Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-4952/2022 29.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 may 2005-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi 2, 10 mərtəbəli yaşayış evinin 1-ci blok, 7-ci mərtəbəsində ümumi sahəsi 90 kv.m olan 2 otaqlı 21A saylı dəyərini ödəyərək satın aldığı mənzilin əvəzinə, mənzilin hal-hazırda həmin ərazidə mövcud olan bazar qiymətlərinə görə hesablanmış dəyərinin ( 1 kv.metrin qiyməti 1100 manat hesablanmaqla, 1100x90=99000 manat ), yəni 99000 manat pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək, mülki işin aidiyyatı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, mülki iş aidiyyəti üzrə cavadbehin qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Cavabdeh şəxsiyyət məlumatlarından görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin qeydiyyat ünvanı Yasamal rayonunun ərazisinə aid olmadığından mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxıla bilməz və mülki iş aidiyyəti üzrə baxılması üçün cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə Cavabdeh qeydiyyat ünvanı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair 2(004)-4952/2021 nömrəli mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-4952/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-4952/2022
29.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver