Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-5024/2025 15.01.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs X17 cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsəlik hüququ üzrə payların müəyyən edilməklə yeni şəhadətnamənin verilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs X17 cəlb edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, vərəsəlik hüququ üzrə payların müəyyən edilməklə yeni şəhadətnamənin verilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1944-cü ildə vəfat etmiş X27 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 118 kv.m olan əmlaka dair cavabdehlər Nəcəfova (Tərlanova) Zərifə Əlibaba qızı və Cavabdeh2 adına verilmiş Bakı şəhər 12 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-39 saylı və 2V-38 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, şəhadətnamələr əsasında aparılmış qeydiyyatların ləğv edilməsi və İddiaçı vərəsəlik hüquqları üzrə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1974-cü ildə ünvan 2 ünvanında anadan olmuşdur. Atası xx.xx.1950-ci il təvəllüdlü X20 və o, xx.xx.2025-ci il tarixdə həmin ünvanda vəfat etmişdir. Anası Tərlanova (Karluk) Lidia Afanasyevnadır. Atasının atası X13, anası isə X4. X3 xx.xx.2020-ci ildə, nənəsi X10 isə xx.xx.2017-ci ildə Bakı şəhərində vəfat etmişlər. Atasının babası X43 olmuş və 29 may 1944-cü il tarixdə, atasının nənəsi isə Suğra Sadıq qızı olmuşdur və o da, 26 iyun 1989-cu il tarixdə vəfat etmişdir. Yaşadıqları ünvan 3 ünvanında yerləşən əmlak ata babası, mərhum X32 adına olmuş və onun ölümündən sonra onlara miras qalmışdır. Bunu Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikililərin reyestrindən 06 aprel 1948-ci il tarixli, 179 saylı çıxarış da təsdiq edir. Yeni qaydalarla onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Retestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi verilmiş xx.xx.2021ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla da X32 mülkiyyət hüquqları tanınmışdır. Babası vaxtı ilə məhkəməyə müraciət edərək, məhkəmədən X32 və Suğra Sadıq qızının onun valideynləri olması faktının, X43 29 may 1944-cü il tarixdə, anası Suğra Sadıq qızı isə, 26 iyun 1989-cu il tarixdə vəfat etmələri faktının müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, M.Subhi küçəsində yerləşən 194 nömrəli evin 1/3 hissəsinə vərəsəlik və mülkiyyət hüquqlarının tanınması, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakışəhər Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(004)-44/2010 saylı qətnaməsi ilə “X7 maraqlı şəxslər X8, İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və Yasamal rayon Qeydiyyat şöbəsinə qarşı qohumluq münasibətlərinin, ölümün qeyd edilmə faktının, mirasın qəbul edilmə faktının müəyyən edilməsi, vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizəsi təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, M.Subhi küçəsində yerləşən 194 nömrəli evin mülkiyyətçisi X43 X1 atası olması və 29 may 1944-cü ildə Novxanı kəndində vəfat etməsi habelə, 26 iyun 1989-cu ildə Bakı şəhərində vəfat etmiş Suğra Sadıq qızı X1 anası olması faktı müəyyən edilsin. X1 atasından miras qalmış Bakı şəhəri Yasamal rayonu, M.Subhi küçəsində yerləşən 194 nömrəli evin miras əmlak kimi onun tərəfindən qanun üzrə vərəsə qismində qəbul edilməsi faktı müəyyən edilsin.” məzmunda qərarlaşdırılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almış və hüquqlar müəyyən olunmuşdur. X3 yaşlı və xəstə olduğundan bu qətnaməni alandan sonra heç bir başqa addım atmamış, hüquqlarını notariatda rəsmiləşdirmədən vəfat etmişdir. Lakin bu yaxınlarda müəyyən olunmuşdur ki, Cavabdeh2 gizlin işlər çevirmiş və onun xəbəri və iştirakı olmadan notariat orqanına gedərək və baba əmlakları olan yaşadıqları evi öz adına keçirmişdır. Cavadeh Nəcəfova (Tərlanova) Zərifə Əlibaba qızı özünə çatacaq payı müəyyən edərkən onun varlığını bildirməmişdır. Belə ki, Bakı şəhəri 12 saylı Notariat ofisinin 2v-38-39 saylı vərəsəlik işi açılmış və həmin şəxslərin ərizələri əsasında xx.xx.2021-ci il tarixli, 2V-38 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh2 xx.xx.1944-cü ildə vəfat etmiş X27 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 118 kv.m olan əmlaka vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X7 xətti ilə 1/3 hissədə payı tanınmışdır. Bundan başqa Bakı şəhəri 12 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-39 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Nəcəfova (Tərlanova) Zərifə Əlibaba qızı xx.xx.1944-cü ildə vəfat etmiş X27 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 118 kv.m olan əmlaka 1/3 hissədə payı tanınmışdır. Həmin vərəsələr notariat orqanına müraciət edərkən onun ata xətti üzrə miras payının olmasını gizlətmiş, özlərindən başqa varis olmamasını bildirərək adlarına şəhadətnamə alınmasına nail olmuşlar. Bu isə qanunsuzdur və ədalətli deyildir. İrsi transmissiya qaydasında onun həmin əmlakda payı vardır. AR MM-nin 1252-ci maddəsində qeyd olunur ki, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. Hazırki vəziyyətdə ata babasının almalı olduğu miras paydan məhrum olunmuşdur. O, bununla razılaşmayaraq əmlaka dair məhkəmə mübahisəsi açmaqla iddia qaldırmaq istəyir. Bu əsassız varlanmaya gətirib çıxarır və onların əmlak və digər hüquqları pozulur. Hazırki vəziyyətdə isə cavabdehlər digər vərəsələrin hüquqlarını pozaraq yalnız özlərinin vərəsəliyə çağrılmamalarına nail olaraq əmlakı adlarına keçirimişlər. Ona görə də, cavabdeh Nəcəfova (Tərlanova) Zərifə Əlibaba qızı və Cavabdeh2 adına verilmiş Bakı şəhəri 12 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-39 saylı və 2V-38 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, şəhadətnamələr əsasən də aparılmış qeydiyyat ləğv edilməli və onun vərəsəlik hüquqları üzrə payı müəyyən edilməklə yenidən şəhadətnamə verilməsi haqqında qətnamə çıxarılmalıdır. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsi ilə iddia ərizəsinə əlavə təqdim edərək, xx.xx.1944-cü ildə vəfat etmiş X27 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 118 kv.m olan əmlaka dair Cavabdeh2 adına verilmiş Bakı şəhər 12 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-38 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, şəhadətnamə əsasında aparılmış qeydiyyatların ləğv edilməsi və İddiaçı vərəsəlik hüquqları üzrə payının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsi ilə iddia ərizəsinə əlavə təqdim edərək, xx.xx.1944-cü ildə vəfat etmiş X27 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 118 kv.m olan əmlaka dair Cavabdeh2 adına verilmiş Bakı şəhər 12 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-38 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Cavabdeh2 miraqsda pay haqqı olmayan şəxs elan olunmaqla şəhadətnamə əsasında Cavabdeh2 aparılmış qeydiyyatların ləğv edilməsi və İddiaçı 1/3 hissədə vərəsəlik hüquqları üzrə payının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçı mərhum babanın nəticəsidir. O biri şəxslər qardaşlardır. Baba sağlığında sənədləşmə üçün gecikib, sonra isə vəfat edib. Babaya münasibətdə babanın bibisi və qardaşıdır. Cavabdeh2 adına olan payı mübahisələndirirlər. Nəcəfova Zərifənin payçıları mənzildə yaşayırlar. Cavabdeh2 qardaşının payını gizlədib. Cavabdeh2 Rusiyada yaşayıb, ölkəyə gələndən sonra notariat ofisinə yalan məlumat verməklə öz mülkiyyətinə keçirdib. 5 il müddətinə məhkəməyə müraciət olunmama səbəbi, evin faktiki sahiblikdə olmasıdır. Torpağın bir hissəsi Abdullayev Raufa verilib. Hazırda iddiaçı həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Tikili mövcuddur. Cavabdeh2 18 yaşından etibarən Rusiyada yaşayır. Ümumiyyətlə o evdə yaşamayıb. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin Cavabdeh1 xx.xx.2026-cı il tarixdə məhkəməyə məktub ünvanlayaraq, mülki işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 361935 nömrəli, xx.xx.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X16 XX.XX.1933-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X5, anası isə Suğra Sadıx qızıdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-44/10 saylı, 18 yanvar 2010-cu il tarixli qətnaməsinə əsasən ərizə təmin edilərək, ünvan 5 ünvanında yerləşən evin mülkiyyətçisi X32 X1 atası olması və 29 may 1944-cü il tarixdə Novxanı kəndində vəfat etməsi faktı, habelə, 26 iyun 1989-cu il tarixində Bakı şəhərində vəfat etmiş Suğra Sadıq qızının X1 anası olması faktının müəyyən edilməsi, X1 atasından miras qalmış Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən 194 nömrəli evin miras əmlak kimi onun tərəfindən qanun üzrə vərəsə qismində qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 149538 saylı ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X29 06 iyun 2005-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 072934 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X13 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T № 135652 nömrəli, xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh2 xx.xx.1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Tərlanov X33, anası isə X4. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 072934 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 085080 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X43 xx.xx.1944-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - Bakı şəhəri Yasamal rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ № 085079 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən Suğra Sadıq qızı xx.xx.1989-cu il tarixdə Bakı şəhərində ölmüşdür. - Dövlət Notariat Arxivinin Bakı şəhəri 12 saylı Notariat Ofisinə ünvanladığı xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən Bakı şəhəri Yasamal rayonunda fəaliyyət göstərən 5, 12, 19 saylı dövlət notariat ofisləri tərəfindən arxivə təhvil verilmiş 1987-2009-cu illərə dair vərəsəlik işlərinə və Bakı şəhəri 1 saylı dövlət notariat ofisi tərəfindən arxivə təhvil verilmiş 1975-1987-ci illərə dair vərəsəlik işlərinin əlifba kitablarına keçirilərkən X32 hər hansı miras əmlakına dair açılmış vərəsəlik işi aşkar edilməmişdir. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən X12 XX.XX.1922-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X21, anası isə Suğra Sadıq qızıdır. - Cavabdeh2 Bakı şəhəri 12 saylı Notariat Ofisinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən o, ünvan 7 ünvanında yaşamış xx.xx.1944-cü il tarixdə vəfat etmiş X27 qalmış miras əmlakı qəbul edir. Ondan başqa vərəsələri yoxdur. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. - ünvan 8 ünvanladığı xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış, X32 ailə vəziyyətinə dair məlumat aşkar edilməmişdir. - ünvan 8 ünvanladığı xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış, X6 ailə vəziyyəti və övladlarının olub-olmamasına dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 9 tam mülkiyyət hüququ ilə X32 adına xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. - X11 Bakı şəhəri 12 saylı Notariat Ofisinə təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən o, Bakı şəhərində yaşamış xx.xx.1944-cü il tarixdə vəfat etmiş X27 qalmış miras əmlakı qəbul edir. Ondan başqa vərəsələri yoxdur. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. - Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 2V-38 nömrəli, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1944-cü il tarixdə vəfat etmiş X32 vərəsəsi Cavabdeh2dur. Şəhadətnamə verilən miras əmlak vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X13 xx.xx.1944-cü il tarixdə vəfat etmiş X40 məxsus olmuş: ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə - X32 adına verilmiş **********46-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 118 kv.m. olan fərdi yaşayış evinin 1/3 hissəsindən ibarətdir. Qeyd: miras əmlakın 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir, 1/3 hissəsi isə açıq saxlanılıb. - Bakı şəhəri 12 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 2V-39 nömrəli, xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1944-cü il tarixdə vəfat etmiş X32 vərəsəsi X14r və o, miras əmlakdan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə - X40 verilmiş **********46- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 118 kv.m. olan fərdi yaşayış evindən ibarətdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 9 (Yeni qaydalarla: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, giriş 158) paylı mülkiyyət hüququ ilə 2/3 hissədə Cavabdeh2 adına xx.xx.2025-ci il tarixdə, XXX X32 adına isə 1/3 hissədə açıq saxlanılır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 9 paylı (Yeni qaydalarla: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, giriş 158) mülkiyyət hüququ ilə X15 adına 0,00822 ha torpaq sahəsi xx.xx.2025-ci il tarixdə, Cavabdeh2 adına 2/3 hissədə ev və 0,01918 ha torpaq sahəsi xx.xx.2025-ci il tarixdə, XXX X32 adına 1/3 hissədə ev və 0,0137 ha torpaq sahəsi açıq saxlanılması barədə qeyd xx.xx.2025-ci il tarixdə qeydiyyatdan keçmişdir. - Bakı şəhəri 12 saylı Notariat Ofisinin İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən onun vərəsəliyə cəlb olunmaqla qanun üzrə vərəsəlik hüququ haqqında pay hüququnun tanınması və adına şəhadətnamənin verilməsi qanunvericiliyin tələblərinə əsasən hazırki vəziyyətdə səlahiyyətləri ilə mümkün deyil. Mərhum X3nun xətti ilə irs transmissiya qaydasında sözügedən miras əmlaka dair qanun üzrə vərəsəlik hüquqlarının müəyyən olunması barədə məhkəmədə iddia qaldırmaq hüququnun olduğu izah olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından, məhkəmə sorğusuna əsasən əldə edilmiş 2V-38-39 nömrəli, xx.xx.2021-ci il tarixli vərəsəlik işindən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-44/2010 saylı, xx.xx.2010-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən yaşayış evinin mərhum X40 məxsus olduğu və onun qanuni varisinin X13 olması müəyyən edilmişdir. X13 mirası qəbul etdikdən sonra, lakin vərəsəlik hüququnu notariat qaydasında rəsmiləşdirmədən vəfat etmişdir. Cavabdeh2 notariat orqanına müraciət edərkən digər vərəsənin, yəni qardaşının qızının mövcudluğunu gizlətmiş, bu isə qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 9 (Yeni qaydalarla: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, giriş 158) paylı mülkiyyət hüququ ilə 2/3 hissədə Cavabdeh2 adına xx.xx.2025-ci il tarixdə, XXX X32 adına isə 1/3 hissədə qeydiyyata alınmışdır, yəni 1/3 hissə mərhum X40 məxsus olmuşdur. İddiaçının X3 miras əmlak üzrə vərəsəliyi qətnamə əsasında qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmişdir. Onun oğlu, yəni iddiaçının atası X30 vəfat etdiyi günədək həmin ünvanda yaşamış, atasının mirasını faktiki olaraq qəbul etmişdir. İddiaçı, yəni X19 Tərlanova da bugüənədək miras əmlakda yaşayır. İddiaçı hal-hazırda xx.xx.1944-cü ildə vəfat etmiş X27 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 118 kv.m olan əmlaka dair Cavabdeh2 adına verilmiş Bakı şəhər 12 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-38 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsini, Cavabdeh2 mirasda pay haqqı olmayan şəxs elan olunmaqla şəhadətnamə əsasında Cavabdeh2 aparılmış qeydiyyatların ləğv edilməsini və İddiaçı 1/3 hissədə vərəsəlik hüquqları üzrə payının müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Məhkəmə hesab edir ki, iddia tələbi “xx.xx.1944-cü ildə vəfat etmiş X27 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 118 kv.m olan əmlaka dair Cavabdeh2 adına verilmiş Bakı şəhər 12 saylı Notariat ofisinin xx.xx.2021-ci il tarixli, 2V-38 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, aparılmış qeydiyyatların ləğv edilməsi və İddiaçı 1/3 hissədə vərəsəlik hüquqları üzrə payının müəyyən edilməsi” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-44/10 saylı, 18 yanvar 2010-cu il tarixli qətnaməsinə əsasən ərizə təmin edilərək, ünvan 5 ünvanında yerləşən evin mülkiyyətçisi X32 X1 atası olması və 29 may 1944-cü il tarixdə Novxanı kəndində vəfat etməsi faktı, habelə, 26 iyun 1989-cu il tarixində Bakı şəhərində vəfat etmiş Suğra Sadıq qızının X1 anası olması faktının müəyyən edilməsi, X1 atasından miras qalmış Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsində yerləşən 194 nömrəli evin miras əmlak kimi onun tərəfindən qanun üzrə vərəsə qismində qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. X2 həmin əmlakı öz adına rəsmiləşdirmədən xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 9 (Yeni qaydalarla: AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Nabat Aşurbəyova küçəsi, giriş 158) paylı mülkiyyət hüququ ilə 2/3 hissədə Cavabdeh2 adına xx.xx.2025-ci il tarixdə, XXX X32 adına isə 1/3 hissədə açıq saxlanılmışdır. Göründüyü kimi, miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 118 kv.m olan əmlakın 1/3 hissəsindən ibarətdir. X13, yəni ərizəçinin babası miras qəbul etmiş, lakin rəsmiləşdirmədən 2020-ci ildə vəfat etmişdir. Onun oğlu, cavabdehin qardaşı Adil Abduloviç vəfat etdiyi günədək, yəni 2005-ci ilədək həmin ünvanda yaşamışdır. İddiaçı, yəni X19 Tərlanova həmin vaxt sağ olmuş, bugünədək miras əmlakda yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Qanunvericiliyə əsasən, 1-ci növbə vərəsə (övlad) miras qoyandan əvvəl vəfat edibsə, onun övladları (nəvələr) təmsiletmə hüququ ilə mirasa daxil olur. İddiaçı hazırda 1-ci növbə vərəsə sayılır. X36 almalı olduğu pay İddiaçı keçir. Miras əmlakın 1/3 hissəsi X9 məxsus olmuş, onun ölümündən sonra həmin pay iki vərəsə arasında bərabər bölünərək İddiaçı və Cavabdeh2 üçün hərəsinə 1/6 hissə müəyyən edilməlidir. Məhkəmə iddiaçının “Cavabdeh2 mirasda pay haqqı olmayan şəxs elan olunmaqla şəhadətnamə əsasında Cavabdeh2 aparılmış qeydiyyatların ləğv edilməsi və İddiaçı 1/3 hissədə vərəsəlik hüquqları üzrə payının müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddia bu hissədə əsassızdır. Belə ki, Cavabdeh2 da X7 1-ci növbə vərəsəsi olaraq notariat orqanına müraciət edərək, qanun üzrə vərəsəlik şəhadətnaməsi almışdır. Burada qanunvericiyiliyin hər hansı tələbi pozulmamışdır. Cavabdeh2 mirasda pay haqqı olmayan şəxs elan olunmasına əsaslar müəyyən edilməmişdir. Eyni zamanda, məhkəmə qeyd edir ki, cavabdeh də sözügedən ünvanda qeydiyyatdadır. Lakin cavabdehin miras əmlak üzərində olan miras payı 1/3 hissədə deyil, İddiaçı da miras payı nəzərə alınmaqla, 1/6 hissədə payı tanınmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh1 2V-38 reyestr nömrəli, 08 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi qanunsuz hesab edilməklə onun əsasında aparılmış dövlət qeydiyyatı ləğv edilməli, Bakı şəhəri 12 saylı Notariat Ofisinin üzərinə iddiaçının adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyi qoyulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 mərhum X32 birinci növbəli qanuni vərəsəsi olmuş və onun 1/3 pay hüququ qanunla müəyyən edilmişdir. İddiaçının hüquqları həmin pay hesabına deyil, yalnız X9 məxsus olmuş pay çərçivəsində pozulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 2V-38 reyestr nömrəli, 08 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi ləğv edilməli, X13 tərəfindən şəhadətnamə verilmiş miras əmlak üzrə vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş, X40 məxsus olmuş ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 118 kv.m. olan fərdi yaşayış evinin 1/3 hissəsindən ibarət mirras əmlak üzərində İddiaçı 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə pay hüququ müəyyən edilsin və həmin əmlaka iddiaçının adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri 12 saylı Notariat ofisinin üzərinə qoyulmalı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydiyyat ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2V-38 reyestr nömrəli, 08 aprel 2021-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsi ləğv edilsin. X13 tərəfindən şəhadətnamə verilmiş miras əmlak üzrə vərəsəliyi qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş, X40 məxsus olmuş ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 118 kv.m. olan fərdi yaşayış evinin 1/3 hissəsindən ibarət mirras əmlak üzərində İddiaçı 1/6 hissədə, Cavabdeh2 1/6 hissədə pay hüququ müəyyən edilsin və həmin əmlaka iddiaçının adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri 12 saylı Notariat ofisinin üzərinə qoyulsun. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydiyyat ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-5024/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-5024/2025
15.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver