Məhkəmə qərarları › İş №e-2(004)-4978/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-4978/2022

04.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-4978/2022 04.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçılar İddiaçı4, X64, İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 Səli qızının və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi tələbinə dair” mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 Səli qızı və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 аdınа verilmiş xx.xx.2019-cu il tarixli, 2V-190 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, babaları Nehmət İsmayıl oğlundan (X52) miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinə dair vərəsəlik hüquqlarının tanınması və paylarının müəyyən edilməsi və miras əmlakın vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddia tələbini onunla əsaslandırmışdırlar ki, iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı3 Səli qızı bacı-qardaşdırlar. X65, anaları isə X45 olmuşdur. X65 xx.xx.1996-cı ildə, atalarının atası Nəhmət İsmayıl oğlu xx.xx.1967-ci ildə vəfat etmişdir. İddiaçı1 mərhum X53 qızıdır. Onun atası X72 xx.xx.2010-cu ildə vəfat etmişdir. Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində (keçmiş “Pervoy Razyezdnoy”) yerləşən 5 saylı fərdi yaşayış evinin 1/3 hissəsi X67 oğlundan miras qalmışdır. Hamısı həmin evdə doğulub, boya-başa çatmış və bu günə qədər həmin evdə yaşayırlar. X11 2-ci arvadından Spartak Nəhmət oğlu anadan olmuşdur. Sonradan onun soyadı və ata adı dəyişdirilərək X54 olmuşdur. X23 (əslində Spartak Nəhmət oğlu) qızı Cavabdeh1 xx.xx.2019-cu il tarixində onların xəbəri olmadan Bakı şəhəri 14 saylı Notariat ofisində X23 adına vərəsəlik işi açdırmış və X67 oğlundan miras qalmış Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində (keçmiş “Pervoy Razyezdnoy”) yerləşən 5 saylı fərdi yaşayış evinin 1/3 hissəsinə “qanun üzrə vərəsəlik hüququ haqında” şəhadətnamə almışdır. Bundan sonra isə həmin evin 1/3 hissəsinə mülkiyət hüquqlarını qeydiyyata aldırmışdır. Bu barədə X11 qardaşları Həmid İsmayıl oğlunun və Əhəd İsmayıl oğlunun vərəsələrindən eşitmiş və onların arasında əmlakın naturada bölünməsi ilə bağlı məhkəmə çəkişməsinin olduğunu bilmişlər. Bundan sonra vəkilə müraciət etmiş, vəkil tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərmiş və sorğunun cavabında məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 5 saylı fərdi yaşayış evi ilkin olaraq xx.xx.1931-ci il tarixdə Əhəd (Aqat) İsmayıl oğlu, Naxmet İsmayıl oğlu (X52) və Xanım İsmayıl qızının adlarına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin X34 məxsus olmuş 1/3 hissəsi Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 2V-190 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Bundan sonra vəkil tərəfindən 14 saylı Notariat ofisində açılmış xx.xx.2019-cu il tarixli, 2V-190 reyestr nömrəli vərəsəlik işi əldə edilmiş və məlum olmuşdur ki, Cavabdeh1 2019-cu ildə Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində yerləşən 5 saylı fərdi yaşayış evinin payçısı, babaları Nehmət İsmayıl oğlunun adını X9 qeydiyyatdan keçirtmiş, babaları Nehmət İsmayıl oğlunun digər oğlu olan Səli Nehmət oğlunun olduğunu gizlətmiş və beləliklə babalarındandan miras qalan əmlakı öz adına keçirmişdir. Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbini qəbul etmir. İddia ərizəsində göstərilənlər iddiaçıların qanunsuz əməllərinə haqq qazandırmaq məqsədi daşıyır. Belə ki, iddiaçılar iddia tələblərinin əsası kimi istinad etdikləri halları təsdiq edən, yəni onların babası olduğunu iddia etdikləri Nəhmət İsmayıl oğlunun doğumu və ölümü və haqqında heç bir sübutu məhkəməyə təqdim edə bilməmişlər. İddiaçıların sübut kimi məhkəməyə təqdim etdikləri X65nun xx.xx.1996-cı ildə vəfat etdiyini təsdiq edən ölüm haqqında şəhadətnamədən görünür ki, Səli Nemət oğlu kimi yazılmışdır. Həmin Nemətin isə cavabdehin babası Əhmədlə heç bir əlaqəsi yoxdur. Nümayəndəsi vasitəsilə topladığı X35 (X52) barəsində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Tarixi Arxininin xx.xx.2022-ci il tarixli TA-00653-2022 №-li arxiv arayışında yazılmışdır ki, “Sizin “Asan Xidmət 3” Mərkəzindən daxil olmuş xx.xx.2022-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Govxanı kənd məscidinin sənədlərində Əhməd İsmayıl oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 15 yanvar 1900-cu il. Valideynləri: Atası - İsmayıl Əhməd oğlu. Anası - Fəxrənisə İsmayıl qızı. Əsas: f.1044, siy.l, sax. vah.874, vər. 170” X35 (X24) atası İsmayıl Əhməd oğlunun barəsində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Tarixi Arxininin xx.xx.2019-ci il tarixli Ə-300/OX №-li arxiv arayışında yazılmışdır ki, “Sizin "Asan Xidmət 3" Mərkəzindən daxil olmuş xx.xx.2019-cu il tarixli ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədlərində Quba qəzası üzrə Sayad Xızı kəndinin 1886-cı ilə dair kameral siyahısında İsmayıl Əhməd oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 1852 (Sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb) Valideynləri: Atası - Əhməd (sənəddə olduğu kimi) Anası - Sənəddə olduğu kimi qeyd olunmayıb Əsas: f.43, siy.2, sax. vah.7372, ver. 873 arx.” X35 (X24) qardaşı Əhəd İsmayıl oğlunun barəsində Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Dövlət Tarixi Arxivinin xx.xx.2022-ci il tarixli DA-01879-2022 №-li arxiv arayışında yazılmışdır ki, “Bakı 3 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan xx.xx.2022-ci il tarixli ərizəyə cavab olaraq bildiririk ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondunda mühafizə edilən sənədlərində 1942-ci ilə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında bərpa kitabında 21 iyun 1897-ci ildə doğulan X18 təvəllüdü qeyd olunur. Atası: X36 Anası: (soyadı qeyd olunmayıb) Fəxrənsə (sənəddə olduğu kimi) İsmayıl qızı Valideynlər barədə qeyd: Ata - vəfat edib Ana - evdar qadın Xüsusi qeydlər qrafasında - Xızı rayonu Sayad kəndində doğulduğu qeyd olunur. Məlumat verənin soyadı, adı və ünvanı - 1-ci Razyezdnaya küçəsi, 11.” X35 (X24) qardaşı Əhəd İsmayıl oğlunun nəvəsi X25 represiyaya məruz qalmış babaları barəsində məlumat verilməsi haqqında Azərbaycan Respublikasının Dövlət Təhlükəzizlik Xidmətinin verdiyi xx.xx.2021-ci il tarixli 16/1-6209 nömrəli məktubunda yazılmışdır ki, “Ərizələrinizə cavab olaraq bildiririk ki, 1897-ci ildə Xızı rayonu, Xızı kəndində anadan olmuş və ünvan 2 ünvanında yaşamış, "Azbalıqnəqliyyat"da kapitan köməkçisi işləmiş, babanız X48 ilk dəfə 1941 ci ildə, ikinci dəfə isə xx.xx.1946-cı il arixdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmişdir. Həbs zamanı onun ailə tərkibi aşağıdakı şəxslərdən ibarət olmuşdur: - oğulları - Kamil 24 yaşında, Cahangir 15 yaşında; - qızı - Zulstan (Minaxanım) 9 yaşında; - qardaşları - Həmid 43 yaşında, Əhməd 40 yaşında; - bacıları - Əjdər 60 yaşında, Xanım 55 yaşında.” Azərbaycan SSR Ali Məhkəməsinin Məhkəmə Kollegiyasının 01 iyul 1946-cı il arixli hökmünə əsasən, Ə.İsmayılov Azərbaycan SSR CM-nin 72-ci ("Anti-sovet təbliğatı") maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək, cəzasını islah-əmək düşərgəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin 22 aprel 1957-ci il tarixli qərarına əsasən, Ə.İsmayılova bəraət verilmişdir. Əlavə olaraq bildiririk ki, Ə.lsmayılovun Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılan arxiv İşində onun sonrakı taleyi barədə məlumat, həmçinin şəxsi sənədləri və fotoşəkli qeydə alınmamışdır. Nəzərinizə çatdırırıq ki, babanızla bağlı tərəfimizdən xx.xx.2006-cı il tarixdə 12/11-97 saylı məktubla X17 ətraflı məlumat verilmişdir. " Göründüyü kimi, bu sənəddə də 3 qardaş olan Əhəd ismayıl oğlunun, Həmid ismayıl oğlunun və Əhməd İsmayıl oğlunun adları qeyd edilmişdir. Heç bir sənəddə Nəhməd İsmayıl oğlunun adına rast gəlinmir. İddiaçıların mübahisəli mirasa dair vərəsə olmadığına və miras qoyan Əhməd İsmayıl oğlunun olmasını və onunla hər-hansı qohumluq münasibətdə olduğunu təsciq edən sənədləri məhkəməyə təqdim edə bilmədiyinə görə hesab edir ki, iddia ərizəsi subyektiv hüquqa malik olmadığına görə təmin edilə bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçılar ona qarşı bu iddia tələbini irəli sürərkən nəzərdən qaçırmışdır ki, bu məzmunlu iddia tələbi irəli sürə bilməz, belə ki, miras qoyanın birinci dərəcəli vərəsələri mirası qəbul edərək idarə etdikləri və onların ölümündən sonrada vərəsələri mirası qəbul edərək qanun üzrə vərəsdəlik hüququ haqqında şəhadətnamə almışdır. Odur ki, əsassız və qanunsuz iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olinması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verdi. İddia tələbi əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisi ərizə ilə məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 14 saylı Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Pervoy Razyezdnoy küçəsində (indiki adı Qədirli küçəsi) yerləşən 5 saylı fərdi yaşayış evi X26 (Ахмедов Гамид Исмаил оглы), Əhəd İsmayıl oğlunun (Агат Исмаил оглы) və Nəhməd İsmayıl oğlunun (Нахмед Исмаил оглы) adlarına 190 nömrəli kitabda, 9739 nömrəli səhifədə qeydiyyatdan keçmişdir. Məhkəməyə təqdim edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirrilməsinə aid Pasportda və Ev sahibliyinin kartoçkasında kirill əlifbası ilə yazılmış “Нахмед Исмаил оглы” adında əl yazısı ilə “Н” hərfi “А” hərfinə düzəliş edilmiş, düzəliş təsdiqlənməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat və VVA İdarəsi VVA Respublika Arxivinin xx.xx.1998-ci il tarixli, 230/4 saylı arayışının surətindən görünür ki, Sali Nehmət oğlu xx.xx.1927-ci ildə Bakı şəhərində anadan olmuş, atası Nehmət İsmail oğlu, anası Zeynəb Ələkpər qızı göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.1948-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X73 xx.xx.1948-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Sali Naxmet oğlu, anası X46 göstərilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 741497 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədova (Nadirova) İlahə Tahir qızı xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X73, anası X59 göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-2856/69 nömrəli arayışın surətindən görünür ki, X72 xx.xx.1948-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası: Səli Nəhmət oğlu; Anası: X46. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 254547 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X73 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 174130 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 xx.xx.1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Səli Nəhmət oğlu, anası X46 göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 741497 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı4 xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Səli Nəhmət oğlu, anası X46 göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 741497 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əhmədova (Murquzova) Zöhrə Səli qızı xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Səli Nəhmət oğlu, anası X46 göstərilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 254547 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səli Nemət oğlu xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən vəkil Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********86 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində (əvvəlki adı “Pervoy Razyezdnoy”küçəsi) yerləşən 5 saylı fərdi yaşayış evinin mülkiyyətçisi olmuş Naxmet İsmayıl oğlunun adının hansı hüquqi sənəd əsasında “X52”na dəyişdirilməsi barədə məlumat (sənəd) İdarənin arxivində aşkar edilməmişdir. Məsələ ilə bağlı aidiyyəti üzrə müraciət etmək məqsədə müvafiqdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən vəkil Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli, DA-01769-2022 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”, arxiv fondunda mühafizə edilən sənədlərində 1927-1928-ci illərə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitabında 04 may 1927-ci ildə doğulan Səli Nəhmət oğlunun təvəllüdü qeyd olunur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən vəkil Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli, TA-00701-2022 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış "Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri’’ fondunun sənədlərində Bakı şəhər məscidlərinin 1903-1907-ci İlərə dair doğum aktlarının qeydiyyat kitablarında Nəhmət (Əhməd) İsmayıl oğlunun doğum tarixinə dair heç bir məlumat aşkar olunmayıb. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən X47 ünvanlanmış xx.xx.2019-cu il tarixli, Ə-299/QX nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədlərində Quba qəzası üzrə Sayad Xızı kəndinin 1886-cı ilə dair kameral siyahısında aşağıda göstərilən şəxslərin adları qeyd olunub: Mobil İsmayıl oğlu - 35 yaş. Onun oğlu: Baxış İsmayıl oğlu - 14 yaş. Mobil İsmayıl oğlunun qardaşı və ya bacısı oğlanları: İsmayıl Əhməd oğlu - 34 yaş; Məmməd Əhməd oğlu - 10 yaş; Hümmət Əhməd oğlu - 9 yaş. 1886-cı ildə Sayad Xızı kəndində 114 ailə yaşamışdır. Kənddəki ailələrin istifadəsində ümumilikdə 1277 desyatinə bərabər torpaq sahəsi olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən X47 ünvanlanmış xx.xx.2019-cu il tarixli, Ə-300/QX nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədlərində Quba qəzası üzrə Sayad Xızı kəndinin 1886-cı ilə dair kameral siyahısında İsmayıl Əhməd oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 1852 (Sənəddə olduğu kimi ay və gün qeyd olunmayıb) Valideynləri: Atası - Əhməd (sənəddə olduğu kimi) Anası - Sənəddə olduğu kimi qeyd olunmayıb. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən X47 ünvanlanmış xx.xx.2022-ci il tarixli TA-00653-2022 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Govxanı kənd məscidinin sənədlərində Əhməd İsmayıl oğlunun doğum tarixinə dair məlumat aşkar olunmuşdur. Doğum tarixi: 15 yanvar 1900-cu il. Valideynləri: Atası - İsmayıl Əhməd oğlu. Anası - Fəxrənisə İsmayıl qızı. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən X47 ünvanlanmış xx.xx.2022-ci il tarixli DA-01879-2022 nömrəli məktubdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1942-ci ilə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında bərpa kitabında 21 iyun 1897-ci ildə doğulan X18 təvəllüdü qeyd olunur. Atası: X36; Anası: (soyadı qeyd olunmayıb) Fəxrənsə (sənəddə olduğu kimi) İsmayıl qızı; Valideynlər barədə qeyd: Ata - vəfat edib Ana - evdar qadın; Xüsusi qeydlər qrafasında - Xızı rayonu Sayad kəndində doğulduğu qeyd olunur. Məlumat verənin soyadı, adı və ünvanı - 1-ci Razyezdnaya küçəsi, 11. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/Q-2553/69 nömrəli arayışın surətindən görünür ki, X54 xx.xx.1929-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası: X52; Anası: X43. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, xx/xx-4017/13 nömrəli məktubla təqdim edilmiş xx.xx.1943-cü il tarixli, 116 saylı doğum akt qeydinin surətindən görünür ki, X54 xx.xx.1929-cu ildə anadan olmuşdur. X8, anası X43 qeyd edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, xx/xx-4017/13 nömrəli məktubla təqdim edilmiş xx.xx.1943-cü il tarixli, 117 saylı doğum akt qeydinin surətindən görünür ki, X66 xx.xx.1933-cü ildə anadan olmuşdur. X8, anası X43 qeyd edilmişdir. Məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, xx/xx-4017/13 nömrəli məktubla təqdim edilmiş xx.xx.1967-ci il tarixli, 1875 saylı ölüm haqqında akt qeydinin surətindən görünür ki, Əhməd İsmayıl oğlu xx.xx.1967-ci ildə vəfat etmişdir. İş materiallarında olan Gəncə (Kirovabad) şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 xx.xx.1936-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəzizlik Xidməti tərəfindən X12 ünvanlanmış xx.xx.2021-ci il tarixli 16/1-6209 nömrəli məktubdan görünür ki, 1897-ci ildə Xızı rayonu, Xızı kəndində anadan olmuş və ünvan 2 ünvanında yaşamış, “Azbalıqnəqliyyat”da kapitan köməkçisi işləmiş, ərizəçinin babası X48 ilk dəfə 1941-ci ildə, ikinci dəfə isə xx.xx.1946-cı il tarixdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmişdir. Həbs zamanı onun ailə tərkibi aşağıdakı şəxslərdən ibarət olmuşdur: - oğulları - Kamil 24 yaşında, Cahangir 15 yaşında; - qızı - Zulstan (Minaxanım) 9 yaşında; - qardaşları - Həmid 43 yaşında, Əhməd 40 yaşında; - bacıları - Əjdər 60 yaşında, Xanım 55 yaşında. Azərbaycan SSR Ali Məhkəməsinin Məhkəmə Kollegiyasİnln xx.xx.1946-cı il tarixli hökmünə əsasən, Ə.İsmayılov Azərbaycan SSR CM-nin 72-ci (“Anti-sovet təbliğatı”) maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək, cəzasını islah-əmək düşərgəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin 22 aprel 1957-ci il tarixli qərarına əsasən, Ə.İsmayılova bəraət verilmişdir. Əlavə olaraq bildirilir ki, Ə.X3 Xidmətində saxlanılan arxiv işində onun sonrakı taleyi barədə məlumat, həmçinin şəxsi sənədləri və fotoşəkli qeydə alınmamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü ildə vəfat etmiş X23 vərəsəsi - Cavabdeh1 miras əmlakdan tam pay almalıdır. Şəhadətnamə verilən miras əmlak X23 xx.xx.1967-ci il tarixdə ölmüş X8na məxsus olmuş DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X34 verilmiş **********63-10301 reyestr nömrəli ********** nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsində istifadədə olan 0,5986 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 465.8 kv.m olan 5 saylı fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə mərhuma məxsus 1/3 hissədən (torpaq sahəsindən başqa) ibarətdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri 14 saylı Notariat Ofisinin notariusu X55 tərəfindən təsdiq edilmiş və reyestrdə 2V-190 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********11 nömrəli arayışdan görünür ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi ilkin olaraq xx.xx.1931-ci il tarixdə Əhəd (Aqat) İsmayıl oğlu, Naxmet İsmayıl oğlu (X83) və Xanım İsmayıl qızının adlarına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin X13 məxsus olmuş 1/3 hissəsi Bakı şəhəri 5 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.1957-ci il tarixii 1531 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.1957-ci il tarixdə X26 adına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin X37 məxsus olmuş 1/3 hissəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli, 2V-1-369 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 27.01,2005-ci il tarixdə X27 adına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin Əhəd İsmayıl oğluna məxsus olmuş hissədən 1/45 hissəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 2V-1- 267 saylı reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsəsən xx.xx.2006-cı il tarixdə X28 adına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin Əhəd İsmayıl oğluna məxsus olmuş hissədən 1/45 hissəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2006-cı il tarixli 2V-1- 310 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2006-cı il tarixdə X29 adına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin Əhəd İsmayıl oğluna məxsus olmuş hissədən 1/45 hissəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş,xx.xx.2006-cı il tarixli 2V- 1/312 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2006-cı il tarixdə X19 adına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin Əhəd İsmayıl oğluna məxsus olmuş hissədən 1/45 hissəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2006-cı il tarixli 2V- 1-314 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2006-cı il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin Əhəd İsmayıl oğluna məxsus olmuş hissədən 1/45 hissəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2006-cı il tarixli 2V- 1-309 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2006-cı il tarixdə X22, X38 və X5 adlarına qeydiyyatdan keçmişdir Fərdi yaşayış evinin Əhəd İsmayıl oğluna məxsus olmuş hissəsindən 1/9 hissəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2006-cı il tarixli 2V-1-308 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2006-cı il tarixdə İsmayılov Cahangir Əhəd oğlunun adına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin Əhəd İsmayıl oğluna məxsus olmuş hissəsindən 5/45 hissəsi Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 11,04.2007-ci il tarixli 2V-118 reyestr nömrəli vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş vərəsənin əmlakına qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.2007-ci il tarixdə X39 adına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin X40 məxsus olmuş hissənin A tikilisindən 1 otaq №1, 5.3 kv.m X51, və 1 otaq №2, 9.7 kv.m-i X1 adlarına Bakı şəhəri 12 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2007-ci il tarixli 4Ə-6-1131 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixdə qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin X41 məxsus olmuş 1/45 hissəsi, Bakı şəhəri, 1 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2008-ci il tarixli 4Ə/02-123 reyestr nömrəli mənzil bağışlama müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixdə X19 adına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin X40 məxsus olmuş 1/3 hissədən qalan hissə bərabər şəkildə Bakı şəhərinin notariusu Əli A.Hüseynov tərəfindən təsdiq edilmiş xx.xx.2011-ci il tarixli 4Ə-01/285 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixdə X30 və X20 adlarına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin X17 məxsus olmuş 1/9 hissəsi, Bakı şəhəri 7 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli, 2V-266 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə X6 adına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin X34 məxsus olmuş 1/3 hissəsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli, 2V-190 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə X14 adına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin X31 məxsus olmuş hissəsi Bakı şəhəri, 53 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 2V-144 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə X74 və X32 adlarına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin X31 məxsus olmuş hissəsindən 2/45 hissəsi Bakı şəhəri, 53 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş,xx.xx.2019- cu il tarixli 2V-133 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020ci il tarixdə X15 adına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin X31 məxsus olmuş hissəsindən 2/45 hissəsi Bakı şəhəri, 53 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş, xx.xx.2019- cu il tarixli 2V-132 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2020ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir. Hazırda sözügedən fərdi yaşayış evinin 1/3 hissədən qalan hissədən 1/2 hissəsi X30; 1/3 hissədən qalan hissədən 1/2 hissəsi X20; 1/45 hissə X4; "A" tikilisindən 1 otaq y/s-9.7 kv.m X1; "A" tikilisindən 1 otaq y/s-5.3 kv.m X49; 1/3 hissəsi Cavabdeh1; 2/45 hissədən 1/16 hissəsi X32; 1/9 hissəsi X6; 2/45 hissədən 6/8 hissəsi X16; 2/45 hissədən 1/16 hissəsi X56; 2/45 hissədən 1/8 hissəsi X15; Sonradan Bakı şəhəri 14 saylı notariat ofisnin xüsusi notariusu X55 tərəfindən təsdiq edilmiş 2V-347 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X10 aid olan hissə və Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X33 4Ə-1093 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsəsən X7 məxsus hissə X21 adına fərdi yaşayış evinin 1/45 hissəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Həmçinin bildirilir ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin X61 və X42 məxsus olmuş hissələri Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3520/2016 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqi əsasında ümumi paydan ayrılmış və yeni ünvan verilmişdir. Beləliklə, iş üzrə tərəflərin təqdim etdikləri, eləcə də məhkəmə tərəfindən əldə olunaraq araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi ilkin olaraq xx.xx.1931-ci il tarixdə Əhəd (Aqat) İsmayıl oğlu, Naxmet İsmayıl oğlu (X83) və Xanım İsmayıl qızının adlarına qeydiyyatdan keçmişdir. Fərdi yaşayış evinin X34 məxsus olmuş 1/3 hissəsi Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli, 2V-190 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə X14 adına qeydiyyatdan keçmişdir. İddiaçılar X11 2-ci arvadından Spartak Nəhmət oğlunun anadan olmasını, sonradan onun soyad və ata adının dəyişdirilərək X54 olmasını iddia etsələr də, məhkəmənin sorğusuna əsasən təqdim edilmiş, 1943-cü ildə tərtib olunmuş rəsmi doğum və ölüm haqqında qeydiyyat sənədlərindən cavabdehin atası X23 atasının X52 olduğu müəyyən edilmişdir. Eyni zamanda, baxılan iş üzrə iddiaçılar belə bir iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olduqlarını təsdiq etmək üçün ilk növbədə mübahisəli əmlakın onlar tərəfindən təqdim edilmiş sənədlərin bəzilərində Naxmet İsmail oğlu, bəzilərində Nəhmət İsmayıl oğlu, digərlərində isə Nemət İsmayıl oğlu kimi qeyd edilmiş mərhum babalarına mülkiyyət hüququ üzrə məxsus olmasını və ondan miras qalmasını təsdiq edən sübutlar təqdim etməli olduqları halda bunu edə bilməmişdirlər. Bundan başqa iddiaçılar tərəfindən Əhməd İsmayıl oğlunun elə əslində Naxmet İsmail oğlu (Nəhmət İsmayıl oğlu, Nemət İsmayıl oğlu) olması və sonradan adının dəyişdirilməsini iddia etsələr də, Naxmet İsmail oğlunun doğum tarixinə dair və eləcədə idia etdikləri digər hallarla bağlı məhkəməyə sübutlar təqdim edə biməmiş, bunun əksi olaraq işin araşdırılmış halları ilə Əhməd İsmayıl oğlunun 15 yanvar 1900-cu ildə doğulması, valideynləri: atasının İsmayıl Əhməd oğlu, anasının isə Fəxrənisə İsmayıl qızı olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə görə isə lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin 1/3 hissəsinin X14 babası X34 məxsus olması, onun ölümündən sonra onbdan miras qılmış həmin əmlakın oğlu X54 tərəfindən faktiki qəbul edilərək idarə olunması, sonuncununda vəfatından sonra qızı olan cavabdeh tərəfindən qanuna müvafiq qaydada notariat orqanına müraciət olunması və Bakı şəhəri 19 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, xx.xx.2019-cu il tarixli 2V-190 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2019-cu il tarixdə X14 adına qeydiyyatdan keçməsi təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 аdınа verilmiş xx.xx.2019-cu il tarixli, 2V-190 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas olmadığından, həmin şəhadətnamənin etibarsızlığı ilə bağlı iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Eyni zamanda iddia tələbinin digər hissəsinin təmin olunması birbaşa xx.xx.2019-cu il tarixli, 2V-190 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi ilə əlaqəli olduğundan, iddia tələbi həmin hissədə təmin edilmədiyindən, digər, yəni payların vərəsələr arasında bərabər bölünməsi tələbi də rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı4, X50 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 14 saylı Notariat Ofisinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və payların vərəsələr arasında bərabər bölünməsi tələbinə dair” iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar