Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4867/2022 28.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Milli X3, Etnoqrafiya və Antropologiya İnstitutuna qarşı xx.xx.2022-ci il tarixli, 211 nömrəli inzibati tənbeh verilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli X3, Etnoqrafiya və Antropologiya İnstitutuna qarşı xx.xx.2022-ci il tarixli, 211 nömrəli inzibati tənbeh verilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona intizam tənbehinin verilməsi barədə cavabdehin xx.xx.2022-ci il tarixli, 211 saylı əmrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Azərbaycan Milli X3, Etnoqrafiya və Antropologiya İnstitutunun “Dəmir dövrü arxeologiyası" şöbəsinin elmi işçisidir. xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ezamiyyə vərəqəsi əsasında Ağstafa rayonu, Tava Təpə yaşayış yerində arxeoloji qazıntı işləri aparılması məqsədilə institutun baş direktoru tərəfindən ezamiyyətə göndərilmişdir. Ezamiyyətdə olarkən xx.xx.2022-ci il tarixdə baş direktorun göstərişi ilə instituta çağırılmışdır. İnstituta çağırılmasının səbəbi kimi guya baş direktor haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirməsi olmuşdur. Baş direktorun yanında bunu təkzib etmişdir. Daha sonra institutun işçisi X2 yaxınlaşıb söhbət etmək istədiyini demiş, o, isə onunla danışmaq istəmədiyini bildirmişdir. Sədaqət Məmmədlini təhqir etməmiş, fiziki güc tətbiq etməmişdir. Daha sonra institutu tərk etmiş və ekspedisiyaya qayıtmışdır. xx.xx.2022-ci il tarixdə baş direktorun göstərişi ilə ezamiyyətdən geri çağrılmışdır. Həmin tarixdə təkrarən institutda olarkən ona məlumat verilmişdir ki, ezamiyyətdə olarkən xx.xx.2022-ci il tarixdə ona özünün xəbəri olmadan, tərəfindən izahat verilmədən, izahat verilməsi belə təklif olunmadan, 211 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndi rəhbər tutularaq əsassız olaraq “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir. Guya o, ezamiyyətdə olarkən icazəsiz olaraq iş yerini tərk etmiş, işçilərin attestasiyası zamanı nizam-intizam qaydalarını kobud şəkildə pozmuş, vəzifəli şəxsi institutun işçiləri qarşısında nalayiq söyüşlərlə təhqir etmiş və fiziki güc tətbiq etmişdir. Həmin tarixdə institutda həmkarların iclası keçirilmiş, iclasda haqqında imza atan şəxslərdən yalnız Leyla Rüstəmova, Xanım Həsənli və Sədaqət Məmmədli iştirak etmişdir. Orada da L.Rüstəmovanın və S.Məmmədlinin ona qarşı qərəzli münasibətlərinin olduğunu qeyd etmişdir. Haqqında yazılan ərizəni əsassız hesab etmişdir. Əlavə olaraq bildirmək istəyir ki, işini sevən, məsuliyyətli bir elmi işçidir. Özbaşına olaraq, icazəsiz və ya əsassız ezamiyyət yerini tərk etməmiş və əmrdə barəsində qeyd edilən hər hansı digər hərəkətlərə yol verməmişdir. Ona intizam tənbehi veriləndən sonra xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər yenidən ezamiyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixdə mediasiya şurasına müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə mediasiya şurası tərəfindən müvafiq sənəd təqdim edilmişdir. Belə ki, intziam tənbehinin verilməsi zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 187-ci maddəsində qeyd edilir ki, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Əmək Məcəlləsinin 189-cu maddəsinin 2-ci hissəsində qeyd edilir ki, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizamtənbehi verilə bilməz. Cavabdeh Azərbaycan Milli X3, Etnoqrafiya və Antropologiya İnstitutu iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçının yuxanda qeyd etdiyi səbəblər onun subyektiv fikirləridir. Ona verilən intizam tənbehi (şiddətli töhmət) əsaslandırılmış və qanun çərçivəsində verilmişdir. Cavabdeh olaraq AMEA Arxeologiya. Etnoqrafiya və Antropologiya İnstitutu İddiaçı Əkbır qızının iddia tələbi ilə razı deyil. İddiaçı Əkbır qızı ezamiyyədə olduğu müddətdə iş yerini tərk edərək icazəsiz elmi müəssisəyə gəlmiş, iş vaxtı İnstitutda attestasiya keçirilən zaman baş direktorun qəbul otağında iş vaxtı ərzində, bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol vermişdir. O vəzifəli şəxsi (“İctimaiyyətlə əlaqələr şöbəsi"nin müdiri Məmmədli Sədaqət) işçilərin gözü qarşısında fiziki güc tətbiq edərək nalayiq sözlərlə təhqir etmiş və elmi müəssisənin iş ahəngini pozmuşdur. Bu hadisəni görən şahidlərin ifadələrinə əsasən akt tərtib edilmiş və həmin şahidlər akta imza atmışlar. Bundan əlavə, şikayətçi, vəzifəli şəxs kimi İddiaçı cinayət tərkibi olan ictimai-təhlükəli əməlinə görə Bakı şəhəri Yasamal Rayon Prokurorluğuna tədbir görülməsi üçün ərizə yazmışdır. Lakin işəgötürən humanistlik göstərərək bu şikayətin hüquq-mühafizə orqanlarına verilməməsini tövsiyə etmiş və şiddətli töhmət verməklə kifayətlənmişdir. Bu hadisə baş verdikdən sonra İddiaçı hadisə barədə izahat istənilmiş, lakin o izahat verməkdən imtina etmişdir. Dəfələrlə törətdiyi cinayət tərkibi olan əməlin səbəbini aydınlaşdırmaq üçün iddiaçıdan izahat verməsi tələb olunmuş, lakin o, bundan imtina etmişdir. Araşdırma nəticəsi olaraq məlum olmuşdur ki, iddiaçı ezam olunduğu Ağstafa rayonunda 6-8 iyun 2022-ci il tarixlərində ümumiyyətlə olmamışdır. İddiaçı işəgötürənin təyin etdiyi səlahiyyətli nümayəndəsi tərəfindən xidməti otağa dəvət edilmiş, bu işin sülh yolu ilə həll olunması ona təklif edilmiş və ona izah olunmuşdur ki, şiddətli töhmət onun üzərindən götürülür və barışıq sazişi imzalanır. İddiaçı əvvəl bu təkliflə razılaşsa da, səhərisi gün danışıqları pozmuş, baş direktora ultimatum xarakterli məktub ünvanlamışdır. Bundan sonra o sosial şəbəkələrdə işəgötürənin şərəf və ləyaqətini alçaldan fikirlər yaymışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, uşağı xəstələndiyi üçün qrup rəhbərindən iki günlük icazə almış, 8-i tarixində isə oraya getmək istəyərkən qrup rəhbəri telefonda ona, onunla bağlı institutda bəzi problemlərin olduğunu və bu səbəbdən də, gəlmədən öncə instituta gedərək bu məsələni aydınmaşdırmağını bildirmiş, o da, 8 tarixində instituta gedərək orada atestatsiya keçirildiyindən günün sonunu gözləmiş, sonra ilk olaraq direktorla dəhlizdə görüşmüş və söhbət əsnasında ona onun barəsində deyilənlərin yalan olmasını bildirmiş, daha sonra isə bu məsələni aydınlaşdırmaq üçün Sədaqət xanımın yanına getmiş, o onunla ilk öncə danışmayacağını bildirmiş, o da, öz növbəsində ona nə vaxtacan barəsində əxlaqsız işlərlə məşğul olacağına son qoyacağını bildirmiş və otaqdan çıxmış, Sədaqət isə onun arxasınca dəhlizə çıxaraq ona qışqırmış və aralarında mübahisə yaranmış, bu zaman isə digər əməkdaş mübahisənin böyüməməsi üçün onu itələyərək liftə salmışdır. Səhəri gün isə ekspedisiya yerinə getmiş və orada qrup rəhbərləri ona, onun geri çağırıldığını bildirdiyindən o, geri qayıtmışdır. Məhkəmədən iddanın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış cavabdeh Azərbaycan Milli X3, Etnoqrafiya və Antropologiya İnstitutunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını dinləyib iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, o, AMEA-da sektor rəhbəridir. İş üzrə tərəflərin hər ikisini tanıyır. Ekspedisiyanın müddəti 06 iyun – 05 iyulu əhatə edirdi və o ekspedisiyanın rəhbəri olmuşdur. İş üzrə iddiaçı ekspedisiya başlayan gün onunla əlaqə saxlayaraq ailə məsələləri ilə bağlı bir iki gün müddətinə gələ bilməyəcəyinə dair ondan icazə almışdır. Səhv etmirsə onun həmin vaxt uşağı xəstə idi. Bir gün sonra institutun direktoru ilə əalqə saxlayarkən, direktor Lola ilə bağlı bəzi şikayətlərin olduğunu bildirmiş, o da öz növbəsində sonuncunun ekspedisyaya gəlmədiyini, Bakı olmasını zərurət olarsa, ilk öncə instituta gələ bilcəyini demişdir. Direktor onun tərəfindən Lolaya icazə verildiyini bildikdə ona irad bildirərək, onun icazə vermə səlahiyyətinin olmadığını qeyd etmişdir. Daha sonra Lola ona zəng vuraraq ekspedisiya yerinə gələ biləcəyini bildirdi ki, o sonuncuya onunla bağlı institutda hansı söz-söhbətlərin olmasını bildirmiş və ona ora gəlmədən öncə insituta gedərək, həmin məsələlərə aydınlıq gətirməsini demişdir. Bundan sonra onun institutda nələr baş verdiyindən onun məlumatı olmamış, Lola həmin ayın 9-u ekspediya aparılan yerə gəlmiş, həmin gün ona zəng vurularaq direktorun əmri ilə sonuncunun ekspedisiyadan geri çağırıldığı bildirilmiş, o da bu barədə Lolaya məlumat verdikdən sonra, iddiaçı Bakıya geri qayıtmışdır. O, bu olanlar barədə və iddiaçıya töhmət verilməsi barədə daha sonra məlumat əldə etmişdir. Ekspedisiya bitdikdən sonra o xx.xx.2022-ci il tarixdə rəhbərliyə ərizə yazaraq, iddiaçının 6,7,8 iyun tarixlərində ekspediyasiyada iştirak etmədiyini bildirmiş və ona həmin günlər üçün ödənilən çöl xərcinin geri qaytarılması üçün mühasibatlığa tapşırıq verilməsini xahiş etmişdir. İş materiallarında olan ezamiyyə vəsiqəsinin surətindən görünür ki, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Dəmir dövrü arxeologiyası” şöbəsinin elmi işçisi İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək, 30 gün müddətinə, Ağstafa rayonu, Tava Təpə yaşayış yerində arxeoloji qazıntı işləri aparılması məqsədilə ezamiyyəyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri 5 nömrəli Uşaq poliklinikası tərəfindən verilmiş “Xəstə uşaqlara qulluq üçün müvəqqəti işdən azad olunması üçün” xx.xx.2022-ci il tarixli, 4/1 saylı arayışın surətindən görünür ki, həmin arayış İddiaçı xroniki appendisitin kəskinləşməsi diaqnozu qoyulmuş oğlu X7 qulluq üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək verilmişdir. Arayışın verilmə tarixi kimi xx.xx.2022-ci il tarixi göstərilmişdir. İş materiallarında olan Ağstafa rayonu, Tava Təpə ekspedisiyasının rəhbəri Bəxtiyar Cəlilov tərəfindən İnstitutun baş direktoru A.Seyidova ünvanlanmış ərizənin surətindən görünür ki, o, İddiaçı 6, 7 və 8 iyun 2022-ci il tarixlərində ekspedisiyanın tərkibində iştirak etməməsi ilə bağlı ödənilmiş çöl xərclərinin qaytarılması barədə mühasibatlığa tapşırıq verilməsini xahiş etmişdir. İş materiallarında olan AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “İctimaiyyətlə əlaqələr” şöbəsinin müdiri X6 tərəfindən İnstitutun baş direktoru X10 ünvanlanmış ərizənin surətindən görünür ki, ərizəçi xx.xx.2022-ci il tarixdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun işçilərinin attestasiyası keçirilən zaman institutun “Dəmir dövrü arxeologiyası” şöbəsinin elmi işçisi İddiaçı ictimai asayişi pozaraq, ona yaxınlaşıb, nalayiq söyüşlərlə təhqir edərək, güc tətbiq etmək istədiyini, ictimaiyyət qarşısında ona şər-böhtan ataraq ailəsini, özünü “pozğun, fahişə, zibil” adlandırdığını göstərmiş və müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları Rüstəmova Leyla, Həsənli Xanım, Pərvin Ahənçi, Əliyeva Leyla, Əsgərov Şamil, Hüseynova Solmaz, Ağayeva Xatirə, Əhmədova Təranə, İ.Quliyev cə Məmmədova Kəmalə tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, onlar həmin tarixdə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun işçilərinin attestasiyası keçirilən zaman institutun “Dəmir dövrü arxeologiyası” şöbəsinin elmi işçisi İddiaçı ictimai asayişi pozaraq, İnstitutunun “İctimaiyyətlə əlaqələr” şöbəsinin müdiri X2 yaxınlaşıb, nalayiq söyüşlərlə təhqir edərək, güc tətbiq etmək istədiyini, ona şər-böhtan ataraq ailəsini, özünü “pozğun, fahişə, zibil” adlandırdığını, onun davamlı olaraq işçilərin yanında söyüş və təhqirə davam etməsinin qarşısının alınması məqsədi ilə X4 şöbəsinin müdiri Şirinxanım Bünyadovanın onu sakitləşdirmək məqsədi ilə liftə şəkib uzaqlaşdırdığınıgöstərmişdirlər göstərmiş, aktı imzaları və işlədikləri şöbənin ştampı ilə təsdiq etmişdirlər. İş materiallarında olan AMEA Arxeologiya, Etnoqrafiya və X1 Təşkilatının xx.xx.2022-ci il tarixli büro iclasının 17 saylı Protokolundan çıxarışın surətindən görünür ki, İnstitutun “İctimaiyyətlə əlaqələr" şöbəsinin müdiri Sədaqət Məmmədlinin şikayət ərizəsi müzakirə edilərək, İddiaçı əmək intizamına əməl etməməsi, xx.xx.2022-ci il tarixli 185 saylı əmrlə 06.06-xx.xx.2022-ci il tarixlərdə Ağstafa rayonunda elmi ezamiyyətdə ola-ola heç bir üzrlü səbəb olmadan iş yerini tərk etməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması, institutun vəzifəli şəxsinin işgüzar nüfuzuna xələl yetirməsi, şərəf və ləyaqətini alçaltması, institutda əməkdaşların attestasiyası keçirilən zaman komissiyanın işinə maneçilik törətməsi və ictimai yerdə nizam-intizam qaydalarını pozması müəyyən olunmuş, İnstitutun baş direktorunun İddiaçı əməllərinə münasibət bildirməsi və qanuna uyğun tədbir görülməsi xahiş olunması, xx.xx.2022-ci il tarixdə İnstitutun Həmkarlar təşkilatının bürosunun çağırılması və qeyd edilən məsələnin müzakirəsi ilə əlaqədar İddiaçı büronun iclasına dəvət edilməsi qərara alınmışdır. İş materiallarında olan AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru X8 xx.xx.2022-ci il tarixli, 212 saylı əmrinin surətindən görünür ki, İnstitutun “Dəmir dövrü arxeologiyası" şöbəsinin elmi işçisi İddiaçı, barəsində verilən şiddətli töhmətlə əlaqədar olaraq, xx.xx.2022-ci il tarixdən Ağstafa arxeoloji ekspedisiyasının tərkibindən (xx.xx.2022-xx.xx.2022) geri çağırılmışdır. İş materiallarında olan AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru X8 xx.xx.2022-ci il tarixli, 211 saylı əmrinin surətindən görünür ki, İnstitutun “Dəmir dövrü arxeologiyası” şöbəsinin elmi işçisi İddiaçı dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, xx.xx.2022-ci il tarixdə əmək intizamını və müəssisədaxili nizam-intizam qaydalarını ciddi şəkildə pozduğu, hazırda Ağstafa rayonunda arxeoloji ekspedisiyada iştirak etməli olduğu halda, icazəsiz iş yerini tərk etdiyi (Əmək məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndi), işçilərin attestasiyası zamanı nizamintizam qaydalarını kobud şəkildə pozaraq, komissiyanın işinə mane olduğuna, İnstitutda ictimai asayişi pozduğu və vəzifəli şəxsi institutun işçiləri qarşısında nalayiq söyüşlərlə təhqir və fiziki güc tətbiq etdiyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmiş, gələcəkdə belə hallar təkrar baş verdikdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ( işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) tutduğu vəzifədən azad olunacağı işçinin nəzərinə çatdırılmışdır. İş materiallarında olan AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru X8 xx.xx.2022-ci il tarixli, 212 saylı əmrinin surətindən görünür ki, İnstitutun “Dəmir dövrü arxeologiyası" şöbəsinin elmi işçisi İddiaçı, barəsində verilən şiddətli töhmətlə əlaqədar olaraq, xx.xx.2022-ci il tarixdən Ağstafa arxeoloji ekspedisiyasının tərkibindən (xx.xx.2022-xx.xx.2022) geri çağırılmışdır. İş materiallarında olan AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru X13 tərəfindən İnstitutun “Dəmir dövrü arxeologiyası” şöbəsinin elmi işçisi İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, 52-Q/535 saylı xidməti məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11.20-dən 12.10-dək, xx.xx.2022-ci il tarixdə isə saat 09.00-dan 11.15-dək xidməti otağında olmadığı, institutun baş hüquqşünasının izahat tələb etməsinə şifahi cavabla münasibət bildirdiyi iddiaçının nəzərinə çatdırılmış və göstərilən vaxt dövrləri arasında xidməti otağında olmamasının səbəbi barədə yazılı izahatı xx.xx.2022-ci il saat 16.00-dək rəhbərliyə təqdim etməsi tələb olunmuşdur. İş materiallarında olan AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Dəmir dövrü arxeologiyası” şöbəsinin elmi işçisi İddiaçı tərəfindən İnstitutun baş direktoru X10 ünvanlanmış ərizənin surətindən görünür ki, iddiaçı xidməti məktuba cavab olaraq, oğlunun xəstəliyi ilə əlaqədar işə gec gəldiyini, daha sonra çapa hazırlanan məqalələrinin müzakirəsi ilə bağlı elmi rəhbərinin otağında olduğunu bildirmişdir. İş materiallarında olan mediator Cəfərov Ваlаса Elman oğlu tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında sessiyasından sonra prosesin davam etdirilə bilмəмəsi barədə” arayışdan görünür ki, həmin tarixdə ilkin mediasiya sessiyasında İddiaçı və AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun nümayəndəsi X9 iştirak etmiş, ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişdirlər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin İİ. hissəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Konstitusiyanın 72-ci maddəsinin İ. hissəsinə görə, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 10-cu maddəsinin b) bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, e) bəndinə görə iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, f) bəndinə görə isə əmək qanunvericiliyinin tələblərinə əməl etmək işçinin əsas vəzifələrindən biri kimi təsbit edilmişdir. 11-ci maddəsinin d) bəndi ilə işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. 11-ci maddəsinin 2-ci hissəsinə görə isə işəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. 72-ci maddəsinə əsasən digər hallarla yanaşı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 186-cı maddəsinin 2-ci hissəsinin b) bəndinə görə işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək intizam tənbehini verə bilər. 186-cı maddəsinin 3-cü hissəsinə görə isə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187-ci maddəsinin 1-ci hissəsinə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 189-cu maddəsinin 2-ci hissəsinə görə intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. 189-cu maddəsinin 3-cü hissəsinə görə isə, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Dəmir dövrü arxeologiyası” şöbəsinin elmi işçisi İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək, 30 gün müddətinə, Ağstafa rayonu, Tava Təpə yaşayış yerində arxeoloji qazıntı işləri aparılması məqsədilə ezamiyyəyə göndərilməsinə baxmayaraq, ezamiyyə yerinə getməmiş və bu barədə rəhbərliyə məlumat verməmişdir. xx.xx.2022-ci il tarixində AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun işçilərinin attestasiyası keçirilən zaman institutun “Dəmir dövrü arxeologiyası” şöbəsinin elmi işçisi, hazırli iş üzrə İddiaçı əmək intizamını pozaraq, İnstitutunun “İctimaiyyətlə əlaqələr” şöbəsinin müdiri X2 yaxınlaşıb, nalayiq söyüşlərlə təhqir edərək, güc tətbiq etmək istəməsi, ona şər-böhtan ataraq ailəsini, özünü “pozğun, fahişə, zibil” adlandırması, bununla da, İddiaçı işçinin əmək qanunvericiliyi və daxili intizam qadaları ilə nəzərdə tutulmuş əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifələrini pozması, işəgötürən AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun rəhbərliyinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsi ilə təsbit edilmiş hüququndan istifadə edərək xx.xx.2022-ci il tarixli, 211 saylı əmri ilə İnstitutun “Dəmir dövrü arxeologiyası” şöbəsinin elmi işçisi, hazırli iş üzrə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək intizam tənbehini verməsi tam olaraq sübuta yetirilmişdir. İddiaçı işə məhz rəhbərlik tərəfindən çağırılmasını iddia etsə də, buna dair məhkəməyə sübutlar təqdim etməmişdir. Həmçinin, cavabdeh tərəfindən işçiyə intizam tənbehinin verilməsi ona qarşı ayrı-seçkilik, qərəzçilik kimi qiymətləndirilə bilməz. Eyni zamanda, iddiaçının iddia tələbinin əsas dəlili kimi istinad etdiyi intizam tənbehinin ona ezamiyyətdə olduğu zaman verilməsi, intizam tənbehi verilməmişdən əvvəl izahatının alınmaması ilə bağlı mülahizələri də təsdiqini tapmamışdır. Belə ki, o, ezamiyyətə göndərilməsinə baxmayaraq, ezamiyyət yerinə yəni, Ağstafa rayonu, Tava Təpə yaşayış yerində arxeoloji qazıntı işlərinin aparıldığı yerə getməmiş, faktiki olaraq xx.xx.2022-ci il tarixdə iş yerində olmuş, bu səbəbdən də, ezamiyyətdən geri çağırılmış və ona, getmədiyi günlərə görə hesablanmış çöl xərclərinin qaytarılması ilə bağlı ekspedisiya rəhbəri İnstitut rəhbərliyinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində ümumi ifadələrlə hüquqlarının pozulmasını iddia etmiş, lakin, bunu sübut edə bilməmişdir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Milli X3, Etnoqrafiya və Antropologiya İnstitutuna qarşı xx.xx.2022-ci il tarixli, 211 nömrəli inzibati tənbeh verilməsi barədə əmrin ləğv edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-4867/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4867/2022
28.10.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver