Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4587/2025 30.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "Cavabdeh zəbt etdiyi İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən 126 saylı evin 6 və 12 saylı tikililəri boşaldaraq Cavabdeh həmin tikililərdən çıxarılması və 126 saylı evin 6 və 12 saylı tikililərinin İddiaçı təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh zəbt etdiyi Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən 126 saylı evin 6 və 12 saylı tikililəri boşaldaraq həmin tikililərdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "Cavabdeh zəbt etdiyi İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən 126 saylı evin 6 və 12 saylı tikililəri boşaldaraq Cavabdeh həmin tikililərdən çıxarılması və 126 saylı evin 6 və 12 saylı tikililərinin İddiaçı təhvil verilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən 126 saylı ev paylı mülkiyyət əsasında iddiaçıya, X1, X2 və X3 məxsusdur. Yasamal rayon Məhkəməsinin 2(004)-6389/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən 126 saylı evin birinci mərtəbəsində yerləşən, sahələri 6,6 kv.m, 9,8 kv.m, 7,3 kv.m, 7,9 kv.m və 18,0 kv.m olan 3, 4, 5, 6 və 12 saylı tikililər həmin evdən naturada ayrılaraq iddiaçıya verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçının adına verilmiş xx.xx.2018-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən 126 saylı evin 3, 4, 5, 6 və 12 saylı tikililəri iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçıya məxsus sözügedən evin 6 və 12 saylı tikililərini qanunsuz zəbt edərək, həmin əraziləri özünə məxsus sahə ilə birlikdə istifadə edir və orada yaşayır. Cavabdehin bu hərəkəti mülkiyyətçi kimi iddiaçının evindən sərbəst istifadə etməyinə maneəçilik törədir, iddiaçının sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Hazırda evin yerləşdiyi Yasamal rayonu “Sovetski” adlanan ərazisinin 2-ci hissəsində (Nizami metro stansiyasının ətrafı) yaşayış və qeyri-yaşayış obyektlərinin köçürülməsi prosesi başlamışdır. İddiaçı köçürmə komissiyasına müraciət etdikdə, bildirdilər ki, 61 saylı MKİS-nin ərazisinə düşən Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən 126 saylı evin sahəsi 49,6 kv.m olsa da, faktiki ərazi 25,28 kv.m-dir. Mülkiyyət hüququ ilə Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən 126 saylı evin iddiaçıya məxsus olan 6 və 12 saylı tikililəri Cavabdeh tərəfindən qanunsuz zəbt olunduğu və istifadə edildiyi üçün, həmin tikililərə ödəniləcək pul vəsaitinin cavabdehə ödənilməsi nəzərədə tutulmuşdur. Yəni, iddiaçının mülkiyyətində olan sahəyə görə başqa şəxsə, cavabdehə pul ödəniləcəkdir ki, bu da iddiaçının mülkiyyət hüququmun pozulması deməkdir. Artıq daşınmaz əmlakların alqı-satqı əməliyyatları həyata keçirilir. İddiaçı ehtiyat edir ki, Cavabdeh iddiaçıya məxsus tikilinin də pulunu alıb mənimsəyəcəkdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Çıxarışın surətinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən 126 saylı evin birinci mərtəbəsində yerləşən, sahələri 6,6 kv.m, 9,8 kv.m, 7,3 kv.m, 7,9 kv.m və 18,0 kv.m olan 3, 4, 5, 6 və 12 saylı tikililər İddiaçı paylı mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən 126 saylı evin birinci mərtəbəsində yerləşən, sahələri 6,6 kv.m, 9,8 kv.m, 7,3 kv.m, 7,9 kv.m və 18,0 kv.m olan 3, 4, 5, 6 və 12 saylı tikililər Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-6389/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında (iş materiallarına əlavə edilmişdir) naturada ayrılmaqla İddiaçı mülkiyyətindədir. Mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. Cavabdeh 126 saylı evi 1/12 hissədə paylı mülkiyyətçisidir. Məhkəmə tərəfindən iddiaçı və cavabdeh tərəfin iştirakı ilə mübahisə predmeti olan sahəyə yerində baxış keçirilmiş, fərdi evin çertyoju ilə yerində vizual eyniləşdirmələr aparılmaqla müəyyən edilmişdir ki, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən 126 saylı evin 6 və 12 saylı tikililərində yaşayır. Həmin tikililər isə iddiaçının xüsusi mülkiyyətindədir. Subyektlərin mülkiyyət hüquqlarının müdafiəsi məhkəmə tərəfindən təmin edilməlidir. Mülkiyyət hüququna qeyri-legitim əsaslarla müdaxilə yolverilməzdir. İddiaçının mülkiyyət hüquqları pozulur. İddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına qanunvericiliklə müəyyən edilmiş legitim əsaslar müəyyən edilmir. Bu səbəbdən, iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. Cavabdehin həmin mənzildə uzun illərdir ki, yaşaması onun həmin sahəyə mülkiyyət hüquqlarının yaranmasına əsas deyildir, mülkiyyətçinin mülkiyyət hüquqlarının pozulmasının davam etməsinə haqq vermir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Nəticə etibarilə, mülkiyyətçi olan iddiaçının iddia tələbi əsaslıdır. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən 126 saylı evin 6 və 12 saylı tikililərini boşaltmalı, Cavabdeh həmin tikililərdən çıxarılmalı və həmin evin 6 və 12 saylı tikililəri İddiaçı təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "Cavabdeh zəbt etdiyi İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən 126 saylı evin 6 və 12 saylı tikililəri boşaldaraq Cavabdeh həmin tikililərdən çıxarılması və 126 saylı evin 6 və 12 saylı tikililərinin İddiaçı təhvil verilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Abdulla Şaiq küçəsində yerləşən 126 saylı evin 6 və 12 saylı tikililərini boşaltsın. Cavabdeh həmin tikililərdən çıxarılsın. Həmin evin 6 və 12 saylı tikililəri İddiaçı təhvil verilsin. Mülki iş üzrə ödənilmiş 100 manat pul Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4587/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4587/2025
30.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver