Məhkəmə qərarları › İş №e-2(004)-4663/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4663/2023

28.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4663/2023 28.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə İddiaçı Cavabdeh QSC-yə qarşı mənzildən istifadə hüquqlarının tanınması tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 30 saylı evin 33 nömrəli mənzilinə dair istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 50/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh QSC ilə X9 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 15L000000977 saylı kredit xətti müqaviləsinin ləğv edilməsi, ilkin iddia tələbi üzrə iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun özünə aid edilməsi, ilk iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmiş, eyni zamanda qarşılıqlı iddia tələbi qismən tələb edilərək cavabdehlər X4 və "xxxx" Firması MMC-dən müştərək qaydada Cavabdeh QSC-nin xeyrinə, 15R0002593 saylı kredit razılaşması üzrə 82693, 38 ABŞ dolları məbləğində əsas borc, 36039, 88 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, 15R000002904 saylı kredit razılaşması üzrə 70445, 68 ABŞ dolları məbləğində kredit borcu, 31918, 02 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 102863, 7 ABŞ dolları borc, 15R000002924 saylı kredit razılaşması üzrə 57418, 00 ABŞ dolları məbləğində kredit borcu, 26421, 21 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 84339,21 ABŞ dolları borc, 15R000003225 saylı kredit razılaşması üzrə 26311,42 ABŞ dolları məbləğində kredit borcu, 11314, 02 ABŞ dolları məbləğində faiz borcu və 500 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 38125,44 ABŞ dolları borc olmaqla, ümumilikdə hər dörd kredit razılaşması üzrə cəmi, 344561,61 ABŞ dolları məbləğində borcun, 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 63 manat xidmət haqqının tutulması, tutmanın X6 məxsus Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində 0,11 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 100 nömrəli fərdi yaşayış evinə (ilkin satış qiyməti 70000 manat dəyərində qiymətləndirilməklə), X6 məxsus Ağcabədi şəhəri, Nəsimi küçəsində yerləşən qeyri-yaşayış binası YDM-yə (ilkin satış qiyməti 230000 manat dəyərində qiymətləndirilməklə) və X5 məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30, 33 nömrəli mənzilə (ilkin satış qiyməti 140000 manat dəyərində qiymətləndirilməklə) yönəldilməklə, açıq hərracdan satılması, əmlaklar satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılmaqla, Cavabdeh QSC-yə təhvil verilməsi, əmlakın satışından əldə olunan vəsait hesabına Cavabdeh QSC-yə olan borcun ödənilməsi, artıq qalan məbləğin mülkiyyətçilərə qaytarılması, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğin ümumi qaydada cavabdehlər X4 və "xxxx" Firması MMC-dən müştərək şəkildə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4277/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-890/21 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4277/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-50/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi Yasamal Rayon İcra Şöbəsinin icraatına daxil olmuş və müvafiq qərarla icraata başlanılmışdır. İcra sənədinin icrası ilə əlaqədar mübahisə predmeti olan X5 məxsus Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30, 33 nömrəli mənzilə dair hərrac keçirilmiş və bank tərəfindən əldə edilmişdir. İddiaçı tərəfindən ipoteka müqaviləsinin etibarsızlığına dair məhkəməyə iddia ərizəsi verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-629/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(004)- 4093/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh QSC-yə və Hərrac Mərkəzi "xxxx" MMC-yə qarşı “ipoteka müqaviləsinin, hərracın yekunlarına dair protokolun və həmin protokol əsasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan işin araşdırması zamanı xətşünaslıq ekspertizası keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 4/246 saylı, 11 aprel 2023-cü il tarixli ekspert rəyinə əsasən İddiaçı adından olan xx.xx.2012-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza İddiaçı tərəfindən deyil başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Göründüyü kimi iddiaçının razılığı alınmadan birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, ev 30, 33 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş və hərracda satılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 mənzili birgə nikah dövründə bağışlama müqaviləsi əsasında əldə etdiyini bildirmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 məhkəməyə etiraz ilə müraciət edərək bildirmişdir ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün icra şöbəsinə göndərilmiş, icra şöbəsi tərəfindən ipoteka predmeti olan əmlakların açıq hərracdan satılaraq realizə edilməsi üçün hərrac mərkəzinə sifariş verilmişdir. Hərrac mərkəzi tərəfindən hərrac prosesləri həyata keçirilmiş, keçirilmiş hərraclar nəticəsində əmlak satılmadığından yekunda ipoteka saxlayan Cavabdeh QSC-yə təklif edilmişdir. Bank tərəfindən təklif qəbul edilərək əmlakların borcun müəyyən hissəsinin qarşılığında mülkiyyətinə qəbul edilməsinə razılıq verilmişdir. Hazırda qeyd olunan əmlak Cavabdeh QSC-nin mülkiyyətindədir. Daha sonra İddiaçı tərəfindən Cavabdeh QSC-yə və hərrac mərkəzinə qarşı ipoteka müqaviləsinin və hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-4093/2022 saylı qətnaməsinə əsasən iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)- 629/2023 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş iş üzrə yeni qətnamə qəbul edilməklə iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsində işə baxıldığı dövrdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ünvanlanmış, sorğuya cavab olaraq təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 33 nömrəli mənzil xx.xx.2011ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X2 tərəfindən X5 bağışlanmış və xx.xx.2011-ci il tarixdə Nizami Qasımova mülkiyyət hüququ üzrə çıxarış verilmişdir. Göründüyü kimi mənzil tərəflərin birgə nikahı dövründə əldə olunsa da ərarvadın birgə vəsaiti hesabına əldə edilməmiş, birgə nikah dövründə əvəzsiz qaydada Nizami Qasımov tərəfindən əldə edilmişdir. X8 qeyd olunan mənzili bağışlama yolu ilə yəni əvəzsiz əldə etdiyindən mənzil ər arvadın birgə mülkiyyəti hesab oluna bilməz. Buna görə də həmin mənzilin ipoteka ilə yüklü edilməsinə İddiaçı razılığının alınması tələb olunmur. Cavabdeh QSC də həmin mənzili qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası nəticəsində keçirilmiş hərrac vasitəsi ilə əldə etmişdir. İddiaçının hazırki iddiasının heç bir hüquqi əsası yoxdur. İddiaçı ərizəsində əmlakın birgə nikah dövründə əldə edildiyindən həmin əmlak üzərində onun istifadə hüquqlarının yarandığını qeyd etsə də həmin əmlakın xx.xx.2011-ci il tarixli bağışlama müqaviləsinə əsasən Nizami Qasımovun mülkiyyətinə qəbul olunduğu müəyyən edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. “İpoteka haqqında “ Azərbaycan Respublikası Qanununu Maddə 8. Ümumi mülkiyyətdə olan əşyanın ipoteka qoyulması 8.1. Ümumi birgə mülkiyyətdə olan əşya bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq olunmuş razılığı ilə ipoteka qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 225. Ərlə arvadın ümumi mülkiyyəti 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-629/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən olunmuşdur ki, İddiaçı və X10 xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar. Eyni zamanda həmin qətnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən 33 nömrəli mənzil xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, yəni əvəzsiz olaraq X3 mülkiyyətinə keçmişdir. Beləliklə mənzil iddiaçı və X3 birgə nikah müddətində əldə edilməsinə baxmayaraq, onların birgə qazancı hesabına əldə edilmədiyindən, əvəzsiz olaraq, yəni hədiyyə kimi X3 mülkiyyətinə keçdiyindən yalnız onun mülkiyyəti hesab olunur. Olur ki, mənzil yalnız X3 mülkiyyəti olduğundan iddiaçının həmin mənzilin ipoteka qoyulması zamanı notariat qaydasında təsdiq edilmiş razılığının alınmasına zərurət omamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd olunduğundan iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar