Məhkəmə qərarları › İş №e-2(004)-4977/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4977/2022

08.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4977/2022 08.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X13 oğlunun katibliyi İddiaçılar İddiaçı1 və İddiaçı2 İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 23 saylı Notriat ofisinə qarşı “qərarın ləğvi və müddətin bərpası” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri 23 saylı Notriat ofisinə qarşı “qərarın ləğvi və müddətin bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara İddiaçı2 və İddiaçı1 vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair Bakı şəhəri, 23 saylı Notariat Ofisinin 24 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi və X1 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı2 və İddiaçı1 vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhəri, 23 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ataları X6 15 fevral 2020-ci il tarixdə özünə məxsus ünvan 2 ünvanında vəfat etmişdir. Ataları vəfat etməzdən öncə onlar onun qulluğunda olmuşlar və vəfat edərkən onun yanında olmuşlar. Onlar İddiaçı2 və İddiaçı1 X2 övladları Bakı şəhəri, 23 saylı Notariat Ofisinə atalarından miras qalmış ünvan 3 ünvanında yerləşən miras əmlakı qəbul etmək və vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət etmişlər. Bakı şəhəri, 23 saylı Notariat Ofisinin 24 avqust 2022-ci il tarixli qərarı ilə onların müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. Bu qərar tamamilə qanunsuz və əsasızdır, vərəsə kimi onların hüquqlarını pozur. Belə ki, tərəflərindən miras əmlak və vərəsəliklə bağlı bütün zəruri sənədlər Bakı şəhəri, 23 saylı Notariat Ofisinə təqdim edilmiş və məlum olmuşdur ki, X2 onlardan başqa birinci növbəli vərəsəsi yoxdur. Daha sonra iddiaçılar “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək ataları X1 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdırılməsinin səbəbinin üzrlü hesab edilərək uzadılması, onlara, İddiaçı2 və İddiaçı1 vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair Bakı şəhəri, 23 saylı Notariat Ofisinin 24 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 məhkəməyə verdiyi izahatında iddia tələbini müdafiə etdiyini, atasının yanında çox qalmadığını, işlədiyi üçün həftə sonları atasının yanında qaldığını, bibisi ilə aralarının olmadığını, onu görəndə evdən qovduğunu bildimiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, bibisi o evdə öz oğlu ilə yaşayır. Məhkəmə iclasında iştirak edən İddiaçı2 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, izahatı iddia ərizəsinin məzmununa uyğundur. Bildirir ik, atası 15 fevral 2020-ci il tarixdə rəhmətə getmişdir. Atası rəhmətə gedəndə onun yanında olmuşdur. Onun mirasın qəbul edilməsi üçün 6 ay müddətin olmasından xəbəri olmamışdır. Sonra bibisinin evi satmaq istədiyini eşitmişlər. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, atası ilə anası boşanmışdır. Onlar anası ilə qalmışlar, daha sonra anası öz pulu ilə 1 otaqlı ev tikdirmişdir. Ataları xəstə olanda onlarla qalmışdır. Onun qayğısına qalaraq müalicəsini etmişlər. Xəstəxanada qalanda xərcini o çəkmişdir. Yasda anası iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bildirmişdir ki, faktiki olaraq iddiaçılar o ünvanda yaşamırlar. Həmin ünvanda mərhumun bacısı yaşayır, o da birinci dərəcə vərəsə sayılmır. Mərhum həyat yoldaşı ilə boşanmışdır. İddiaçılar mərhum ölən zaman onun yanında olmuş, onun müalicəsi ilə məşqul olmuşdurlar. Analarının başqa evi olduğundan onunla yaşamışlar. Onların iddiası qanun üzrə vərəsəlik hüququnun tanınmasıdır. Onlar buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş edirlər. İddiaçıların 6 aylıq müddətlə bağlı məlumatsızlığı hüquqi savadsızlıqdan irəli gəlir. Vərəsələr arasında olan məsələlər sonra həll olunası məsələlərdir. İddiaçılar 2 uşaqdır onların atalarından qalmış mirasdan pay almaq hüququ var. Mərhumun müalicə xərclərini iddiaçı Sevinc xanım çəkib. İddiaçıların evləri yoxdur, kirayədə qalırlar. Hal-hazırda orada iddiaçıların bibisi yaşayır. İddiaçıların bibisi onları oradan uzaqlaşdırmaq istəyir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, bu evin kupçası yoxdur. Sevinc xanım mirası faktiki qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəm cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri 23 saylı notariat ofisi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqında qəraradan görünür ki, İddiaçı2 və İddiaçı1 qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti buraxmış, Bakı şəhəri 23 saylı Notariat ofisinə mirası faktiki qəbul və sahiblik etməsi barədə sübutlar təqdim etməmişlər. Göstərilənlərə əsasən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli sərəncamından görünür ki,Yasamal Rayon Məhkəməsinin 07 iyul 2003-cü il tarixli 2-1184/2003 qətnaməsinə əsasən Mirəli Seyidov küçəsi 53 saylı evin 3 otaqlı mənzilinin yaşayış sahəsi 18 kv m olan bir otağın kirayə müqaviləsinin X5 ilə (ailə tərkibi 3 nəfər, özü, qızı, oğlu), yaşayış sahəsi 29 kv m olan iki otağın kirayə müqaviləsinin X7 ilə bağlanılması (ailə tərkibi 6 nəfər) müəyyənləşdirilmişdir. İş materiallarında olan AZ-İİ № 276530 seriya nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, X6 xx.xx.2020-ci il tarixdə qaraciyər fibrozundan vəfat etmişdir. İş materiallarında olan AZ-İİİ №038083 doğum haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1994-cü il təvəllüdlü X3 atası X6, anası isə X4r. İş materiallarında olan XX-ЖГ № 464867 seriya nömrəli doğum hqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı1 atası atası X6, anası isə X4r. Məhkəmə iddiaçıların, onların nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçıların iddia tələbi təmin edilməlidir. Belə ki, Bakı şəhəri 23 saylı Notariat Kontorunun “notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət vərəsələr tərəfindən buraxıldığından, vərəsələrin Bakı şəhəri 23 saylı Notariat ofisinə mirası faktiki qəbul və sahiblik etməsi barədə sübutlar təqdim etmədiyindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edildiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıların izahatından da göründüyü kimi miras əmlakı olan evdə hal-hazırda iddiaçıların bibisi yaşamaqdadır və iddiaçıların miras əmlaka faktiki qəbul və sahiblik etməsinə maneələr törətməkdədir. Məhkəmə qohumluq münasibətlərinin yaxşı olmamasını mirasın qəbulu üçün müddətin 1-ci dərəcəli vərəsələr tərəfindən buraxılmasının və miras əmlakı faktiki qəbul və sahiblik etməməsinin üzürlü səbəbi hesab edir ki. İddiaçılardan başqa qanun üzrə vərəsə olması iş materialları ilə müəyyən edilmədiyindən, iddiaçılar İddiaçı2 və İddiaçı1 vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair Bakı şəhəri, 23 saylı Notariat Ofisinin 24 avqust 2022-ci il tarixli qərarı ləğv edilməli, X1 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbi üzrlü hesab edilərək uzadılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-cu maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin, xüsusi notariusun, müvafiq icra hakimiyyəti orqanının, bu Qanunun 39-cu maddəsinin birinci hissəsində sadalanan vəzifəli şəxslərin iş və ya qulluq yerinin, yaxud gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan stifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecıkdırılməsinin səbəbi üzrlü hesab edilərək uzadılsın. İddiaçılar İddiaçı2 və İddiaçı1 vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilməsinə dair Bakı şəhəri, 23 saylı Notariat Ofisinin 24 avqust 2022-ci il tarixli qərarı ləğv edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar