Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-484/2023 09.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Ərizəçi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə qarşı “avtomobil üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə qarşı “avtomobil üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, “Honda Accord” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibsiz hesab edilməsi və onun üzərində onun mülkiyyət hüququnun tanınması və bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsində müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizəyə əlavə ilə məhkəməyə müraciət edərək “Honda Accord” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibsiz hesab edilməsi və onun üzərində onun mülkiyyət hüququnun tanınması və bununla əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X3 İdarəsində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2011-ci ilin avqust ayında “Honda Accord” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili onun sahibi X1 23.000 ABŞ dolları müqabilində etibarnamə əsasında almışdır. xx.xx.2012-ci il tarixdə BDYPİ QİŞ-də həmin avtomobili öz adına qeydiyyata aldıraraq avtomobilə **-MO-*** nömrə nişanı təhkim olunmuş və AB 647816 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Avtomobilin uçot göstəriciləri üzrə 2018-ci ildə Qİİ-in məlumat axtarış bazası ilə yoxlanılarkən “İnterpol” tərəfindən axtarışda olması aşkar edilmiş, müvafiq akt tərtib olunaraq avtomobil BDYPİ-nin “Siqnal” İLİİ-nin mühafizə olunan dayanacağına saxlanca təhvil verilmişdir. Araşdırmanın davam etdirilməsi üçün Material Baş X3 İdarəsi Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə göndərilmiş və 236 nömrə altında qeydiyyata alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Honda Accord” markalı **-MO-*** qeydiyyat nişanlı VİN:JHMCU26609C209168 olan 2008-ci il buraxılışlı qara rəngli avtomobil Rusiya Federasiyasının Moskva şəhərində axtarışdadır. Araşdırma zamanı müəyyən edilmişdir ki, VİN:JHMCU26609U209168 nömrəli nəqliyyat vasitəsi axtarışda yoxdur. Odur ki, “Honda Accord” markalı VİN:JHMCU26609C209168 nömrəli **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin oğurlanmış avtomobil kimi Rusiya Federasiyasının Moskva şəhərində axtarışa verilməsi ilə o, İddiaçı hərəkətləri arasında hər hansı əlaqə yoxdur, yəni İddiaçı vicdanlı alıcı hesab edilməklə onun əməlində oğurluq və ya digər cinayətin tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bununla əlaqədar Cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 aprel 2018-ci il tarixli Qərar qəbul edilmişdir. Qərarda göstərilir: 1. İddiaçı əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsin. 2. “Honda Accord” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsinin VİN: JHMCU 26609U209168 və ya VİN: JHMCU 26609C209168 kimi qeydiyyata alınması məsələsinə baxılması üçün BDYPİ Qİİ-nə göndərilsin. 3. Nəqliyyat vasitəsi İddiaçı qaytarılsın, ölkədən çıxarılmaması və qeydiyyat hərəkətlərinin aparılması üçün mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ ona izah edilsin. Həmin qərarın icrası ilə əlaqədar ona cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə AD 455530 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamədə mühərrik ******* Ban JHMCU26609U209168 nömrəsi ilə göstərilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2018-ci il tarixli HK-1-236 saylı arayışı əsasında avtomobili cərimə meydançasından götürmüşdür. Lakin ona məxsus “Honda Accord” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində hüquqlarının məhdudlaşdırılması barədə cavabdeh tərəfindən verilən qərar hazırki vaxta qədər qüvvədə olduğu üçün onun barəsində sərəncam verə bilmir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə “Avtomobilin üzərində olan məhdudiyyətlərin və qadağaların götürülməsi barədə” 09 fevral 2022-ci il tarixli Ərizə ilə müraciət etmişdir. Cavabdeh onun ərizəsinə xx.xx.2022-ci il tarixli 18417H-3222 nömrəli məktubla cavab vermişdir. Məktubda gösrərilir ki, qeyd olunan “HONDA ACCORD” markalı, ban nömrəsi JHMCU26609U209168 olan nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyasının Moskva vilayətində oğurlandığı üçün “İnterpol” tərəfindən axtarışda olmasının müəyyən edilməsi səbəbindən xahişinizin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnuzun tanınması və qeydiyyat hərəkətlərinin hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər” Məhkəmənin nəzərinə çatdırır ki, həmin avtomobilə Cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 aprel 2018-ci il tarixli Qərara əsasən qeydiyyat şəhadətnaməsi almış və avtomobili cərimə meydançasından götürərək ondan istifadə edir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, maraqlı şəxs Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinin nümyəndəsi məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 aprel 2018-ci il tarixli Qərara əsasən İddiaçı əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, “Honda Accord” markalı **- MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban nömrəsinin VİN: JHMCU 26609U209168 və ya VİN: JHMCU 26609C209168 kimi qeydiyyata alınması məsələsinə baxılması üçün BDYPİ Qİİ-nə göndərilməsi və nəqliyyat vasitəsi İddiaçı qaytarılması qərara alınmışdır. xx.xx.2019-cu il tarixli AD seriyalı 455530 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Honda Accord” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avotomobil İddiaçı adına qeydə alınmışdır. Beləliklə, araşdırılmış sübütlar və tərəflərin izahatları əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi “Honda Accord” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobili 23.000 ABŞ dolları müqabilində etibarnamə əsasında almış, daha sonra BDYPİ QİŞ-də həmin avtomobili öz adına qeydiyyata aldıraraq avtomobilə **-MO-*** nömrə nişanı təhkim olunmuş və AB 647816 nömrəli qeydiyyat şəhadətnaməsi verilmişdir. Sonradan məlum olmuşdur ki, “Honda Accord” markalı **-MO-*** qeydiyyat nişanlı VİN:JHMCU26609C209168 olan 2008-ci il buraxılışlı qara rəngli avtomobil Rusiya Federasiyasının Moskva şəhərində axtarışdadır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 16 aprel 2018-ci il tarixli Qərar qəbul edilmişdir. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2018-ci il tarixli HK-1-236 saylı arayışı əsasında avtomobili cərimə meydançasından götürmüşdür. Lakin ona məxsus “Honda Accord” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində hüquqlarının məhdudlaşdırılması barədə cavabdeh tərəfindən verilən qərar hazırki vaxta qədər qüvvədə olduğu üçün onun barəsində sərəncam verə bilmir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinə “Avtomobilin üzərində olan məhdudiyyətlərin və qadağaların götürülməsi barədə” 09 fevral 2022-ci il tarixli Ərizə ilə müraciət etmiş cavabdeh isə onun ərizəsinə cavab verərək bildirmişdir ki, qeyd olunan “HONDA ACCORD” markalı, ban nömrəsi JHMCU26609U209168 olan nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyasının Moskva vilayətində oğurlandığı üçün “İnterpol” tərəfindən axtarışda olmasının müəyyən edilməsi səbəbindən xahişin müsbət həlli, yəni həmin nəqliyyat vasitəsinə dair DİN Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsində qeydiyyat hərəkətlərinin aparılması yalnız məhkəmə orqanları tərəfindən nəqliyyat vasitəsinin üzərində mülkiyyət hüququnun tanınması və qeydiyyat hərəkətlərinin hərəkətlərinin aparılmasının təmin edilməsi ilə bağlı müvafiq qərar qəbul edildiyi təqdirdə mümkün ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasında 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Məcəllənin 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, “Honda Accord” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibsiz hesab edilməli və “Honda Accord” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ərizəçi İddiaçı mülkiyyət hüququ tanınmalı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X3 İdarəsində müvafiq qeydlər aparılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi İddiaçı cavabdeh Bakı şəhər Baş Polis İdarəsinin X3 İdarəsinə qarşı “avtomobil üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizəsi təmin edilsin. “Honda Accord” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibsiz hesab edilsin. “Honda Accord” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ərizəçi İddiaçı mülkiyyət hüququ tanınsın və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-nin X3 İdarəsində müvafiq qeydlər aparılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(004)-484/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-484/2023
09.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver