Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4636/2025 11.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisi və X2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisi və X2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X3 Bakı şəhəri 12 saylı Notariat Ofisi və X2 qarşı “X1 verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, xx.xx.2017-ci il tarixində X4 ilə bağlanmış bağışlama müqaviləsinin X5 aid olan hissədə, yəni ½ pay hissədə etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz miras əmlaka X3 ½ pay hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə e-2(004)-3917/2025 nömrəli mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Fariz Əlizadənin icraatındadır. Belə ki, Azərbaycan Respublikası MPM-in 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hər iki tələb üzrə mülki iş bir-biri ilə əlaqəli olduğundan, hər iki işin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez və obyektiv həllinə xidmət etdiyi üçün hazırkı mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, mübahisələrin kökündə duran məsələ eyni miras predmeti çıxış edir. Odur ki, mübahisələrə eyni icraatda baxılmaqla ətraflı araşdırma aparılmalıdır. Tələblər bir-biri ilə bilavasitə əlaqəlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin operativ, səmərəli və düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən biri, ilkin olaraq icraata qəbul edilmiş digər işə birləşdirilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisi və X2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair e-2(004)-4636/2025 nömrəli və iddiaçı X3 Bakı şəhəri 12 saylı Notariat Ofisi və X2 qarşı “X1 verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, xx.xx.2017-ci il tarixində X4 ilə bağlanmış bağışlama müqaviləsinin X5 aid olan hissədə, yəni ½ pay hissədə etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz miras əmlaka X3 ½ pay hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə e-2(004)-3917/2025 nömrəli mülki işlər bir-biri ilə əlaqəli olduğundan, yəni, eyni şəxslərə qarşı bir-biri ilə əlaqəsi olan müxtəlif iddia tələbləri ilə bağlı olması müəyyən edildiyindən hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez, səmərəli və obyektiv həllinə xidmət etdiyi üçün sözügedən mülki işlər bir icraatda birləşdirilməli və mülki işə e-2(004)- 3917/2025 nömrə verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 169.3, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Ofisi və X2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və miras payının müəyyən edilməsi” tələbinə dair e-2(004)-4636/2025 nömrəli və iddiaçı X3 Bakı şəhəri 12 saylı Notariat Ofisi və X2 qarşı “X1 verilmiş xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, xx.xx.2017-ci il tarixində X4 ilə bağlanmış bağışlama müqaviləsinin X5 aid olan hissədə, yəni ½ pay hissədə etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən daşınmaz miras əmlaka X3 ½ pay hissədə mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə e-2(004)-3917/2025 nömrəli mülki işlər bir-biri ilə əlaqəli olduğundan, yəni, eyni şəxslərə qarşı bir-biri ilə əlaqəsi olan müxtəlif iddia tələbləri ilə bağlı olması müəyyən edildiyindən hər iki işlərin bir icraatda baxılması tərəflər arasında olan mübahisələrin daha tez, səmərəli və obyektiv həllinə xidmət etdiyi üçün sözügedən mülki işlər bir icraatda birləşdirilməli və mülki işə e-2(004)-3917/2025 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-4636/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4636/2025
11.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver