Məhkəmə qərarları › İş №e-2(004)-4728/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4728/2025

01.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4728/2025 01.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-208/2024 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3014-cü məhəllə, 4 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv olunması və real bazar qiymətinə uyğun qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı X3 Cavabdeh MMC-yə qarşı “Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-208/2024 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3014-cü məhəllə, 4 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv olunması və real bazar qiymətinə uyğun qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən müəyyən olunur ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1 qaydaların pozulması ilə icraata qəbul edilməsi yolverilməzdir. Beləliklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı X2 izah olunur ki, iddia ərizəsi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 2(006)-208/2024 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3014-cü məhəllə, 4 saylı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın ləğv olunması və real bazar qiymətinə uyğun qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. ********** nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı X2 qaytarılsın. İddiaçı X2 izah olunur ki, iddia ərizəsi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar