Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4775/2021 12.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kommunal xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kommunal xərclərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən kommunal xidmətlərə görə Cavabdeh 4832,73 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsini, Cavabdeh növbəti aylar üçün mülkiyyətindəki mənzil üzrə kommunal haqqların İddiaçınə ödənilməsi vəzifəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 177,5 m2 olan 1 saylı və ümumi sahəsi 206,5 m2 olan 2 saylı mənzillər Cavabdeh oğlınun mülkiyyətindədir. Cavabdeh yuxarıda qeyd edilən mənzillərin mülkiyyətçisi olaraq ümumi əmlakın saxlanılması üçün kommunal haqları ödəmək öhdəliyi yaranmşdır. Lakin, cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcları ödəməkdən yayınır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərin tənzimlənməsi barədə” 28.11.2016-cı il tarixli 18 №-li və 22.12.2016-cı il tarixli 19 №-li qərarlarına müvafiq olaraq, İddiaçı MMMC-nin aylıq kommunal tariflərin dəyişdirilməsinə dair İddiaçı MMMC-nin idarə Heyətinin 28.12.2016-cı il tarixli 5 saylı iclas Protokoluna əsasən aylıq kommunal xidmət tariflərinin dəyişdirilməsi qərara alınmışdır. Belə ki, sahə mülkiyyətçisinə qış mövsümündə (15.11-15.04 ərəfəsində) istilik , daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər kv.m. üçün 0,90 AZN; sahə mülkiyyətçisinə qış mövsumunda istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər kv.m. üçün 0,50 AZN və sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan günədək mənzilin ümumi sahəsinin hər kv.m. üçün 0,35 AZN müəyyən olunmuşdur. İddiaçı MMMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, 2934-cü məhəllə, Sadıqcan küçəsi, ev 2A, korpus 6 ünvanında yerləşən ümumi sahəsi 177,5 m2 olan 1 saylı mənzilə görə kommunal xərclər üzrə borcu 2018-cı ilin iyul ayından 2021-ci ilin iyun ayına qədər 2236 manat 50 qəpik, həmin ünvandakı ümumi sahəsi 206,5 m2 olan 2 saylı mənzilə görə isə 2596 manat 23 qəpik, cəmi 4832 manat 73 səpik təşkil edir. Həmin borc mənzillərin ümumi sahəsinin hər kv.m. üçün 0,35 AZN olmaqla hesablanmışdır. Daha sonra cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etirazla məhkəməyə müraciət etmiş, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməmiş, məhkəmədən iddia tələbinin təmin ediməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4832,73 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq İddiaçınə verilməlidir. Belə ki, iş materiallarında olan ******* nömrəli daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarışa əsasən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh məxsusdur. Qeydiyyat nömrəsi ********** kimi qeyd edilmişdir. 27.06.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Mənzilin ümumi sahəsi206,5 kv.metrdir. İş materiallarında olan ******* nömrəli daşınmaz əmlakın dövlət reyestri xidmətindən çıxarışa əsasən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh məxsusdur. Qeydiyyat nömrəsi ********** kimi qeyd edilmişdir. 27.06.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Mənzilin ümumi sahəsi 177,5 kv.metrdir. İş materiallarında olan İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən görünür ki, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A, korpus-6 ünvandakı 1 saylı mənzilin mülkiyyətçisi Cavabdeh həmin mənzil üzrə 2018-ci ilin iyul ayından 2021-ci ilin iyun ayına qədər olan kommunal borcu 2236 manat 50 qəpik təşkil edir. 2018-ci ilin iyul ayından ilin sonuna kimi həmin mənzilin illik kommunal borcu 372 manat 75 qəpik olduqda, heç bir ay üçün ödənilməyib. 2019-cu ildə illik kommunal borcu 745 manat 50 qəpik olduqda, heç bir ay üçün ödənilməyib. 2020-ci ildə illik kommunal borcu 745 manat 50 qəpik olduqda, heç bir ay üçün ödənilməyib. 2021-ci ildə yanvar-iyun ayları üçün ödənilməyib. İş materiallarında olan İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən görünür ki, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A, korpus-6 ünvandakı 2 saylı mənzilin mülkiyyətçisi Cavabdeh həmin mənzil üzrə 2018-ci ilin iyul ayından 2021-ci ilin iyun ayına qədər olan kommunal borcu 2596 manat 23 qəpik təşkil edir. 2018-ci ilin iyul ayından ilin sonuna kimi həmin mənzilin illik kommunal borcu 432 manat 71 qəpik olduqda, heç bir ay üçün ödənilməyib. 2019-cu ildə illik kommunal borcu 865 manat 41 qəpik olduqda, heç bir ay üçün ödənilməyib. 2020-ci ildə illik kommunal borcu 865 manat 41 qəpik olduqda, heç bir ay üçün ödənilməyib. 2021-ci ildə yanvar-iyun ayları üçün ödənilməyib. İş materiallarında olan cədvələ əsasən görünür ki, Cavabdeh 2018-ci ilin iyul ayından ilin sonuna kimi həmin mənzilin illik kommunal borcu 372 manat 75 qəpik, 2019-cu ildə illik kommunal borcu 745 manat 50 qəpik, 2020-ci ildə illik kommunal borcu 745 manat 50 qəpik olmuş, 01.01.2020-ci il tarixdən dekabr ayına qədər 372,75 manat borc yaranmış, lakin cavabdeh tərəfindən ödəniş olunmamışdır. İş materiallarında olan cədvələ əsasən görünür ki, Cavabdeh 2018-ci ilin iyul ayından ilin sonuna kimi həmin mənzilin illik kommunal borcu 432 manat 71 qəpik, 2019-cu ildə illik kommunal borcu 865 manat 41 qəpik, 2020-ci ildə illik kommunal borcu 865 manat 41 qəpik olmuşdur. 01.01.2020-ci il tarixdən dekabr ayına qədər 432,705 manat borc yaranmışdır. Cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. İş materiallarında olan xəbərdarlıq məktubuna əsasən görünür ki, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A, korpus-6 ünvandakı 1 saylı mənzil üzrə 01.09.2020-ci il tarixə yaranmış 1677,37 manat borc barəsində Cavabdeh İddiaçı MMMC tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubuna əsasən görünür ki, Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A, korpus-6 ünvandakı 2 saylı mənzil üzrə 01.09.2020-ci il tarixə yaranmış 1947,17 manat borc barəsində Cavabdeh İddiaçı MMMC tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xəbərnamələrə əsasən görünür ki, xəbərdarlıq məktubları 13.10.2020-ci il tarixdə Cavabdeh tərəfindən qəbul edilmişdir. İş materiallarında olan 28.03.2016-cı il tarixli, 05/ƏN11-2-109-14 nömrəli Qeyri- Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən çıxarışa əsasən görünür ki, qurumun təşkilati-hüquqi forması mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətidir. 28.03.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi 1116-MM3-0022 kimi qeyd edilmişdir. Qurumun qanuni təmsilçisi X3r. İş şateriallarında olan İddiaçı MMMC-nin idarə heyəti iclasının 5 nömrəli protokoluna əsasən görünür ki, iclas 28 dekabr 2016-cı il tarixdə, ünvan 4 ünvanında keçirilmişdir. İclasda idarə heyətinin sədri X5, idarə heyətinin sədrinin müavini X7, idarə heyətinin üzvləri X4, X1, X10, X2, X8 iştirak etmişlər. İclasda Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 28.11.2016-cı il tarixli 18 nömrəli və 22.12.2016-cı il tarixli, 19 nömrəli qərarlarına müvafiq olaraq İddiaçı MMMC aylıq kommunal xidmət tariflərinin dəyişdirilərək, sahə mülkiyyətçisinə qış mövsümündə (15.11- 15.04) istilik, daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər kv.metri üçün 0,90 AZN, sahə mülkiyyətçisi qış mövsümündə istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər kv.metri üçün 0,50 AZN (bu zaman istilik və isti su boruları müvafiq qaydada bağlanır) , sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan günədək mənzilin ümumi sahəsinin hər kv.m üçün 0,35 manat (bu zaman istilik və isti su boruları müvafiq qaydada bağlanır) ödəniş məbləği qərarlaşdırılmışdır. Podratçı "xxxx" MMC ilə sifarişçi İddiaçı MMMC arasında bağlanmış 05 yanvar 2017ci il tarixli müqaviləyə əsasən görünür ki, tərəflər arasında 1 ədəd liftin texniki xidmət haqqı 60 manat olaraq razılaşdırılmışdır. Mövcud müqavilə 05 yanvar 2017-ci ildən 01 yanvar 2018-ci ilədək bağlanmış və bağlandığı gündən qüvvəyə minmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin "xxxx" MMC ilə İddiaçı MMMC arasında bağlanmış 05 yanvar 2017-ci il tarixli müqaviləyə əsasən görünür ki, tərəflər arasında bir ayda daşınan məişət tullantısının məbləği 120 manat olaraq müəyyənləşdirilmişdir. Müqavilə 01 yanvar 2017-ci ildən 31 dekabr 2017-ci ilədək bağlanmışdır. İş materiallarında olan 2020-ci il üçün ödəmə cədvəlinə əsasən görünür ki, binalar və qaraj üzrə, yanvar ayından dekabr ayına qədər cəmi 187943,77 manat məbləğində ödəniş edilmişdir. 2020-ci ilin yanvar-dekabr ayları üçün, 2021-ci ilin mart ayı üçün tərtib edilmiş ödəmə cədvəllərinə əsasən, bina 6, mənzil 1 və 2 üzrə ödəniş edilməmişdir. 2021-ci il tarixli vəsaitin xərclənməsinə dair cədvələ əsasən görünür ki, 2021-ci ili yanvar ayı üçün 17423,70 manat, fevral ayı üçün 16342,35 manat, mart ayı üçün 15708,80 manat olmaqla ümumilikdə 49474,85 manat vəsait xərclənmişdir. 2021-ci il üçün tərtib edilmiş ödəmə cədvəlinə əsasən görünür ki, yanvar-dekabr ayları ərzində binalar və qaraj üzrə 49062 manat məbləğində ödəniş edilmişdir. Həmin müddət üçün məxaric 49474,85 manat olmuşdur. 2020-ci il tarixli vəsaitin xərclənməsinə dair cədvələ əsasən görünür ki, 2020-ci ilin aprel ayı üçün 15828,10 manat, may ayı üçün 17462,75 manat, iyun ayı üçün 14181,89 manat, iyul ayı üçün 14983,70 manat, avqust ayı üçün 15540,65 manat, sentyabr ayı üçün 16129,14 manat, oktyabr ayı üçün 16395,29 manat, noyabr ayı üçün 12663,17 manat, dekabr ayı üçün 22581,24 manat olmaqla, ümumilikdə 196331,24 manat vəsait xərclənmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4832,73 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq İddiaçınə verilməlidir. Belə ki, iddiaçı tərəfindən götürülmüş öhdəliklər yerinə yetirilmiş, binanın xərcləri qarşılanmışdır. Lakin, cavabdeh öz öhdəliklərini yerinə yetirməmişdir. Ödəniş cədvəllərinə əsasən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2018-2021 tarixləri üçün heç bir ödəniş edilməmişdir. Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən çıxarışa əsasən görünür ki, qurumun təşkilati-hüquqi forması mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətidir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. İddiaçı iclas protokoluna əsasən müəyyən edilir ki, ödəniş planında dəyişikliklər edilmiş, lakin, sakinlər yeni ödəniş planı ilə tanış olmuşdur. Həmin protokolda qeyd edilir ki, aylıq kommunal xidmət tariflərinin dəyişdirilməsi qərara alınmışdır. Belə ki, sahə mülkiyyətçisinə qış mövsümündə (15.11-15.04 ərəfəsində) istilik , daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər kv.m. üçün 0,90 AZN; sahə mülkiyyətçisinə qış mövsumunda istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər kv.m. üçün 0,50 AZN və sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan günədək mənzilin ümumi sahəsinin hər kv.m. üçün 0,35 AZN müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktublarından da müəyyən edilir ki, cavabdehi yaranmış borc haqqında xəbərdar etmək zərurəti yaranmış, bu barədə şirkət tərəfindən müvafiq tədbir görülmüşdür. Xəbərnamələrə əsasən görünür ki, cavabdehin borc haqqında məlumatı olmuşdur. Lakin, öhdəliyini icra etməmiş, yaranmış borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdehin gələcəkdə kommunal xidmətlərdən istifadə edib-etməyəcəyi, öhdəliyi icra edib-etməyəcəyi işin mübahisəli halı olduğundan məhkəmə, iddia tələbinin qalan hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassızdır və rədd edilməlidir. Konstitusiyanın 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 4.0.4-cü maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə yaşayış sahəsi əldə edənlərin və qanuni əsaslarla onlardan istifadə edənlərin, kommunal xidmətlərin, habelə mənzil fonduna aid digər xidmətlərin istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 6.0.10-cu maddəsinə əsasən kommunal xidmətlərin göstərilməsi, 6.0.11-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi mənzil qanunvericiliyi ilə tənzimlənir. Həmin Məcəllənin 122.1.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq hüququ vardır. Həmin Məcəllənin 122.1.3-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququ vardır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin maddənin 2-ci bəndinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan, mənziltikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Həmin Məcəllənin 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. Həmin Məcəllənin 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Həmin Məcəllənin 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. Həmin Məcəllənin 137.10-cu mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Həmin Məcəllənin 137.11-ci maddəsinə əsasən idarəetmə müqaviləsində digər müddət nəzərdə tutulmayıbsa, kirayəyə verən, idarəedici təşkilat müvafiq olaraq dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələrinin kirayəçilərini və çoxmənzilli binanın sahələrinin mülkiyyətçilərini yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqların miqdarının dəyişdirilməsi barədə həmin haqların digər miqdarda ödənilməsi üçün əsas olan ödəniş sənədlərini təqdim etməzdən otuz gün qabaq belə dəyişmənin qanuni əsaslarını göstərməklə məlumatlandırmağa borcludur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, hətta çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı təbii inhisarda olan malların təminatı ilə (qaz, elektrik, su və s.) bağlı kommunal xidmətlərin satış qiymətini müəyyən etmək səlahiyyətində deyildirlər. Qeyd edilən mallar “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.4-cü maddəsinə əsasən, yalnız müvafiq icra hakimiyyəti orqanı (Tarif Şurası) tərəfindən müəyyən edilə bilər. Bu səlahiyyət Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2005-ci il tarixli 341 saylı Fərmanı ilə təsdiq olunan Tarif Şurası haqqında Əsasnamədə öz əksini tapmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2005-ci il tarixli 178 saylı qərarı ilə "Qiymətləri dövlət tərəfindən təsdiq olunan malların, işlərin, xidmətlərin Siyahısı" təsdiq olunmuşdur. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyekti təbii inhisar subyektidir. Həmin Qanunun 11.1.4cü maddəsində isə Tarif Şurası tərəfindən müəyyənləşdirilən qiymətləri (tarifləri) dəyişdirən subyektlərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, dövlət inhisarında olan mallarla bağlı göstərilən kommunal xidmətlərin qiyməti yalnız dövlət tərəfindən müəyyən edilir və göstərilən bu cür kommunal xidmətlərin həcmi müvafiq sayğacla hesablanır. Bu cür kommunal xidmətlər çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan sahələrinə göstərildikdə (dəhlizin işıqlandırılması və s.), bununla bağlı kommunal ödənişlər həmin ümumi sahənin istifadəçiləri (çoxmənzilli binada mənzillərin mülkiyyətçiləri) tərəfindən həyata keçirilir. Həmin kommunal xidmətlərə görə ödənişlər binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətdəki paylarına mütənasib olaraq ödənilir. Qeyd olunanlarla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 443.7-ci maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçınə verilməlidir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4832,73 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq İddiaçınə verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4832,73 (dörd min səkkiz yüz otuz iki manat yetmiş üç qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul alınaraq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-4775/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4775/2021
12.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver