Məhkəmə qərarları › İş №e-2(004)-4948/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4948/2025

28.10.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4948/2025 28.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh2n nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər “Respublika X14” X25 və Cavabdeh2nə qarşı “müqaviləyə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Respublika X14” X12rşı “müqaviləyə xitam verilməsi, əmrin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət edərək, “Respublika X14” X20in xx.xx.2017ci il tarixli, №151-K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi, mediasiyaya ödənilmiş 60 manat xərcin cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini həkim-pediatr ixtisası üzrə bitirmişdir. Belə ki, 8 may 2014-cü il tarixdə X13 Xəstəxanası ilə əmək müqaviləsi bağlayaraq, Təşkilati-metodik Şöbənin səyyar bölməsinin həkim-pediatr vəzifəsinə işə qəbul edilmişdir. Sözügedən əmək müqaviləsi müddətsiz bağlanmış və həmin müqaviləyə əsasən ona hər ay ştat cədvəlinə uyğun olaraq 149 manat əmək haqqının ödənilməsi qeyd edilmişdir. Bildirmişdir ki, 2017-ci ilin 21 fevral tarixindən 26 may 2017-ci il tarixədək Respublika X14nın xx.xx.2017-ci il tarixli, №23-K nömrəli əmri ilə ona ödənişsiz məzuniyyət verilmişdir. Lakin həmin dövrdən sonra şəxsi və ailəvi səbəblərlə əlaqədar Azərbaycan Respublikasını tərk etmiş və uzun müddət xarici ölkədə yaşamışdır. 2025-ci ilin iyul ayında Azərbaycana qayıtdıqdan sonra əmək kitabçasını və digər sənədləri almaq üçün iş yerinə müraciət etmişdir. Müraciət etdikdən sonra yalnız əmək kitabçası xx.xx.2025-ci il tarixində işəgötürən tərəfindən ona təqdim edildi. Bu zaman məlum olmuşdur ki, işəgötürənə bu barədə əvvəlcədən məlumat verməməyi səbəbindən əmək intizamı pozulmuş hesab edilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Lakin ona bu barədə əmr və ya heç bir rəsmi xəbərdarlıq təqdim edilməmişdir. Bundan sonra qanunvericiliyin tələblərinə uyğun olaraq onun tərəfindən xx.xx.2025-ci il tarixində Respublika X14na mediasiya prosesinin tətbiqi barədə təklif göndərilsə də, lakin bu təklifə dair münasibət bildirilməmişdir. Daha sonra cavabdeh ilkin mediasiya sessiyasında da iştirak etməmişdir. Nəticədə 16 saylı Mediasiya Təşkilatı tərəfindən ona xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-01042 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, Respublika X14 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 151-K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz və əsassızdır: 1 . Əmrin məzmunu sadə formada qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edilmişdir. Belə ki, əmrin məzmununda əmək müqaviləsinin xitam verilməsinə səbəb olan hal göstərilməmiş, əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamışdır. Qeyd edildiyi kimi, tutduğu vəzifədən konkret hansı əsasla azad edilməsi əsaslandırılmamış, eləcə də əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin nədə ifadə olunması, yazılı əmək müqaviləsində hansı öhdəliyin yerinə yetirilməməsi əks olunmamışdır. Belə ki, əmək müqaviləsinə xitam verilməsinə əsas olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində qeyd edilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmrin məzmunundan göründüyü kimi, konkret hansı intizam xətasının törədildiyi qeyd edilməmişdir. Həmçinin Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “ç” bəndində qeyd edildiyi kimi, işçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi özlüyündə intizam tənbehidir. Bu intizam tənbehinə səbəb olmuş intizam xətası əmrdə qeyd edilməlidir. Lakin ondan hər hansı bir izahat alınmamış, ümumiyyətlə hansı intizam xətasına yol verdiyi barədə ona heç bir məlumat verilməmişdir. Onu da qeyd etmişdir ki, işlədiyi müddət ərzində işinə məsuliyyətli yanaşmış, üzərinə götürdüyü vəzifə öhdəliklərini layiqincə yerinə yetirmiş, heç bir pozuntuya və səhlənkarlığa yol verməmiş, bu səbəbdən barəsində hər hansı inzibati təhbeh tətbiq edilməmişdir. 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Lakin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar Həmkarlar ittifaqı tərəfindən iclas keçirilməmiş, keçirilibsə belə, həmin iclasa dəvət edilməmiş və iclasda iştirak etməmişdir. Beləliklə, qeyd olunan səbəblərdən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozularaq xx.xx.2014-cü il tarixli müddətsiz əmək müqaviləsinə qanunsuz və əsassız formada xitam verilmiş, bu barədə ona məlumat verilməmiş, işdən azad olunma əmri və əmək kitabçası təqdim olunmamış, eleçə də son haqq-hesab aparılaraq ödənişlər edilməmişdir. Bu səbəbdən əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməli, işə bərpa edilməli və məcburi iş buraxmaya görə əmək haqqı iddiaçıya ödənilməlidir. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 Cavabdeh2n ikinci cavabdeh qismində işə cəlb olunmasını xahiş etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4948/2025 saylı, xx.xx.2025-ci il tarixli protokolu ilə Cavabdeh2 X27 mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 Cavabdeh2 X27 xx.xx.2025-ci il tarixdə iddia müddətinin tətbiq edilməsi barədə ərizə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Respublika X14nın Baş həkiminin xx.xx.2017-ci il tarixli 151-k nömrəli əmri ilə işlədiyi Respublika X14nda əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi əsas gətirilərək əmək müqaviləsinə xitam verilməsini və tutduğu vəzifədən azad edilməsini göstərmişdir. O, həmin əmrin qanunsuz və əsassız olduğunu göstərərək qeyd olunan əmrin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi və mediasiyaya ödənilmiş 60 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hazırki iş üzrə əmək müqaviləsinə xx.xx.2017-ci il tarixli əmrlə xitam verilmişdir. Deməli, iddiaçı hüququnun pozulduğunu məhz həmin tarixdən bilmişdir. Həm də o, 2025-ci ilin iyul ayında Azərbaycana qayıtmış və həmin vaxt da əmək kitabçasını əvvəllər işlədiyi xəstəxanadan götürmüşdür. Lakin iddiaçı məhkəməyə yalnız xx.xx.2025-ci ildə müraciət etmişdir. Bu isə qanunda nəzərdə tutulmuş 1 aylıq müddətin aydın şəkildə ötürülməsi deməkdir. Həm də iddia ərizəsindən də göründüyü kimi, İddiaçı 2017-ci ilin 21 fevral tarixindən 26 may 2017ci il tarixədək Respublika X14nın 20 fevral 2017-ci il tarixli, 23-K nömrəli əmri ilə ona ödənişsiz məzuniyyət verilmişdir. Lakin həmin dövrdən sonra şəxsi və ailəvi səbəblərlə əlaqədar Azərbaycan Respublikasını tərk etmiş və uzun müddət xarici ölkədə yaşamış və nəticədə işə qayıtmamışdır. 9 ilə yaxın xarici ölkədə yaşaması və işləməsi təqdirdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməməsi və bü müddətdə onun bunlardan xəbərsiz olması mümkünsüzdür. Beləliklə, iddiaçı qanuni 1 aylıq müddəti ötürdüyündən və bu müddətin bərpası üçün heç bir əsas göstərmədiyindən, onun iddiasının təmin olunması mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən, belə halda məhkəmə yalnız iddianın rədd olunması barədə qərar qəbul etməlidir. Göstərilənlərə əsasən iddia müddəti keçdiyi və iddia tələbi qanunsuz və əsassız olduğuna görə İddiaçı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X27 Cavabdeh2 X27 xx.xx.2025-ci il tarixdə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Respublika X14nın Baş həkiminin xx.xx.2017-ci il tarixli 151-k nömrəli əmri ilə işlədiyi Respublika X14nda əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi əsas gətirilərək əmək müqaviləsinə xitam verilməsini və tutduğu vəzifədən azad edilməsini göstərmişdir. O, həmin əmrin qanunsuz və əsassız olduğunu göstərərək qeyd olunan əmrin ləğv edilməsi, onun işə bərpa olunması, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi və mediasiyaya ödənilmiş 60 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıdakılara əsasən hesab edir ki, iddia ərizəsi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, iddia ərizəsindən də göründüyü kimi İddiaçı 2017-ci ilin 21 fevral tarixindən 26 may 2017-ci il tarixədək Respublika X14nın 20 fevral 2017-ci il tarixli, 23-K nömrəli əmri ilə ona ödənişsiz məzuniyyət verilmişdir. Lakin həmin dövrdən sonra şəxsi və ailəvi səbəblərlə əlaqədar Azərbaycan Respublikasını tərk etmiş və uzun müddət xarici ölkədə yaşamış və nəticədə işə qayıtmamışdır. İddiaçılə Respublika X14 arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xxxxxxx0001X0 nömrəsi ilə xx.xx.2017-ci il tarixində sistemə daxil edilmişdir. Həmçinin, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat xxxxxxx0001X0 nömrəsi ilə xx.xx.2017-ci il tarixində sistemə daxil edilmişdir. Bundan başqa, İddiaçılə Respublika X14 arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi və onun tutduğu vəzifədən azad edilməsi barədə müvafiq əmr imzalanmamışdan əvvəl həm də xəstəxana rəhbərliyi tərəfindən dəfələrlə telefon vasitəsilə onunla əlaqə saxlanılmaq istənilsə də, o, ölkə hüdudlarından kənarda olduğundan onunla bu əlaqəni qurmaq mümkün olmamış, habelə yaşadığı və qeydiyyatda olduğu ünvana bildirişlər göndərilsə də, həmin ünvanda heç kim yaşamadığından cavabsız qalmışdır. İddia ərizəsindən də göründüyü kimi o, yalnız 2025ci ilin iyul ayında Azərbaycana qayıtmışdır. Bundan başqa, iddia ərizəsində göstərilənlərdən fərqli olaraq, İddiaçılə əmək müqaviləsinə xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi barədə müvafiq əmrin imzalanmasına əsas onun ərizəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi) olmuşdur. Məhz həmin əmr imzalanarkən onun ölkə hüdudlarından kənarda olması, orada uzun müddət (təxminən 8 il) yaşaması və işləməsi, habelə öz hesabına 3 ay əmək məzuniyyəti götürdəkdən sonra iş yerinə qayıtmaması birmənalı olaraq onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini ehtiva edir. Onun ölkədə olmadığı və xarici ölkədə yaşadığı halda ondan qeyd olunanlarla bağlı izahatın alınması mümkünsüz olmuşdur. Bundan başqa, İddiaçı iddia ərizəsində əsassız olaraq “Respublika X14” PHŞ-i cavabdeh hüquqi şəxs kimi qeyd etmişdir. Belə ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in 05 aprel 2024-cü il tarixli 18-1/3-1-530/2024 nömrəli əmri ilə Cavabdeh2 PHŞ-in struktur və ştat cədvəli təsdiq edilmiş və işçilərin əmək münasibətləri həmin əmrə əsasən tənzimlənməklə Respublika X14 “Respublika Klinik Xəstəxanası” PHŞ-in strukturundan Mərkəzə verilmişdir. Bundan başqa, İddiaçı iddiasının təmin edilməməsi üçün əsas hüquqi səbəblərdən biri də iddia müddətinin ötürülməsidir. Hazırkı iş üzrə əmək müqaviləsinə xx.xx.2017-ci il tarixli əmrlə xitam verilmişdir. Deməli, iddiaçı hüququnun pozulduğunu məhz həmin tarixdə bilmişdir. Həm də o, 2025-ci ilin iyul ayında Azərbaycana qayıtmış və həmin vaxt da əmək kitabçasını əvvəllər işlədiyi xəstəxanadan götürmüşdür. Lakin iddiaçı məhkəməyə yalnız xx.xx.2025-ci ildə müraciət etmişdir. Bu isə qanunda nəzərdə tutulmuş 1 aylıq müddətin aydın şəkildə ötürülməsi deməkdir. Əmək Məcəlləsinin 296.6-cı maddəsinə görə, bu müddət yalnız üzürlü səbəblərə görə ötürülərsə, bərpa edilə bilər. Məsələn, iddiaçının xəstələnməsi, ezamiyyətdə və ya məzuniyyətdə olması, yaxın qohumunun vəfatı və digər obyektiv hallar mövcud olmalıdır. İddiaçı tərəfindən isə belə bir üzürlü səbəb təqdim edilməmiş və sübut olunmamışdır. Mülki Məcəllənin 375.2-ci maddəsi də bu məsələyə aydınlıq gətirir. Həmin maddəyə əsasən, məhkəmə iddia müddətini yalnız tərəflərdən birinin ərizəsi əsasında tətbiq edə bilər. Əgər tərəf iddia müddətinin keçdiyini bildirərsə, bu, məhkəmənin iddianı rədd etməsi üçün əsasdır. Hazırkı işdə cavabdeh – Cavabdeh2 – birinci instansiya məhkəməsində iddia müddətinin ötürülməsi ilə bağlı vəsatət təqdim etmişdir. Buna görə də məhkəmə iddianı müddət ötürülməsinə görə rədd etməli idi. Beləliklə, iddiaçı qanuni 1 aylıq müddəti ötürdüyündən və bu müddətin bərpası üçün heç bir əsas göstərmədiyindən, onun iddiasının təmin olunması mümkün deyildir. Qanunvericiliyin tələbinə əsasən, belə halda məhkəmə yalnız iddianın rədd olunması barədə qərar qəbul etməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən qanunsuz və əsassız olduğuna görə İddiaçı iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə etiraza cavab ərizəsi məhkəməyə təqdim edərək bildirmişdir ki, Cavabdeh2 tərəfindən təqdim edilmiş etiraz ərizəsində göstərilən arqumentlərlə razı deyil və aşağıda göstərilən hüquqi və faktiki əsaslara görə həmin etirazların əsassız hesab edilməsini xahiş edir: 1. İddia müddətinin bərpası üçün üzürlü və əsaslı səbəblər 2017-ci ildə o, ailə həyatında yaranmış ağır şəxsi vəziyyət və iş yerində mövcud olan dözülməz əmək şəraiti səbəbindən ölkəni tərk etmişdir. Həmin dövrdə əmək şəraiti aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunurdu: aylıq əmək haqqısı cəmi təxminən 149-169 (yüz qırx doqquz-yüz altmış doqquz) manat idi; əmək funksiyası “səyyar həkimpediatr” olsa da, faktiki olaraq stasionar bölmədə gecə və həftəsonu növbələrində işləməyə məcbur edilirdi; əmək haqqı hesablaması və əlavə ödənişlər barədə rəsmi məlumat təqdim edilmirdi. Bütün bu hallar psixoloji və fiziki cəhətdən dözülməz iş şəraiti yaratmış, işdən ayrılmağını könüllü deyil, məcburi etmişdir. 2. 2025-ci ildə ölkəyə qayıdış və iddianın gecikmə səbəbi: 2025-ci ilin 31 may tarixində keçmiş həyat yoldaşı vəfat etmiş, iki azyaşlı övladı (12 və 13 yaşlı) onun tam himayəsində qalmışdır. O, iyun ayında Azərbaycana qayıtmış, əmək kitabçasını və xx.xx.2017-ci il tarixli əmr №151-K-nin surətini yalnız 2025-ci ilin iyul ayında əldə etmişdir. Əmək Məcəlləsinin 296.6-cı maddəsinə əsasən, bu hallar iddia müddətinin bərpası üçün üzürlü səbəblər sayılır. 3. Əmr №151-Knin hüquqi əsası və məzmunundakı ziddiyyətlər: xx.xx.2017-ci il tarixli №151-K nömrəli əmrdə eyni vaxtda iki ziddiyyətli əsas göstərilmişdir: “ərizə əsasında işdən çıxma”, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi — “əmək funksiyasını yerinə yetirməmək”. Bu iki əsas bir-birini istisna edir. Əgər o, ərizə ilə işdən çıxıbsa, 70-ci maddə tətbiq edilə bilməz; əgər 70-ci maddə tətbiq edilibsə, o zaman işəgötürən tərəfindən izahat tələb edilməli, akt tərtib olunmalı, həmkarlar ittifaqının rəyi alınmalı idi. Cavabdeh bu prosedurların heç birini həyata keçirməmişdir. Beləliklə, əmr həm məzmun, həm də formaca qanunsuz hesab edilməlidir. 4. Əmək şəraitinin pozulması: 2014–2017-ci illər ərzində əmək şəraiti əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır: faktiki gecə, bayram və əlavə növbələrə görə ödəniş edilməmişdir; iş saatları normadan artıq olmuşdur; əmək haqqı faktiki minimum yaşayış həddindən aşağı idi; “səyyar həkim” funksiyasına baxmayaraq, faktiki olaraq stasionar həkim vəzifəsini icra etmişdir. Bu hallar əmək hüquqlarının sistematik pozulması deməkdir. 5. Sosial vəziyyət və ailə məsuliyyəti: hazırda o, iki azyaşlı uşağın yeganə himayəçisidir. Əmək kitabçasında “əmək funksiyasını yerinə yetirməmək” əsasında xitamın qalması onun işə qəbul imkanlarını məhdudlaşdırır, uşaqlarının sosial təminatına və maddi rifahına zərbə vurur. Bu səbəbdən əmrin ləğv edilməsi və onun işə bərpa olunmağı həm qanuni, həm də insani baxımdan ədalətli qərar olacaqdır. 6. Qanunsuz işdən azad edilməyə görə kompensasiya tələbi əgər məhkəmə xx.xx.2017-ci il tarixli №151-K nömrəli əmrin qanunsuz olduğunu müəyyən edərsə, Əmək Məcəlləsinin 295.1 və 296.2-ci maddələrinə əsasən aşağıdakı kompensasiyaların cavabdehdən tutulmasını xahiş edir: 1️ İşə bərpa olunana qədərki məcburi işburaxma dövrünə görə — ən azı bir illik orta əmək haqqı miqdarında kompensasiya; 2️ Qanunsuz işdən azad edilmə nəticəsində dəyən mənəvi və sosial zərərə görə əlavə mənəvi kompensasiya. 7. Əgər əvvəlki vəzifə və ya şöbə ləğv edilibsə: əgər “Səyyar tibbi yardım şöbəsi” və ya onun əvvəlki ştat vahidi ləğv edilmişdirsə, Əmək Məcəlləsinin 79-cu maddəsinə uyğun olaraq, onun ixtisasına, peşə hazırlığına və əvvəlki əmək funksiyasına uyğun eyni səviyyəli həkimpediatr vəzifəsində işlə təmin edilməyi barədə qərar qəbul edilməsini xahiş edir. 8. İddia müddəti ilə bağlı cavabdehin arqumentlərinin əsassızlığı: cavabdeh tərəf etiraz ərizəsində göstərmişdir ki, guya o, məhkəməyə xx.xx.2025-ci il tarixində müraciət etmiş və bu, Əmək Məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulan 1 aylıq müddətin ötürülməsi deməkdir. Bu arqument faktiki məlumatlara və qanunun mahiyyətinə ziddir. Birincisi — faktiki yanlışlıq: o, məhkəməyə xx.xx.2025 tarixində deyil, ondan əvvəl — avqust ayının sonunda müraciət etmişdir. İşin e-məhkəmə portalında qeydiyyata alınma tarixi və iddia ərizəsinin qəbul tarixi arasında texniki fərq ola bilər, lakin bu, hüquqi baxımdan iddia müddətinin ötürülməsi kimi qiymətləndirilə bilməz. Əsas meyar — iddia ərizəsinin faktiki təqdim edildiyi tarixdir, bu da 1 aylıq müddət çərçivəsində baş vermişdir. İkincisi — hüquqi baxımdan: Əmək Məcəlləsinin 296.3 və 296.6-cı maddələrinin birgə təfsirinə əsasən, iddia müddəti işçi əmrin mövcudluğunu və hüququnun pozulduğunu faktiki öyrəndiyi gündən hesablanır. O, xx.xx.2017-ci ildə işdən azad edilmiş, lakin həmin əmrdən heç bir formada məlumatlandırılmamışdır. Nəticə olaraq, cavabdehin etiraz ərizəsinin əsassız sayılaraq rədd edilməsini; iddia müddətinin Əmək Məcəlləsinin 296.6-cı maddəsinə əsasən bərpa edilməsini; xx.xx.2017-ci il tarixli №151-K nömrəli əmrin qanunsuz hesab edilməsini; əgər şöbə saxlanılırsa — əvvəlki vəzifəsinə, əgər ləğv edilibsə — ixtisasına uyğun bərabər səviyyəli həkim-pediatr vəzifəsinə bərpa olunmağını; Əmək Məcəlləsinin 295.1 və 296.2-ci maddələrinə əsasən bir illik orta əmək haqqı miqdarında kompensasiya, mənəvi zərərə görə əlavə ödənişin cavabdehdən tutulmasının təmin edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh “Respublika X14” X20in xx.xx.2017-ci il tarixli, №151-K nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, Respublika Uşaq Klinik Xəstaxanasının Təşkilati-metodik Şöbənin səyyar bölməsinin həkim-pediatr vəzifəsinə (tutduğu əvvəlki vəzifəyə), əgər sözügedən şöbə ləğv edilibsə, ixtisasına uyğun bərabər səviyyəli həkim-pediatr vəzifəsinə bərpa edilməyini, işdən çıxarıldığı vaxtdan qətnamənin icra edilənədək həmin zaman üçün ödənilməmiş əmək haqqının birdəfəlik ödənilməsi, ödənilməmiş son haqq-hesab pulunun, dəymiş mənəvi ziyana görə 30000 manat pulun, mediasiyaya ödənilmiş 60 manat xərcin və 150 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, həmin vaxt o, Həmkarlar İttifaqının iclasında iştirak etməli idi, onun bu iclas barədə məlumatı olmayıb, ona heç bir rəsmi xəbərdarlıq göndərilməmişdir. X4 protokolunda görünür ki, 7 üzvü var, amma 2 nəfərin imzası qeyd edilmişdir. Ona verilən suallara cavab olaraq bildirdi ki, 8 il əvvəl ailəsi dağıldığı üçün ölkədən getməli oldu, psixoloji vəziyyəti yaxşı deyildi. Həmin ərəfə 1 ay müddətinə ödənişli məzuniyyət hüququndan, daha sonra isə öz hesabına 2 aylıq məzuniyyət hüququndan istifadə etmişdir. Ölkədən getməyi ilə bağlı iş yerinə məlumat vermişdi. Onun uzun müddətli ölkədən çıxma fikri yox idi. 2017-ci ilin fevral ayında ölkədən getmiş, əvvəlki həyat yoldaşının 2 ay əvvəl vəfat etməsi ilə ölkəyə qayıtmışdır. Cavabdehin hüquqi varisinin Cavabdeh2 olması ilə bağlı eşitmiş, amma tam dəqiq bilmir. Əmək kitabçasını kadrlar şöbəsindən götürmüşdür. Ondan sonra maddə ilə çıxarıldığını bilmişdi. Təqdim etdiyi sənədləri Arxiv Şöbəsində çalışan əməkdaş tərəfindən telefonla göndərilib. Qardaşı Amerika vətəndaşıdır, o ona həmin vaxt maddi cəhətdən köməklik edirdi. Həmin vaxt heç yerdə işləməmişdir. Əmək kitabçasını 24 iyul 2025-ci il tarixində almışdır. Ölkəni 22 fevral 2017-ci il tarixində tərk etmişdir. 2025-ci il tarixində ölkəyə qayıtmışdır. İşlədiyi vaxtın ilk günlərindən əmək şəraiti ilə bağlı narazıçılığı olmuşdur. Heç bir orqana müraciət etməmişdi. Ödənişli məzuniyyətlə bağlı ərizə yazmışdı, ona məzuniyyət verilib. Çünki 2017-ci ildə həm iş fəaliyyətindəki dözülməz vəziyyəti, həm də ailə vəziyyətindəki səbəblərlə əlaqədar ölkəni tərk etmişdir. Onun evinə cavabdeh tərəfindən işə dəvət olunmağı ilə bağlı heç kim gəlməmişdir. O, 22 fevral 2017-ci ildə ölkəni tərk etmiş, 2025-ci ildə isə ölkəyə qayıtmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2n nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, etirazın və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin əsassız olduğundan və iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, hazırki iş üzrə əmək müqaviləsinə xx.xx.2017-ci il tarixli əmrlə xitam verilmişdir. İddiaçı hüququnun pozulduğunu məhz həmin tarixdən bilmişdir. Həm də o, 2025-ci ilin iyul ayında Azərbaycana qayıtmış və həmin vaxt da əmək kitabçasını əvvəllər işlədiyi xəstəxanadan götürmüşdür. Lakin iddiaçı məhkəməyə yalnız xx.xx.2025-ci ildə müraciət etmişdir. Bu isə qanunda nəzərdə tutulmuş 1 aylıq müddətin aydın şəkildə ötürülməsi deməkdir. İddia ərizəsindən də göründüyü kimi, İddiaçı 2017-ci ilin 21 fevral tarixindən 26 may 2017-ci il tarixədək Respublika X14nın 20 fevral 2017-ci il tarixli, 23-K nömrəli əmri ilə ona ödənişsiz məzuniyyət verilmişdir. Lakin həmin dövrdən sonra şəxsi və ailəvi səbəblərlə əlaqədar Azərbaycan Respublikasını tərk etmiş və uzun müddət xarici ölkədə yaşamış və nəticədə işə qayıtmamışdır. 9 ilə yaxın xarici ölkədə yaşaması və işləməsi təqdirdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməməsi və bu müddətdə onun bunlardan xəbərsiz olması mümkünsüzdür. Ona verilən suallara cavab olaraq bildirdi ki, yaşadığı ünvana çoxsaylı məktublar göndərilmiş, əlaqə saxlamağa çalışmışlar. Qasımova adlı şəxsi tanımır və hazırda onun qurumunda işləmir. Həmkarlar İttifaqının rəyinin olub-olmaması barədə məlumat əldə edə bilməmişdir. Cavabdeh “Respublika X14” X25 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 843456 saylı, xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 05 dekabr 2011-ci il tarixdə anadan olmuşdur. Atası İddiaçı, X2r. - Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 102981 saylı, xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X7 04 may 2013-cü il tarixdə anadan olmuşdur. Atası İddiaçı, X2r. - “Respublika X14”nın baş həkimi X6 ilə İddiaçı arasında bağlanmış 335 saylı, xx.xx.2014-cü il tarixli əmək müqaviləsinin surətinə əsasən işçi Təşkilati-metodiq şöbənin səyyar bölməsinə həkim-pediatr vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2014-cü il tarixdən işə başlamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika X14” X20 169 saylı, xx.xx.2014-cü il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2014-cü il tarixindən əmək müqaviləsi əsasında Səyyar Tibbi yardım bölməsində həkim-pediatr vəzifəsinə 1.0 ştat vahidi qəbul edilmişdir. Əsas: İddiaçı ərizəsi, əmək müqaviləsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2014-cü il tarixli, 5-59/M-61/2 saylı göndərişi. - İddiaçı “Respublika X14” baş həkimi X3 ünvanladığı xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən o, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək ailə problemləri ilə əlaqədar öz hesabına məzuniyyətə çıxmağına icazə verilməsini xahiş etmişdir. - İddiaçı ödənişsiz məzuniyyətin verilməsi barədə 23-K saylı, xx.xx.2017-ci il tarixli əmrinə əsasən Səyyar tibbi yardım şöbəsinin həkim pediatrı İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək ödənişsiz məzuniyyət verilmişdir. xx.xx.2017-ci il tarixdə işdə sayılması əmr edilmişdir. - Uçuş biletinin surətinə əsasən İddiaçı xx.xx.2017-ci il tarixdə Bakı şəhərindən Boston şəhərinə uçmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika X14”nın İddiaçı ünvanladığı 162 saylı, xx.xx.2017-ci il tarixli məktubuna əsasən onun öz hesabına təqdim etdiyi öz şəxsi ərizəsinə əsasən xəstəxana daxili verilən 23-K saylı, xx.xx.2017-ci il tarixli əmrə əsaslanaraq, xx.xx.2017-ci il tarixində işdə sayılır. Ancaq hal-hazıradək işə çıxmamışdır. İşə çıxmamağının səbəbini təsdiqləyən sənədin təqdim olunması xahiş edilmişdir. - “Respublika X14”nın X1 4 saylı, xx.xx.2017-ci il tarixli protokoluna və eyni tarixli qərarına əsasən Səyyar Tibbi yardım Şöbəsinin həkim-pediatr İddiaçı xx.xx.2017-ci il tarixdən işə gəlməməsi barədə məsələ müzakirə olunmuş, İddiaçı əmək müqaviləsini pozduğuna, səbəbsiz işə çıxmadığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılması qərara alınmışdır. - İddiaçı vəzifədən azad etmə barədə 151-K saylı, xx.xx.2017-ci il tarixli əmrinə əsasən Respublika X14nın Səyyar tibbi yardım şöbəsinin həkim pediatrı İddiaçı ilə bağlanmış 335 nömrəli əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdən xitam verilmiş, o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işdən azad edilmişdir. Əsas: İddiaçı ərizəsi. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi xx.xx.2017-ci il tarixli bildirişindən görünür ki, İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 151-K saylı, xx.xx.2017-ci il tarixli əmrlə xitam verilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 bəzi tibb müəssisələrinin ştat və strukturuna əlavə və dəyişikliklərin edilməsi barədə 18-1/3-1- 530/2024 saylı, 5 aprel 2024-cü il tarixli əmrinə əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 (TƏBİB) tabeliyində olan Cavabdeh2n (Mərkəz), “X17” X20 (Nərimanov TM), “X22” X20 (KTM), “X23” X20 (STM), “X26” X20 (Nizami TM) və “Respublika Klinik Xəstəxanası” X20 (RKX) (bundan sonra birlikdə - Tibb müəssisələri) ştat və strukturuna əlavə və dəyişikliklərin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2023cü il 1 may tarixli 2130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X20 Nizamnaməsinin 2.1.1, 3.1.2 və 4.22.10-cu yarımbəndlərini rəhbər tutaraq, əmr edilmişdir: Tibb müəssisələrinin ştat və strukturuna aşağıdakı qaydada əlavə və dəyişikliklər edilsin: KTM-in strukturuna daxil olan “2 saylı X16", “Uşaq nevroloji Xəstəxanası” və “X28” Mərkəzin strukturuna verilsin; Nərimanov TM-in strukturuna daxil olan: 1.2.1.Direktorun müavini - X10 Xəstəxanasının rəhbərinin kurasiyasında olan “Yoluxucu xəstəliklər şöbəsi”, “Tənəffüs yollarının kəskin xəstəlikləri şöbəsi”, “Reanimasiya və intensiv terapiya şöbəsi”, “Poliklinika şöbəsi”, “Laboratoriya şöbəsi”, “TTTY şöbəsi” və; 1.2.2 Direktorun müavini - X14nın rəhbərinin kurasiyasında olan “Allerqologiya və immunologiya şöbəsi”, “Endokrinologiya şöbəsi”, “Pediatriya şöbəsi”, “Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsi”, “Fizioterapiya kabineti”, “Laboratoriya şöbəsi”, “Şüa diaqnostikası şöbəsi”, “TTTY şöbəsi” və “Poliklinika şöbəsi” Mərkəzin strukturuna verilsin; 1.3 STM-in strukturuna daxil olan “X10 Xəstəxanası” Mərkəzin strukturuna verilsin; 1.4 Nizami TM-in strukturuna daxil olan və Direktorun müavini-X10 xəstəxanasının rəhbərinin kurasiyasında olan “Poliklinika şöbəsi”, “Təcili yardım şöbəsi”, “İ yoluxucu xəstəliklər şöbəsi", “İİ yoluxucu xəstəliklər şöbəsi”, “İİİ yoluxucu xəstəliklər şöbəsi”, “İntensiv terapiya şöbəsi” və “Laboratoriya şöbəsi” Mərkəzin strukturuna verilsin; 1.5 RKXnin strukturuna daxil olan və Direktorun pediatrik xidmətlər üzrə müavininin kurasiyasında olan “Poliklinika şöbəsi”, “İ Uşaq şöbəsi”, “İİ Uşaq şöbəsi”, “Kardiologiya şöbəsi”, “Şüa diaqnostika şöbəsi” və “Laboratoriya şöbəsi" Mərkəzin strukturuna verilsin. 2. Tibb müəssisələrinin rəhbərləri tərəfindən bu əmrə uyğun olaraq əmək qanunvericiliyinin tələbləri əsas alınmaqla, Tibb müəssisələrinin işçiləri ilə mövcud əmək münasibətləri tənzimlənsin, habelə təhvil-təslim işləri aparılsın. 3. Bu əmrin 1.1-1,5-ci bəndlərinə qeyd olunan struktur vahidlərin faktiki istifadəsində olan bütün əmlakların qanunvericiliyin tələblərinə uyğun şəkildə “X17” X24n, “X22” X24n, “X23” X24n, “X26” X24n və “Respublika Klinik Xəstəxanası” X24n Mərkəzin təhvil alması “İnnovasiya və Təchizat Mərkəzi” X20 rəhbəri tərəfindən təmin edilsin. 4. Tibb müəssisələrinin yeni ştat və strukturunun təsdiqi, habelə bu əmrin icrasından irəli gələn digər məsələlərin həlli insan resursları departamentinin rəhbəri Emin Xasıyevə tapşırılsın. 5. TƏBİB-in aidiyyəti struktur bölmələrinin, tibb müəssisələri və “İnnovasiya və Təchizat Mərkəzi” X20 bu əmrlə tanış edilməsi Müraciətlərlə iş departamentinin rəhbəri İlham Hüseynova tapşırılsın. - xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-01042 saylı “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq, “Respublika X14” X24 əmrin ləğv edilməsi, işə bərpa, maddi və mənəvi zərərin ödənilməsinə görə əmək haqqı tələbi üzrə xx.xx.2025-ci il tarixində, 15:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün arayış verilmişdir. - Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 522338 saylı, xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2025-ci il tarixdə travmatik subdural qansızma səbəbindən Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iş materiallarından müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh “Respublika X14” X25 arasında xx.xx.2014-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, iddiaçı həmin müqaviləyə əsasən Təşkilatimetodik şöbənin səyyar bölməsində həkim-pediatr vəzifəsində işləmişdir. İşəgötürənin xx.xx.2017-ci il tarixli 23-K nömrəli əmri ilə iddiaçıya xx.xx.2017–xx.xx.2017 tarixləri üçün ödənişsiz məzuniyyət verilmişdir. xx.xx.2017-ci il tarixində işdə olmalı olduğu halda, həmin müddət bitdikdən sonra iddiaçı işə qayıtmamış, ölkəni tərk etmiş və uzun müddət xarici ölkədə yaşamışdır. İşçinin işə çıxması barədə onun Azərbaycan Respublikasında yaşadığı ünvana müvafq bildiriş göndərilmişdir. Daha sonra “Respublika X14”nın X1 xx.xx.2017-ci il tarixli iclası keçirilmiş və iclasın həmin tarixli qərarı ilə iddiaçının əmək funksiyasının yerinə yetirməməsi, işə gəlməməsi səbəbi ilə xx.xx.2017-ci il tarixli 151-K nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam barədə bildiriş də xx.xx.2017-ci il tarixdə elektron sistemə daxil edilmişdir. İş materiallarına əsasən, xx.xx.2017-ci il tarixli 151-K nömrəli əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmək) əsasında xitam verilmişdir. İddiaçı öz izahatında təsdiq etmişdir ki, 2017-ci ilin fevral ayında ölkəni tərk etmiş və həmin vaxtdan 2025-ci ilin iyun ayına qədər Azərbaycanda yaşamamışdır. Bu hal əmək funksiyasının yerinə yetirilməməsini sübut edən əsas fakt kimi qiymətləndirilməlidir. İşəgötürənin əmək müqaviləsinə xitam verməsi zamanı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun əsas mövcud olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bundan başqa iddiaçının “əmr eyni vaxtda həm ərizə, həm də 70-ci maddə ilə əsaslandırılıb” iddiası sübut olunmamışdır; təqdim edilmiş sənədlərdən belə hal aşkar edilməmişdir. Həmkarlar təşkilatının razılığının alınmaması barədə arqumenti də sübutlarla təsdiqini tapmamışdır. İş materiallarında əmək şəraitinin “dözülməz” olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmişdir. İşəgötürənin hərəkətində əmək qanunvericiliyinin pozulması aşkar edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, işəgğtürənin iddiaçının AR Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə xx.xx.2017-ci il tarixli 151-K nömrəli əmri qanuni və əsaslıdır, həmin əmrin ləğvi üçün əsas yoxdur. Eyni zamanda, məhkəmə İddiaçı əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə 8 ildən çox müddət keşdikdən sonra, yəni xx.xx.2025ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Məhkəmə iddiaçının işdən çıxarılması ilə bağlı məlumatının olmaması və bu səbəbdən iddia müddətinin ötürülməməsi barədə etirazı ilə razılaşmır. Belə ki, iddiaçının son olaraq özünün ödənişsiz məzuniyyət barədə ərizəsindən də görünür ki, iddiaçı 27 may 2017-ci il tarixdə işdə olmalı olduğu bildiyi halda, ölkəni tərk etmiş və 8 il sonra ölkəyə qayıtmışdır. İşəgötürənə öz xahişi ilə işdən çıxarılma barədə ərizə də verməmişdir. Həmin Məcəllənin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Belə olan halda, iddiaçının AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsini bilməməsi ağlabatan deyildir. İş materiallarından görünür ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdə xitam verilmiş, əmək müqaviləsi bildirişi xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır. İddiaçı 2025-ci ilin iyul ayında Azərbaycana qayıtdıqdan sonra əmək kitabçasını almış və xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı işdən azad olunduğu tarixdən 8 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. İddiaçı tərəfindən təqdim edilən səbəblər – ölkədən çıxma, ailə vəziyyəti, psixoloji gərginlik və həyat yoldaşının vəfatı – əmək hüququnun pozulması ilə birbaşa əlaqəsi olmayan, obyektiv üzürlü səbəblər kimi qiymətləndirilmir. Məhkəmə hesab edir ki, iddiaçı 8 ilə yaxın müddət ərzində əmək münasibətlərinin davam edib-etmədiyini bilməməsi barədə arqument inandırıcı deyil, çünki həmin dövrdə onun iş yerinə qayıtmaması, uzunmüddətli ölkədən çıxması əmək münasibətlərinin faktiki bitməsi demək idi. Bu səbəbdən iddia müddətinin ötürülməsi üzürlü sayılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, Cavabdeh2n nümayəndəsi yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər “Respublika X14” X25 və Cavabdeh2nə qarşı “müqaviləyə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi əsassız olduğundan və iddia müddəti də ötürüldüyündən rədd edilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, cavabdehlər “Respublika X14” X25 və Cavabdeh2nə qarşı “müqaviləyə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi rədd edildiyindən mənəvi zərərə görə 30000 manat pul tələbi də əsassızdır və təmin edilməməlidir. Həmçinin məhkəmə onu da bildirir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞin 05 aprel 2024-cü il tarixli 18-1/3-1-530/2024 nömrəli əmri ilə Cavabdeh2 PHŞ-in struktur və ştat cədvəli təsdiq edildiyindən və işçilərin əmək münasibətləri həmin əmrə əsasən tənzimlənməklə Respublika X14 “Respublika Klinik Xəstəxanası” PHŞ-in strukturundan Cavabdeh2nə verildiyindən hazırki iddia tələbinin də cavabdeh “Respublika X14” X18 yönəldilməsində əsas olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ilkin iddia tələbi rədd olunduğundan, ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllnin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər “Respublika X14” X25 və Cavabdeh2nə qarşı “müqaviləyə xitam verilməsi barədə əmrin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, işə bərpa edilməsi, əmək haqqının ödənilməsi və dəymiş mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia tələbləri rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar