Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4963/2024 18.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi ilə, İddiaçı Cavabdeh Zahidovnaya qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Zahidovnaya qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zahidovnanın İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 47B, mənzil 1 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, giriş 6, M2, m1) ünvanında yerləşən mənzilindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin am boşaldılıb İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixində hüquqlarını müdafiə etdiyi İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 47B, mənzil 1 (Yeni qaydalarla: AZ 1070, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, giriş 6, M2, m1) ünvanında yerləşən, ümumi sahəsi 59.80 kv/m olan mənzilin alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən satıcı Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 47B, mənzil 1 (Yeni qaydalarla: AZ 1070, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, giriş 6, M2, m1) ünvanında yerləşən mənzili alıcı İddiaçı 94 000 (doxsan dörd min) manata satmışdır. Satıcı Cavabdeh mənzili alıcının mülkiyyətinə verməyi öhdəliyinə götürmüşdür. Lakin Cavabdeh mənzildən çıxmamışdır. Hal-hazırda o həmin ünvanda yaşayır. Cavabdeh mənzildən çıxmamaqla İddiaçı mülkiyyət hüququnu pozmuşdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışdan da görünür ki, mənzil iddiaçının mülkiyyətindədir və onun bu hüququ məhdudlaşdırıla bilməz. Göründüyü kimi, qanunun mənasına görə iddiaçı - mülkiyyətçi İddiaçı ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaqda, ondan istifadə etməkdə və ona dair sərəncam verməkdə sərbəstdir və buna dair ona heç kimdən razılığın alınması lazım deyildir. Mübahisəli mənzil iddiaçının mülkiyyətindədir, həmin mənzil cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir, iddiaçı həmin mənzili onun qanunsuz istifadəsindən və sahibliyindən geri tələb etsə də, cavabdeh mənzili boşaltmaqdan imtina etmişdir. İddiaçı hazırda həmin mənzildən istifadə edə bilmir, o, bu mülkiyyətindən faktiki olaraq məhrum edilmişdir. Hüquqi nəticə etibarı ilə cavabdehin bu hərəkətləri nəticəsində iddiaçının konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh hər hansı hüquqi əsas, o cümlədən iddiaçının razılığı olmadan özlərinə məxsus əşyalarla birlikdə mübahisəli mənzildə yaşaması iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən konstitusion mülkiyyət hüququnu kobud şəkildə pozur. Bu səbəbdən iddiaçının mülkiyyət hüququnun qorunması və bərpa edilməsi, onun mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə son qoyulmalı və cavabdeh əşyaları, orda yaşayan digər şəxslərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 47B, mənzil 1 (Yeni qaydalarla: AZ 1070, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, giriş 6, M2, m1) ünvanında yerləşən mənzilindən çıxarılmalıdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə AZEMİS vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh Zahidovnaya baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, AZEMİS vasitəsilə SMS bildiriş göndərilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirakın etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının ərizəsinə təqdim olunmuş sübutlara birlikdə qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 47B, mənzil 1 (Yeni qaydalarla: AZ 1070, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, giriş 6, M2, m1) ünvanında yerləşən mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdən Cavabdeh Zahidovnanın adına qeydə alınmışdır. İş materiallarında olan Cavabdeh Zahidovna ilə İddiaçı arasında bağlanmış 24 iyun 2024-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh Zahidovna Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 47B, mənzil 1 (Yeni qaydalarla: AZ 1070, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, giriş 6, M2, m1) ünvanında yerləşən mənzili 94000 manata İddiaçı satmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin çıxarışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 47B, mənzil 1 (Yeni qaydalarla: AZ 1070, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, giriş 6, M2, m1) ünvanında yerləşən mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdən İddiaçı adına qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 47B, mənzil 1 (Yeni qaydalarla: AZ 1070, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, giriş 6, M2, m1) ünvanında yerləşən mənzil çıxarışa əsasən xüsusi mülliyyət hüququ ilə Cavabdeh Zahidovnaya məxsus olmuşdur. Sonradan Cavabdeh Zahidovna İddiaçı ilə bağlanmış 24 iyun 2024-cü il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən həmin mənzili 94000 manata İddiaçı satmışdır. Hazırda isə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərfindən verilən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 47B, mənzil 1 (Yeni qaydalarla: AZ 1070, Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, giriş 6, M2, m1) ünvanında yerləşən mənzil ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdən İddiaçı adına qeydə alınmışdır. İddiaçı isə iddia tələbi ilə məhkəməyə müraciət edərək Cavabdeh Zahidovnanın İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 47B, mənzil 1 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, giriş 6, M2, m1) ünvanında yerləşən mənzilindən əşyaları ilə birlikdə çıxarılması və mənzilin am boşaldılıb İddiaçı təhvil verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətindədir, cavabdeh isə iddiaçının ailə üzvü deyil və iddiaçı öz əmlakı barəsində sərbəst sərəncam vermək iqtidarındadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Zahidovna İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 47B, mənzil 1 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, giriş 6, M2, m 1) ünvanında yerləşən mənzilindən əşyaları ilə birlikdə çıxarılsın. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, Yeni Yasamal yaşayış massivi, ev 47B, mənzil 1 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X1 küçəsi, giriş 6, M2, m 1) ünvanında yerləşən mənzil tam boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-4963/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4963/2024
18.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver