Məhkəmə qərarları › İş №e-2(004)-4639/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4639/2023

21.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4639/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma və mənzilin mülkiyyətçinin sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma və mənzilin mülkiyyətçinin sahibliyinə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 132, 25 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. Həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli Çıxarış dair mövcuddur. Cavabdehlər Cavabdeh1 iddiaçının bacısı, digər cavabdehlər isə bacısı uşaqlarıdır. Cavabdehlər 2 ilə yaxın müddətdir ki, iddiaçının evini zəbt edib orada yaşamaqla iddiaçıya öz mülkiyyətindən istifadə etməyə imkan vermirlər. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 132, 25 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan 32 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1057 nömrəli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 132, 25 saylı mənzildə yaşayırlar. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar və hazırda İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 132, 25 saylı mənzildə yaşayırlar. İddiaçının mülkiyyət hüquqları pozulur. İddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına qanunvericiliklə müəyyən edilmiş legitim əsaslar müəyyən edilmir. Bu səbəbdən, iddiaçının mülkiyyət hüquqlarının müdafiəsi təmin edilməlidir. Tərəflər arasında bacı-qardaş, qohumluq münasibətlərinin olması və ya iş üzrə faktiki digər hallar mülkiyyət hüquqlarının pozulmasına haqq qazandırmır, buna əsas qismində çıxış edə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdehlər məhkəmə iclaslarının heç birində iştirak etməmiş, iddia tələbində qeyd olunan xüsusatların təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material (mülahizə) məhkəməyə təqdim etməmiş, üzərlərinə düşən aktiv sübutetmə fəaliyyətini təmin etməmişlər. Nəticə etibarilə, mülkiyyətçi olan iddiaçının iddia tələbi əsaslıdır. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 132, 25 saylı mənzildən çıxarılmalı və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 132, 25 saylı mənzil İddiaçı sahibliyinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən çıxarılma və mənzilin mülkiyyətçinin sahibliyinə qaytarılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 132, 25 saylı mənzildən çıxarılsınlar. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 132, 25 saylı mənzil İddiaçı sahibliyinə qaytarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar