Məhkəmə qərarları › İş №e-2(004)-478/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-478/2025

05.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-478/2025 05.03.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik üzrə məcburi payın müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: mirasdan məcburi pay) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X14, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik üzrə məcburi payın müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik üzrə məcburi payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı ildə Bakı şəhərində vəfat etmiş mərhum X1 miras qalmış və tərəfindən faktiki qəbul edlmiş ünvan 1 ünvanında yerləşən mənzildən ona qaun üzrə vərəsəlik zamanı çatası məcburi payın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1947-ci ildə Salyan rayonunda anadan olmuşdur. X3, X7dır. Onların birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən mənzil və digər əşyalara olmuşdur. Atasının vəfatında sonra onlardan miras qalmış ev əşyalarını və qızıl ziynət əşyalarını qəbul etmişdir. X7 xx.xx.2016-cı ildə Bakı şəhərində vəfat etmişdir. X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzildə qardaşı Cavabdeh1 yaşayır və onu anasından miras qalmış mənzilə buraxmır. X5 da ölümündən bir neçə il əvvəl döyərək mənzilindən qovmuşdur. Ölümündən bir neçə il əvvəl döyülüb mənzildən qovulan anasını o öz mənzilində saxlamışdır. Anasından miras qalmış qədimi bir ədəd xalçasını, qızıl sırğasını və bir neçə dəyərli əşyalarını onun ölümündən sonra əldə etmişdir və sahiblik edir. Bununla da X1 miras qalmış əmlaklara X8 qalmış mirası faktiki qəbul etmişdir. X2 miras qalmış əmlaklara vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi, miras əmlaklara dair payın müəyyən olunmasına dair xx.xx.2024-cü il tarixli rəsmi ərizələrinə Bakı şəhəri 5 saylı Notariat Ofisinin Notariusu İ.A.Məmmədovun xx.xx.2024-cü il tarixli 532 saylı məktunu ilə cavabında göstərilmişdir. “Nəzərinizə çatdırırıq ki, ərizənizdə qeyd etdiyiniz 26 oktyabr 2016-cı il tarixdə vəfat etmiş ananız X10 miras əmlakına dair mülki iş Məhkəmə icraatındadır.” Vərəslələr arsında miras əmlak ilə bağlı mübahisə olduğundan məhkəməyə müraciət etməli oldu. Anası sağ ikən 28 avqust 2013cü ildə öz nəticəsi Cavabdeh2 vəsiyyət etmiş və vəsiyyət şahidləri olaraq X20 və X6 iştirak etmiş və vəsiyyətnamənin məzmununu imzaları ilə təsdiq etmişlər. Bakı şəhəri İ.Səfərli küçəsi ev 13, mənzil 16 X11 xüsusi mülkiyyəti kimi xx.xx.1996-cı ildə qeydiyyata alınmışdır. Göründüyü kimi, xx.xx.2016-cı ildə Bakı şəhərində vəfat etmiş mərhum X1 miras qalmış qalmış və tərəfindən faktiki qəbul edilmiş ünvan 1 ünvanında yerləşən mənzilindən ona qanun üzrə vərəsəlik zamanı çatası məcburi payının müəyyən edilməsi, həmin payın naturada ayrılması, bu mümkün olmadıqda həmin mənzililin ilkin satış qiyməti müəyyən edilməli, mənzil açıq hərracdan satılaraq əldə olunmuş pul vəsaiti vəsiyyət üzrə vərəsə Cavabdeh2, məcburi pay hüququ olan Cavabdeh1 və onun arasında paylara uyğun olaraq bölünməlidir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili iddianı qəbul etmədiyini bildirərək miras əmlakın iddiaçıl tərəfindən faktiki qəbul edilmədiyinə istinad edərək iddianın təmin edilməməsini xahiş etmişdir.

III. Məhkəmə baxışının hədləri:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

6. Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən təqdim olunmuş qeydiyyat vəsiqəsinə əsasən müəyyən olunur ki, Bakı şəhəri, İ.Səfərli küçəsi, 13 nömrəli yaşayış evinin 16 nömrəli mənzili xx.xx.1996-cı il tarixdə X12 adına xüsusi mülkiyyətkimi qeydiyyatdan keçirilmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 918017 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X19 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir.

8. Azərbaycan SSR Salyan Rayon VVAQ bürosu tərəfindən xx.xx.1962-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnaməyə əsasən müəyyən olunur ki, X21 xx.xx.1947-ci il tarixdə Salyan rayonunda anadan olmuşdur. X4, anası X17r.

9. Bakı şəhəri 5 saylı Notariat Kontorunda tərtib olunmuş 28 avqust 2013-cü il tarixli vəsiyyətnaməyə əsasən müəyyən olunur ki, X19 ölən günədək ona məxsus olan harada yerləşməsindən, nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Cavabdeh2 vəsiyyət edir.

10. Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, xx.xx.2007-ci il tarixdən fəaliyyətə başlamış “Elektron notariat” informasiya sistemində X10 miras əmlakına dair vərəsəlik işinin açılması barədə məlumat aşkar edilməmişdir.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4155/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4587/2024 nömrəli, 27 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri aşağıdakı əsaslara görə təmin edilməlidir.

13. Məhkəmə qeyd edir ki, vərəsəliklə bağlı münasibətlər 2016-cı il tarixdə yarandığından hazırki münasibətə həmin dövrdə qüvvədə olan qanunvericilik normaları tətbiq olunmalıdır.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

15. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

16. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

17. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

18. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

19. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

20. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir.

21. Həmin Məcəllənin 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, vəsiyyət üzrə vərəsəlik zamanı miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir. Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir.

23. Məhkəmə qeyd edir ki, məcburi paya dair mübahisəyə baxan məhkəmə əvvəlcə miras kütləsinə daxil olan əmlaka və ya onun bir hissəsinə vəsiyyətnamə (yaxud son iki ildə bağışlama) ilə sərəncam verilib-verilmədiyini aydınlaşdırmalıdır. Əgər verilibsə, həmin sərəncamların predmeti olan və olmayan bütün miras kütləsi (vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak) hesaba alınmaqla uşaqların, valideynlərin və arvadın-ərin bu mirasdan qanun üzrə vərəsəliklə almalı olduqları payı müəyyən etməlidir. Həmin payın yarısı isə məcburi paydır ki, məhkəmə qeyd olunan sərəncamlarla onun pozulub-pozulmadığını aydınlaşdırmalıdır. Bunun üçün həmin vərəsələrin bütün mirasdan almalı olduqları dəyər tapılmalı və qanun üzrə vərəsəlik qaydasında bu dəyəri əldə edib-etmədikləri (yaxud mirasın bölüşdürülməsi ilə onu əldə edib-etməyəcəkləri) yoxlanılmalıdır. Bu yoxlama nəticəsində vəsiyyət edilən (bağışlanan) əmlakın miras kütləsinin hansı məbləğdə olan hissəsini əhatə etdiyi, dolayısı ilə miras qoyanın verdiyi sərəncamların qanunla müəyyən edilən həddi aşıb-aşmadığı (məcburi pay sahiblərinin almalı olduqları minimum paya müdaxilə edib-etmədiyi) məlum olur.

24. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X19 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir və İddiaçı onun qızıdır. Eyni zamanda, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, X19 28 avqust 2013-cü il tarixli vəsiyyətnaməyə əsasən ölən günədək ona məxsus olan harada yerləşməsindən, nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını Cavabdeh2 vəsiyyət etmişdir. Həmçinin, X13 2 övladı olmaqla qanun üzrə İddiaçı və Cavabdeh1 adlı vərəsələri vardır.

25. Ona görə də məhkəmə hesab edir ki, miras almağa çağrıla biləcək qanun üzrə 1-ci növbə vərəsələrin hamısı və mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən mənzilin Cavabdeh2 vəsiyyət edilməsini nəzərə alınmaqla məhkəmə hesab edir ki, mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı və Cavabdeh1 qanuni vərəsələr kimi onlara düşən ½ hissə payın yarısı (½ : 2 = ¼) hissəsində məcburi payları tanınmalıdır.

26. Bundan başqa məhkəmə cavabdehin iddiaçı tərəfindən miras əmlakın faktiki qəbul edilməməsi ilə bağlı məcburi pay hüququnun olmaması dəlilinə münasibətdə qeyd edir ki, mübahisə predmeti olan əmlak ünvan 1 ünvanında yerləşən mənzil cavabdehin faktiki yaşayış yeri, iddiaçının isə ata evidir. İddiaçı isə ailə həyatı quraraq həmin mənzildən getmişdir. İddiaçının həmin mənzildə yaşamaması iddiaçının miras əmlakı faktiki olaraq qəbul etməməsi kimi qiymətləndirilə bilməz.

27. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd edir ki, iddia təmin olunmalı, ünvan 2 ünvanında yerləşən mənzilə münasibətdə İddiaçı ¼ hissədə məcburi payı müəyyən edilməlidir.

28. Habelə, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir.

29. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzilə münasibətdə İddiaçı ¼ hissədə məcburi payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar