Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4905/2024 28.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1nə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 283-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinə ixtisasına və peşəsinə uyğun vəzifəyə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı, işəgötürənin əmək müqaviləsini qanunsuz olaraq ləğv etməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 500 manat xidmət haqqının, 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixdə imzalanmış əmək müqaviləsi əsasında "xxxx" ASC-nin Bakı Sukanal İdarəsi Təchizat şöbəsinə 11-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən həmin idarənin Maddi-texniki təchizat şöbəsinə 12-ci dərəcə ilə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdən isə başqa işəgötürənlə əmək müqaviləsi imzaladığı üçün əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi ilə əmək müqaviləsi bağlamış və həmin İdarənin Maddi-texniki təchizat şöbəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixdən əmək müqaviləsinə xitam verilmə tarixinə yəni – xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində, "xxxx" ASC yenidən təşkil edildikdən sonra isə onun hüquqi varisi olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsində şöbə rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X1 yaradılmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən iddiaçıya verilən xx.xx.2024-cü il tarixli 34 nömrəli xəbərdarlığa əsasən ştat vahidinin ixtisara düşməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi bildirilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 283-K nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. İddiaçıya əmək müqaviləsinin ləğvi barədə əmrin surəti təqdim edilməmişdir. İddiaçı işdən qanunsuz olaraq azad edildiyinə görə dərhal, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak üçün təklif göndərmişdir. Mediator tərəfindən mediasiya barədə bildiriş xx.xx.2024-cü il tarixdə cavabdehə göndərilsə də, mediasiya sessiyası baş tutmamış və xx.xx.2024-cü il tarixdə MŞB/6-01632 nömrəli mediasiya arayışı təqdim edilmişdir. İşçi işdən çıxarılarkən cavabdeh iddiaçının öhdəsində 3 nəfər 16 yaşına çatmamış uşağı olmasını və məcburi köçkün olmasını nəzərə almamışdır. iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən iddiaçının həmkarlar ittifaqına üzv olmasına baxmayaraq onun bağlanmış əmək müqaviləsinə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan xitamverilmişdir. Beləliklə, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Cavabdeh məhkəmənin sorğusu ilə bağlı sənədləri təqdim etməkdən yayınmışdır. Eyni zamanda Həmkarlar İttifaqı Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş məktubdan bəlli olur ki, Həmkarlar İttifaqı Komitəsi işdən çıxarılma prosesinə ümumiyyətlə cəlb edilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumun 11 aprel 2023-cü il tarixli Qərarına əsasən “Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. 30 iyul 2024-cü il tarixdən etibarən fərdi əmək mübahisəsi yaranmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Halhazırda həmin ştat üzrə işçi mövcuddur. Həmin işçi 10-12 ildən artıq təcrübəyə malikdir. İddianın rədd edilməsini xahiş edir. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun xitam verilməsi ilə bağlı Həmkarlar İttifaqı Komitəsinə müraciət edilməməsi əvvəlki şöbə rəisinin səhlənkarlığı ilə bağlı olmuşdur. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1nin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli məhkəmənin hazırlıq iclası zamanı verdiyi izahatında isə bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı öz ərizəsi ilə işdən çıxmış, son haqq-hesabı da almışdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus ******* nömrəli Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdə imzalanmış əmək müqaviləsi əsasında "xxxx" ASCnin Bakı Sukanal İdarəsi Təchizat şöbəsinə 11-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən həmin idarənin Maddi-texniki təchizat şöbəsinə 12-ci dərəcə ilə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdən isə başqa işəgötürənlə əmək müqaviləsi imzaladığı üçün əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi ilə əmək müqaviləsi bağlamış və həmin İdarənin Maddi-texniki təchizat şöbəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixdən əmək müqaviləsinə xitam verilmə tarixinə yəni – xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində, "xxxx" ASC yenidən təşkil edildikdən sonra isə onun hüquqi varisi olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsində şöbə rəisi vəzifəsində işləmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən həmin idarənin Maddi texniki təchizat şöbəsinin rəisi İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC-nin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün o bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əmək haqqının 2 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər. İş materiallarında olan “Mirzəyev və Partnyorları” Vəkil Bürosu ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 880 nömrəli “hüquqi yardımın göstərilməsi haqqında” müqaviləyə əsasən bu müqaviləyə görə vəkil (Vəkil) ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 500 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 500 manat məbləğində pul “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülmüşdür. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmrinə əsasən Maddi texniki təchizat şöbəsinin şöbə rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən ərizəsi nəzərə alınaraq ləğv edilmişdir. İddiaçı ƏM-nin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 13 il 1 ay 3 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarında işdənçıxarma müavinətinin verilməsi, İddiaçı ƏM-nin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən "xxxx" ASC-də 13 il 1 ay 3 gün əmək stajı olduğuna görə orta aylıq əmək haqqının 2 misli miqdarının 30 təqvim gününə düşən hissəsinin bir dəfəyə ödənilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 27 təqvim gününün pul əvəzinin ödənilməsi müəyyən edilmişdir. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Maddi texniki təchizat şöbəsinin şöbə rəisi İddiaçı rəhbərliyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifənin ştat vahidi ixtisar olunduğu üçün onunla bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddəti əvəzinə orta əməkhaqqını birdəfəyə ödəməklə 30 iyul 2024-cü il tarixdən ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər Həmkarlar İttifaqının üzvü olmuşdur. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsi rəhbərliyi tərəfindən İddiaçı əmək müqaviləsinə ƏM-nin 70ci maddəsinin b bəndinə uyğun xitam verilməsi ilə əlaqədar Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə heç bir müraciət daxil olunmamışdır. İş materiallarında olan "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin qulluqçularının 2024-cü il il üçün xx.xx.2024-cü il tarixdən qüvvədə olan Ştat cədvəlindən görünür ki, Maddi-texniki təchizat şöbəsi üzrə şöbə rəisi vəzifəsi üzrə ştat vahidinin sayı 1 olmuşdur. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin qulluqçularının 2024-cü il il üçün xx.xx.2024-cü il tarixdən qüvvədə olan Ştat cədvəlindən görünür ki, Maddi-texniki təchizat və mal-material şöbəsi üzrə şöbə rəisi vəzifəsi üzrə ştat vahidinin sayı 1 olmuşdur. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətini təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən “Azərsu’ Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n xx.xx.2024-cü il tarixli 09-nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" X1n strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi bildirilmişdir. Xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun iş yeri müəyyən edilərsə işçiyə bu barədə məlumat veriləcəyi bildirilmişdir. İddiaçı öz ərizəsi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddəti əvəzinə orta əməkhaqqını birdəfəyə almaq üçün xx.xx.2024-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir və 7477,94 manat son haqq hesab almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 60 manat məbləğində mediasiya xərci Bakı 6 saylı Mediasiya Təşkilatının hesabına köçürülmüşdür. İş materiallarında olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1nin 2024-cü il iyul ayına olan hesabat vərəqindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar son haqq-hesabın məbləği 7477,94 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixdə imzalanmış əmək müqaviləsi əsasında "xxxx" ASC-nin Bakı Sukanal İdarəsi Təchizat şöbəsinə 11-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən həmin idarənin Maddi-texniki təchizat şöbəsinə 12-ci dərəcə ilə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2018-ci il tarixdən isə başqa işəgötürənlə əmək müqaviləsi imzaladığı üçün əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi ilə əmək müqaviləsi bağlamış və həmin İdarənin Maddi-texniki təchizat şöbəsinə 14-cü dərəcə ilə şöbə rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixdən əmək müqaviləsinə xitam verilmə tarixinə yəni – xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində, "xxxx" ASC yenidən təşkil edildikdən sonra isə onun hüquqi varisi olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsində şöbə rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətini təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən “Azərsu’ Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxs yaradılmışdır. Daha sonra "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən həmin idarənin Maddi texniki təchizat şöbəsinin rəisi İddiaçı xx.xx.2024-cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubu ünvanlanmış və "xxxx" ASC-nin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdüyü və bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 9 təqvim həftəsindən sonra ləğv ediləcəyi ona bildirilmişdir. İddiaçı isə rəhbərliyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən tutduğu vəzifənin ştat vahidi ixtisar olunduğu üçün onunla bağlanmış əmək müqaviləsinin AR ƏM-nin 77-ci maddəsinin 4-cü bəndinə əsasən xəbərdarlıq müddəti əvəzinə orta əməkhaqqını birdəfəyə ödəməklə 30 iyul 2024-cü il tarixdən ləğv edilməsini xahiş etmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmrinə əsasən Maddi texniki təchizat şöbəsinin şöbə rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə AR ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən ərizəsi nəzərə alınaraq ləğv edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 283-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinə ixtisasına və peşəsinə uyğun vəzifəyə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı, işəgötürənin əmək müqaviləsini qanunsuz olaraq ləğv etməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin, hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 500 manat xidmət haqqının, 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən, işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 71.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 76.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Əmək Məcəlləsinin 77.1-ci maddəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Əmək Məcəlləsinin 77.3-cü maddəsinə əsasən Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Əmək Məcəlləsinin 77.4-cü maddəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Əmək Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Əmək Məcəlləsinin 80.2-ci maddəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75- ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmrindən görünür ki, işçinin işdən çıxarılmasının əsası kimi "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə yaradılmış “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən işçinin tutduğu vəzifənin ştat vahidinin ixtisar olunması qoyulmuşdur. Məhkəmə araşdırması zamanı qeyd edilən fakt iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin qulluqçularının 2024-cü il il üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan Ştat cədvəli ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin qulluqçularının 2024-cü il il üçün xx.xx.2024-cü il tarixindən qüvvədə olan ştat cədvəli müqayisə edilərək müəyyən edilmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçı vəzifəsi üzrə müvafiq ştat vahidi ixtisar olunmamış, Maddi texniki təchizat şöbəsinin şöbə rəisi vəzifəsi üzrə ştat vahidinin sayı "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkilindən əvvəl və sonra 1 olmuşdur. Belə ki, "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən həmin idarənin Maddi texniki təchizat şöbəsinin rəisi İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubunda İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixindən ixtisara düşdüyü qeyd edilsə də, cavabdeh tərəf bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin ləğv olunmaması faktı eyni zamanda cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq olunur. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, hal-hazırda həmin ştat üzrə işçi mövcuddur. Həmin işçi 10-12 ildən artıq təcrübəyə malikdir. Belə ki, "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin qulluqçularının 2024-cü il il üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək qüvvədə olan Ştat cədvəlindən görünən odur ki, "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Maddi texniki təchizat şöbəsinin şöbə rəisi vəzifəsi üzrə 1 ştat vahidi olmuşdur. İşdən çıxarıldığı günə qədər, yəni xx.xx.2024-cü ilə qədər həmin vəzifəni yalnız İddiaçı tutmuşdur. Belə olduğu təqdirdə, cavabdehin nümayəndəsinin ixtisar olunmuş ştat vahidi üzrə işçinin mövcud olmasını söyləməsi ilə təsdiq olunur ki, Maddi texniki təchizat şöbəsinin şöbə rəisi vəzifəsi üzrə mövcud olan yeganə ştat vahidi ixtisar olunmamış, İddiaçı əsassız olaraq ştat vahidinin ixtisar olunması əsası ilə işdən çıxarılmış və onun yerinə başqa işçi götürülmüşdür. Bununla yanaşı, həmin ştat üzrə götürdükləri işçinin 10-12 ildən artıq təcrübəyə malik olması ilə bağlı cavabdehin nümayəndəsinin izahatı ilə bağlı qeyd edilməlidir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmrində Maddi texniki təchizat şöbəsinin şöbə rəisi İddiaçı "xxxx" ASC-də 13 il 1 ay 3 gün əmək stajı mövcud olduğu əks olunmuşdur. Məhkəmə həmçinin cavabdeh tərəfin İddiaçı rəhbərliyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəyə istinad edərək, İddiaçı özünün razılığı əsasında işdən çıxaması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Maddi texniki təchizat şöbəsinin şöbə rəisi İddiaçı rəhbərliyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəni işdən çıxarılmasına razılığı və xahişi kimi qəbul etmək yolverilməzdir. Əgər işəgötürən həmin ərizəni işçinin öz təşəbbüsü ilə işdən çıxarılması barədə ərizə kimi qəbul edirsə, nə üçün işçinin əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə ərizəsi əsasında) deyil, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) xitam vermişdir. İddiaçı rəhbərliyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin məzmunu ilə də təsdiq olunur ki, işçi işçilərin sayı və ya ştatları ixtisar edilməsi ilə bağlı ona xəbərdarlıq olunduğundan tutduğu vəzifə üzrə ştat vahidinin həqiqətən ixtisar olunduğunu güman etmiş və bu əsasla əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin ona yol verdiyi imkanlardan yararlanmaq istəmişdir. Buna görə də, ərizə ilə rəhbərliyə müraciət edərək, işçilərin sayı və ya ştatları ixtisar edilməsi ilə bağlı ona xəbərdarlıq olunduqdan sonra qanunvericiliyə əsasən müəyyən edilmiş 9 təqvim həftəsindən ibarət xəbərdarlıq müddətinin orta aylıq əməkhaqqının 2 misli ilə əvəz edilməsini, bununla da xəbərdarlıq müddəti gözlənilmədən əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsinə razılığını bildirmişdir. Əmək Məcəlləsinin 77.4-cü maddəsindən görünür ki, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 mislindən az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Görünən odur ki, işçi həmin ərizə ilə işdən çıxarılmasını xahiş etməmiş, qanunvericilkdə müəyyən olunmuş xəbərdarlıq müddətinin pul ilə əvəz edilməsinə razılğını ifadə etmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunsuz əsasla işçi işdən çıxarıldığı halda onun özünün buna razılığı olsa belə bu əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəf olan işçinin əleyhinə qiymətləndirilə bilməz. Qeyd edilənlərlə yanaşı iş materialları ilə də təsdiq olunur ki, işəgötürən əsassız olaraq işçilərin sayı və ya ştatları ixtisar edilməsi əsası ilə işçinin əmək müqaviləsinə xitam verərkən AR ƏM-nin 80.1-ci maddəsinin tələbinə də əməl etməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı müvafiq həmkarlaq ittifaqı təşkilatının üzvüdir. Belə olduğu təqdirdə, AR ƏM-nin 80.1-ci maddəsinin tələbi nəzərə alınmaqla, işçi ilə əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan əsasla xitam verilməzdən əvvəl müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalı idi. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixinə qədər Həmkarlar İttifaqının üzvü olmuşdur. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsi rəhbərliyi tərəfindən İddiaçı əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin b bəndinə uyğun xitam verilməsi ilə əlaqədar Nəqliyyat və Xüsusi Texnika İdarəsinin Həmkarlar İttifaqı Komitəsinə heç bir müraciət daxil olunmamışdır. Belə olduğu təqdirdə, cavabdeh İddiaçı tutduğu vəzifə üzrə ştat vahidinin ixtisara düşməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh tərəf həmin faktı təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, habelə əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 70-ci maddəsinin b bəndinə əsasən xitam verilərkən AR ƏM-nin 71.3, 80.1, 80.2-ci maddələrinin tələbləri ciddi şəkildə pozulduğundan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən İddiaçı ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi “hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 500 manat xidmət haqqının, 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla 500 manat hüquqi xidmət haqqını ağlabatan məbləğ hesab edərək, həmin məbləğin cavabdeh İddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi “işəgötürənin əmək müqaviləsini qanunsuz olaraq ləğv etməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin, cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin olunmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin tələbə münasibət bildirərək məhkəmə qeyd edir ki, AR ƏM-nin 172-ci maddəsinin 5-ci hissəsinin dispozitiv şərtləri və tətbiq sahəsi ayrıdır, hazırki mübahisəyə tətbiq edilə bilməz. Hazırki mübahisədən görünür ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərək, aralarında olan əmək münasibətlərinə xitam vermiş, işçiyə son haqq-hesab ödənişlərini həyata keçirmiş, bu barədə hər hansı yubanma olmamışdır. Sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirməsi halı üçün keçərlidir. Hazırki mübahisə üzrə işəgötürən və işçi arasında əmək münasibətləri mövcud deyildir, bu səbəbdən işəgötürənin ödəməli olduğu ödənişdən də söhbət gedə bilməz. İddianın təmin edilməsi barədə (işə bərpa hissəsində) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olacağı təqdirdə əmək münasibətləri yenidən əvvəlki tarixdən hesablanmaqla bərpa ediləcəkdir. Bu halda gələcəkdə mübahisə yaranarsa (qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə ödənişin gecikdirilməsi) iddia tələbi yolverilən hesab edilə bilər. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin olunmalı, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul və ödənilmiş mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat pul cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1n Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 283-K nömrəli əmri ləğv edilsin və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı, hüquqi yardıma görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul və ödənilmiş mediasiya xərcinin əvəzi kimi 60 (altmış) manat pul cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-4905/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4905/2024
28.11.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver