Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4904/2022 15.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X17 oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh1 QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 QSC Bank olmayan Kredit Təşkilatına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankına qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 QSC Bank olmayan Kredit Təşkilatına və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankına qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən tələb və ipoteka hüququ Aqrarkredit QSC BOKT-a keçmiş İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 15 saylı evin 9 saylı mənzilinə dair Cavabdeh1 QSC BOKT-un xeyrinə ipoteka yüklülüyünə xitam verilməsi, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 15 saylı evin 9 saylı mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyat ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 431/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən borclu X3 "xxxx" ASC-nin xeyrinə cəmi 25 684 ABŞ dollarının və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti olan İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 15 saylı evin 9-cu mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 90 000 manat müəyyən edilməklə açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi və s. qət edilmişdir. Həmin icra sənədi icra olunmasından ötrü Səbail rayon icra şöbəsinə göndərilmiş, şöbənin icra məmuru A.Nuqaylının xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən həmin icra sənədi üzrə başlanılmış, daha sonra 15 may 2015-ci il tarixdə icra şöbəsinin rəisi A.Hüseynov tərəfindən "xxxx" MMC-yə mənzilin açıq hərracdan satışının təşkili ilə bağlı sifariş verilmişdir. Hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixdə ilkin və xx.xx.2016-cı il tarixdə təkrar hərrac keçirilmiş, keçirilən hərraclar baş tutmamış, təkrar hərracın baş tutmaması barədə KİV-də xx.xx.2016-cı il tarixdə elan dərc edilmiş, habelə bu barədə icra sənədi üzrə tərəflər hərrac mərkəzinin xx.xx.2016-cı il tarixli məktubu ilə məlumatlandırılmış, habelə məktubda icra sənədi üzrə tələbkarın (ipoteka saxlayanın) “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti olan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az qiymətlə əldə etmək hüququ barədə yazılı məlumat verilmiş, lakin buna baxmayaraq ipoteka predmeti tələbkar tərəfindən əldə edilməmiş, tələbkar sadəcə olaraq əmlakın əldə edilməsinə etiraz etmədiyini bildirməklə kifayətlənmiş, əmlakın tam qiymətini, yəni əmlakın satış qiymətinin tələbi həcmindən artıq hissəsini (fərqi) ödəməmiş, fiskal və s. öhdəlikləri icra etməmiş, əmlakın əldə edilməsi istiqamətində heç bir real addım atmamış, əmlakın sənədləşdirilməsi ilə bağlı hər hansı bir təşəbbüs göstərməmişdir. Bununla yanaşı, hərracın sifarişçisi Səbail rayon icra şöbəsinin icra məmuru A.Nuqaylı xx.xx.2017-ci il tarixli 14041 saylı məktubla "xxxx" MMC-yə hərrac sifarişinin icra vəziyyəti ilə bağlı sorğu etmiş, hərrac mərkəzi isə həmin sorğuya xx.xx.2017-ci il tarixli cavab məktubunda əmlakın xx.xx.2015-ci il tarixdə ilkin və xx.xx.2016-cı il tarixdə təkrar hərracdan satışa çıxarıldığını, tələbkara belə olan halda onun sözügedən əmlakı “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə əldə etməsi üçün xx.xx.2016-cı il tarixdə məktub göndərilməsi, lakin buna baxmayaraq qanunvericiliyə uyğun olaraq ipoteka saxlayanın ipoteka predmetini əldə etmədiyini, icra sənədinin icra müddəti başa çatdığı üçün sənədlərin (sifarişin) icra şöbəsinə geri qaytarıldığını bildirmişdir. Bununla yanaşı, icra sənədi üzrə borclu X8 qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Səbail rayon məhkəməsinin 2(009)- 1942/2013 saylı, 01 mart 2017-ci il tarixli Qərardadına əsasən ərizə təmin edilməmişdir. Belə olan halda Səbail rayon icra şöbəsi haqlı və əsaslı olaraq icra sənədinin icrası tələbkarın hərəkətsizliyi nəticəsində mümkün olmadığından və icra sənədində müəyyən edilmiş onun icra üsulu və qaydası ilə bağlı bütün mümkün icra hərəkətləri həyata keçirildiyindən (icraata başlanılması, hərrac sifarişinin verilməsi, hərracların keçirilməsi, əmlakın əldə edilməsi ilə bağlı tələbkar üçün müvafiq prosessual şərait yaradılması) tələbkar təşkilatın əmlakı əldə etmədiyi əsas gətirilərək “İcra haqqında” Qanunun 53.3-cü maddəsinə əsasən xx.xx.2018-ci il tarixli icra edilməyən icra sənədinin məhkməyə qaytarılması haqqında qərar qəbul edilmişdir. Tələbkar ”Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı Səbail rayon İcra Şöbəsinin icra məmurunun xx.xx.2018-ci il tarixli icra edilməyən icra sənədinin məhkməyə qaytarılması haqqında qərarından şikayət ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194- cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh1 QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh1 QSC-yə keçmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-208/2022 saylı iş üzrə 03 iyun 2022-ci il tarixli qərardadı ilə tələbkar ”Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının şikayətinin qismən təmin edilməsi, Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmurunun icra edilməyən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 431/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, sonrakı prosessual hərəkətlərin edilməsi üçün icra vərəqəsinin Səbail rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Borclu İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 8(103)-193/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadına əsasən təmin edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-208/2022 saylı iş üzrə 03 iyun 2022-ci il tarixli qərardadından ləğv edilərək “İcra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında” Bakı şəhər Səbail Rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsinə dair tələbkar ”Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının şikayəti təmin edilməmişdir (Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minmişdir). Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, “Azərbaycan Beynəlxalq Bankı“ Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə Cavabdeh1 QSC arasında bağlamış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh1 QSC-yə keçmişdir. Cavabdeh1 QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum ("X12 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar Cavabdeh1 QSC tərəfindən "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs X6 dair sənədlər S-FK-1183 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən "Aqrarkredit” QSC-yə verilmişdir. İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC cavabdehlər X6 və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcludan əsas borc üzrə ümumilikdə 25.684.45 (iyirmi beş min altı yüz səksən dörd ABŞ dolları, 45 sent) ABŞ dolları məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 15, mənzil 9-a yönəldilməsi və həmin mənzilin açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-(009)- 1942/2013 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdehlər X6 və İddiaçı qarşı iddia tələbi qismən təmin edilmiş, ümumilikdə 25.684.45 (iyirmi beş min altı yüz səksən dörd ABŞ dolları, 45 sent) ABŞ dolları məbləğində vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi, ev 15. mənzil 9-a yönəldilməsi və həmin mənzilin açıq hərracda satılması və həmin yaşayış sahəsinin ən geci 1 ay müddətində tərk etməsi qət edilmişdir. İddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-(009)-1942/2013 saylı qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli 2( 103)-431 /2014 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək X9 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi 15 saylı evin, 9 saylı mənzilinin ilkin satış qiyməti 90.000 (doxsan min) manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan qətnamədən Səbail rayon İcra Şöbəsinə xx.xx.2014-cii il tarixli 2(103)-431/2014 saylı icra vərəqəsi verilmişdir. Həmin icra vərəqəsinə əsasən Səbail rayon icra şöbəsi tərəfindən müvafiq qaydada "xxxx" MMC-yə hərrac sifarişi verilmiş və İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu. İbrahim Məmmədov küçəsi. 15 saylı evin, 9 saylı mənzili satılması üçün hərraca çıxarılmışdır. Təşkil edilmiş hərracda ipoteka predmetinə alıcı olmadığı üçün "xxxx" MMC tərəfindən 01/232 saylı xx.xx.2016-cı il tarixli məktubla ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi 15 saylı evin, 9 saylı mənzili ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə 57.375 (əlli yeddi min üç yüz yetmiş beş) manata alqı-satqı yolu ilə əldə edilməsi barədə tələbkar "Azərbaycan Beynəlxalq Bankı” ASC-yə məlumat verilmişdir. Tələbkar "xxxx" ASC tərəfindən “Daşınar və Daşınmaz" Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə 13/467 saylı xx.xx.2016-cı il tarixli cavab məktubu ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi 15 saylı evin, 9 saylı mənzili ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə alınmasına etiraz edilmədiyi bildirilmişdir. Lakin cavabdeh X10 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 431/2014 saylı mülki iş üzrə xx.xx.2015-ci il tarixli qərardadından kasassiya şikayəti verildiyi üçün “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.7-ci maddəsinə əsasən icra sənədi üzrə icraatın məcburi dayandırılması barədə də həmin məktubda məlumat verilmişdir. Qeyd olunan məktubla bağlı "xxxx" MMC tərəfindən tələbkara hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə hər hansı bir müqavilə təqdim edilməmişdir. Belə olduğu təqdirdə də Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli İ(103)-431/2014 saylı qətnaməsi üzrə icra sənədinin icrası ilə bağlı Səbail Rayon İcra Şöbəsi tərəfindən lazımi tədbirlər görülmədən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 53.3-cü maddəsinə əsasən xx.xx.2018-ci il tarixdə icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında qərar qəbul edilmişdir. Həmin icra vərəqəsinin icra edilməsi üçün icra vərəqəsinin təkrarən Səbail rayon icra şöbəsinə göndərilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Məlumat üçün bildirirlər ki, mübahisələndirilən qərar rəsmi qaydada cəmiyyətə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Qeyd olunan qərar onunla əsaslandırılmışdır ki, İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi 15 saylı evin, 9 saylı mənzili tələbkar tərəfindən qəbul edilməsi ilə əlaqədar "xxxx" ASC-yə müraciət edilmişdir, lakin tələbkar təşkilat əmlakı qəbul etməmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, İddiaçı iddia tələbi aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, qeyd edildiyi kimi tələbkar "xxxx" ASC tərəfindən "Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə 13/467 saylı xx.xx.2016-cı il tarixli cavab məktubu ilə "xxxx" ASC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi 15 saylı evin, 9 saylı mənzili ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə alınmasına etiraz edilmədiyi bildirilmiş və həmin məktubun bir surəti də Səbail rayon icra şöbəsinə göndərilmişdir. Səbail rayon icra şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə 1762 daxilolma nömrəsi ilə şöbədə qeydiyyata alınmışdır. Əlavə olaraq qeyd edirlər ki, hazırki tələb ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb ola bilməz və bu işin faktiki halları ilə də müəyyən edilmişdir. Məhkəmənin diqqətinə onu da çatdırmaq istərdilər ki, qüvvədə olan mülki qanunvericilikdə borclunun öhdəliklərinin yerinə yetirməyi gecikdirməsinin nəticələri maddi hüquq normaları ilə birbaşa tənzimlənir. Qeyd edirik ki, Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi 15 saylı evin 9 saylı mənzili İddiaçı məxsusdur və kreditin qaytarılmasının təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün müddətində ipoteka predmetini əldə etmək imkanına malık olduğu halda onu ala bilməmişdir. Lakin qeyd edək ki həmin hal hazırki iş materialları ilə təkzib olunur. Beləliklə də işin hallarından müəyyən olunur ki, cavabdehin məqsədi çıxarılan bütün məhkəmə qətnamə və qərardadlarından yuxarı instansiyalara şikayət verərək süni şəkildə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(103)-431/2014 saylı qətnaməsinin icrasını uzatmaqdan ibarət olub. Hərrac məhkəmə qətnaməsinin icrasının tərkib hissəsidir, məhkəmə qətnaməsinin icrası isə öz növbəsində məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Məhkəmə müdafiəsi hüququnun realizəsi zamanı hüquqi müəyyənlik prinsipinə əməl olunmalıdır. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, ipoteka predmetinin əldə edilməsi ipotek saxlayana, yəni məhkəmə hüququ realizə edilən şəxsə rəsmi qaydada təklif olunsun. Lakin işdə olan sənədlərdən görünür ki, təkrar hərrac baş tutmamış, elan edildikdən sonra hərrac təşkilatçısı və ya icra şöbəsi ipoteka predmetini almağı ipoteka saxlayana təklif etməyib. Bu hüquqi müəyyənlik prinsipinin pozulmasıdır. Nəticədə isə ipoteka saxlayan “İpoteka haqqında Qanunun” 43.7-ci maddəsində müəyyən edilmiş subyektiv hüququnu həyata keçirə bilməyib. Hesab edirlər ki, ipotekaya xitam verilməsi üçün heç bir əsas olmadığından iddiaçı tərəfindən verilmiş iddia ərizəsi yuxarıda qeyd olunan əsaslara görə rədd edilməlidir. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 154-cii maddəsinə əsasən məhkəmədən İddiaçı Cavabdeh1 QSC X1rşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı yataq xəstəsidir. 6 ildir bu gedişatdan xəbəri olmamışdır. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, Beynəlxalq banka xx.xx.2016-cı il tarixli məktub göndərilmişdir. Aqrarkredit sonradan təhvil-təslim etmişdir. Borc təxminən 20 min dollardır. Mənzilin qiyməti isə 80 min dollar müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin Cavabdeh1 QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə və 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankına rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlərr. Məhkəmə digər cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin və 3-cü şəxs Azərbaycan Beynəlxalq Bankının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA ******* seriya nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanı 12 ay müddətinə Azərbaycan Beynəlxalq Bankı ASC Qaradağ filialının xeyrinə xx.xx.2010-cu il tarixdə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəz tərəfindən açıq hərracın keçirilməsinə dair xx.xx.2015-ci il tarixli 01 saylı və xx.xx.2015-ci il tarixli 02 saylı bildirişlərdən görünür ki, hərracın keçirilməsi barədə X6, İddiaçı, Əmlak bazarı iştirakçılarına və Azərbaycan Beynəlxalq Bankına məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli məlumatdan görünür ki, Azərbaycan Beynəlxalq Bankına ipoteka saxlayanın ipoteka predmetini ilkin satılş qiymətindən 25 faiz az olmayan qiymətə ala bilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Beynəlxalq Bankı tərəfindən Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə və Səbail rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, Beynəlxalq bank məktubunda bank tərəfindən Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsindəki 15 saylı evin 9 saylı mənzilinin qeyd olunmuş qiymətlə, yəni təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətlə alınmasına etiraz etmədiklərini, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-689/16 saylı bildirişinə əsasən X10 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 431/2014 saylı mülki iş üzrə 05 noyabr 2015-ci il tarixli qərardadından kassasiya şikayəti verildiyini bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən Səbail rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsindəki 15 saylı evin 9 saylı mənzili üzrə xx.xx.2015-ci il tarixinə 1-ci hərrac, xx.xx.2016-cı il tarixinə 2-ci hərracın təyin olunduğu, alıcı müraciəti olmadığından hərracların baş tutmadığı, ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə tələbkarın əldə etməsi üçün xx.xx.2016-cı il tarixdə məktub göndərildiyi, ipoteka saxlayanın ipoteka predmetini əldə etmədiyi və icra sənədinin icra müddətinin başa çatdığı üçün sənədlərin geri qaytarıldığı qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar Cavabdeh1 QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərin təhviltəsliminə dair xx.xx.2018-ci il tarixli, S-FK-1183 saylı aktdan müəyyən olunur ki, borclu X6 məxsus "xxxx" ASC-dəki şəxsi borc hesabından çıxarış və ona dair digər borc sənədləri Cavabdeh1 QSC-yə verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(103)-193/2022 saylı qərardadına əsasən müəyyən olunur ki, tələbkar Cavabdeh1 QSC BOKT-un şikayətinin qismən təmin edilməsi, Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun icra edilməyən Bakı Apellyasiya Məhkəməsinin 291030-431/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, sonrakı prosessual hərəkətlərin edilməsi üçün icra vərəqəsinin Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 8(009)-208/2022 saylı qərardadı ləğv olunmuş icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması barədə Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsinə dair tələbkar Cavabdeh1 QSC BOKT-un şikayəti təmin edilməmişdir. Həmçinin həmin qərardaddan görünür ki, Səbail rayon Məhkəməsinin 8(009)-764/2016 saylı, xx.xx.2016cı il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)- 431/2014 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icraatın dayandırılması barədə Səbail rayon İcra şöbəsinin icra məmuru Ayaz Nuqaylının təqdimatının təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4615/2014 saylı, xx.xx.2014cü il tarixli qərarına əsasən müəyyən olunur ki, X8nın kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 10 iyul 2014-cü il tarixli qətnaməsi dəyişdirlmədən saxlanılmışdır. Həmin qərara əsasən həmçinin müəyyən olunur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə (hakim R.D.Əhmədov, İş № 2(009)-1942/2013) iddia qismən təmin edilərək X4 məzənnə üzrə milli pul vahidi ilə 23.500 ABŞ dolları əsas borcurn 1984,45 ABŞ dolları faiz borcun, 200 ABŞ dolları dəbbə pulun, cəmi 25.684.45 ABŞ dollarının və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tələbin, ipoteka il yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, İbrahin Məmmədov küçəsindəki 15 saylı evin 9-cu mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin X5 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra yerdə qalan məbləğin İddiaçıa qaytarılması, ipotekaya qoyulmuş Bakı şəhəri Səbail rayonu, İbrahim Məmmədov küçəsindəki 15 saylı evin 9-cu mənzilə tutma yönəldildikdə və həmin mənzil açıq hərrac yolu ilə satıldıqda, ipoteka qoyan İddiaçı həmin yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 10 iyul 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı “Azərbaycan Beynəlxalq Bankı ASC-nin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 oktyabr 2013-cü il tarixli qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində dəyişdirilməklə ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi 15 saylı evin 9 say mənzilinin ilkin satış qiymətinin 90.000 manat müəyyən edilməklə satışdan əldə ediləcə məbləğdən borc tutulduqdan sonra artıq qalan məbləğin cavabdeh İddiaçı qaytarılması, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manatın cavabdeh X3 tutularaq “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin hesabına keçirilməsi, cavabdeh X5 apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi edilməlidir. Belə ki, işin mübahisəsiz halları odur ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-431 /2014 saylı icra vərəqəsi əsasında xx.xx.2015-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, daha sonra 15 may 2015-ci il tarixdə icra şöbəsinin rəisi A.Hüseynov tərəfindən "xxxx" MMC-yə mənzilin açıq hərracdan satışının təşkili ilə bağlı sifariş verilmişdir. Hərracın təşkilatçısı "xxxx" MMC tərəfindən xx.xx.2015-ci il tarixdə ilkin və xx.xx.2016-cı il tarixdə təkrar hərrac keçirilmiş, keçirilən hərraclar baş tutmamış, təkrar hərracın baş tutmaması barədə KİV-də xx.xx.2016-cı il tarixdə elan dərc edilmiş, habelə bu barədə icra sənədi üzrə tərəflər hərrac mərkəzinin xx.xx.2016-cı il tarixli məktubu ilə məlumatlandırılmış, məktubda icra sənədi üzrə tələbkarın (ipoteka saxlayanın) “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmeti olan əmlakı təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az qiymətlə əldə etmək hüququ barədə yazılı məlumat verilmişdir. Tələbkar (ipoteka saxlayan) isə əmlakın alınmasına etiraz etmədiyini bildirsə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-689/16 saylı bildirişinə əsasən X10 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mlüki Kollegiyasının 2(103)- 431/2014 saylı mülki iş üzrə 05 noyabr 2015-ci il tarixli qərardadından kassasiya şikayəti verildiyini, qanunvericiliyə uyğun olaraq kassasiya şikayəti verildikdə icraatın dayandırıldığını bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 8(009)-764/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-431/2014 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icraatın dayandırılması barədə Səbail rayon İcra şöbəsinin icra məmuru Ayaz Nuqaylının təqdimatının təmin edilməməsi qərara alınmışdır. Lakin buna baxmayaraq ipoteka predmeti tələbkar tərəfindən əldə edilməmiş, tələbkar sadəcə olaraq əmlakın əldə edilməsinə etiraz etmədiyini bildirməklə kifayətlənmiş, əmlakın tam qiymətini, yəni əmlakın satış qiymətinin tələbi həcmindən artıq hissəsini (fərqi) ödəməmiş, fiskal və s. öhdəlikləri icra etməmiş, əmlakın əldə edilməsi istiqamətində heç bir real addım atmamış, əmlakın sənədləşdirilməsi ilə bağlı hər hansı bir təşəbbüs göstərməmişdir. Belə olan halda Səbail Rayonu İcra və Probasiya şöbəsinin icra məmuru Hüseyn Hüseynli xx.xx.2018-ci il tarixdə icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması haqqında qərar qəbul etmişdir və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(103)-193/2022 saylı qərardadına ilə tələbkar Cavabdeh1 QSC BOKT-un şikayətinin qismən təmin edilməsi, Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun icra edilməyən Bakı Apellyasiya Məhkəməsinin 291030-431/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, sonrakı prosessual hərəkətlərin edilməsi üçün icra vərəqəsinin Səbail rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 8(009)-208/2022 saylı qərardadı ləğv olunmuş, icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması barədə Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsinə dair tələbkar Cavabdeh1 QSC BOKT-un şikayəti təmin edilməmişdir. Qeyd olunanlara və qanunvericiliyin tələblərinə əsasən məhkəmə qeyd edir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyindən iddia tələbi təmin edilməli və "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən tələb və ipoteka hüququ Aqrarkredit QSC BOKT-a keçmiş İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 15 saylı evin 9 saylı mənzilinə dair Cavabdeh1 QSC BOKT-un xeyrinə ipoteka yüklülüyünə xitam verilməli, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 15 saylı evin 9 saylı mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyat ləğv edilməlidir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, iddia tələbi təmin edildiyindən 100 manat məbləğində dövlət rüsumu cavabdeh Aqrarkredit QSC BOKT-dan tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə cavabdeh tərəfindən verilmiş etirazı dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, cavabdeh etiraz ərizəsində tələbkar "xxxx" ASC tərəfindən “Daşınar və Daşınmaz" Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” MMC-yə 13/467 saylı xx.xx.2016-cı il tarixli cavab məktubu ilə "Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, İbrahim Məmmədov küçəsi 15 saylı evin, 9 saylı mənzili ilkin satış qiymətindən 25 faiz aşağı qiymətlə alınmasına etiraz edilmədiyi bildirildiyini, lakin cavabdeh X10 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 431/2014 saylı mülki iş üzrə xx.xx.2015-ci il tarixli qərardadından kasassiya şikayəti verildiyi üçün “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.7-ci maddəsinə əsasən icra sənədi üzrə icraatın məcburi dayandırılması barədə də həmin məktubda məlumat verildiyini qeyd etsə də əmlakın alınması istiqmətində hər hansı bir təşəbbüs göstərməmiş, həmçinin, iş materiallarından da göründüyü kimi Səbail rayon Məhkəməsinin 8(009)-764/2016 saylı, xx.xx.2016-cı il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(103)-431/2014 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icraatın dayandırılması barədə Səbail rayon İcra şöbəsinin icra məmuru Ayaz Nuqaylının təqdimatının təmin edilməməsi qərara alınmış və icra işi dayandırılmadığı halında əmlakın əldə edilməsi ilə bağlı real addımlar atmamışdır. Cavabdeh həmçinin etirazında təkrar hərrac baş tutmamış elan edildikdən sonra hərrac təşkilatçısı və ya icra şöbəsi ipoteka predmetini almağı ipoteka saxlayana təklif etmədiyini və bununla da hüquqi müəyyənlik prinsipinin pozulduğunu qeyd etsə də, iş materialları ilə hərrac təşkilatçısı tərəfindən ipoteka predmetini almaq barədə ipoteka saxlayana məktub göndərildiyi, həmçinin ipoteka saxlayanın da həmin məktuba cavab verdiyi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə etirazın dəlillərini əsassız hesab edir və qeyd edir ki, cavabdeh yalnız formal mülahizələrə əsaslanmışdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmçinin həmin qərarada qeyd olunur ki, ipotekaya xitam verilməsi halları “İpoteka haqqında” Qanunun 48-ci maddəsində göstərilmişdir. Bu hallar sırasına: ipoteka saxlayan və ipoteka qoyanın bu barədə razılığa gəlməsi; əsas öhdəliyə xitam verilməsi; tutmanın yönəldilməsi nəticəsində ipoteka predmetinin satılması; ipoteka predmetinin məhv olması; “İpoteka haqqında” Qanunla nəzərdə tutulmuş digər hallar aid edilmişdir. (“İpoteka haqqında” Qanunun 48.1.1-48.1.5-ci maddələri). Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı “İpoteka haqqında” Qanunun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. (“İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsi). AR Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən tələb və ipoteka hüququ Aqrarkredit QSC BOKT-a keçmiş İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 15 saylı evin 9 saylı mənzilinə dair Cavabdeh1 QSC BOKT-un xeyrinə ipoteka yüklülüyünə xitam verilsin. İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsində yerləşən 15 saylı evin 9 saylı mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində Cavabdeh1 QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka yüklülüyünə dair qeydiyyat ləğv edilsin. 100 manat məbləğində dövlət rüsumu cavabdeh Aqrarkredit QSC BOKT-dan tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №e-2(004)-4904/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4904/2022
15.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver