Məhkəmə qərarları › İş №e-2(004)-4564/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4564/2024

05.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4564/2024 05.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğluna qarşı " Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi polkovnik Q.B.Ağayev ilə Cavabdeh1 arasında 24 iyun 2015-ci il tarixli 30 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ni ləğv edilməsi, Cavabdeh1, ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, qızı Cavabdeh4 və oğlu Cavabdeh3 oğlu) ilə birlikdə Bakı şəhəri, ünvan 1, mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən cavabdehlərin həmin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğluna qarşı "Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi polkovnik Q.B.Ağayev ilə Cavabdeh1 arasında 24 iyun 2015-ci il tarixli 30 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ni ləğv edilməsi, Cavabdeh1, ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, qızı Cavabdeh4 və oğlu Cavabdeh3 oğlu) ilə birlikdə Bakı şəhəri, ünvan 1, mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən cavabdehlərin həmin mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən 89 nömrəli mənzil “xüsusi təyinatlı yaşayış sahəsi” olmaqla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mənzil fonduna aiddir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12.1-ci maddəsinə əsasən hərbi qulluqçu xidmət yerinə gəlməsindən ən gec 3 ay keçənədək ona onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalarına uyğun gələn xidməti mənzil verilir. Cavabdeh1 xidmət etdiyi müddətdə yuxarı komandanlığa raportla müraciət edərək ona xidməti mənzilin verilməsini xahiş etmişdir. Cavabdeh1 qeydiyyata alınmış raportu baxılmış və 19 may 2015-ci il tarixli 4 nömrəli protokolu ilə Müdafiə Nazirliyinin mənzil fonduna aid olan Bakı şəhəri, ünvan 1, mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan xidməti yaşayış sahəsinin ayrılması barədə qərar qəbul edilmişdir. Həmin protokol əsasında Cavabdeh1la Mənzil İstismar İdarəsinin rəisi polkovnik Q.B.Ağayev arasında 24 iyun 2015-ci il tarixli 30 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” bağlanmışdır. Mənzil komissiyasının həmin protokolu ilə xüsusi təyinatlı yaşayış sahəsinin 24 iyun 2015-ci il tarixli 30 nömrəli kirayə müqaviləsi əsasında ehtiyatda olan polkovnik Cavabdeh1, ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, qızı Cavabdeh4 və oğlu Cavabdeh3 oğlu) ilə birlikdə Bakı şəhəri, ünvan 1, mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsi verilmiş və sonuncu ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayırlar. Cavabdeh1, kirayə müqaviləsi bağlanmadan əvvəl, yəni 23 iyun 2015-ci il tarixdə iltizam verərək xidmət yerini dəyişdikdə, hərbi xidmətdən buraxıldıqda, iş yerindən azad olunduqda və s. digər hallarda yuxarıda qeyd edilən ünvandakı xüsusi təyinatlı yaşayış sahəsini (xidməti mənzili) şərtsiz və yararlı vəziyyətdə təhvil verəcəyini bildirmişdir. xx.xx.1986-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Azərbaycan Ordusunda xidmət etmiş, ehtiyatda olan polkovnik Cavabdeh1 Azərbaycan Respublikasının Müdafiə nazirinin 28 mart 2022-ci il tarixli müvafiq əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. E.O. polkovnik Cavabdeh1 20 il qüsursuz xidmətini nəzərə alaraq sonuncu 1999-cu il tarixdə güzəştli şərtlərlə mənzillə təmin edilmiş, Bakı şəhər İcra Hakimiyyətinin 016292 nömrəli qeydiyyat vərəqəsi əsasında ünvan 2 ünvanında 2 otaqlı 30.14 kv.m yaşayış sahəsi verilmiş və 24 sentyabr 1999-cu il tarixdə qeydiyyatdan keçirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışından görünür ki, ünvan 2 ünvanında 2 otaqlı 30.14 kv.m yaşayış sahəsi Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Qarnizonu Mənzil- İstismar Hissəsinin 2 saylı Mənzil İstismar Hissəsi tərəfindən müxtəlif tarixlərdə Cavabdeh1 ünvanına (xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə) xəbərdarlıq göndərilərək ona və ailə üzvlərinə verilmiş Bakı şəhəri, ünvan 1, mənzil 89 ünvanındakı xüsusi təyinatlı yaşayış sahəsini xx.xx.2024-cü il tarixədək boşaldaraq təhvil verilməsi bildirilmiş, lakin hazırkı tarixədək sonuncu həmin mənzili təhvil verməmiş və təqdim edilən xəbərdarlığa heç bir səbəb göstərilmədən tanış olaraq imza etməkdən imtina edilmişdir. Beləliklə, Müdafiə Nazirliyi belə qənaətə gəlir ki, işin araşdırılmış halları ilə hazırda iddiaçının yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçular kateqoriyasına aid edilə bilməməsi səbəbindən iddia əsaslıdır. Cavabdeh1 Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara verilən güzəşt və imtiyazlardan kifayət qədər istifadə etdiyindən müqavilə əsasında kirayəyə verilmiş Bakı şəhəri, ünvan 1, mənzil 89 ünvanında yerləşən 3 otaqlı xüsusi təyinatlı yaşayış sahəsini şərtsiz olaraq boşaltmalıdır. Azərbaycan Ordusunun hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli 28 dekabr 2011-ci il tarixli Fərmanının Preambulasında qeyd edilmişdir ki, Azərbaycan iqtisadiyyatının surətli inkişafı nəticəsində ölkəmizin hərbi qüdrətinin artırılması və ordu quruculuğu tədbirləri uğurla davam etdirilir. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensiyalının gücləndirilməsi və ordumuzun maddi texniki bazasının müasirləşdirilməsinə imkan vermişdir. Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların əmək haqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzilməişət problemlərinin həll edilməsinə təkan vermişdir Nəzərə alınmalıdır ki, sosial hüquqların məzmunu, həyata keçirilməsi və s. sosial-təminat xarakterli məsələlərlə bağlı qanunverici tərəfindən müvafiq tənzimlənmə müəyyən edilərkən, dövlətin iqtisadi vəziyyətinin, cəmiyyətinin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəliyinə ehtiyacının olub-olmaması kimi məqamların nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçulara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi davamlı olaraq artırılır. Cavabdeh ona verilən güzəşt və bütün imtiyazlardan kifayət qədər istifadə edərək Müdafiə Nazirliyinin mənzil fondundan daimi yaşayış sahəsi ilə təmin edilmiş və o, artıq yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların kateqoriyasına aid edilə bilməz İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. İş materialları əlavə edilmiş xx.xx.2015-ci il tarixli 30 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən müəyyən edilir ki, kirayə verən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhəri, ünvan 1, mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsini kirayəçi Cavabdeh1 və onun ailə üzvlərinə xidməti fəaliyyəti ilə bağlı kirayəyə vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli İltizama əsasən müəyyən edilir ki, Cavabdeh1 ........hərbi xidmətdən buraxıldıqda..... həmin mənzili yararlı vəziyyətdə Kirayə verərən təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarına xx.xx.2024-cü il tarixli 22 nömrəli arayışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, ünvan 1, mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğlu qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı Qornizonu üzrə mənzil komissiyasının 4 nömrəli, xx.xx.2015-ci il tarixli protokolundan çıxarışa əsasən (siyahı üzrə 19) müəyyən edilir ki, Bakı şəhəri, ünvan 1, mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğlu qeydiyyatdadır. İş materiallarına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli pretenziya məktubları əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1999-cu il tarixli 016292 nömrəli Xüsusi mülkiyyət hüququ haqqında qeydiyyat vəsiqəsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzil Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən hərbi qulluqçu Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarına olan Çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2014-cü il tarixdə Cavabdeh1 arvadı Cavabdeh2 xüsusi mülkiyyətinə keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən (sorğuya cavab olaraq) müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1993-cü il tarixdə dövlət vəsaiti hesabına mənzillə təmin edildiyi üçün ......... yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların adlı siyahısına daxil edilməsi məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış kirayə müqaviləsinin şərtləri və aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə xidməti yaşayış sahələri aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 92-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 103.3-cü maddəsinə əsasən Xidməti yaşayış sahəsinin kirayə müqaviləsi bu Məcəllənin 92-ci maddəsində göstərilən əmək, qulluq və ya seçkili vəzifədə qalma müddətlərini əhatə edir. Həmin əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur MM-in 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. MM-in 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Mülki işin mübahisəsiz halları odur ki, Bakı şəhəri, ünvan 1, mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsində Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğlu qeydiyyatdadı və yaşayır. Həmin yaşayış sahəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mülkiyyətindədir. xx.xx.2015-ci il tarixli 30 nömrəli Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən müəyyən edilir ki, kirayə verən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Bakı şəhəri, ünvan 1, mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsini kirayəçi Cavabdeh1 və onun ailə üzvlərinə xidməti fəaliyyəti ilə bağlı kirayəyə vermişdir. xx.xx.2015-ci il tarixli İltizama əsasən müəyyən edilir ki, Cavabdeh1 ........hərbi xidmətdən buraxıldıqda..... həmin mənzili yararlı vəziyyətdə Kirayə verərən təhvil verməyi öhdəsinə götürmüşdür. xx.xx.1999-cu il tarixli 016292 nömrəli Xüsusi mülkiyyət hüququ haqqında qeydiyyat vəsiqəsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzil Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən hərbi qulluqçu Cavabdeh1 xüsusi mülkiyyətinə verilmişdir. Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən mənzil xx.xx.2014-cü il tarixdə Cavabdeh1 arvadı Cavabdeh2 xüsusi mülkiyyətinə keçmişdir. Cavabdehlər hazırda həmin mənzilə yaşayırlar. Cavabdeh tərəfin vəkilinin arqumenti odur ki (bununla bağlı yazılı etiraz təqdim etmişdir), Cavabdeh1 xidmətlərinə görə o, ehtiyata buraxıldıqda dövlət tərəfindən mənzillə təmin edilməli olduğu halda edilməmişdir. Odur ki, hazırki mübahisə predmeti olan mənzil Cavabdeh1 verilməlidir. Nəzərə alınmalıdır ki, hərbi qulluqçu olduğu üçün 1 (bir) dəfə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən Cavabdeh1 xüsusi mülkiyyətinə mənzil verilmişdir. Həmin mənzil daha sonra Cavabdeh1 arvadının adına özgəninkiləşdirilmişdir. Bununla dövlət hərbi qulluqçu qarşısında öhdəliklərini icra etmişdir. Bundan əlavə, cavabdeh tərəfin vəkili bildirir ki, 1 dəfə mənzilin verilməsi hərbi qulluqçu ehtiyata buraxılan zaman ona yenidən mənzilin verilməsini istisna etmir. Məhkəmə vəkilə izah edir ki, həmin xüsusatla bağlı ayrıca tələb varsa müvafiq iddia tələbi ilə müvafiq inzibati orqana qarşı məhkəməyə müraciət edilə bilər (həmin xüsusatların aydınlaşdırılması inzibati məhkəmənin səlahiyyətlərinə aiddir). Hazırki mübahisənin predmetini isə müqavilə predmeti olan mənzilin Kirayəyə verənə geri qaytarılması və ona kirayə münasibətləri kontesktində yeni mənzilin verilməməsidir. Hazırki mübahisəyə tərəflər arasında bağlanmış kirayə müqaviləsi şərtləri çərçivəsində hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Subyektlərin mülkiyyət hüquqlarının müdafiəsi məhkəmə tərəfindən təmin edilməlidir. Mülkiyyət hüququna qeyri-legitim əsaslarla müdaxilə yolverilməzdir. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Hüquqdan sui-istifadə qadağandır. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi polkovnik Q.B.Ağayev ilə Cavabdeh1 arasında 24 iyun 2015-ci il tarixli 30 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” ləğv edilmiş hesab edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğlu Bakı şəhəri, ünvan 1, mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğluna qarşı "Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi polkovnik Q.B.Ağayev ilə Cavabdeh1 arasında 24 iyun 2015-ci il tarixli 30 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”ni ləğv edilməsi, Cavabdeh1, ailə üzvləri (həyat yoldaşı Cavabdeh2, qızı Cavabdeh4 və oğlu Cavabdeh3 oğlu) ilə birlikdə Bakı şəhəri, ünvan 1, mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən cavabdehlərin həmin mənzildən çıxarılması” tələbinə dair iddiası təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi polkovnik Q.B.Ağayev ilə Cavabdeh1 arasında 24 iyun 2015-ci il tarixli 30 nömrəli “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi” ləğv edilmiş hesab edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 oğlu Bakı şəhəri, ünvan 1, mənzil 89 ünvanında yerləşən 3 otaqlı, 51,1 kv.m olan yaşayış sahəsindən başqa yaşayış sahəsi verilmədən çıxarılsınlar. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar