Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4621/2025 14.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binasına ("xxxx" MMC) dair xx.xx.2022-ci il tarixli, Cavabdeh1ndə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən imtina olunması, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 4Ə-981 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binasına ("xxxx" MMC) dair xx.xx.2022-ci il tarixli, Cavabdeh1ndə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən imtina olunması, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 4Ə-981 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili X8 xx.xx.2025-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək Cavabdeh1 mülki iş üzrə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Vəsatət təmin edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cəlilabad şəhəri, Qurtuluş küçəsi 201 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binası ("xxxx" MMC) ƏMDK-nin yanında DƏDRX-nin Cəlilabad Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixli, **********31-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə iddiaçıya məxsus olmuşdur. Belə ki, həmin daşınmaz əmlak iddiaçının atası X9 məxsus olmuş və xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən iddiaçıya hədiyyə edilmişdir. xx.xx.2022-ci il tarixli, Cavabdeh1 xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cəlilabad şəhəri, Qurtuluş küçəsi 201 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binasını iddiaçı öz həyat yoldaşı, Cavabdeh4 bağışlamışdır. Belə ki, etibarlı ailə münasibətlərinin davam etdirilməsi, ailənin qorunub saxlanılması, ailənin daha da möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladların inkişafı üçün əlverişli şərait yaratması və onların sağlamlığının qayğısına qalması şərti, ümidi, arzusu ilə iddiaçı həmin əmlakı həyat yoldaşına bağışlamışdır. Cavabdeh4 iddiaçının həm də xalası oğludur. Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə Bakı şəhər Yasamal Rayon Qeydiyyat Şöbəsində 1345 saylı nömrə ilə nikaha daxil olmuşlar. Birgə nikahımızdan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X12 anadan olmuşdur. Cavabdehlə son dövrlərdə münasibətlər kəskinləşmişdir. Mütəmadi olaraq təhqirlər və hədə-qorxularla iddiaçını təhdid edir, iddiaçıya bir ailə olaraq deyil, kölə olaraq davranmışdır. Artıq demək olar ki, son dövrlərdə ailəvi bağlar tamamilə qopmuş, cavabdehlə bir yerdə yaşamaq qeyrimümkün hala gəlmişdir. Münasibətlər o qədər dözülməz həddə gəlib çıxmışdır ki, xx.xx.2025-ci il tarixində heç bir səbəb olmadan cavabdehin valideynləri ilə birgə yaşadıqları Bakı Şəhəri, Yasamal rayonundakı evdən iddiaçını ölümlə hədələyərək qovmuşdur. Qorxudan təlaş içində iki azyaşlı övladları ilə birlikdə Nizami rayonundakı ata evinə gəlmişdir. Bu azmış kimi cavabdeh ata evinin qarşısına gəlib axtarmağa davam etmişdir. Həmin hədə-qorxularla əlaqədar gecə 23 radələrində 102 Xidməti Zəng Mərkəzinə müraciət etmişdir. xx.xx.2025- ci il tarixdə isə Nizami Rayon Polis İdarəsinin 25ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Müvafiq araşdırma aparılmış, tərəflərin izahatı alınmışdır. Cavabdeh özüdə iddiaçını təhqir etdiyini etiraf etmişdir. Lakin sonra araşdırmanın gedişində uşaqlarının, ailənin xatirinə, arada olan qohumluq əlaqələrinə və valideynlərin də təzyiqinə görə şikayətimi geri götürərək araşdırmanın dayandırılmasını xahiş etmişdir. Bu səbəbdən də xx.xx.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bu hadisələrdən sonra aydın olmuşdur ki, cavabdehlə barışmaq, gələcək birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün deyil, faktiki olaraq arada olan ailə bağları demək olar ki tamamilə qopmuş, mənəvi, ailəvi dəyərlər itirilmiş, cavabdeh ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri kobudcasına pozmuşdur. Bundan sonra aralarında olan formal olaraq qalmış nikahın pozulması ilə bağlı Bakı Şəhər Nizami Rayon Məhkəməsinə iddia qaldırmışdır. İş hazırda məhkəmənin icraatındadır. Məhkəmə icraatının gedişatında iddiaçıya məlum olmuşdur ki, cavabdeh bağışladığı əmlakı hüquqdan sui-istifadə edərək, mülki məsuliyyətdən yayınmaq üçün gizlicə, iddiaçının xəbəri olmadan qardaşı Cavabdeh3 satmışdır. İddiaçı və cavabdeh hər ikisi dindar ailəyik, təməldən dini adətlərinə bağlıdırlar. Rəsmi nikahdan əlavə həmçinin dini nikah (kəbin) da bağlanmışdır. Hadisələrin gedişində iddiaçıya məlum olmuşdur ki, cavabdeh həmin kəbinə də dini yolla xitam vermişdir. Bütün bunlar onu göstərir ki, cavabdeh daha əvvəldən əmlak məsuliyyətindən özünü sığortalamaq, bütün əmlakı ələ keçirmək niyyəti ilə həmin hərəkətləri etmişdir. İddiaçı cavabdehin bu niyyətindən xəbərdar olsa idi, ümumiyyətlə heç bir əmlak bağışlamazdı. İddiaçı bu şərtlə əmlakı bağışlamışdır ki, cavabdeh bir ailə başçısı kimi öz ailəvi öhdəliklərini həyata keçirsin, ailə münasibətlərinə, dəyərlərinə hörmət etsin, uşaqların rifahına və inkişafına qayğı göstərsin, ailə qorunub saxlanılsın. Dəli deyildir ki, döyülmək, söyülmək, təhqir olunmaq, hədə-qorxu olunsun deyə külli miqdarda dəyəri olan əmlakı bağışlasın. İddiaçı əmlakı bağışlamamışdır ki, cavabdeh əmlakı sonradan ailə təsərrüfatını dağıtmaq üçün birgə təsərrüfatdan kənar şəxsə, qardaşının adına keçirsin. Cavabdeh ümumiyyətlə öz övladlarına maddi yardım belə göstərmir, hətta bundan yayınmaq üçün uşaqlara təzyiq göstərməklə onları iddiaçıdan almaq istəyir. Göstərilən səbəblərdən bağışlamadan imtina edərək hesab edir ki, iddiaçı pozulmuş mülkiyyət hüququ bərpa olunmalı, Cəlilabad şəhəri, Qurtuluş küçəsi 201 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binasına ("xxxx" MMC) dair xx.xx.2022-ci il tarixli, Cavabdeh1 xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən imtina olunmalı, Cavabdeh4 ilə Cavabdeh3 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 4Ə-981 saylı alğı-satqı müqaviləsi etibarsız hesab edilməklə, Cavabdeh3 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarış ləğv edilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2 və 673.3-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 aprel 2024-cü il tarixli qərarına görə ailə üzvlərindən biri digərinə hədiyyə, xüsusən dəyərli hədiyyələr edərkən heç bir maddi qarşılıq gözləmədən, sırf mənəvi motivdən çıxış edir. Bu halda o, mənəvi dəyər verdiyi, yaxın bildiyi, qarşılığında da eyni əxlaqi münasibəti gözlədiyi ailə üzvünü əvəzsiz qaydada hədiyyə verməklə zənginləşdirir. Bunun isə sağlam və etibarlı ailə münasibətlərinin formalaşmasında, ailə üzvləri arasında mənəvi bağların güclənməsində əhəmiyyəti və rolu danılmazdır. Lakin, hədiyyə alanın hədiyyə verənin özünə və ya yaxın qohumuna qarşı sağlam ailə münasibətlərini kökündən sarsıdan hərəkətlərə yol verməsi ailə qanunvericiliyinin məqsədinin realizəsini və vəzifələrinin icrasını mümkünsüz edir. Beləliklə, hədiyyə alan tərəfindən hədiyyə verənin özü və ya onun yaxın qohumları barəsində ailə hüquq münasibətlərindən irəli gələn vəzifələrin kobudcasına pozulması bağışlamanın motivini aradan qaldırdığından, bu hal hədiyyədən imtina üçün əsas kimi təsbit edilmişdir. Qanunvericilikdə ailə hüquq münasibətlərindən irəli gələn vəzifələr sırasında aşağıdakılar təsbit edilmişdir: - valideynlərin uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək borcu (Konstitusiyanın 34-cü maddəsinin İV hissəsi); - uşaqların valideynlərə hörmət etmək, onların qayğısına qalmaq borcu, 18 yaşına çatmış əmək qabiliyyətli uşaqların əmək qabiliyyəti olmayan valideynləri saxlamaq borcu (Konstitusiyanın 34-cü maddəsinin V hissəsi, Ailə Məcəlləsinin 82.1-ci maddəsi); - ər-arvadın ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurması, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməsi, övladlarının inkişafı üçün əlverişli şərait yaratması və onların sağlamlığının qayğısına qalması (Ailə Məcəlləsinin 29.4-cü maddəsi); - valideynlərin uşaqların əsas ümumi təhsil almasını təmin etməsi, onların hüquq və mənafelərini müdafiə etməsi, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməsi və s. (Ailə Məcəlləsinin 58.4, 59.1, 60.2-ci maddələri). Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 673.1.2- ci maddəsinin “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyinin müvafiq normalarından irəli gələrək hədiyyə verən və onun yaxın qohumları barəsində hədiyyə alanın daşıdığı vəzifələri ehtiva edir. Bu vəzifələrin pozulması həm hərəkət, həm də hərəkətsizliklə baş verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsində nəzərdə tutulan “ailə hüquq münasibətlərinə uyğun olaraq hədiyyə alanın üzərinə qoyulmuş vəzifələr” müddəası ailə qanunvericiliyi ilə müəyyən edilən hallarda və həddə əmlak və şəxsi qeyri-əmlak münasibətlərindən irəli gələn vəzifələri ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.1.2-ci maddəsinin dispozisiyasında əks olunan “kobudcasına pozulduqda” müddəası qiymətləndirmə tələb etdiyindən, məhkəmələr tərəfindən bağışlamaqdan imtina məsələsi həll edilərkən işin hallarından asılı olaraq hədiyyə alanın ailə hüquq münasibətlərinə uyğun onun üzərinə qoyulmuş vəzifələrin pozulmasının nədən ibarət olması dəqiq olaraq müəyyən edilməlidir. Bağışlama müqaviləsinin nə zaman bağlanılmasından asılı olmayaraq, bağışlamaqdan imtinaya əsas verən hallar hədiyyə verənə məlum olduğu gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 673.3-cü maddəsində müəyyən edilmiş bir illik müddətin keçməsi ilə hədiyyə verənin bağışlamaqdan imtina hüququna xitam verilir. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına görə: “eləcə də, mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır (Mülki Məcəllənin 16.1 və 560.2-ci maddələri). Məcəllənin 560.3-cü maddəsi ilə şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hərəkətləri həyata keçirməsi və s. hüquqdan suiistifadə olaraq müəyyən edilmişdir. Məhz bu səbəbdən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən Mülki Məcəllənin 560-cı maddəsinə əsasən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq və estoppel prinsipinin məqsədləri ilə uzlaşmayan hesab edilməlidir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən suiistifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, haqdan (subyektiv hüquqdan) bu cür, onun məqsədi və təyinatı ilə bağlı olmayan şəkildə istifadə edilməsi (əgər həqiqətən müqavilələrin etibarsızlığı müəyyən olunarsa) haqdan sui-istifadə və estoppel prinsipinin pozulması kimi qiymətləndirilə bilər. İddiaçı nümayəndəsi və vəkili X8 yazılı çıxışını məhkəməyə təqdim edərək və məhkəmə iclaslarında izahatlar verərək tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclaslarında iştirak etməmişlər. Mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş ( mübahisə predmeti olan qeyri-yaşayış sahəsi üzərində ipoteka saxlayan) "xxxx" ASC məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 67 nömrəli sərəncamından çıxarışa əsasən müəyyən edilir ki, mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi 0,045 ha torpaq sahəsi X4 direktoru olduğu “Elman-İ.O” müəssisəsinə kommersiya məqsədilə ayrılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, ............. mübahisə predmeti olan Cəlilabad şəhəri, Qurtuluş küçəsi 201 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binası xx.xx.2022-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan torpaq sahəsi xx.xx.2003-xx.xx.2042-ci illər üzrə torpaq icarəsi müqaviləsi əsasında Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən “Elman-İ.O” müəssisəsinə icarəyə verilmişdir. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 38 nömrəli sərəncamından çıxarışa əsasən müəyyən edilir ki, mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi 0,045 ha torpaq sahəsi X4 direktoru olduğu “Elman-İ.O” müəssisəsinə kommersiya məqsədilə ayrılmışdır. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan 0.059 ha torpaq sahəsi xx.xx.2020-xx.xx.2060-cı illər üzrə torpaq icarəsi müqaviləsi əsasında Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən X9 icarəyə verilmişdir. Torpaq sahəsinin plan və ölçüsü əlavə edilmişdir. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 67 nömrəli sərəncamından çıxarışa əsasən müəyyən edilir ki, X4 Cəlilabad şəhərinin M.Hüseyn küçəsində yerləşən kommersiya obyektinə bitişik 590 kv.m. torpaq sahəsi X4 icarəsinə verilmişdir. İş materiallarında olan çıxarışın surətinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan torpaq sahəsi xx.xx.2021-xx.xx.2051-ci illər üzrə torpaq icarəsi müqaviləsi əsasında Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən X9 icarəyə verilmişdir. Torpaq sahəsinin plan və ölçüsü əlavə edilmişdir. İş materiallarında olan Cəlilabad rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 78 nömrəli sərəncamından çıxarışa əsasən müəyyən edilir ki, mübahisə predmeti olan icarədə olan torpaq sahəsinə bitişik 42 kv.m. torpaq sahəsi X4 icarəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən müəyyən edilir ki, Cəlilabad şəhəri, Qurtuluş küçəsi 201 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binası hədiyyə verən X13 tərəfindən hədiyyə alan İddiaçı hədiyyə edilmişdir. X1 əvəzinə etibarnamə üzrə nümayəndə X5 tərəfindən imzalanmışdır. Müqavilə Cavabdeh1 tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən müəyyən edilir ki, Cəlilabad şəhəri, Qurtuluş küçəsi 201 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binası hədiyyə verən İddiaçı tərəfindən hədiyyə alan Cavabdeh4 hədiyyə edilmişdir. Müqavilə İddiaçı əvəzinə etibarnamə üzrə nümayəndə X5 tərəfindən imzalanmışdır. Müqavilə Cavabdeh1 tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən müəyyən edilir ki, Cəlilabad şəhəri, Qurtuluş küçəsi 201 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binası hədiyyə verən Cavabdeh4 tərəfindən hədiyyə alan Cavabdeh3 hədiyyə edilmişdir. Müqavilə Cavabdeh4 əvəzinə etibarnamə üzrə nümayəndə X11 tərəfindən, Cavabdeh3 əvəzinə isə X5 tərəfindən imzalanmışdır. Müqavilə Cavabdeh1 tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən müəyyən edilir ki, İddiaçı tərəfindən 58 il müddətinə X2 ümumi etibarnamə verilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən müəyyən edilir ki, X5 tərəfindən İddiaçı səlahiyyətləri 56 il 5 ay 11 gün müddətinə X6 ötürülmüşdür. İş materiallarında olan Cavabdeh1 tərəfindən təsdiq edilmiş ərizəyə əsasən müəyyən edilir ki, İddiaçı əri Cavabdeh4 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin satılmasına razılıq verir. Ərizə təmsilçi X11 tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh1 tərəfindən təsdiq edilmiş ərizəyə əsasən müəyyən edilir ki, İddiaçı əri Cavabdeh4 məxsus mübahisə predmeti olan qeyri-yaşayış binasının bağışlanılmasına razılıq verir. Ərizə təmsilçi X11 tərəfindən imzalanmışdır. İş materiallarında olan Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən təsdiq eidlmiş xx.xx.2025-ci il tarixli ərizəyə əsasən müəyyən edilir ki, İddiaçı X6 verilmiş etibarnaməyə xitam vermişdir. İş materiallarına İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3 ünvanlanmış bağışlamadan imtina barədə pretenziya məktubu əlavə edilmişdir. İş materiallarına cavabdehlərin atası, həmçinin şahid qismində dindirilmiş X5 tərəfindən mübahisə predmeti olan "xxxx" MMC-nin yerləşdiyi "xxxx" Ticarət mərkəzinin tikintisi ilə bağlı xərclərə dair hesabat dəftəri əlavə edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh3 "xxxx" MMC-nin direktor müavini vəzifəsində işləyir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Cavabdeh4 "xxxx" MMC-nin meneceri vəzifəsində işləyir. İş materiallarında olan DVX Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin qeydiyyatı idarəsindən əldə edilmiş çıxarışa əsasən müəyyən edilir ki, Cavabdeh3 "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisidir. İş materiallarında olan DVX-nin İnternet Vergi İdarəsindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, "xxxx" MMC-nin rəhbəri Cavabdeh3dur. İş materiallarına Cəlilabada rayonunda mübahisə predmeti olan torpaq sahəsində yerləşən "xxxx" Ticarət mərkəzinin fotoşəkilləri əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mülki Məcəllənin 5.1-ci maddəsinə əsasən, istər sahibkarlıq fəaliyyəti ilə məşğul olan, istərsə də məşğul olmayan hər hansı fiziki və ya hüquqi şəxslər mülki hüquq münasibətlərinin subyektləri ola bilərlər. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən, hüquqi şəxsin idarəetmə, sosialmədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən, idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 360.1-ci maddəsinə əsasən, əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsinə əsasən, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən, hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. Həmin Məcəllənin 673.2-ci maddəsinə əsasən, hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. Həmin Məcəllənin 673.3-cü maddəsinə əsasən, imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Həmin Məcəllənin 673.4-cü maddəsinə əsasən, bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə göstərilən 4 (dörd) elementin heç biri müəyyən edilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmaqla, sosial münasibətlərin mahiyyəti gərəyi ədalətli olmayan məhkəmə qərarı qanuni hesab oluna bilməz. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh4 ərarvaddırlar (nikahın pozulması ilə bağlı mülki iş icraatdadır). Digər Cavabdeh3 isə Cavabdeh4 qardaşıdır. Cavabdehlər və onların atası Cəlilabad rayonunda və Bakı şəhəri ticarət fəaliyyəti ilə məşğuldurlar. İddiaçı və cavabdehlər həm də xala uşağı kimi qohumdurlar. X13 isə İddiaçı atasıdır. Cəlilabad rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli 67 nömrəli sərəncamından çıxarışa əsasən, mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi 0,045 ha torpaq sahəsi X4 direktoru olduğu “Elman-İ.O” müəssisəsinə kommersiya məqsədilə ayrılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubuna əsasən, ............. mübahisə predmeti olan Cəlilabad şəhəri, Qurtuluş küçəsi 201 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binası xx.xx.2022-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. Mübahisə predmeti olan torpaq sahəsi xx.xx.2003-xx.xx.2042-ci illər üzrə torpaq icarəsi müqaviləsi əsasında Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən “Elman-İ.O” müəssisəsinə icarəyə verilmişdir. Cəlilabad rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 38 nömrəli sərəncamından çıxarışa əsasən, mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi 0,045 ha torpaq sahəsi X4 direktoru olduğu “Elman-İ.O” müəssisəsinə kommersiya məqsədilə ayrılmışdır. Mübahisə predmeti olan 0.059 ha torpaq sahəsi xx.xx.2020xx.xx.2060-cı illər üzrə torpaq icarəsi müqaviləsi əsasında Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən X9 icarəyə verilmişdir. Torpaq sahəsinin plan və ölçüsü əlavə edilmişdir. Cəlilabad rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 67 nömrəli sərəncamından çıxarışa əsasən, X4 Cəlilabad şəhərinin M.Hüseyn küçəsində yerləşən kommersiya obyektinə bitişik 590 kv.m. torpaq sahəsi X4 icarəsinə verilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi xx.xx.2021-xx.xx.2051-ci illər üzrə torpaq icarəsi müqaviləsi əsasında Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən X9 icarəyə verilmişdir. Torpaq sahəsinin plan və ölçüsü əlavə edilmişdir. Cəlilabad rayon İcra Hakimiyyətinin xx.xx.2021ci il tarixli 78 nömrəli sərəncamından çıxarışa əsasən, mübahisə predmeti olan icarədə olan torpaq sahəsinə bitişik 42 kv.m. torpaq sahəsi X4 icarəsinə verilmişdir. xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən, Cəlilabad şəhəri, Qurtuluş küçəsi 201 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binası hədiyyə verən X13 tərəfindən hədiyyə alan İddiaçı hədiyyə edilmişdir. X1 əvəzinə etibarnamə üzrə nümayəndə X5 tərəfindən imzalanmışdır. Müqavilə Cavabdeh1 tərəfindən təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən, Cəlilabad şəhəri, Qurtuluş küçəsi 201 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binası hədiyyə verən İddiaçı tərəfindən hədiyyə alan Cavabdeh4 hədiyyə edilmişdir. Müqavilə İddiaçı əvəzinə etibarnamə üzrə nümayəndə X5 tərəfindən imzalanmışdır. Müqavilə Cavabdeh1 tərəfindən təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən, Cəlilabad şəhəri, Qurtuluş küçəsi 201 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyriyaşayış binası hədiyyə verən Cavabdeh4 tərəfindən hədiyyə alan Cavabdeh3 hədiyyə edilmişdir. Müqavilə Cavabdeh4 əvəzinə etibarnamə üzrə nümayəndə X11 tərəfindən, Cavabdeh3 əvəzinə isə X5 tərəfindən imzalanmışdır. Müqavilə Cavabdeh1 tərəfindən təsdiq edilmişdir. Cavabdeh1 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı tərəfindən 58 il müddətinə X2 ümumi etibarnamə verilmişdir. Cavabdeh1 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən, X5 tərəfindən İddiaçı səlahiyyətləri 56 il 5 ay 11 gün müddətinə X6 ötürülmüşdür. Cavabdeh1 tərəfindən təsdiq edilmiş ərizəyə əsasən, İddiaçı əri Cavabdeh4 məxsus Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinin satılmasına razılıq verir. Ərizə təmsilçi X11 tərəfindən imzalanmışdır. Cavabdeh1 tərəfindən təsdiq edilmiş ərizəyə əsasən, İddiaçı əri Cavabdeh4 məxsus mübahisə predmeti olan qeyri-yaşayış binasının bağışlanılmasına razılıq verir. Ərizə təmsilçi X11 tərəfindən imzalanmışdır. Bakı şəhəri 30 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəyə əsasən, İddiaçı X6 verilmiş etibarnaməyə xitam vermişdir. Mübahisə predmeti olan bağışlanma müqavilələri şərtsiz bağlanmışdır. Yəni, bağışlanma müqavilələri üzrə şərtin hədiyyə alan tərəfindən pozulması xüsusatı mövcud deyildir. Mübahisə predmeti olan qeyri-yaşayış binası hazırda Cəlilabad şəhərində "xxxx" Ticarət mərkəzi kimi fəaliyyət göstərir. Həmin Ticarət Mərkəzinin idarəetməsi "xxxx" MMC tərəfindən həyata keçirilir. "xxxx" MMC-nin faktiki və hüquqi rəhbəri Cavabdeh3dur. Göstərilənlər mülki işin mübahisəsiz hallarıdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı məhkəməyə mübahisənin faktiki halları barədə ətraflı izahat vermişdir. İddiaçı cəmi 1 iclasda iştirak etmiş və həmin iclasa da məhz məhkəmə tərəfindən xüsusilə dəvət edilmişdir ki, mübahisənin faktiki halları barədə məhkəməyə məlumat versin, nəticədə mülki iş üzrə doğru qərarın qəbul edilməsi mümkün olsun. İzahat zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi və qeyri-yaşayış binası iddiaçının atasının adına rəsmiləşdirilmiş olsa da, faktiki olaraq cavabdehlərin atasının vəsaiti ilə əldə edilmiş, faktiki olaraq Cavabdeh3 məxsus olmuşdur. Mübahisə predmeti olan əmlaka dair çıxarışın Həşim Ağayevin adına qeydə alınma tarixi və bağlanmış bağışlanma müqavilələrinin tarixi, sonraki əməliyyatlar vahid niyyətlə həyata keçirilmiş, notariat əməliyyatları zamanı əlavə rüsumların ödənilməsinin qarşısının alınması məqsədilə məhz bağışlanma formasında rəsmiləşdirilmişdir. Təcrübədə bağışlanmanın yalnız yaxın qohumlar arasında həyata keçirilməsinin praktiki asanlığı nəzər alınmaqla, Cavabdeh3 məxsus olan əmlak bir neçə əməliyyat formasında yekun olaraq sonuncunun adına rəsmiləşdirilmişdir. İddiaçı özü də məhkəməyə verdiyi izahatında əmlakın atasının adına olduğunu bildirsə də (həmin hal sənədlərə əsasən ortadadır), məhkəmənin dəfələrlə ünvanladığı suallara cavab olaraq mübahisə predmeti olan əmlakın faktiki olaraq atasına məxsus olduğunu qeyd etməmişdir. Yəni, mübahisə predmeti olan əmlak cavabdehin atasının adına rəsmiləşdirilmiş, lakin, ona məxsus olmamışdır. Müəyyən edilir ki, iddiaçının atası X20 rayonu ərazisində yerləşən yerləşən Sədərək Ticarət Mərkəzində ticarətlə məşğuldur. Şahid qismində dindirilımiş cavabdehlərin atası X5 bildirmişdir ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxsdir, həmin torpaq sahəsi 1998-ci il tarixdə onun və bacanağı X17 Federasiyasında yaşayan və həmin ölkənin vətəndaşı qaynı tərəfindən Həşim Ağayevin adına rəsmiləşdirilməklə alınmışdır (özü xarici ölkə vətəndaşı olduğundan Həşim Ağayevin adına rəsmiləşdirilmişdir). 2020-ci ildə Mikayıl Quliyeva məlum olmuşdur ki (cavabdeh olan övladları bildirmişdir), qaynı həmin torpaq sahəsini satır. Mikayıl Quliyev həmin torpaq sahəsini və torpaq sahəsinə bitişik əlavə ərazini də əvəzli qaydada əldə etməklə bacanağı Həşim Ağayevin adına çıxarışı rəsmiləşdirmiş, əmlaka çıxarış alındıqdan sonra isə torpaq sahəsinin üzərində yerləşən və hazırda fəaliyyət göstərən ticarət mərkəzini öz vəsaiti hesabına tikmiş (alınan tikinti materiallarının tam siyahısı təqdim edilmişdir), ən sonda bağışlanma əməliyyatları ilə əmlakı övladı Cavabdeh3 adına rəsmiləşdirilmişdir. Məhkəmə şahidin ifadəsini əsaslı hesab edir. Yəni, mübahisə predmeti olan əmlak yekunda faktiki mülkiyyətçisinin, həqiqi sahibinin adına keçmişdir. Doğrudur ki, bağlanmış əqdlər (bağışlanma müqavilələri) formal əsaslıdır (yalan əqd), lakin, iradə ifadəsi nöqteyi-nəzərdən vahid iradə ifadəsinə, doğru nəticəyə yönəlmiş əqdlərdir. Yəni, mübahisə predmeti olan müqavilələr üzrə formal baxımdan qüsurlar olsa da, yekun olaraq iradə ifadəsi baxımından qüsurlar müəyyən edilmir. İddiaçının izahatının ətraflı təhlili (audio-video qeydlər mövcuddur) deməyə əsas verir ki, mübahisə predmeti olan əmlak iddiaçının atasına məxsus olmamış, sadəcə onun adına rəsmiləşdirilmişdir. Yəni, Həşim Ağayev formal mülkiyyətçi olmuşdur. İddiaçının izahatına əsasən, ona mübahisə predmeti olan əmlakın ticarət mərkəzi kimi fəaliyyət göstərməsi və Cavabdeh3 idarəçiliyində olması məlumdur. Bundan əlavə, iddiaçı ailə baş vermiş mübahisə nəticəsində 2023-cü il tarixdə də evi tərk etməsini, bir neçə ay öz atasının evində yaşamasını, daha sonra isə tərəflərin yenidən barışmasını qeyd etmişdir. Yəni, KMP-nin hüquqi mövqeyi əsas götürülməklə bağışlamadan imtina ilə bağlı 1 illik kəsici müddətin ötürülməsi müəyyən olunur (əgər əsas mövcud olmuş olsa idi). KMP-nin hüquqi mövqeyi əsas götürülməklə bağışlamadan imtinanın əsasları da müəyyən edilmir. Belə ki, bağışlamanın şərtsiz həyata keçirilməsi və iddiaçının vəkilinin də istinad etdiyi KMP-nin formalaşdırdığı hüquqi mövqeyin dispozitiv şərtləri hazırki mübahisə üzrə müəyyən edilmir (mənəvi xüsusatlarla əlaqədar). Müəyyən edilir ki, Cavabdeh4 övladlarının saxlanılması üçün aliment öhdəliklərini tam icra etmiş, lakin, iddiaçı bundan imtina etmişdir. İddiaçı mübahisə predmeti olan əmlakı cavabdeh olan ərinə bağışlaması ərinin mülkiyyətçi kimi mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına, sərəncam hüququnun dar çərçivəyə salınmasına əsas ola bilməz. Mülkiyyətçi (cavabdeh) öz mülkiyyəti üzərində sərəncam verməkdə sərbəstdir. İddiaçı bağlanmış əqdlər üzrə tərtib edilmiş razılıq ərizələrinin onun həqiqi iradəsini əks etdirməməsinə dair əsaslı mülahizə bildirməmiş, sübutlar təqdim etməmişdir. İddiaçının notarial qaydada təsdiq edilmiş sözügedən razılıq ərizələri qanunla müəyyən edilmiş qaydada etibarnamə üzrə nümayəndə vasitəsilə təqdim edilmişdir. Yəni, hüquqi baxımdan qanunun tələblərinə əməl edilmişdir. Əks halda, etibarnamə üzrə təmsilçilik səlahiyyətinin, nümayəndəlik, səlahiyyətin ötürülməsi institutlarının hər hansı hüquqi təsiri qalmaz. Prezumpsiyanın əksini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Nikahın pozulması barədə iddia məhz iddiaçının özü tərəfindən qaldırılmış, mənzili iddiaçı öz iradəsi ilə tərk etmişdir. Bunun əksi barədə, həmçinin iddiaçıya işgəncə, əzab verilməsi, döyülmə xüsusatları ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə, bu barədə iddiaçı tərəfdən əsaslı mülahizələr də bildirilməmişdir. İddiaçının vəkili müdafiəsini cavabdehlərin hüquqdan sui-istifadə etməsi üzərində qursa da, müəyyən edilir ki, hüquqdan sui-istifadə edən, formal əsaslara söykənən tərəf iddiaçı tərəfdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi mülki iş üzrə əsl olmayan cavabdehdir. Bundan əlavə, MM-in 54-cü maddəsinin tələbləri baxımından idarə mülki prosesdə cavabdeh, mülki münasibətlərdə müstəqil subyekt qismində iştirak edə bilməz. Cavabdeh qismində publik hüquqi şəxsin özü müəyyən edilməlidir (hazırki mübahisədə publik hüquqi şəxsin özü də əsl olmayan cavabdehdir). Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100 manat məhkəmə xərci iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3295,2 kv.m olan qeyri-yaşayış binasına ("xxxx" MMC) dair xx.xx.2022-ci il tarixli, Cavabdeh1ndə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsindən imtina olunması, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 4Ə-981 saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh3 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabainet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4621/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4621/2025
14.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver