Məhkəmə qərarları › İş №e-2(004)-4913/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4913/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4913/2023 05.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikasinin Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasinin Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı "abunə müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyin yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə müraciət edərək abunə müqaviləsi üzrə xidmət müqabilində 2438,77 manat məbləğində borcun və 45 (qırx beş manat) manat dövlət rüsumunun, ümumilikdə cəmi 2483,77 (iki min dörd yüz səksən üç manat yetmiş yeddi qəpik) manat vəsaitinin məbləğində pul vəsaitinin cavabdeh İqtisadiyyat Nazirliyin yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İqtisadiyyat Nazirliyin yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsi iddiaya etiraz edərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4913/2023 saylı qərardadına əsasən İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyin yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “pul” tələbinə dair 2(004)-4913/2023 nömrəli mülki iş üzrə iddia icraatına keçilməsi qərara alınmışdır. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağladığı abunə müqaviləsinə əsasən cədvəldə qeyd edilən nömrələrdən kreditorun rabitə xidmətlərindən istifadə etmiş və nəticədə onun 2438,77 manat məbləğində abunə və xidmət borcu yaranmışdır. Abunə Müqaviləsinin 4.1-ci bəndinə əsasən Abunəçi xidmət haqqını, Müqavilə ilə müəyyənləşdirilən digər ödənişləri və ya hər hansı borc məbləğlərini hər faktura dövrünün sonunda müvafiq hesab-fakturada nəzərdə tutulan son ödəmə tarixinə qədər (həmin gün də daxil olmaqla) ödəməlidir. Eyni zamanda, Abunə Müqaviləsinin 12.1-ci maddəsinə uyğun olaraq abunəçi tərəfindən bu müqavilə imzalandıqda və nömrədən istifadə başladıqda müqavilənin bütün müddəalarına və istifadə qaydalarına riayət etmək öhdəliyi qeyd-şərtsiz qəbul etmiş sayılır. Cavabdehin öz borcunu ödəməsinin son tarixi müəyyən olunsa da müqavilənin qəbul olunan şərtlərini pozaraq borcunun ödənilməsini təmin etməmişdir. Göndərilmiş bildiriş və xəbərdarlıqlara baxmayaraq İqtisadiyyat Nazirliyin yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsin adına olan nömrələrdə borc hazırkı tarixədək kimi ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbi ilə eyni məzmunlu izahat verərək Azərbaycan Respublikasinin Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən göndərilən məktubda da borcları olduğu və yaxın zamanda ödəniləcəyi göstərilmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasinin Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsi X4 etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmiş və bildirmişdir ki, 2020-ci ildən borcdan iddiaçı məlumatlıdır və hazıradək məhkəməyə müraciət etməmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.2-ci, 385.1, 386.1-ci, 1096.1-1096.2-ci, 1097.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, İddiaçı MMC ilə Azərbaycan Respublikasinin Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti arasında bağlanmış 00301 nömrəli xx.xx.2010-cu il tarixli abunə müqaviləsi üzrə Azərbaycan Respublikasinin Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı MMC-yə ümumilikdə 2438,77 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikasinin Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı MMC-yə göndərilən 17 fevral 2023-cü il tarixli məktubdan görünür ki, ləğv edilmiş Azərbaycan Respublikasinin Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin adına olan telefon nömrələri üzrə yaranmış borcların ödənişinin yaxın zamanda mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, abunə müqaviləsi üzrə xidmət müqabilində 2438,77 manat məbləğində borcun və 45 manat dövlət rüsumu, olmaqla ümumilikdə cəmi 2483,77 manat məbləğində pul vəsaiti cavabdeh İqtisadiyyat Nazirliyin yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsindən tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abunə müqaviləsi üzrə xidmət müqabilində 2438,77 manat məbləğində borcun və 45 (qırx beş manat) manat dövlət rüsumu olmaqla, ümumilikdə cəmi 2483,77 (iki min dörd yüz səksən üç manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti cavabdeh İqtisadiyyat Nazirliyin yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri publik hüquqi şəxsindən tutularaq İddiaçınə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar