında 30.000 (otuz min) manat məbləğində kompensasiya verilməsini öhdəsinə götürür.
3. Tərəf 2- Cavabdeh ünvan 1 ünvanında yerləşən 118 saylı mənzil üzərində 1/6 hissədə mülkiyyət hüququna 30.000 (otuz min) manat məbləğində kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsinə etiraz etmir və həmin mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməsini qəbul edir.
4. Tərəflər öhdəlikləri eyni anda icra etməklə bağlı razılığa gəldilər.
5. Tərəflər məhkəmə iclasında bağladıqları barışıq sazişinin mahiyyətini, hüquqi nəticəsini dərk edirlər və sərbəst iradələri ilə bu barışıq sazişini tərtib edirlər.
6. Bu saziş tərəflər tərəfindən imzaları ilə təsdiq edildiyi andan qüvvəyə minir.
7. Barışıq sazişi 3 nüsxədə tərtib edilmişdir. Həmin nüsxələrdən biri iddiaçıya, biri cavabdehə, digər biri isə iş materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim edilir və tərəflər həmin iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Barışıq sazişinin şərtlərindən görünür ki, prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq barışıq sazişi qanunidir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə tərəfindən təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli “1. Tərəflər bu barışıq sazişi ilə 2(004)-4554/2025 nömrəli mülki iş üzrə razılığa gəldilər. 2. Tərəf 1- İddiaçı ünvan 1 ünvanında yerləşən 118 saylı mənzil üzərində Tərəf 2- Cavabdeh 1/6 hissədə mülkiyyət hüququna xitam verilməsi qarşılığında 30.000 (otuz min) manat məbləğində kompensasiya verilməsini öhdəsinə götürür. 3. Tərəf 2- Cavabdeh ünvan 1 ünvanında yerləşən 118 saylı mənzil üzərində 1/6 hissədə mülkiyyət hüququna 30.000 (otuz min) manat məbləğində kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsinə etiraz etmir və həmin mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməsini qəbul edir. 4. Tərəflər öhdəlikləri eyni anda icra etməklə bağlı razılığa gəldilər. 5. Tərəflər məhkəmə iclasında bağladıqları barışıq sazişinin mahiyyətini, hüquqi nəticəsini dərk edirlər və sərbəst iradələri ilə bu barışıq sazişini tərtib edirlər. 6. Bu saziş tərəflər tərəfindən imzaları ilə təsdiq edildiyi andan qüvvəyə minir. 7. Barışıq sazişi 3 nüsxədə tərtib edilmişdir. Həmin nüsxələrdən biri iddiaçıya, biri cavabdehə, digər biri isə iş materiallarına əlavə edilməsi üçün məhkəməyə təqdim edilir və tərəflər həmin iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edirlər.” məzmunlu barışıq sazişi təsdiq edilsin. Tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə əlaqədar 2(004)- 4554/2025 nömrəli mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aydan Oruclu