Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4938/2023 28.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh Allahşükür oğlundan xx.xx.2023-cü il tarixə hesablanmış 1300 (bir min üç yüz) manat məbləğində əsas borc, 766 (yeddi yüz altmış altı) manat məbləğində cərimə məbləği, qətnamə icra olunan günə kimi hər ay 100 (yüz) manat məbləğində saxlama haqqının və ödənilmiş 41 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh Allahşükür oğlundan tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 barışıq sazişinin təsdiq olunması və mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, barışıq sazişini nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MMC (direktoru X3 şəxsində) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir:
1. Sazişin predmeti 1.1. Bu Sazişin predmeti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-4938/2023 saylı iş üzrə Cavabdehin İddiaçıya olan borcunun barışıq əsasında güzəştli şərtlərlə ödənilməsindən ibarətdir. 1.2. Tərəflər razılaşır/təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin İddiaçıya ümumi borcu 2232 manat (1466 manat əsas borc və 766 manat məbləğində cərimə borcu) təşkil edir, lakin borc məbləği güzəşt edilərək 1466 (bir min dörd yüz altmış altı) manat kimi müəyyənləşdirilir.
2. Tərəflərin öhdəlikləri 2.1. Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 1.2-ci bəndində göstərilən borcunu aşağıdakı qaydada İddiaçıya ödəyəcəkdir: 2.1.1. 500 manat - xx.xx.2023-cü il tarixində 2.1.2. qalıq 966 manat borc isə - xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2025ci il tarixinədək hər ayın iyirminci günündə 63 manat olmaqla, xx.xx.2025-ci il tarixində isə 21 manat olmaqla ödəniləcəkdir. 2.1.3. Cavabdeh xx.xx.2023-cü il tarixində 500 manat ödənişi icra etdiyi an mallarını anbardan sərbəst surətdə çıxarır və həmin tarixdən etibarən saxlama haqqının hesablanması dayandırılır. Mallar anbardan çıxarılmadığı təqdirdə saxlama haqqının hesablanması davam etdirilir. 2.3. X4 səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra, Cavabdeh və İddiaçı Barışıq Sazişi əsasında iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. 2.4. Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə, yəni cədvəldə müəyyən edilmiş tarix üzrə ödənişlərini icra etməzsə və ya gecikdirərsə 1.2-ci bənddə qeyd olunmuş güzəşt tətbiq edilmir. 2.5. Tərəflər razılaşır ki, Bu Sazişin 2.4-cü bəndində nəzərdə tutulmuş hal baş verərsə borc birdəfəlik formada cavabdehdən tutulacaqdır. Cavabdeh 2.1.3-cü bəndində qeyd edildiyi formada mallarını anbardan çıxarmazsa cəmi borc məbləği, yeni hesablanmış saxlama haqları ilə birlikdə anbarda saxlanılmış mallara dair qiymətləndirmə aparılaraq birbaşa həmin mallara yönəldiləcək və yönəltmədən sonra qalıq borc qalarsa müvafiq qalıq pul vəsaiti Cavabdehdən tutulacaqdır. 2.6. Bu Sazişin 2.4-cü bəndində nəzərdə tutulmuş hal baş verdiyi təqdirdə, İddiaçı ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (2.1-bənddə müəyyən edilmiş tarix) növbəti günü, 2.4-cü bənd nəzərə alınmaqla, borcun Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.8. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir.
3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.3. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur. Beləliklə, tərəflər məhkəmə iclasında yuxarıdakı şərtlərlə imzalanan xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə tam razı olduqlarını, bu sazişi tam və vaxtında yerinə yetirməyi öhdələrinə götürdüklərini bildirdilər. X4 iradəsi ilə tərtib edilmiş və imzalanmışdır, barışıq sazişinin nəticələri tərəflərə tam şəkildə aydındır. Tərəflər bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinin tələbinə uyğun olaraq barışıq sazişini təsdiq edənədək Azərbaycan Respublikası MPM-in 261.0.4, 261.0.5-ci və 262.4-cü maddələri ilə nəzərdə tutulmuş iddiadan imtina edilməsinin və barışıq sazişinin bağlanması ilə mülki iş üzrə icraata xitam verilməsinin nəticələrini tərəflərə izah etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı MMCnin Cavabdeh qarşı "pul" tələbinə dair mülki iş üzrə tərəflərin bağladığı xx.xx.2023-cü il tarixli barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli və mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
İddiaçı MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: “1. Sazişin predmeti 1.1. Bu Sazişin predmeti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan e-2(004)-4938/2023 saylı iş üzrə Cavabdehin İddiaçıya olan borcunun barışıq əsasında güzəştli şərtlərlə ödənilməsindən ibarətdir. 1.2. Tərəflər razılaşır/təsdiq edir ki, bu Sazişin imzalandığı tarixə Cavabdehin İddiaçıya ümumi borcu 2232 manat (1466 manat əsas borc və 766 manat məbləğində cərimə borcu) təşkil edir, lakin borc məbləği güzəşt edilərək 1466 (bir min dörd yüz altmış altı) manat kimi müəyyənləşdirilir.
2. Tərəflərin öhdəlikləri 2.1. Cavabdeh öhdəlik götürür ki, bu Sazişin 1.2-ci bəndində göstərilən borcunu aşağıdakı qaydada İddiaçıya ödəyəcəkdir: 2.1.1. 500 manat - xx.xx.2023-cü il tarixində 2.1.2. qalıq 966 manat borc isə - xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2025ci il tarixinədək hər ayın iyirminci günündə 63 manat olmaqla, xx.xx.2025-ci il tarixində isə 21 manat olmaqla ödəniləcəkdir. 2.1.3. Cavabdeh xx.xx.2023-cü il tarixində 500 manat ödənişi icra etdiyi an mallarını anbardan sərbəst surətdə çıxarır və həmin tarixdən etibarən saxlama haqqının hesablanması dayandırılır. Mallar anbardan çıxarılmadığı təqdirdə saxlama haqqının hesablanması davam etdirilir. 2.3. X4 səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra, Cavabdeh və İddiaçı Barışıq Sazişi əsasında iş üzrə icraata xitam verilməsi barədə ərizə ilə həmin məhkəməyə müraciət edirlər. 2.4. Cavabdeh bu Sazişin 2.1-ci bəndində göstərilən öhdəliklərini vaxtında icra etməzsə, yəni cədvəldə müəyyən edilmiş tarix üzrə ödənişlərini icra etməzsə və ya gecikdirərsə 1.2-ci bənddə qeyd olunmuş güzəşt tətbiq edilmir. 2.5. Tərəflər razılaşır ki, Bu Sazişin 2.4-cü bəndində nəzərdə tutulmuş hal baş verərsə borc birdəfəlik formada cavabdehdən tutulacaqdır. Cavabdeh 2.1.3-cü bəndində qeyd edildiyi formada mallarını anbardan çıxarmazsa cəmi borc məbləği, yeni hesablanmış saxlama haqları ilə birlikdə anbarda saxlanılmış mallara dair qiymətləndirmə aparılaraq birbaşa həmin mallara yönəldiləcək və yönəltmədən sonra qalıq borc qalarsa müvafiq qalıq pul vəsaiti Cavabdehdən tutulacaqdır. 2.6. Bu Sazişin 2.4-cü bəndində nəzərdə tutulmuş hal baş verdiyi təqdirdə, İddiaçı ödənişin icra edilməsi üçün müəyyən edilmiş tarixin (2.1-bənddə müəyyən edilmiş tarix) növbəti günü, 2.4-cü bənd nəzərə alınmaqla, borcun Cavabdehdən tutulması üçün müvafiq icra sənədinin verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. 2.8. Hər bir tərəf məhkəmə xərclərini və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərcləri özü ödəyir.
3. Digər müddəalar 3.1. Bu Sazişin şərtlərini Tərəflər qarşılıqlı razılıq və anlaşma ilə qəbul etmişlər, bu Saziş təsdiq edildiyi halda doğuracağı hüquqi nəticələr, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261-262 və 369-370-ci maddələrinin məzmunu Tərəflərə aydındır və Tərəflər könüllü olaraq, heç bir təzyiq və təsir altında olmadan, bu Sazişi imzalamışlar. 3.2. Bu Sazişlə bağlı hər hansı mübahisə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikasının aidiyyatı məhkəmələri tərəfindən həll olunacaqdır. 3.3. Bu Saziş Azərbaycan dilində, hər biri eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədən ibarət tərtib olunaraq imzalanmışdır, Tərəflərin hər birində bir nüsxə saxlanılır, üçüncü nüsxəsi isə məhkəməyə təqdim olunur.” İddiaçı MMC-nin Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişinin bağlanması ilə əlaqədar xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günel Əkbərli