Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4953/2023 19.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi birgə əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi birgə əmlak üzərində payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsi yerləşən ümumi sahəsi 79,30 kv.m olan 117 nömrəli fərdi yaşayış evinin üzrə 137 kv.m hissəsi və fərdi yaşayış evinin həmin hissədə yerləşən biri 16,8 kv.m, digəri 22 kv.m. olmaqla 2 otağı onun olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,029480 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə İddiaçı, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh1 və 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, ünvan 1 ünvanda yerləşən 0,029480 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli çıxarışa əsasən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. Hazırda iddiaçı öz payını naturada ayırmaq istəyir. Bu səbəbdən ümumi birgə mülkiyyətdə payının müəyyən edilməsinə ehtiyac yaranmışdır. Odur ki, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,029480 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə İddiaçı, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh1 və 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etdi və izahatında bildirdi ki, ünvan 1 ünvanda yerləşən 0,029480 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli çıxarışa əsasən İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətindədir. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 0,029480 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə İddiaçı, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh1 və 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2 paylarının müəyyən edilməsinə etiraz etmir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin bildirişi cavabdehə təqdim etmək mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-cu il tarixli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanda yerləşən 0,029480 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı, Cavabdeh1 və Cavabdeh2 adlarına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Göründüyü kimi, ünvan 1 ünvanda yerləşən 0,029480 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətidir və onların payları bərabər sayılır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələb təmin edilməli, İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən 0,029480 ha torpaq sahəsinin və üzərindəki ümumi sahəsi 79,30 kv.m olan 117 nömrəli fərdi yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə İddiaçı, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh1 və 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2 payları müəyyən edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı, Cavabdeh1 və Cavabdeh2 ümumi birgə mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən 0,029480 ha torpaq sahəsinin və üzərindəki ümumi sahəsi 79,30 kv.m olan 117 nömrəli fərdi yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə İddiaçı, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh1 və 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2 payları müəyyən edilsin. Bakı şəhəri Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən 0,029480 ha torpaq sahəsinin və üzərindəki ümumi sahəsi 79,30 kv.m olan 117 nömrəli fərdi yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə İddiaçı, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh1 və 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2 adlarına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-4953/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4953/2023
19.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver